91
köpdən,qəbzlikdən,yaxud ishaldan,ürək-damar xəstəliyindən,
digər bəlalardan yaxa qurtarmasanız,məni də Nişiyə qatıb,
lənətləyin.Amma bizi söyməzdən qabaq özünüzdən hesabat
tələb edin:Nişi Təliminə vicdanla əməl edirsənmi?
YAĞ DOSTUMUZDU, YA DÜŞMƏNİMİZ?
Baxır söhbət hansı yağdan gedir.Sizi üzmədən kəsə
deyim:bitki yağları heyvan yağlarından üstündür.Heyvan yağla
-rından yalnız kərə yağı(duz vurmadan),gündə 20 qr. istifadə
etmək məsləhətdir.Sutkada bir xörək qaşığı qaymaq yemək
olar.Bunları qızdırmaq məsləhət deyil.Təbii yağlar qozun,fındı-
ğın,günəbaxan tumunun və digər tumların tərkibində kifayət
qədərdir.Bunlarda tez həzm olunan miqdar və tənasübdə zülal,
yağ,karbohidrat,vitaminlər,mikroelementlər və Günəş enerjisi
cəmləşib.Lakin yağla zəngin olan bu qidaları çox qəbul etmək
pis nəticələr verə bilər.Əgər siz qoz-meyvə dietası saxlamaq
istəyirsinizsə,onda qozu və ya tumu 100 qramdan artıq yemə-
yin.Əgər bunları qatıq,balıq,ət,yumurta,kəsmiklə bərabər yeyir-
sinizsə,onda qozu
azaltmaq,ya da rasiondan çıxarmaq lazımdır.
Evdar qadınlara ən başlıca məsləhətim budur ki,zəhmət
çəkib qozu,fındığı,püstəni,badamı və digər dəyərli qidaları
maşından keçirməsinlər,süfrəni bəzəmək və özünü kulinariya
bilicisi kimi göstərmək naminə,onlardan şirniyyat bişirmə-
sinlər.Öz zəhmətlərinə və ailə büdcəsinə hayıfları gəlsin.Qida
süfrədə gözəllik və harınlıq əhvalı yaratmaq üçün deyil. Qadın-
ların böyük əzabla bişirdiyi tortlar,kekslər,piroqlar,paxlava,
şəkərbura və digər şirniyyatlar nə onların özünə,nə övladla-
rına,nə də əziz qonaqlara fayda verə bilər.Zərəri isə hədsizdir.
Qoz-fındığı,püstə-badamı,kişmişi və digər quru meyvələri elə
çiy şəkildə süfrəyə düzün və nuş edin.Bunu etsəniz və Nişinin
digər tələblərini də yerinə yetirsəniz,canınız həmişə sağlam
olacaq,xərciniz az çıxacaq,havayı zəhmətdən yaxa qurtara-