Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   19   20   21   22   23   24   25   26   ...   98

 
72 
-tomları  adi  hal  kimi  qəbul  edir,onlara  məhəl  qoymur,özünü 
aldadır:“keçib gedər”.Əslində isə orqanizmdə baş verən dəyişik 
-lik,qeyri-normal  hal  heç  vaxt  izsiz  keçib  getmir,ağır  xəstəlik-
lər üçün zəmin yaradır. 
Gəlin, ilk baxışda asan görünən bir neçə sualı araşdıraq. 
Çox  yemək  yaxşıdır,ya  az  yemək?  Nəyi  çox  yemək  lazımdır, 
nəyi  az?  Haçan  çox  yemək  lazımdır,haçan  az?  Nəyi  nədən 
sonra  yemək  faydalıdır?  Nəyi  nə  ilə  qarışdırmaq  ziyandır?... 
Nişi Sistemində yaz-yay fəslinin də,qış-payız fəslinin də həftə-
lik  qidalanma  menyusu  verilib.Mənim  vəzifəm  həmin  menyu-
nu bu kitaba daxil etməkdən ibarətdir.  
Professor Nişi sübut edib ki,canına 38-40
0
  istilik dəyən 
(bəzi  mütəxəssislər  70-75
0
  –ni  son  hədd  sayır)  ət,süd,yağ, 
tərəvəz,meyvə,göyərti,bir  sözlə,hər  ərzaq  növü  öz  qiymətli 
komponentlərini itirir və dönüb olur “ölü qida”.O da bağırsaq-
da həzm olub qana sorulmaq əvəzinə,zərərli maddələrə çevrilib 
orqanizmi zəhərləyir.Həm də şlak şəklində bədənə yığılıb (hər 
adam  öz  bədənində  8-25  kq.şlak  gəzdirir)  qalır,bakteriyaları 
qidalandırır,onların  çoxalması  və  toksinlər  buraxıb  qanımızı 
zəhərləməsi    üçün  zəmin  yaradır.Məhz  bu  səbəbdən  insan 
müxtəlif dərdlərə mübtəla olur və məhz bu səbəbdən onlardan 
yaxa qurtara bilmir. 
Qida  məsələsində  çox  həssas  olan  əcdadlarımız  “çox 
yemək  adamı  az  yeməkdən  də  qoyar”  deyiblər.D-r  Nişi  və 
qidalanma problemləri ilə dərindən məşğul olan bütün mütəxəs 
-sislər bu qənaətə gəliblər ki,hətta,ən dəyərli qida da  normadan 
artıq qəbul edildikdə-fəsad verir,adam xəstələnir, iştahı pozulur 
və heç nə yeyə bilmir,yəni,az yeməkdən də qalır.Böyük Nizami 
də ən dəyərli qida sayılan su haqqında məhz bu fikri söyləyib: 
 
 
Bir inci saflığı varsa da suda,   
 
 
Artıq içıləndə dərd verir o da
Lakin  məsələ  qidanın  tək  həcmində,çəkisində  deyil, 
həm də növündədir. Sualı belə qoymaq lazımdır: nə yeyirsən? 
Qidaya bir qədər dərindən nüfuz edək. 


 
73 
Bir  daha  yada  salaq  ki,  Təbiət  Qanunları  əbədi  və 
dəyişməzdir.Onlar öyrədir: bütün energetika sistemində olduğu 
kimi,  canlı  orqanizmdə  də  müntəzəm  olaraq  enerji  mübadiləsi 
baş verir-bir enerji bədəndən çıxır, digəri daxil olur.Qida,hava, 
su və işıq daxil olan enerjidir.İsti,nəfəs,hərəkət,düşüncə, danış-
maq,sidik,nəcis,tər və s. isə çıxan enerjidir.Sağlam olmaq üçün 
bu  iki  enerji  arasında  daima  tarazlıq-balans  olmalıdır.Elə 
buradaca  qeyd  edək  ki,kaloriliyin  sağlamlığa  heç  bir  dəxli 
yoxdur.Ömrü boyu yüksək kalorili qida qəbul edən adam hamı-
dan  bərk  xəstələnə  bilər  və  çox  vaxt  belə  də  olur,az  kalorili 
qida  qəbul  edən  isə  tam  sağlam  ola  bilər.Qida  məsələsində 
həlledici faktor Günəş enerjisidir.Qida məhsullarını bizə lazım 
olan  enerji  ilə  təchiz  edən  qüvvə  Günəşdir!  Günəş  enerjisi 
olmasa,nə  həyat  olar,nə  də  sağlamlıq.Günəş  enerjisinin  çalış-
qan  poçtalyonu,həyat  adlı  “maşını”  işlədən  qüdrətli  qüvvə-
möhtəşəm bitki səltənətidir.Bu səltənət insan üçün lazım olan 
bütün  vitaminlərlə,mikroelementlərlə  çox  zəngindir.Lakin  bizi 
yaşadan vitaminlər,duzlar  və digər mikroelementlər yalnız çiy 
bitkinin  tərkibində  qala  bilir.Bitki  Səltənəti  sağlamlıq  üçün 
zərərli olan rəngləri,turşuları,metal duzlarını özündə saxlamır. 
Alimlərin  hesablamalarına  görə,adam  ac  qalanda  orqa-
nizm  özünü yaşatmaq  üçün  100  şərti  enerji vahidi xərcləyirsə, 
karbohidratlarla qidalanarkən 106,4, yağ yeyəndə -114,5, zülal 
yeyəndə-140  vahid  xərcləyir.Ən  sərfəli  qida  karbohidratlar 
(meyvə-tərəvəz),az səmərəlisi isə zülallardır(ət,dənlər, yumurta, 
mürəbbələr,konservlər,bişirilmiş digər ərzaqlar). Özünüz seçin. 
Mənə tez-tez deyirlər: insan ətsiz-yağsız  necə ötüşsün? 
Belə  fikir  formalaşıb  ki,insan  sutka  ərzində  120  q  zülal,  50  q 
yağ,  500  q  karbohidrat  qəbul  etməlidir.Nişi  bu  fikiri  yanlış 
sayır.Mən də onu ikiəlli dəstəkləyirəm. İsveçrəli naturopat alim 
Birher-Benner  hesablayıb  (Nişi  də  onunla  razılaşıb):118  q. 
zülal almaq üçün 600 q ət,yaxud 20 ədəd yumurta,yaxud 3 kq 
kələm,yaxud 6 kq kartof,yaxud 30 kq alma yemək, ya da 4 litr 
süd  içmək  lazım  gələrdi.Mümkündürmü?..Elə  adam  var  ki,bu 


 
74 
qədər  zülülı  oynuya-oynuya  həzmi-rabedən  keçirir.Keçirməyə 
keçirir,amma altını çəkir.Yadıma Moskvada,Revmatizm institu 
-tunda  müalicə  alarkən  mənimlə  bir  palatada  yatan  Nikolay 
Kutuzovun  qida  rejimi  düşdü.Qırmızı  yanaqlarından  qan 
daman boylu-buxunlu gənc bənna işləyirdi.Tez-tez xəstəxanaya 
düşürdü.İndi  də  vurub  paytaxta  gəlmişdi.Paytaxt  təbibləri    də 
bir  şey  edə  bilmirdi.Vur  hey  müalicə  sxemini  dəyişirdilər.O 
vaxt bu acizliyin səbəbini bilmirdim.İndi bilirəm:Kolya yaman 
zülal düşkünüydü.Bir dəfə evdən bir torba yumurta gətirmişdi-
lər.Kolya  şam  yeməyini  yeyəndən  hamısın  tökdü  qazana, 
soyutma  bişirdi.Belə  güman  etdim  ki,çiy  saxlamaqdan 
çəkinir,bişirib  saxlayacaq,yavaş-yavaş  yeyəcək.Ya  da  payını 
palata yoldaşları ilə bölüşəcək.Gözünə döndüyüm Kolya,böyük 
rus  qonaqpərvərliy  ilə  dalını  bizə  tərəf  çevirib,bir  torba 
yumurtanı  dinməz-söyləməz  vurdu  bədənə.Maraqlandım:neçə 
dənə  idi?..Gözüm  kəlləmə  çıxdı:”On  beş  ədəd?!!Özü  də  yatar 
qarnına”.Kolya  mənə,başdan  xarab  adama  baxan  kimi, 
baxdı:”A  çto  tut  takoqo?..Ya  doma  i  toqo  bolşe  yem”.Gecə 
ağrıları artdı,analgin də kömək eləmədi.Səhər yerdən ölü kimi 
durdu.O gün qız-gəlinə söz atmağa,”davay xaraxolim” deməyə 
halı  olmadı,indi  də  qadınlar  ona  sataşırdı,  “davay  xaraxolim” 
deyirdilər.Kolya  da məzlum-məzlum qımışırdı.Nə baş  vermiş-
di?..Onda bu sualın cavabını bilmirdim,heç ağlıma da gəlmirdi 
ki,baş  vermiş  pisləşməni  evdən  gəlmiş  dadlı  yumurtalarla 
bağlayım.İndi dəqiq bilirəm.Kolya evdə yediyi yumurtaları ağır 
iş  prosesində yandırırdı,enerjiyə çevirirdi və xərcləyirdi.Burda 
isə  artıq  zülal  yanmadı,enerjiyə  çevrilmədi,  bədəndən  itirilən 
enerji formasında vicuddan kənara çıxmadı.Və fəsad verdi.     
Məslə bundadır ki,orqanizminə daxil olan zülal mütləq 
yanmalıdır!Dəxli yoxdur,bədənə istilik lazımdır,ya yox,yanma- 
lıdır,vəssalam.Yanmayan  zülal  zəhərli  maddələrə  (ptominlərə) 
çevrilir.Zülalın zərurət qarşısında məhv edilməsinə çoxlu enerji 
xərcləmək lazım gəlir.Bu da gətirib ona çıxarır ki,başqa maddə 
-lər(məsələn,yağlar,karbohidratlar) yanma prosesindən kənarda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə