Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   39   40   41   42   43   44   45   46   ...   98

 
133 
ÜRƏK   XƏSTƏLİKLƏRİNƏ  
 TUTULMAMQ  MÜMKÜNDÜR! 
Nişi  öyrədirdi  ki,  qan  dövranının  mexanizmi  haqqında 
yeni mülahizəni  tətbiq etməklə-ürəyi    xəstəliklərdən qorumaq
xəstələndikdə  isə  dava-dərmansız    sağaltmaq  mümkündür. 
Halbuki ürək xəstəlikləri bütün Yer üzündə hər gün milyonlarla 
adamı  erkən  məzara  aparır.Başlıca  səbəb  budur  ki,  müasir 
müalicə metodu «ürək nasosdur» kimi yanlış  nəzəriy- yəni əsas 
götürür. Bunun həqiqət olmasına səkk gətirməyən həkim, hər bir 
xəstəyə,  ürək  “pristupu”  tutanda,  güclü  stimulyator  tə'yin  edir. 
Belə  hesab  edir  ki,  dərman  ürəyi  stimullaşdıracaq  və  qan 
dövranını  tənzimləyəcək.Dərman  həqiqətən  də  ürəyi  stimul-
laşdırır, lakin çox vaxt xəstə ölür. Kimsə ağlına gətirmək istəmir 
ki,  buna  səbəb  dərman  oldu.  Nişi  sayır  ki,  ürəyi  tonuslaşdıran 
dərmanın  azad  tətbiqi  qadağan  olun-malıdır-həyat  üçün 
təhlükəlidir!  Çünki  güclü  tə'sirə  malik  olan  dərman  zəyifləmiş 
ürək üçün çox ağır yükdür: o, ürəyi zorla, amansızcasına işlədir 
(qamçı  atı  işlədən  kimi).  Elə  bil,  ürək  həqiqətən  də  dəmirdən 
hazırlanmış  nasosdur.  Qəfil  ölümün  səbəbi  də  budur.  Bəs  onda 
necə  olur  ki,  güclü  dərman  çox  vaxt  ağır  xəstələri  kritik 
vəziyyətdən  çıxarır?  Nişi  yazırdı:  «Belə  hallarda  xəstənin 
böhrandan çıxmasına yardımçı olan, tam əminəm, tonuslaşdırıcı 
dərman  deyil,  qlomusdur,  ya  da,  haqqın-  da  bir  çox  həkimlərin 
heç  nə  bilmədiyi,  arteriya-vena  anastomo-  zudur.  Məhz  belə 
anda  kəskin  şəkildə  böyüdülmüş  olan  qlomus  tonuslaşdırıcı 
dərmanın təsiri altında sürətlənən qan selini arteri- yadan birbaşa 
venaya  keçirir,  beləliklə  də  kapilyarların  partlama-  sının 
qarşısını  alır”.Yəni,”ötürücü  şlyüz”  rolunu  oynayır.  Müəy-  yən 
səbəbdən,  tutalım,venanın  dartılması,  trombla  tutulması  nəti- 
cəsində, kapilyarlar öz funksiyasını yerinə yetirə bilmir.Beləliklə 
də qanın hərəkəti müəyyən müddət dayanır. Bu vaxt vena ilə ürə 
yə axan qan seli kəskin şəkildə azalır-ürəyin fəaliyyəti zəyifləyir. 
Lakin buna ürək xəstəliyi kimi baxmaq lazım deyil. Bu, sadəcə, 


 
134 
ürək fəaliyətinin  zəyifləməsidir, qan axını  həcminin  azalmasına 
verilən cavabdır.Bu-fizioloji prosesdir.Zədələnən və yaxud infek 
siyaya  məruz  qalan  ürək  də  zəyifləyir.  Ürək  xəstəliyinin  bu cür 
orqanik  tipi  qan  dövranının  pozulması  xəstəliyidir.  Nə  qədərki 
qan bədəndə sərbəst axır-xəstəlik törəyə bilməz! Heç vaxt xəstə- 
liyə tutulmamaq üçün, sağlam qan yaratmaqla bərabər, qan arxı- 
nın yolunu müntəzəm olaraq təmizləmək və qan dövranını daimi 
etmək vacibdir. 
Ürəyin  atasını  yandıran,  onu  pis  günə  qoyan  dərmandan 
qaçın!  Kapilyarları  fəallaşdırmağa  çalışın!  Ürəyin  müalicəsi-
kapilyarları mümkün qədər tez-tez və dolğun şəkildə gərilməyə, 
sıxılıb-açılmağa vadar etməkdir. Ürəyin bir nömrəli dərmanı-çiy 
meyvə-tərəvəz  və  faydalı  hərəkətdir.Hərəkətlərin  ən  faydalısını 
isə  Nişi  öz  təliminə  daxil  edib.  Gəlin,dünyada  analoqu  və 
alternativi olmayan bu ecazkar sistcmlə yaxından tanış olaq. 
 
 
 
  
 
ALTINCI  FƏSİL 
KATSUDZO  NİŞİNİN  6  QAYDASI 
Bir  daha  yadınıza  salıram:  cansağlığı  ilə  bağlı  70.000 
ədəbiyyat  (qədim  Misir,  qədim  Yunan,qədim  Çin,Filippin, 
Tibet,Hindistan,Yaponya,Almaniya,Amerika,Rusiya) 
oxuyan 
görkəmli  yapon  alimi  Katsudzo  Nişi  bunlardan  yalnız  362-sini 
məqbul  sayaraq,  6 Qaydadan  ibarət olan  öz dahiyanə Sağlamlıq 
Sistemi-  ni  yaratmışdır.Özündə  qaçışı(qaçmadan),masajı(masaj 
etmədən),  həm də Yoq sistemini birləşdirən bu qaydalara gündə 
iki  dəfə  (səhər-axşam)  əməl  edən  və  düzgün  qidalanan  hər  kəs 
bütün  xəstəliklərdən,həmçinin,  “əsrin  bəlası”  kimi  çox 
bədheybət ad qazanmış xərçəngdən ömürünün sonunadək ehtiyat 
etmiyə bilər.  
 
 


 
135 
  BİRİNCİ  QAYDA:düz  və  bərk  yataq  
Sağlam    olmaq  və  uzun  ömr  sürmək  istəyən  hər  kəsin 
çarpayısı  o  dərəcədə  düz  və  bərk  olmalıdır  ki,  onu  incitməsin. 
Üstünüzə  saldığınız  örtük  o  dərəcədə  nazik  olmahdır  ki, 
üşüməyəsiniz.  Yataqda  arxası  üstə  və  düz  uzanmağa  nail  olun. 
Təbiidir  ki,  uzun  illərin  pis  vərdişindən  yaxa  qurtarmaq  asan  
olmayacaq.  Bir  müddət  əzab  çəkəcəksiniz:  yuxunuz  qaçacaq, 
dərhal  yan  üstə  çönməyə  cəhd  göstərəcəksiniz.Amma,mənə 
inanın,əzab çəkməyinə dəyər.Buııun mükafatı şirin yuxu, sağlam 
bədən  və  sağlam  ruh  olacaq.  İlk  vaxtlar  arada  hərdən    bir  yan 
üstə  çevrilə  bilərsiniz.Amma  bunu  edəndə  qəddinizi  bükməyin, 
büzüşməyin,ən  başlıcası  isə  özünüzü  yenidən  arxası  üstə 
uzanmağa  məcbur  edin.  Gec-tez  vəziyyətə  alışacaqsınız.Soruşa 
bilərsiniz:  bunun  sağlamlığa  nə  dəxli  var?  Əvvəla,  düz 
uzanarkən  bədənin  bütün  hissələri  yükü  bərabər  şəkildə 
bölüşdürür,bir əzaya çox, digərinə az ağırlıq düşmür, qan bədənə 
rahat  yayılır.  İkincisi,  əzələlər  yumşalır.  Üçüncüsü,  ayaq  üstə 
qalarkən, yaxud iş masası arxasında  əyləşərkən əyilən, yerindən 
oynayan  fəqərələr  imkan  tapıb  düzələcək.Bundan  əlavə,  bərk 
yataq  dərinin  öz  funksiyasını  düzgün  yerinə  yetirməsinə  şərait 
yaradır,  qara  ciyəri  süzülüb  lırt  vəziyyətə  düşməyə  qoymur. 
Bədənin  üst  qatlarında  yerləşən  venalar  qanı  geri,  ürəyə  tərəf 
rahat  qovur.Bu  da,  öz  növbəsində,  qara  ciyərin  fəal  işləməsini 
tə'min  edir.Nəticədə,gün  ərzində  bədənə  yığılan  gərəksiz 
maddələr  buradan  kənar  edilir.Lakin  iş  bununla  bitmir: 
hərəkətverici  sinirlər  müxtəlif  təzyiqlərə  və  gərilmələrə  mə'ruz 
qalmır,  bütün  gecəni  dincəlir.Yoğun  bağırsaq  isə  qəbizlik  kimi 
böyük  bir  bəladan  azad  olur.  Yada  salaq  ki,  insan  qədim 
zamanlarda  dörd  ayaq  üstə  gəzib.  O  vaxt  insanın  fəqərə  sütünü 
üfüqi  şəkildə  formalaş-mışdı.  Belə  fəqərə  sütunu  hər  hansı  bir 
təzyiqə,  stresə,  gərgin-liyə  asanlıqla  tab  gətirirdi.  İnsan  dik 
gəzəndən  sonra  bir  sıra  dinamik  çətinliklər  baş  vcrdi  və  fəqərə 
sütunu  orqanizmin  ən  kövrək,  ən  tez  sıradan  çıxan  hissəsinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə