Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.

səhifə4/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   98

 
12 
Fəqət, insan heç vaxt özünü görə bilmir. Olsa-olsa öz hüsnünü-
camalını, dərisini, boyunu, qaş-gözünü görə bilir. Çünkü ayna 
qabağında  dayanan  insan  heç  vaxt  öz  daxilinə  nəzər  salmağa 
təşəbbüs  göstərmir.  Daxili  onu  az  maraqlandırır,  bəlkə  də  heç 
maraqlandırmır. Daxili yalnız mədəsi, ürəyi, qara ciyəri, yaxud 
başqa  bir  orqanı  şıltaqlıq  edəndə,gecələr  yatmağa,gündüzlər 
oturmağa  qoymayanda,öd  kisəsində,böyrəklərində  al-əlvan 
daşlar  əmələ  gələndə  yada  düşür.Dünya  şöhrətli  (bizə  isə  bu 
çağacan  bəlli  olmayan!!!)  dahi  yapon  alimi  Katsudzo  Nişi  isə 
öz daxilimizə gündə bir neçə dəfə nüfuz etməyi məsləhət görür. 
“Nişi  kimdir”  sualına  cavab  verməzdən  əvvəl,gəlin, 
Şeytanın  qıçını  sındırıb,  ömrümüzdə  heç  olmasa  bircə  dəfə 
özümüzə  kənardan,təhlil  və  tənqid  prizması  altında  baxaq. 
Əgər bunu etmiş olsaq,yəni,özümüzə kənardan baxsaq, diqqət-
mizi çəkən ən qabarıq məsələ bu olacaq:hər  birimiz,  ağlımız 
kəsən  gündən,heç  nəyin  fərqinə  varmadan,ümumi  axına 
qoşulub,bozbulanıq  kütlə  gedən  səmtə  getmişik.  Buna  bir 
əzəmətli  ad  da  vermişik:”yaşayırıq”.  Yaşayırıqmı?..  Bəlkə 
düzünü deyək:sürünürük.“Ah-uf” içində,it zülmüynən qazan-
dığımız  pulları  dava-dərmana  xərcləyə-xərcləyə,Ana  Təbiətin  
müqəddəs  Qanunlarını  tapdalaya-tapdalaya,  onları  dəyişməyə 
cəhd göstərə-göstərə sürünürük.Hərdən, zavallı Don Kixot kimi,   
“Təbiəti özümüzə tabe etdirmək” kimi xam xəyala da düşürük. 
Buna görə də “Təbiət” adlı qadir hakim əlindəki əmudla başı-
mıza elə bir ağır zərbə vurur ki,siqaretin,içkinin,yağlı kababın, 
şirniyyatın,kolbasanın,saqqızın,daha nə bilim nələrin təsirindən 
kütləşmiş  olan  ağlımız  diksinib,  oyanır.Ayilan  kimi  həyacan 
təbili çalır: “Vəziyyətim ağırdı! Məni xilas edin!”. Fikir verin: -
məhz  insan  özü-özünü  qeyri-sağlam  həyat  tərzinin  köməyi  ilə 
qırx  ərşin  quyunun  dibinə  salır,amma  istəyir  ki,onu  quyunun 
dibindən  özü  deyil,kim  isə  bir  başqası  çıxartsın.Bundan  da 
böyük  qəribəlik  budur  ki,düşdüyü  ağır  vəziyyət  üçün  əsl 
səbəbkardan-yəni  özündən  başqa  kimi  desəniz  təqsirləndirir: 
“ağır  taleyi”,ictimai  qurluşu,iqtidarı,təbibləri,deyingən  qayna-


 
13 
nanı,  kasıbçılığı,  televiziya  şirkətinin  rəhbərliyini...Di  gəl,bir 
sualı  özümüzə  vermək  heç  vaxt  ağlımıza  gəlmir:seçdiyim 
həyat tərzi sağlamdırmı? Bir vaxtlar bütün əzəməti və zəhmi 
ilə  qarşımı  kəsən,yaxamdan  tutub  məni  bərk-bərk  silkələyən 
həmin  sualla,əziz  oxucum,indi  mən  sənə  müraciət  etmək 
istəyirəm:seçdiyin həyat tərzi sağlamdırmı?  
           İndi  isə  gəlin  daha  bir  vacib  sualın  üstünə  qayıdaq: 
xəstəlikdən  dava-dərmansız  yaxa  qurtarmaq  mümkündürmü? 
Bu  taleyüklü  sualın  cavabını  hələ  XX  əsrin  birinci  yarsında 
dahi Yapon alimi Katsudzo Nişi böyük qətiyyətlə və birmənalı 
vermişdir:bəli,  bütün  xəstəlikləri,o  cümlədən,xərçəngi  də 
dərmansız  müalicə  etmək  mümkündür!Bu,hələ  harasıdır, 
insan öz həyatının son gününədək bircə dəfə xəstələnməyə  də 
bilər, indikindən 2-3-5 qat artıq ömür sürər.Bunun üçün, sadəcə, 
professor  K.Nişinin  yaratdığı  Sağlamlıq  Sisteminin  tələblərini 
dəqiq yerinə yetirmək bəs edər. 
 
ÖLÜ KƏFƏNİ YIRTDI 
 
Qonşu  otaqda  xəlvəti  yas  mərasimi  qurulmuşdu: 
yaxınlarım  xısın-xısın  mənə  ağı  deyirdilər.Nə  qədər  cəhd 
etsələr  də,içlərində  qaynayan  hıçqırtını  boğa  bilmirdilər.Ağır 
dərdin-məni  erkən  itirmək  təhlükəsinin  dərin  kədəri  sinələrini 
deşib, hıçqırtı şəkilində çölə çıxır, divardan keçib, bu biri otağa  
dolur, qulaqlarıma,oradan da beynimə soxulurdu.Mübtəla oldu-
ğum  ağır  xəstəliyin  rəzil  xislətini  də,meyid  halına  düşmüş 
cismimin  müqavimət  göstərmək  qabliyyətini  itirməsini  də, 
məni müalicə edən yüksək titullu təbiblərin və bütövlükdə tibb 
elminin  acizliyini  də  yaxşı  dərk  edirdim.Amma  həyatdan  belə 
tez-gəncliyi  başa  vurmadan  getməyi  heç  cür  ağlıma  sığışdıra 
bilmirdim.Nə  görmüşdüm  bu  dünyada?  Nə  yaşadım  ki,nə  də 
görəm!Yaxşı  deyiblər:“Yetimin  ağzı  aşa  çatanda  başı  daşa 
çatar”...Qonşu  otaqdan  gələn  boğuq  hıçqırtılar  qulağıma 
pıçıldayırdı:hazırlaş, tezliklə öz dünyanı dəyişəcəksən. 


 
14 
Həftədə  iki  dəfə  konsiliuma  toplaşan,məni  sağaltmaq 
üçün  baş  sındırıb  çarə  yolları  arayan,  tez-tez  müalicə  sxemini 
(mənə  verilən  dərman  kompleksini)  dəyişən,lakin  istənilən 
nəticəni  ala  bilməyən  dazbaş  professorların,yarım-daz  dosent-
lərin,yaşlılardan nəsə götürmək istəyən gur saçlı cavan həkim-
lərin  məzlum  baxışlarını  gözümün  qabağına  gətirdikcə,onların 
inamsız  təkliflərini  yada  saldıqca,qonşu  otaqdan  gələn  boğuq 
hıçqırtıların  təsiri  güclənirdi,dərk  edirdim  ki,bu  qızmar  yay 
günü  məni  Bakıdakı  Semaşko  adına  klinikadan  xərəklə 
çıxardıb,atam uyuyan Məmər kəndinə,bacımın evinə məhz ona 
görə  gətiriblər  ki,son  günlərimi  doğma  el-obamda  keçirim, 
əbədiyyətə  öz  doğma  torpağımda  qovuşum.Belə  insafsız,  belə 
ədalətsiz hökmü qəbul edə bilmirdim. Mən ölmək istəmirdim, 
yaşamaq istəyirdim. Özü də çox güclü istəyirdim. 
Bir  fransız  aliminin  “Zdorovye  mira”  adlı  beynəlxalq 
jurnalda  dərc  olunmuş  məqaləsi  ümüd  şamını  zəyif  formada 
olsa  da  qidalandırır,sönməyə  qoymurdu:“Artrit  xəstəlikləri 
insanları  çox  nadir  hallarda  öldürür.Amma  çoxlu  insanı  şikəst 
qoyur və dünya iqtisadiyyatina olduqca böyük zərbə vurur”. Bu 
kəlmələrin  “ətəyindən”  bərk-bərk  yapışdım.Razıydım:qoy 
şikəst olum, amma belə tez ölməylm... 
Ümid şamı sönmədi!Yüksək titullu təbiblərin, predniza-
lon, natrium solisilat turşusu və aspirin kimi güclü preparatların 
başara  bilmədiyini  Ana  Təbiət,doğma  elimin  adamları,bir  də 
hamının  böyük  hörmətlə  “Əbil  həkim  ”  deyə  müraciət  etdiyi 
adi  kənd  feldşeri  başardı.İşkəncələrlə  dolu  olan ağır  müharibə 
illərinin  formalaşdırdığı  möhkəm  iradə  də,heç  şübhəsiz,öz 
böyük rolunu oynadı.Bunlar hamısı birləşib möcüzə yaratdılar: 
kəfəni yırtdım!.. 
           Kiməsə faydası dəyə biləcəyini nəzərə alaraq, həyatımın 
ağrı  və  işgəncələrlə  dolu  olan  həmin  kəsiyini  bir  qədər 
çözələmək istərdim. 
Gözünüzün  qabağına  Qubadlının  qızmar  günəşli  aran 
kəndini-Məməri gətirin.Qızmar yay günəşi adamın  beynini ox 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə