Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   21   22   23   24   25   26   27   28   ...   98

 
78 
su ilə bərabər dünyaya gəlir və su bütün həyatı boyu ona lazım 
olur.Təkcə  onu  qeyd  etmək  kifayətdir  ki,insanın  ümumi 
çəkisinin  70  faizini  su  təşkil  edir.Su  orqanizmdə  aşağıdakı 
şəkildə yerləşir:əzələlərdə-50 faiz,sümüklərdə 13,qanda 5, qara 
ciyərdə  16,  dalaqda  0,4  faiz.Bəs  suyun  orqanizmdə  fizioloji 
funksiyası  nədən  ibarətdir?Su  sadə  kimyəvi  formula  ilə  işarə 
olunsa  da  (H
2
O),onun  tərkibi  çox  mürəkkəbdir.Su-universal 
həlledicidir  (rastvoritel).Təbii  suda  oksigendən  başqa  müxtəlif 
üzvi maddələr,həmçinin,müəyyən miqdarda radio-aktiv şüa da 
mövcuddur.Öz  nadir  kimyəvi  tərkibinə  görə  təbii  su  orqaniz-
mdə  xüsusi  reaksiyaya  girir.Tərkibində  daha  çox  əhəng  daşı 
olan suya“ağır”,yaxud “cod” su deyirik,az olana isə “yüngül”, 
“yumuşaq”.Qaynamış  su  “ölü”  sudur.Onun  tərkibindəki 
mikroelementlər  su  qaynayandan  sonra  dəyişilir  və  faydasını 
itirir.Odur  ki,təmiz  bulaqlar  olmayan  yerdə  su  filtirindən 
istifadə  etmək,  suyu  təmizləyib  çiy  içmək  məsləhətdir.  Filtir 
olmasa,bir stəkan çiy suya bir damcı yod,yaxud alma sirkəsi və 
yaxud  limon  ilə  bal  əlavə  edib  için.Bilin  ki,heç  bir  mikroor-
qanizm turş mühitdə yaşaya bilmir.Torpağında maqnezium bol 
olan  rayonlarda  çoxlu  su  içən  və  tərəvəz  yeyən  adamlar 
xərçəng  xəstəliyinə  nadir  hallarda  tutulur.Maqnezium  xərçəng 
xəstəliyinin  qarşısını  alır,  onu  sağaldır.  Maqnezium  həm  də 
əsəb,əzələ,endokrin,damar və digər sistemlərə yaxşı təsir göstə-
rir.Ona  görə  də  Nişi  suyun  maqnezium  duzları  ilə  zənginləş-
dirilməsinə  böyük  əhəmiyyət  verirdi.Mən  qəbul  elədiyim 
qidalara hər gün maqnezium duzu (bir çimdik) qatıram və bunu 
hamıya məsləhət görürəm.Diqqətinizə çatdırım ki,suyu dondu-
rub  buza  döndərdikdən sonra tərkibindəki  mikroblar  ölür.Belə 
su yağış suyunu əvəz edir. 
Qidanın  tərkib  hissəsi  olan  su  maddələr  mübadiləsinin 
gedişinə  güclü  təsir  göstərir.Nəfəs  verərkən  ağ  ciyərdən  buxar 
şəkilində(sutkada  600q),tər  şəkilində  dəridən(3  milyon  deşik-
dən 600 q),sidik şəkilində(1300-1500 q),nəhayət,düz bağırsaq-
dan  (1100q)  su  çıxır.Xaric  edilən  suyun  sutkalıq  həcmi  3500 


 
79 
qrama  bərabərdir.Əlbəttə,bu  miqdar  bədənin  parametrlərindən 
və  işin  xarakterindən,şəxsin  davranışından  çox  asılıdır.Amma 
bir şey hamı üçün eynidir:xaric edilən su qədər su içmək vacib-
dir!Su  içməyən  adam  bədənindəki  şlakın  hüceyrələrdə,damar-
larda  yığılıb  qalmasına  və  müxtəlif  xəstəliklər  törətməsinə 
gözəl  şərait  yaradır.Su  təkcə  orqanizmi  təmizləmək  funksiy-
asını daşımır,həm də bədənin temperaturunu insanı əhatə edən 
mühitin tempera-turuna uyğun olaraq tənzimləyir.Eyni zaman-
da,su  yağın  mübadiləsinə  kömək  edir,piyi  tər  vasitəsilə 
bədəndən  qovur.Normaya  uyğun  həcimdə  içilən    su  yoğun 
bağırsaqdakı  bakteriyaların  azalmasına  səbəb  olur.Su  olma-
yanda,  maddələr  mübadiləsi  zamanı  yaranan  bir  çox  zərərli 
maddələr  qana  sorulur,beləliklə  də  damarların  daralması,  qan 
təzyiqinin yüksəlməsi baş verir. 
Sual olunur:Suyu nə vaxt və necə içməli? Əvvəla, səhər 
yerdən  duran  kimi.Mütləq!Lakin  stəkanı  ilıq  çiy  su  ilə 
doldurub,başınıza  çəkməzdən  qabaq  tualetə  gedin,sonra  ağzı-
nızı və boğazınızı təmiz-təmiz yaxalayın (yaxşı olar ki, suya bir 
qədər  alma  sirkəsi  damızdırasınız).Əgər  dilinizin  üstündə  ağ 
təbəqə(ərp) əmələ gəlibsə,onu qaşığın qırağı ilə qaşıyıb təmiz-
ləyin.İndi  nuş  edə  bilərsiniz.Amma  xəbərdarlıq  edirəm:  ürəyi, 
yaxud  qara  ciyəri  xəstəliyə  meyilli  olan  adam  suyu  qurtum-
qurtum  içməlidir.Fəal  fəaliyyət  göstərən  sağlam  adamların 
gündəlik su norması 2-3 litrdir. Səhərlər ürəyiniz istəyən qədər 
su  içə  bilərsiniz.Sidiyə  tez-tez  gedən  adam  yatar  qarına  su 
içərsə,qara  ciyərini  və  böyrəklərini  xəstələndirə  bilər.Suyu 
hamamda çimdikdən və vanna qəbul etdikdən sonra içmək çox 
faydalıdır.Bu,orqanizmə  müxtəlif  zibillərdən  xilas  olmaqda 
köməklik  edir.Nişi  belə  hesab  edirdi  ki,isti  vanna  qəbul 
etməzdən  öncə  suyu  o  şəxs  içə  bilər  ki,  həmin  adam  düz  və 
bərk  yataqda  yatır.Bunu  etməyən  şəxs  suyu  isti  vannadan  ən 
azı bir saat əvvəl içə bilər. 
Bəzi  adamlar  soruşur:çörək  yeyərkən  su  içmək  məslə-
hətdirmi?Əsla  yox!Zərərli  vərdişdir.Fikir  verin:yemək  zamanı 


 
80 
və  ondan  dərhal  sonra  su  içən  adam  öz  əlilə  həzmolma 
prosesini  pozur  və  qəbul  etdiyi  qidanı  öldürür.Çünki  su  10-15 
dəqiqədən sonra mədəni tərk edir,özü ilə bərabər mədə şirəsini 
də  yuyub  aparır.Mədə  qalır  şirəsiz-”dəyirman”  “dəni”  üyüdə 
bilmir.Bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. 
Gəzinti vaxtı,yaxud qaçarkən su içmək zərərlidir.Bu vaxt içilən 
su mədə divarlarını korlaya və zədələyə bilər. Suyun normadan 
çox içilməsi orqanizimdə insulinin çatışmamasına və mədəaltı 
vəzinin  pis  işləməsinə  dəlalət  edir.Bu  xəstəliyi  dahi  yapon 
alimi  K.Nişinin  möcüzəli  Sağlamlıq  Sistemi  ilə  sağaltmaq 
mümkündür.Bu  sistemlə  yaşayandan  3  ay  sonra  məndə  şəkər 
xəstəliyindən əsər-əlamət qalmadı. 
Naturopat alimlərin hamısı qocalığı-orqanizmin, xüsusi-
lə  də  sümüklərin  susuzlaşması  kimi  qiymətləndirirlər.Tez 
qocalmaq istəməyən hər kəs, çəkisindən asılı olaraq, gündə 2-3 
litr  çiy  suyu  qurtum-qurtum  içməlidir.Suyu  yeməkdən  15-30 
dəqiqə qabaq və ilıq şəkildə içmək lazımdır.  
 
DAXİLDƏKİ  LABORATORİYA 
NECƏ  İŞLƏYİR? 
 
İndi biz çox şey bilirik.Məsələn,onu bilirik ki, qidaların 
hansı  faydalıdır,hansı  faydasız,  “ölü”  qida  nədir,  “canlı”  qida 
nə, suyu nə qədər və nə vaxt içmək məsləhətdir...Topladığımız 
biliyə  onu  da  əlavə  edək  ki,daxilimizdə  çox  zəngin,mürəkkəb 
və  mükəmməl  bir  laboratoriya  işləyir  və  bizim  sağlamlığımız 
onun  necə  işləməsindən  çox  asılıdır.Zərərli  və  faydasız  qidanı 
faydalı  etməyə  laboratoriyamızın  gücü  çatmasa  da,o,xeyirli 
qidanı  faydasız,yaxud  zərərli  qidaya  çevirə  bilər.Ona  görə  də, 
gəlin qidanın hərəkət marşrutuna diqqətlə nəzər salaq.Qida ağız 
boşluğuna düşcək “dəyirman” işləyir-dişlərimiz qidanı xırdala-
yır,dilimiz  dərhal  “analiz  götürüb”    beyinə  “teleqram  vurur”: 
qida  istidir,yaxud  soyuqdur,turşdur,yaxud  şirindir,bərkdir  və 
yaxud  yumuşaqdır,filan  xassələrə  malikdir.Beyin  “teleqramı” 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə