Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   40   41   42   43   44   45   46   47   ...   98

 
136 
çevrild.İnsanın  fəqərə  sütunu  (can  evinin  dirəyi)  33  fəqərədən 
ibarətdir.  Bir-birinin  üstündə  yerləşən  bu  fəqərələr  vahid  sütun 
əmələ  gətirsələr  də,  öz  funksiyalarına  görə  5  qrupa  bölünürlər: 
yuxarıdakı  7  fəqərə-boyun  fəqərəsi,  sonrakı 
12  fəqərə-döş  (yaxud  torakal)  fəqərəsi, 
aşağıdakı  5  fəqərə-qurşaq  fəqərəsi,  bitişib 
üçbucaq  əmələ  gətirən  daha  5  fəqərə-çanaq 
fəqərəsi  və  sonuncu  4  fəqərə-büzdüm  fəqə-
rəsi  adlanır.  Ayrı-ayrı  fəqərələrin  birləşərək 
əmələ gətirdiyi borunun içində onurğa beyini 
(spinnoy mozq) yerləşir.  
 
 
 
 
 
 
Şəkil 5. Fəqərə 
sütunu:                                        
1 - boyun 
fəqərələri, 2 - döş                     
şöbəsi, 3 - qurşaq 
şöbəsi,  
4 - sağrı şöbəsi. 
 
                 Şəkil 6. Fəqərələrin burxulması
 
       Hər  fəqərənin  ortasında  2  yan  çıxıntısı  olur  ki,  bunlar 
fəqərəni  zərbədən  qorumaq  funksiyasını  daşıyır.  Fəqərənin  hər 
tərəfində  kiçik  yarıqlar,  yaxud  fəqərəarası  kanal  yerləşir. 
Buradan  sinirlər  və  qan  damarları  çıxır.  Onlar  hər  hansı  bir 
dəyişikliyə  qarşı  çox  həssasdır.  Bu  cür  həssas  əsəb  və  qan 
damarları bədənin hər tərəfınə yayılır. 
 Hər  bir  fəqərə  çox  asanlıqla  ümumi  sütundan  aralana, 
yaxud  sıradan  çıxa,  sürüşüb  yana  əyilə  bilər.  Bütün  bunların 


 
137 
hamısına  burxulma  deyilir.  Fəqərə  burxularkən  əsəbləri  və  qan 
damarlarını sıxır.Bu vaxt əsəblərin ucları öz funksiyasını düzgün 
yerinə  yetirə  bilmir.Nəticədə  müxtəlif  xəstəliklər  baş 
qaldırır.Məni  30  il  ərzində  zəlil  edən  “Bexteryev  xəstəliyi”  də 
məhz  zədələnmiş  boyun  fəqərəsinin  siniri  və  qan  damarını 
mütəmadi  sıxması  ilə  bağlıdır.Müxtəlif  fəqərələrin  zədələn-
məsi(burxulması)-müxtəlif  xəstəliklər  törədir.  Nişi  yazırdı: 
«Burxulma 4-cü fəqərədə baş veribsə, çox ehtimal ki, gözünüz, 
üzünüz,  boynunuz,  ağ  ciyəriniz,  diafraqma,  qara  ciyəriniz, 
ürəyiniz, dalağınız, dişləriniz, boğazınız, burnunuz, qulaqlarıınz  
zədələnəcək».  Fikir  verin:  bir  fəqərənin  zədələnməsi  neçə  növ 
xəstəlik  törədir!  Buna  görə  də  fəqərələrinizə  hər  gün  qulluq 
edin.Ağ ciyəriniz və plevranız sizi incidirsə, yəqin bilin, 2-ci döş 
fəqərəsi burxulub. Nişinin çoxşaxəli tədqiqatları belə bir faktı da 
üzə çıxartdı: burxulmaya ən çox meylli olan 1-ci və 4-cü boyun,  
2,  5  və  10-cu  döş  fəqərələri,  2-ci  və  5-ci  qurşaq  fəqərələridir. 
Lakin fəqərələrin hər biri burxula və zədələnə bilər. 
Bunları yazmaqda məqsədim odur ki, hər kəs bilsin: bizim 
sağlamlığımız  həm  qidadan,  həm  də  fəqərə  sütununun 
vəziyyətindən  asılıdır.  Məhz  buna  görə  də  düz  və  bərk  çarpayı 
lazımdır  ki,  fəqərə  sütunu  üfüqi  vəziyyətdə  qalsın  və  əziyyət 
çəkməsin.  Gündüzlər  isə  başı  dik  tutub  gəzmək,  oturmaq  və  iş 
görmək  lazımdır.  İnsan  yatanda  da,  yol  gedəndə  də,  masa 
arxasında  iş  görondə  də,  çörək  yeyəndə  də,  televizora  baxanda 
da, bir sözlə, hər vaxt fəqərə sütununun qeydinə qalmalıdır. 
Nişi  xəbərdarhq  edirdi:  «Əgər  yumuşaq  yataqda  xumar-
lanmağı xoşlayan adam öz əsəblərinin atrofiya olmasına və iflic 
vəziyyətə  düşməsinə  imkan  verirsə,  xəstəliklər  də'vət  gözləmə-
dən, onun qapısını döyəcəklər». Çünki əsəb telləri sıxılarkən qara 
ciyərin  sekresiyası  pozulur,  bu  da  qantəmizləmə  işinin  pis 
aparılmasına  səbəb  olur,  qan  zibillənir  və  çirklənmiş  qan  bütün 
bədəndə  dövran  edir.Bunun  nəticəsində-hüceyrələr  kütləvi 
şəkildə qırılır, ayrı-ayrı orqanlar sıradan çıxır. 
Bərk  və  düz  yataq  həm  də  dərinin  öz  funksiyasını  düzgün 
yerinə  yetirməsi  üçün  şərait  yaradır.  Dəri  isə  orqanizmə  oksigen 
və  azot  buraxan,  şlakları  və  sidik  materialını  orqanizmdən 
kənarlaşdıran  milyonlarla  borulardan  ibarətdir.  Orqanizmin  25 


 
138 
faizini təşkil edən dəri pis işləyəndə, hər şeydən öncə, qara ciyər 
sıradan çıxır. 
Düz yataq-yoğun bağırsağın yaxşı işləməsi deməkdir. Nişi 
Sistcminin birinci Qaydası bizə azar-bezardan yaxa qurtarmaqla 
bərabər,  heç  vaxt  xəstələnməmək  şansı  da  verir.  Ona  əməl  edən 
həm də qamətli və yaraşıqlı olur,qocalmır. 
 
Aqillər çox gözəl buyurub:Qanı qoruyan-canı qoruyur. 
 
 
 
 
 
 

 
 
 
 
 
 

 
 
 
 
 
Şəkil 7.A) düz və bərk yataq,B) yumuşaq yataq 
 
 
 
 
 
   
 
 
                                                                 


 
139 
A                                                                                                                                                                                                               
 
                                                                                     a 
B  
                                                                                      
                                                                             
Şəkil  8.  A)Yumuşaq  yataqda  yatarkən  burxulmuş 
fəqərələrin  vəziyyəti,  B)  bərk  və  düz  yataqda  yatarkən 
fəqərələrin vəziyyəti. 
İKİNCİ QAYDA: bərk  və  balaca  yastıq  
İradənizi  toplayıb  «əlvida  yumuşaq  yataq»  deyə  bilsəniz, 
«əlvida  yumuşaq  balış»  deməyi  də  unutmayın.  Çünki  yatarkən 
təkcə  bədənin  düz  vəziyyətdə  olması  kifayət  deyil,  boyun 
fəqərələri də düz olmalıdır. Odur ki, iri və yumşaq balışı cibində 
dava-dərman  gəzdirməyi  xoşlayanlara  bağışlayın,  özünüz  isə 
mehrinizi  bərk  və  balaca  yastığa  salın.  Onu  taxtadan,  parçadan, 
pambıqdan  və  s.  düzəltmək  olar.  Belə  yastığı  boyunun  altına 
qoyub  arxası  üstə  yatmaq  lazımdır.  Baş  döşəyə  toxunmasın  və 
çox  hündürdə  qalmasın,  döşəkdən  bir  barmaq  enində  aralansa 
kifayətdir.  Təbii  ki,ilk  gecələr  pis  yatacaqsınız,  tez-tez  yan  üstə 
çevriləcəksiniz. Yalnız bu halda rahatlıq tapacaqsınız. Lakin bu 
rahatlıq  sizə  baha  başa  gələcək:  xəstəlik  yaxanızdan  əl 
çəkməyəcək.Soruşa  bilərsiniz:özümə  nə 
üçüın  əziyyət 
verməliyəm?  Sualın  cavabı  belədir:  Birinci  Qayda  kimi,  bu 
Qayda da zəngin elmi əsaslar üzərində qurulub və özündə çoxlu 
dəyərli elementlər cəmləyib. Elmə bəllidir ki, burun divarı daxili 
orqanların reflektor tə'sirini stimullaşdıran mənbədir. O,müxtəlif 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə