Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   38   39   40   41   42   43   44   45   ...   98

 
130 
276,aşağı isə 174 olduqda belə.“Qızıl mütənasibliyin” pozulması 
isə həyacan siqnalı kimi qəbul olunmalıdır. 
Nişi dünyada mövcud olan belə bir ümumi fikirə şərikdir 
ki, qan təzyiqi -sağlamlığın barometridir. Lakin Nişi tam əmindir 
ki,  yuxarı  təzyiqin  qalxıb  enməsi  deyil,  “qızıl  mütənasibliyin” 
pozulması fəsad verir. Məhz bu hal narahatlıq doğurmalıdır. 
Öz təcrübəmə arxalanaraq,sizi əmin edirəm:kifayət qədər 
çiy meyvə-tərəbəz yeyən,gündə 2-3 litr çiy su,yaxud təzə meyvə 
və  tərəvəz  şirəsi,itburnu  dəmləməsi  içən,kifayət  qədər  faydalı 
hərəkət  edən  şəxs-qan  təzyiqi  haqqında  əsla  düşünmədən  sakit 
yaşıya bilər. 
 
 
ÜRƏYİN  ROLU  VƏ  FUNKSİYASI 
 
Bir  daha  yada  salıram:  Nişi  təkidlə  bizi  inandırır  ki, 
orqanizmdə  nasos  rolunu  ürək  deyil,  kapilyarlar  oynayır.  Bəs 
onda  ürəyin  rolu  nədən  ibarətdir?  Qələm  əhlinin,ələlxüsus  da 
şairlərin  ağzından  və  qələmindən  düşməyən  ürək,  qeyri-poetik 
formada  desək,  hər  kəsin  öz  yumuruğu  boyda  olan  bir  əzələ 
orqanıdır, sağ və sol hissələrdən ibarətdir. Bu hissələr də çəpərlə 
yuxarı  kameraya  (qulaqcığa)  və  aşağı  kameraya  (mədəciyə) 
bölünüblər.  Onların  arasında  klapanlar  yerləşib.  Daha  nazik 
divarı  olan  sağ  hissə  sıxıla  bilir,  ona  görə  də  sağ  qulaqcıq  və 
mədəcik vena ilə müqayisə oluna bilər. 
Ürəyin sol hissəsi-qulaqcıq və mədəcik daha qalın divara 
malikdir,  arteriya  kimi  uzana  bilirlər.Üstəlik,onlar  ağ  ciyər 
venası (bu vena arteriya qanını ağ ciyərdən ürəyin sol hissəsinə 
daşıyır) ilə arteriya arasında yerləşib. Ona görə sol qulaqcığı və 
mədəciyi  arteriya  ilə  müqayisə  etmək  və  arteriya  sisteminin 
tərkib hissəsi kimi qiymətləndirmək düzgün olar. 
Ürək nasos rolunu oynasaydı, o zaman bu prosesdə bütöv 
ürək  deyil,  yalnız  sağ  kameralar  iştirak  edərdilər,  çünki  sol 
kameralar sıxılma (gəriləmə) qabiliyyətinə malik deyillər. Bunlar 


 
131 
daha çox arteriya sisteminə yaxındırlar - dartıla və uzana bilirlər. 
Beləliklə  də,ürək  iki  funksiyanı  yerinə  yetirir:  sıxılmaq  (gəril- 
mək)  və  uzanmaq  funksiyalarını.Nişi  göstərir  ki,  əl  nə  qədər 
yuxarı qalxarsa, sağ qulaqcıqda təzyiq bir o qədər yüksələr, vena 
axınının həcmi bir o qədər artar. Bu o deməkdir ki, sağ qulaqcığ 
vena axınına reaksiya verir, buna görə də ürək təzyiqi güclənir. 
Təzyiqin  qollarda  ölçülməsi  buna  əsaslanır:  qol  venasının 
dolğunluq dərəcəsi(yuxarı qaldırıldıqda)-sağ qulaqcıqdakı təzyiq 
dərəcəsini göstərir.Bütün təbiblər bilir: ürək ritmik şəkildə sıxılıb 
açılır, lakin heç kəs izah edə bilmir: nə üçün? 1930-cu ildə elmi 
ədəbiyyatda  “əyalət  ürək”  (“periferiçeskoe  serdse”)  termini 
işlədildi.  Bu  anlayış  özündə  arteriyanı,  venanı  və  kapilyarları 
birləşdirir. 
Ürəyin  sağ  kameraları  vena  sistemi  ilə  bağlıdır,  qanı 
orqanlardan ürəyə daşıyır, sözün tam mənasında, onu ikinci ürək 
adlandırmaq olar. Bəs onda sol  kameralar, yəni sol  qulaqcıq və 
sol  mədəcik  nəyi  təmsil  edir?  Nişi  təklif  edir  ki,  onlara 
təmizlənmiş  qan  üçün  “çən”,  yaxud  “sumka”,  ya  da  “əzələ 
kisəsi” kimi baxaq. 
Kapilyarlar  işə  düşüb  arteriyadan  qan  soranda  -  arteriya 
vakuum sahəsində əmələ gələn qüvvəyə tab gətirmir və yığılmaq 
məcburiyyətində  qalır.Sonrakı  anda  arteriya  uzanır  və  sol 
mədəcikdən  qanı  sorur.Mədəcik  boşalır  və  yığılır.Lakin  dərhal 
da, öz vərdişi hesabına,uzanır və sol qulaqcıqdan qan sorur. Nişi 
sübut etmişdir ki, güclü qan axınını hərəkətə gətirən əsas qüvvə 
kapilyarlarda,  ikinci  dərəcəli  qüvvə  isə  vena  sistemində,  bir  də 
sağ ürək kamerasında (qulaqcıq və mədəcikdə) yerləşib. 
Sağlamlıq-təkcə  qanın  təmizliyindən  və  faydalı  element- 
lərlə  zəngin  olmasından  deyil,həm  də  qanın  maneəsiz  və  rahat 
dövr  etməsindən asılıdır.Ağacları yaşadan su nə qədər təmiz və 
mierallarla  zəngin  olursa  olsun,arx  zir-zibillə  dolubsa,su  gedib 
ağaclara  çatmırsa,onun  ağaca  bir  faydası  dəyməz.Qan  da 
belədir,o,hardasa  yubanırsa,o  zaman  qan  korlanır  və  toxumaları 
zədələyir.Biz  sağlam  olmaq  üçün-kapilyarları  daima  sıxılıb 


 
132 
açılmağa sövq etməliyik ki qan yaxşı dövr eləsin.Nişi öyrədirdi: 
əliniz zədələnibsə, qanı axırsa, qolunuzu iplə boğun ki, qanaxma 
kəssin.  Sonra  zədələnmiş  əli  ürək  səviyəsindən  yuxarı  qaldırın, 
10-15  dəqiqə  yırğalayın.  Yara  dərhal  sağalacaq.  Dərman 
vurmağa, tikiş qoymağa lüzum qalmayacaq. Mən bu əməliyyatı 
bir  neçə  dəfə  həyata  keçirmişəm  və  onun  dürüstlüyünə 
inanmışam.Sağalma  mexanizmi  çox  sadədir:əlin  ürək  səviyyə- 
sindən  yuxarı  qalxması  və  silkələnməsi  kapilyarların  yığılıb  - 
açılmasına(gərilməsinə) səbəb olur,zədələnmiş hissədən keçməli 
olan  qan  geri  çəkilir.Professor  K.Nişi  bu  hadisəni  bilavasitə 
qlomusun funksiyası ilə bağlayır. 
              SOL  MƏDƏCİYİN  ƏHƏMİYYƏTİ 
Uzun  illər  ürəklə  məşğul  olan  həkim  Lyüdviq  Aşoff 
birinci dünya müharibəsi zamanı bu qənaətə gəlmişdir ki, adam 
öləndən  30  dəqiqə  sonra  ürək  daşlaşır.O,  belə  hesab  edir  ki, 
həmin vaxt ərzində ürəyin sol mə'dəciyinin sıxılması davam edir. 
L.Aşoffun  bu  fikiri  Nişini  ciddi  məşğul  etdi.  Nişi  bilirdi  ki, 
ürəyin  sol  mə'dəciyi  infeksiyalı  xəstəliklərdən  sonra  zəyifləyir. 
Nişi  L.Aşoffun  müşahidəsini  şərh  edərkən  yazırdı:  orqanizmə 
infeksiya  keçəndə  hüceyrələr  zəhərlənmiş  qan  püskürür,  bütün 
bu vaxt ərzində qlomus (nəzarətçi) əzgin və lırt qalır, arteriyadan 
qanı  fəal  sormur,  nəticədə  sol  mə'dəciyin  və  arteriyanın  qanla 
dolması  müxtəlif  şəkildə  baş  verir.Ona  görə  də  belə  xəstələrin 
sol  mə'dəciyi  genişlənir.  Nişi  kapilyarların  rolunu  sübut  etmək 
üçün  «Andral  simptomu»  deyilən  misala  müraciət  edir:  plevrit 
xəstəliyinə tutulmuş adam ilk vaxtlar sağlam tərəf üstə yatmağa 
və  bununla  da  ağrıdan  qaçmağa  çalışır,  özü  də  bilmədən  zədəli 
tərəfdəki  kapilyarları  və  venanı  gərilməyə  məcbur  edir,  bu 
münvalla qan axınını qlomusdan keçirir. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə