105
almaq, “kef çəkmək” naminə,özü də bol-bol yeyən adam
sağlam ola bilməz.Nişinin elmi əsaslarla əsaslandırdığı bu
fikiri vaxtilə Məhəmməd Peyqəmbər də deyib,İbn Sina da,
Nizami də,Sədi də,digər işıqlı dühalar da. “Qida və sağlamlıq”
konteksti baxımından Peyğəmbərimizlə həkimin dialoqu
ibrətamizdir.Əcəm hökmüdarı tərəfindən Peyqəmbərin hüzu-
runa göndərilmiş həkim ona şikayət edir:xeyli vaxtdır bura
gəlmişəm,amma,nədənsə,mənə müraciət etmirlər.Yəqin,mənə
inanmırlar.Cavabında Həzrəti Məhəmməd buyurub:“Bizim
camaatın bir yaxşı adəti var:acmamış yeməzlər,süfrədən də
doymamış çəkilərlər.Ona görə də təbibə ehtiyac duymurlar”.
Nizaminin müdrikliyinə və ensiklopedik biliyinə dəlalət
edən “bir inci saflığı varsa da suda,artıq içiləndə dərd verir
o da” misraları çoxdan zərbül-məsələ çevrilib.Dahi Nizami
təkcə “nə qədər yemək” sualına deyil, həm də “nə yemək ”
sualına cavab verib:
Yeməkdə əsasdır cana nuş olmaq,
Onun dadına yox, faydasına bax.
Loğman müdrikliyi ilə qidanın dadını yox,faydasını
əsas götürməyi məsləhət görən şair daha bir vacib məsələyə
toxunub:
Yağlıdan, yavandan elə ye ki, sən,
Onu asanlıqla həzmə verəsən.
Bəli, həzmə getməyən qida - sağlamlığa xidmət etmir,
sağlamlığın düşməninə çevrilir.Artıq yeməyin zərərini müdrik
şair Sədi Şirazi də görüb:
Gülşəkər ziyandır- çox yesən əgər,
Az yesən- küt çörək olar gülşəkər.
106
Maraqlıdır ki,müxtəlif əsrlərdə ayrı-ayrı müdriklər
tərəfindən söylənmiş qədim fikirlər müasir naturopat dieto-
loqlar tərəfindən tərtib olunmuş qidalanma qaydaları ilə tam
üst-üstə düşür.Yeri gəlmişkən,müdrik peyqəmbərimizin hələ
Y11 əsrdə dediyi dahiyanə fikiri bir daha yadınıza salmaq
istəyirəm:”Bütün fəsadların yuvası-mədədir,bütün dərdlə-
rin çarəsi pəhrizdir”.Bu dəyərli fikri d-r Pol Breqq başqa
formada təkrarlayıb:”Biz-nə yeyiriksə,oyuq”.Yəni,təbii qida
yeyiriksə-sağlamıq,çürük qida yeyiriksə-xəstəyik.
MENYU FƏRDI OLMALIDIR
Hər birimiz öz təcrübəsindən bilir:məsləhət vermək
asandır,onu yerinə yetirmək isə çox çətindir.Mən də başa düşü-
rəm:yaşlı adam xörəklərin şahı saydığı plovdan,ağzını dada-
tama gətirən kababdan,bayram süfrəsini bəzəyən şirin paxla-
vadan,tortdan,şəkərboradan öz xoşuna əl götürən deyil.Buna
hər kişinin hünəri çatmaz!..Bu,acı da olsa,şirin də olsa, real-
lıqdır və biz onu nəzərə almaq zorundayıq.Fəqət nəzərə alınası
başqa bir reallıq da var:biz məhz həmin dadlı,ləziz qidaları,yəni
tərkibində faydalı elementlər qalmayan “ölü” qidaları uzun illər
yediyimiz üçün “çarəsiz” dərdlərə mübtəla olmuşuq və bu gün
də,nəfsimizə qalib gəlib,o zərərli(amma çox dalı!) qidalardan əl
çəkə bilmədiyimiz üçün sağalmırıq.Sağalmırıq və günahı da
yazıq həkimin qıldan nazik boynuna yıxırıq.Halbuki vicdanlı
həkim sənə hər dəfə deyir:”Yeməyinə fikir ver-yağlı xörəklər
yemə,çoxlu meyvə-tərəvəz ye”.Sən isə həkimə “baş üstə”
desən də,içində bilirsən ki,nəfsin qabağında duruş gətirə
bilmiyəcəksən,yenə də səni zəka yox,sağlam məntiq yox,gödən
idarə edəcək.Gödən isə həmişə qidada fayda yox,ləzzət
axtarıb.Çünki bizi sevən,sevdiyi üçün də zəhərləyən (acı
təzaddır!) əziz anlarımız gödəni o cür tərbiyə edib.Bu da real-
lıqdır,əziz oxucum.Ən böyük reallıq isə bundan ibarətdir:
Düzgün qidalanmayan adam-mütləq xəstə olmalı və
107
dünyasını tez dəyişməlidir.Yalnız düzgün qidalanan xəstə
hər cür dərdə qalib gələ bilər.
Bizim ən böyük bəlamız bundadır ki,hər bir işimizi
şüurlu formada,elmi əsaslar üzərində qurduğumuz halda,həyat
mənbəyi olan qida seçiminin və qidalanma məsələsinin ixtiya-
rını şüurun əlindən alıb vermişik kefqom gödənin əlinə.O da
kəmsiyi salıb başımıza,bizi belədən elə sürüyür,elədən də
belə.Ayıl,əziz qardaşım,əziz bacım!Ağlını başına yığ,gödənə
öz yerini göstər,deynən,sən başdan çox aşağısan,ged otur
yerində.Gödəni yerində oturdandan sonra,indiyəcən yediyin
qidalara,bu kitabın köməyi ilə topladığın bilik müstəvisində
bax.Nəzərə al ki,düzgün menyu-sağlamlığın əsasıdır.
Menyu sadə qidalardan tərtib olunmalıdır.Hər kəsin
yaşı,çəkisi,peşəsi nəzərə alınmalıdır.Ağır iş görən fəhlə ilə
alimin qidaya təlabatı eyni deyil.Az hərəkət edən ziyalının
menyusunda meyvə-tərəvəz əsas yer tutmalıdır.Menyu yeknə-
sək olmasın.Onu tərtib edərkən Qidalanma Qaydalarını və
mövsümü nəzərə almaq lazımdır.
Biz aşağıda,45 il qidalanma problemlərini araşdıran,
30.000 ağır xəstəyə qidanın köməyi ilə şəfa vermiş məşhur
naturopat alim H.Şeltonun tərtib etdiyi menyunu verməklə, hər
kəs üçün fərdi qaydada menyu tərtib etmək imkanı yaradırıq.
108
YAZ-YAY MENYUSU
Bazar günü
Səhər
yeməyi
Günorta yeməyi
Şam yeməyi
Qarpız,
ərik
Tərəvəz salatı,
kartof, yaxud
boranı,çuğundur
Tərəvəz salatı, qoz,
fındıq, yaxud
paxlalı bitkilər
I gün
Yemiş, yaxud
şaftalı, yaxud
albalı
Tərəvəz
salatı,
kök, yaxud
göy noxud
Tərəvəz salatı,
kəsmiklə
kələm
II gün
Yemiş
Tərəvəz salatı,
boranı
Tərəvəz salatı,
qarğıdalı
III gün
Hər hansı
şülul, gavalı
(şəkərsiz)
Tərəvəz salatı,
gül kələm
Tərəvəz
salatı, təzə
qarğıdalı, yaxud
düyü
IV gün
Şaftalı, yaxud
ərik, yaxud
gavalı
Tərəvəz salatı,
kələm, yaxud
kök, yaxud
kartof
Tərəvəz salatı,
çuğundur yarpağı
və gövdəsi, qoz
V gün
Alma, yaxud
başqa meyvə
Tərəvəz salatı,
badımcan (azca
bişmiş), kobud
un çörəyi
Tərəvəz salatı,
yumurta,
yaxud boranı
VI gün
Banan,
albalı,bir
stəkan qatıq
Tərəvəz salatı,
göy noxud,
kələm
Tərəvəz salatı,
kələm,cücərmiş
buğda, soya zoğu
Dostları ilə paylaş: |