Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

 
155 
adamların həyatı buna canlı sübutdur. Hər şey sizin iradənizdən 
asılıdır.  Sizi  üzüb  əldən  salan,  ailə  üzvlərini,  qohum-qardaşı 
mə'yus  edən  hər  hansı  bir  xəstəliyə  Ulu  Tanrının  və  Nişi 
Sisteminin köməyi ilə qalib gələ bilərsiniz!.. 
Bir  vacib  məsələni  yenidən  vurğulamaq  istəyirəm:  Nişi  öz 
Sistemini təkcə dərd-bəladan xilas olmağa çalışan xəstələr üçün 
yaratmayıb. Bu Sistem həm də, bəlkə də daha çox-xəstələnmək 
istəməyən sağlamlar üçündür. Bu Sistem xəstəliyin nə olduğunu, 
onun  verdiyi  əzabların  ağırlığını,  gətirdiyi  bədbəxtliklərin 
miqyasını  hələ  xəyalına  gətirməyən  uşaqlar,  yeniyetmələr  və 
gənclər  üçün  daha  çox  vacibdir.  Öz  körpəsini  bu  sistemin 
tələbləri  əsasında  tərbiyə  edən  ana  övladına  möhkəm  cansağlığı 
və  xoşbəxtlik bəxş  etmiş  olur.  Heç  şübhəsiz, real həqiqət  budur 
ki, Nişi Sisteminə daha çox xəstələr üz tutacaqlar.  
 
 
YEDDİNCİ  FƏSİL 
ACLIQLA MÜALİCƏ 
Aclıqla müalicə - ən qədim, ən sürətli, həm də ən ucuz və 
ən  səmərəli  müalicə  metodudur.  Özü  də  bunu  hər  adam    ev 
şəraitində, hətta, işləyə-işləyə də həyata keçirə bilər. 
Ömrünün  böyük  bir  hissəsini  qidanın  insan  orqanizminə 
təsirini  araşdıran  və  aclıqla  müalicə  metodunu  zənginləşdirən 
görkəmli Amerika gigienisti Herbert Şelton bu qənaətə gəlmişdir 
ki,insan  aclığın  köməyi  ilə  bütün  xəstəliklərdən  tam  sağa  və  
gəncliyini qaytara bilər.Böyük alim 30.000 nəfərdən çox xəstəyə 
şəfa  vermişdir.  Alimin  öz  kitabında  təsvir  etdiyi  hadisələrdən 
birini, nümunə üçün, oxuculara təqdim etməyi lazım bildim. 
Elmi  laboratoriyada  bakterioloq  işləyən  bir  gənc  yüksək 
peşəkarlığı ilə tanınan həkimlərlə hər gün təmasda olduğu halda, 
artrit  xəstəliyinin  caynağından  yaxa  qurtara  bilmirdi.  Düz  28  il 
sər-tamam  canına  yeriyən  və  bədənində  lövbər  salan  bu  böyük 
bəla onu yumağa döndərmişdi. Bütün orqanları sıradan çıxmışdı, 
beli  əyilmişdi,  yalnız  qoltuq  ağacının  köməyi  ilə  gəzə  bilirdi, 
ağrıdan boynunu, başını döndərə bilmirdi. Şiddətli ağrılar ondan 
hcç  vaxt  əl  çəkmirdi.  Bəzi  oynaqları  artıq  ankiloz  olmuşdu  - 


 
156 
bitişərək bərkimişdi. Aclıqla 4 il aparılan müalicənin nəticəsində 
xəstənin  fəqərə  sütunu,  demək  olar,  tam  düzəldi,  oynaqları 
sağaldı, əlləri və ayaqları normal işlədi. Ağacı atdı. Nə ağrı qaldı, 
nə  acı.  Dizlərindəki  şiş  çəkildi.  Səhhəti  o  dərəcə  yaxşılaşdı  ki, 
siyasətlə də fəal məşğul olmağa başladı.  
Belə  misallara  Şeltonun  «Aclıq  həyatınızı  xilas  edəcək» 
adlı kitabında çox rast gələ bilərsiniz. Onları sadalamağa ehtiyac 
yoxdur.  Lakin  Texaslı  həkimin  aclıqla  müalicə  olunmaq 
istəyənlərə  verdiyi  9  məsləhətin  hamısını  oxucuya  çatdırmağı 
yersiz saymıram. 
1.
 
Hazırlıq.  Əgər  aclıqla  müalicənin  müdrikliyini  dərk 
etmişsinizsə,  heç  bir  hazırlıq  görmədən  (qida  hazırlığından 
başqa) proseduraya başlaya bilərsiniz. 
2.
 
Qorxu  hissi.  Qorxu  üçün  heç  bir  əsas  yoxdur.  Aclıqla 
müalicə olunan bircə nəfər də bu səbəbdən ölməyib. Əksinə, bu 
işi inadla başa vuran adamların hamısı şəfa tapıb. Lakin müalicə 
olunarkən  fıziki  və  zehni  fəallığı  məhdudlaşdırmaq  vacibdir: 
orqanizmə  qida  daxil  olmadığı  üçün,  ehtiyatda  olan  qida  sərf 
olunur. Ən yaxşı-hal sakitlikdir. Mübahisədən,cansıxan söhbətlər 
-dən  uzaq  olun,oxumayın,  yazmayın,ancaq  əyləncəli  proqram- 
lara  baxın,musiqiyə  qulaq  asın,  evdə  tam  sakitlik  yaradın. 
Əlbəttə,  «ölü  həyat»  keçirmək  də  lazım  deyil.  Sadəcə,  əsəbləri 
qıcıqlandıran hallardan uzaq olun. Fəal şəkildə istirahət edin. 
3.
 
Fəaliyyət.Qısamüddətli aclıq vaxtı(3-7 gün) gimnastika 
etmək  olar.  Uzunmüddətli  müalicə  vaxtı  belə  məşqlər  boş  yerə 
enerji  itirməkdən  başqa  bir  şey  deyil.  Fəaliyyəti  maksimum 
məhdudlaşdırın!Açıq havada sakit gəzmək faydalıdır. 
4.  İsti.  Aclıq  keçirən  adamın  soyuğa  davamı  zəyifləyir,  o 
üşüyür.  Üşümə-təmizləmə  prosesini  zəyiflədir,  enerji  məsrəfıni 
gücləndirir.  Odur  ki,  bədəndəki  istini  mümkün  qədər  qoruyun. 
Hətta yayın qızmarında da. Ən çox ayağı isti saxlamaq lazımdır. 
Ayaq üşüyəndə - yuxu qaçır. 
5.
 
Su.  Könlünüz  istədiyindən  artıq  içməyin.  Yalnız  təmiz 
su için. Mineral su içmək olmaz. Yağış suyu, distilə edilmiş su, 
filtirdən  keçirilmiş  su  məqbuldur.  Çox  soyuq  su  sağalma 
prosesinin  qarşısını  alır.  İsti  su  (otaq  temperaturundan  yuxarı)  - 
daha faydalıdır.
 
 


 
157 
6.
 
Çimmək. Mümkün qədər tez çimib çıxın. Su nə qaynar, 
nə  də  soyuq  olsun-ilıq  yaxşıdır.  Xəstə  zəyifdirsə,  özü  çimə 
bilmirsə, bədənini yaş dəsmalla (yaxud «qubka» ilə) silin. 
7.
 
Günəş  vannası.Günəş-ən  dəyərli  və  ən  vacib  qidadır, 
bütün qidaların şahıdır.İsti fəsillərdə günəş vannası qəbul etmək 
məsləhətdir. Yayda vannanı səhər tezdən və axşama yaxın, hava 
çox  isti  deyilsə  -günorta  qəbul  edin.  Birinci  gün  bədənin  bir 
üzünü  5  dəqiqə,  sonra  da  o  biri  üzünü  5  dəqiqə  günəşə  verin. 
Sonrakı  günlər  hər  tərəfin  vaxtını  1  dəqiqə  artırın.  Hər  tərəf  30 
dəqiqəyə çatanda, proseduranı dayandırın. Aclıq 20 gündən artıq 
çəkərsə  günəş  vannasının  vaxtını  tədricən  hər  tərəf  üçün  8 
dəqiqəyə  endirmək  lazımdır.  Günəş  vannası  pis  tə'sir  göstərsə  
onu dayandırın. 
8.
 
İşlətmə dərmanları.Aclıq keçirərkən bağırsağı yumaq, 
yaxud  işlətmə  dərmanları  ilə  təmizləmək  zərərlidir.  Aclıq 
prosedurası bu funksiyanı öz boynuna götürür. 
9.
 
Halsızlıq.  Müalicə  olunan  adamın  halı  pisləşirsə, 
proseduranı saxlamaq lazımdır. İş rəvan getdikdə isə onu xəstəyə 
güclü  iştah  qayıdanda  dayandırın.  İştah  -  daxili  ehtiyat  tam 
tükənəndə  qayıdır.  Aclıq  bitən  kimi  nə  gəldi,  necə  gəldi  və  nə 
qədər  gəldi  yemək  olmaz!  Bu  -  pis  nəticə  verə  bilər,  çəkdiyiniz 
zəhməti  puç  edər,  əzabınızı  əlinizdə  qoyar.  Ona  görə  də 
müalicəni - bu işi yaxşı bilən adamların nəzarəti altında aparmaq 
lazımdır. 
Cavanlaşmaq istəyənlərin  nəzərinə: Şelton hesab edir ki, 
nə  Braun-Sekvardın  tum  mayası,  nə  Steynexin  dərialtı  borusu 
(bədənə  heyvan  sekresiyası  daşımaq  üçün  qoyulur),  nə 
Brankleyin  keçi  vəzi  köçürmək  metodu,  nə  də  Funkun 
cavanlaşdırma  vitaminləri  yaşlılara  cavanlıq  qaytarmaq 
problemini  həll  etməyə  qadirdir.  Son  söz  aclıqla  müalicənindir. 
Bu  işlə  məşğul  olanların  uzun  illərdən  bəri  apardıqları 
müşahidələr  göstərir  ki,  əksər  hallarda  əqli  cavanlaşma  ilə 
müşayət olunan fıziki cavanlaşma məhz aclıqla müalicə vaxtı baş 
verir:  uzun  illər  eşitmək  qabliyyətini  itirmiş  adamların  qulağı 
açılır,  görmə  qabliyyəti  yaxşılaşır,  eynəyi  atırlar,  qırışlar  yox 
olur,  dərinin  rəngi  açılır,  yanaqlara  sağlam  qızartı  gəlir,  daxili 
enerji  və  yaşamaq  həvəsi  artır,  zəka  dərinləşir,  həzmolma 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə