Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   49   50   51   52   53   54   55   56   ...   98

 
167 
əmindir: xəstəliklərin sağalması üçün aclıq qədər heç nə belə tez 
və  gözəl  səmərə  verə  bilməz.  Naturopat  alimlərin  fikirini 
dəstəkliyərək,  tam  qətiyyətlə  deyirəm  ki,  aclıqla  müalicə-
səmərəli  metoddur.  Lakin  Nişi  Sistemini  əvəz  etməyə  qadir 
deyil.  O,  Nişi  sistemi  ilə  birləşdikdə  möcüzə  yaratmağa  qadir 
olur. 
BİZ  TƏBİƏTİN BİR PARÇASIYIQ   
Bizi yaşadan Təbiətdə hər şey vahid ritmə tabedir. Təbiətin 
ayrılmaz  tərkib  hissəsi  və  bioenergetik  sistem  olan  İnsan  da 
həmin  bioritmə  və  fizioloji  sikllərə  (dövrlərə)  tabedir.  Sosioloji 
sistemin  bu  qüvvələrə  heç  bir  tə'siri  ola  bilməz.  İnsan  bunu 
birdəfəlik dərk  etməli  və  Təbiətlə  öz  münasibətini bu baxımdan 
qurmalıdır. Bütün canlıların varlığını tə'min edən təbii bioritmin 
ziddinə  edilən  hər  bir  hərəkət  –  disbalansa  (balansın 
pozulmasına)  və  canlı  orqanizmin  sistemlərində  harmoniyanın 
pozulmasına  gətirib  çıxarır.  Bu  da,  son  nəticədə,  daha  ciddi 
pozğuntulara, ağır xəstəliklərə və ömrün gödəlməsinə səbəb olur. 
Yadda saxlayın: hər 4 saatdan bir dəyişən ritmdə  mövcud 
olan  bir  neçə  təbii  qüvvə  sutka  boyunca  insana  ciddi  təsir 
göstərir. Həmin tə'sirləri aşağıdakı qaydada təsnifləşdirmək olar. 
Saat  06-l0.İnsan zəyifləyib, ağırlaşıb, tənbəlləşib. Saat 6-
da yuxudan duranda adam əzgin olur. 
Saat  10-14.  Yüksək  fiziki  fəallıq  dövrüdür.  Maddələr 
mübadiləsinin,  enerjinin,  həzmolmanın  yüksələn  vaxtıdır. 
Onların (ələlxüsus iştahın) ən yüksək zirvəsi günortaya düşür. 
Saat 14-18. Sinirin, xüsusilə zehni sinirin ən fəal çağıdır. 
Saat  18-22.  Bu  vaxt  adam  zəyifləmiş  olur,  tənbəlləşir, 
ləng hərəkət edir, gün batandan sonra isə istirahət etmək istəyir, 
xəstə  adamlarda  ağrı-acı  güclənir.  Bu  hissənin  sonu  yuxuya 
hazırlıq üçün əlverişli vaxtdır. 
Saat 22-02. Dərin yuxu dövrüdür. Axşam qəbul etdiyiniz 
qida bu vaxt həzmə gedir, toxumalar bərpa olunur. 
Saat  02-06. Dayaz,  tez-tez  dəyişən yuxu dövrüdür.  Əsəb 
sistemi  fəal  işləyir.  06-da  oyanan  adam  gimnastika  etdikdən  və 


 
168 
yuyunduqdan  sonra  özünü  bütün  gün  ərzində  çox  gümrah  hiss 
edir, yüksək əhval-ruhiyyəyə malik olur. 
Bütün  bunları  nəzərə  alaraq,  həyatınız  üçün  çox  faydalı 
olan aşağıdakı mütərəqqi rejimi seçməyi məsləhət görürük. 
Səhər. Yataqdan durmaq: saat 5-6. Zəngli saatsız durmağa 
vərdiş edin.Tualet.Ağzınızı,dişlərinizi təmizləyin,boğazınızı qar-
qar  edin,  mə'dəni  stimullaşdırmaq  məqsədilə  1  stəkan  çiy  suyu 
ilıq  şəkildə  qurtum-qurtum  için.Sonra  Nişi  Sisteminin  4 
qaydasına(3-6  qaydalar)  əməl  edin.Bu  Təmrinləri  yerinə 
yetirəndon sonra kontrast hava və su vannaları qəbul edin. Buna 
imkanı olmayanlar bədənlərini soyuq su ilə silsinlər. 
Səhər  yeməyindən  tam  imtina  edə  bilmirsinizsə,  çox 
yüngül yeyin, unutmayın ki, axşam yedikləriniz hələ tam həzmə 
getməyib, məhz bundan sonra gedəcək. Odur ki, itburnu, moruq,  
qara qarağat  yarpağından,qaragilə və yemşəndən dəmlənmiş çay 
içməklə  kifayətlənin,belə  çaya  bir  çay  qaşığı  bal  və  o  qədər  də 
alma sirkəsi qata bilərsiniz. Yarım saatlıq gəzinti- insana hava və 
su kimi lazımdır. 
İş  (yaxud  təhsil).  Saat  12-l3-dək  əmək  fəaliyyəti.  12-13 
(yaxud 13-14) nahar fasiləsi. İlk dəfə doyunca yemək. Yeyəndən 
sonra  15-20  dəqiqə  təmiz  havada  gəzmək  çox  faydalıdır. 
Mümkün  olmasa,  bir  rahat  guşəyə  çəkilib,  sakitcə  oturun.  İşin 
(təhsilin) davamı. Tez-tez çiy su içməyi unutmayın. İşdən sonra 
yarım saat piyada gəzin. 
Axşam.Evə  çatan  kimi  döşəmənin  üstünə  uzanıb,  bir 
neçə  saniyə  əzələlərinizi  yumuşaldın.  Sonra  Nişi  Sisteminin 
təmrinlərini  yerinə  yetirməyə  başlayın.  Kontrast  hava  və  su 
vannaları qəbul edin. 
Şam  yeməyi.  Saat-18-19  (yaxud  19-20).  Qida  çox  ağır 
olmasın,  fermentsiz  qidalardan  istifadə  edin.  Yatmazdan  əvvəl 
yarım saat təmiz havada sakitcə gəzişin.  
Yuxu vaxtı: 21-22 (uzaq başı- 22-23). 
Bu  rejimə  riayət  edən  hər  kəs  təbii  ritm  ilə  həmahəng 
yaşayır  və  Ana  Təbiətlə  münaqişəyə  girmir,Təbiət  də  onu 
cəzalandırmır,  belə  adam  həmişə  sağlam,  gümrah,  iradəli,  şən, 
xoşrəftar  və  ədalətli  olur,  baş  verən  təbii  və  ictimai  hadisələrin 
əsirinə  çevrilmir.  Biz  dərk  etməliyik:insan  öz  orqanizmini 


 
169 
fizioloji  qanunlardan  başqa  heç  bir  qanuna  tabe  etdirə 
bilməz! Etdirsə, hökmən altını çəkəcək - xəstələnəcək.  
Beləliklə də qarşımızda iki yol var: ya bu qanunlara dəqiq 
əməl edərək uzun illər sağlam, gümrah və bəxtiyar yaşamaq, ya 
da  “kef  çəkə-çəkə”  dəhşətli  xəstəliklərin  burulğanına  atılmaq, 
onların əlində girinc olmaq, Tanrının verdiyi ömrün onda birini, 
özü də zillət içində sürünə-sürünə yaşamaq. Üçüncü yol yoxdur. 
Axtarmayın! 
Biz,  təəssüflər  olsun  ki,  çox  vaxt  ikinci  yolu  tuturuq. 
Faydasız adətləri, zərərli vərdişləri, bə'zən insana zidd olan sosial 
normaları  can-başla  yerinə  yetiririk.  Çox  vaxt  tamam  unuduruq 
ki,insan  yaşamaq  üçün  işləyir,işləmək  üçün  yaşamır.Digər 
tərəfdən  də  şənbazlığın,  lovğalığın,  əşyabazlığın,  modabazlığın, 
arvadbazlığın, kişibazlığın diqtəsi altında özümüzə qəsd edirik.  
Müdriklər deyib ki, hər bir sosial qanun, adət-ən'ənə yalnız 
o  vaxt  yaşamaq  hüququ  qazana  bilər  ki,  o,  Təbiətin  Qanunları 
əsasında  formalaşsın.  Əks  halda,  Təbiət  cəmiyyətdən  və  onun 
ayrı-ayrı üzvlərindən intiqam alır. Məhz buna görə də biz Təbiət 
Qanunları üzərində qurulmuş Nişi Sistemini hər birimizin həyat 
normasına çevirmək zərurəti qarşısında qalmışıq. 
NƏDƏN  BAŞLAMALI? 
Bir  müdrik  kəlam  var,  deyirlər,  üzməyi  öyrənməyin  ən 
yaxşı  yolu-üzməkdir.Başqa  bir  müdrik    deyim  də  var:  yolu-
yeriyən  qət  edər.  Bu  iki  kəlamı  Nişinin  Sağlamlıq  Sisteminə 
tətbiq  etsək,  deməliyik:  onu  öyrənməyin  ən  yaxşı  yolu  -dərhal 
təmrinləri  başlamaqdır.  Şəxsən  mən  kitabı  oxuyan  kimi,  ona 
baxa-baxa  təmrinləri  yerinə  yetirməyə  başladım.  Bundan  öncə 
çarpayını  və  yastığı  dəyişdirdim.  Yoluma  bir  sıra  çətinliklər 
çıxdı. Xatırladıram ki, 60 illik ağır həyat və 30 ilin xəstəliyi öz 
işini  görmüşdü:  dizlərim  bükülmürdü,  qıçlarımı  gen  aça 
bilmirdim,  oynaqlarım  ağrıyırdı.  Ən  çətini  isə  psixoloji  səddi 
aşmaq idi: axı mən düz 60 il tamam başqa cür yaşamışdım, yəni 
səhv  yolla  getmişdim.  İlk  vaxtlar  sizin  də  yolunuza  bəzi 
maneələr  çıxa  bilər.  Onları  dəf  etməyə  qadirsiniz.  Tutduğunuz 
yoldan geri dönməyin!  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə