Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   42   43   44   45   46   47   48   49   ...   98

 
143 
Əyilmə  ləğv  olunur,  nəticədə,  qan  dövranı  yaxşılaşır,  əsəb 
sistemi qaydaya düşür. 
Nişi  izah  edir  ki,  fəqərələrin  əyilməsi  peşədən  və 
məşquliyyətdən  asılıdır.  Müxtəlif  peşə  xəstəlikləri  mövcuddur. 
Məsələn,  peşəkar  idmançının,  bir  qayda  olaraq,  ürəyinin  sol 
tərəfı genişlənmiş olur. Çünki idmançı qaçarkən ürək nasos kimi, 
yalnız  sol  tərəfı  ilə  işləyir.Nə  qədərki  idmançı  məşq  edir, 
sağlamlıq  üçün  təhlükə  yoxdur.İdmanı  atandan  sonra  ürəyin 
genişlənmiş  hissəsi  torba  tək  süzülür,lırt  olur,bu  da  başqa 
fəsadlar  verir.Nəticədə:keçmiş  idmançı  plevrit  xəstəliyinə 
tutulur. 
 
Şəkil 11. «Qızıl balıq» təmrini. 
Rəqsi  atan  balerinanın  isə,  adətən,  ayaqları  ağrıyır.  Yazı 
masası  arxasında  çox  oturanların  da  “özəl”  xəstəliyi  var. 
Makinaçılar və çertyoj çəkənlər, adətən, qulaq ağrısından, burun, 
boğaz,  mə'də  xəstəliyindən,  cinsi  orqanların  xəstəliyindən 
şikayət edirlər. Çəkməçilər - böyrək, ürək, ağ ciyər xəstəliklərinə 
mübtəla  olurlar.  Bütün  bunlar  göstərir  ki,  xəstəliklərin 
əksəriyyəti fəqərə sütununun vəziyyəti ilə bağlıdır. «Qızıl balıq» 
fəqərə sütununun düzəlməsinə kömək edir.Nəticədə, bütün orqan 
və sistemlərin funksiyası qaydaya düşür, xarici (parasimpatik) və 
daxili  (simpatik)  əsəb  sistemlərinin  işi  tənzimlənir,  qan  dövranı 
yaxşılaşır, orqanizmin hər bir hüceyrəsi qanla daha yaxşı tə'min 
olunur, adamın qaməti düzəlir, adam cavanlaşır. Bununla yanaşı, 


 
144 
yoğun  bağırsağın,  qara  ciyərin,  böyrəklərin,  dərinin,  ürəyin, 
beyinin fəaliyyəti yaxşılaşır. 
Biz heç vaxt ağlımıza gətirmirik ki, bişüur itlər, sağlamlıq 
barədə  heç  bir  ədəbiyyat  oxumasalar  da,Nişinin  Sistemi  ilə 
yaşayırlar:  bərk  yerdə  uzanıb  yatırlar,başlarını  bərk  yerə 
qoyurlar,yuxudan  duran  kimi  yaxşı-yaxşı  dartınıb,fəqərə  sütu-
nunu  düzəldirlər,başlarını  silkələyirlər,bədənlərini  «vibrasiya» 
edirlər.  Qardan,  yağışdan,  şaxtadan,  çovğundan  zərrə  qədər 
ehtiyat etmirlər.Küçədəki sahibsiz itin xəstələnməsi nadir hadisə 
sayılırsa,tövlədə,hində  insan  tərəfindən  bəslənilən  malın, 
davarın,toyuq-cücənin  xəstələnməsi  adi  haldır.Çünki  ev 
heyvanları, çöl heyvanlarından fərqli olaraq, təbii şəraitdə deyil, 
sahibləri  kimi,  sün'i  surətdə  yaradılmış  kamfortda  yaşayırlar. 
Onların  orqanizmindəki  şəfaverici  mexanizm  tədricən  kütləşir, 
işləmir.Bu  mə'nada  ev  heyvanlarını  insanlara  birləşdirən  bir 
cəhət var:kamfort üzərində cücərən xəstəlik və onun acı nəticəsi. 
               DÖRDÜNCÜ QAYDA:   
 
kapilyarların qidalanması  
Arxası  üstə  döşəməyə  uzanın.Boynunuzun  altına  bərk 
yastıq  qoyun.Əllərinizi  və  pəncələrinizi  bir-birinə  yapışdırıb, 
ikisini  də  paralel  şəkildə  göyə  qaldırın.Pəncəniz  tavana  paralel 
olmalıdır.Bu  vəziyyətdə  əllərinizi  və  ayaqlarınızı  əsdirin 
(vibrasiya edin). Vaxt: 1-3 dəqiqə. Yaxud 120-360-dək sayın. 
Bu təmrinin hikməti nədədir? 
Yada  salaq:  klassik  tibb  elmindən  fərqli  olaraq,  professor 
Nişi  belə  hesab  edir  ki,  qanı  hərəkətə  gətirən  və  dövr  etdirən 
qüvvə ürəkdə deyil, kapilyarlardadır. Ona görə də Nişi məsləhət 
görürdü:  yaralanmış  əlinizi  başınızın  üstündə  mümkün  qədər 
yuxarı  qaldırıb,  əsdirin.  Əliniz  yuxarı  qalxanda  venadakı  qan 
aşağı  cumacaq  və  tədricən  əmələ  gələn  boşluq  (vakuum)  qanın 
sür'ətlə  dövr  etməsinə  səbəb  olacaq,  bu  da  öz  növbəsində, 
irinləmənin qarşısını alacaq və yara dərhal sağalacaq. Dördüncü 
Qayda  məhz  bu  prinsipə  əsaslanır.  Nişi  onu  kapilyarların 
müalicəsi adlandırmışdır. 


 
145 
 
                  Şəkil 12. Kapilyarlar üçün təmrin. 
Nişi  ilə  bir  dövrdə  yaşayan,  bütün  dünyada  tanınmış 
istedadlı  rus  həkimi  A.S.Zalmanov  kapilyarlar  haqqında  çox 
maraqlı  fıkirlər  yazırdı:«Hər  tələbə  biləndə  ki,yaşlı  adamın 
kapilyarlarının  ümumi  uzunluğu  100.000  km,  böyrək 
kapilyarlarının  uzunluğu  60  km,  bütün  kapilyarların  ümumi 
sahəsi 600 kv metrdir, o vaxl tələbə həqiqi fizioloji anatomiyanı 
yaradacaq. O zaman bir çox klassik doğmatizmin və mumyalan- 
mış  xarabazarlığın  dirəkləri  hücumsuz  və  döyüşsüz  yıxılacaq». 
Bunu  bilən  Nişi  kapilyarların  qidalanması  məsələsinə  olduqca 
böyük  əhəmiyyət  verirdi.  Onun  yaratdığı  dördüncü  təmrin  qan 
dövranını təkcə uclarda deyil, bütün bədəndə fəallaşdırır. Bunun 
səbəbi çox sadədir: qan damarları qan dövranının vahid sistemini 
yaradır, ona görə də lokal (məhdud məkanda) yaxşılaşma - bütün 
bədəndə yaxşılaşmaya səbəb olur. Bundan əlavə əllər və ayaqlar 
kapilyarlarla  çox  zəngindir,  əl-ayaq  damarlarında    baş  verən 


 
146 
hərəkət bütün bədəndəki damarların fəallaşmasını stimullaşdırır. 
Təsadüfi deyil ki, ta qədim zamanlardan xəstəlikləri əl və ayaql- 
rın  vəziyyəti  ilə  bağlayırlar.«Ürəyiniz  ağrıyırsa-ayaqlarınızı 
müalicə edin» - yapon məsəli buna sübutdur. 
Nişi  yorğa  qaçmağın  faydasını  qeyd  edərək,  soruşur: 
yatağa  buxovlanmış  ağır  xəstə  necə  qaçsın?  Kapilyarlar  üçün 
nəzərdə  tutulan  təmrinin  özü  elə  qaçış  deməkdir  -  meydansız, 
məsafəsiz qaçış. Bunun adi qaçışdan fərqi ondadır ki, ürəyə zərrə 
qədər də ağırlıq düşmür. Bu təmrini müntəzəm yerinə yetirən hər 
kəs  həm  ürəyini,  həm  dərisini,  həm  də  ayaqlarını  və  əllərini, 
deməli, bütövlükdə öz orqanizmini müalicə etmiş olur. 
       
 
BEŞİNCİ  QAYDA:  
 
 
əllərin və pəncələrin   təması 
Arxası  üstə  döşəməyə  uzanın.  Bərk  yastığı  boynunuzun 
altına  qoyun.Pəncələri  və  əlləri  iç-içə  yapışdırıb  sıxın.Dizləri 
mümkün  qədər  yanlara  gen  açın.Əlləri  sinə  üzərində  tutun. 
Məşqə başlayın. 
1.
 
Əl barmaqlarının ucunu bir-birinə sıxm - 10 dəfə. 
2.
 
Sağ  əlin  barmaqları  ilə  sol  əlin  barmaqlarını  sıxın-10 
dəfə.  İndi  də  əksinə-10  dəfə.Sağ  əllə  sol  əli  sıxın-10  dəfə. 
Əksinə-10 dəfə.Yarıbükülmüş əllərin qıraqlarını 10 dəfə sıxın. 
3.  Bitişik əlləri başdan yuxarı uzadıb, qollarınızı tam açın, 
yavaş-yavaş,müqavimət  göstərə-göstərə  geri,qurşağacan  qayta-
rın.Barmaqlar  baş  tərəfə  tuşlanıb-10  dəfə.Eyni  hərəkəti  əks 
istiqamətdə edin.Barmaqlar ayağa tuşlanıb - 10 dəfə. 
         4.  Bitişik  əlləri  bədənə  perpendikulyar  şəkildə  yuxarı 
qaldırıb  qolları  tam  açın,  havanı  yara-yara  baş  tərəfdən  ayağa 
tərəf  aparın  və  müqavimət  göstərə-göstərə  geri  qaytarın  (sanki 
havanı qılınclayırsınız) - 10 dəfə. 
         5.  Bitişik  əlləri  dik  yuxarı  qaldırıb  endirin  (elə  bil  havanı 
süngüləyirsiniz) - 10 dəfə. 
         6.  Bitişik  əllər  sinə  üzərində  qalıb.  Bitişik  pəncələri  1 
qarışa  qədər  aşağı  aparıb,  qaytarın  -  10  dəfə.  Bunu  edərkən 
pəncələrin aralanmasına imkan verməyin. 
         7.  Bitişik  əlləri  və  bitişik  pəncələri  eyni  vaxtda  əks 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə