Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   2   3   4   5   6   7   8   9   ...   98

 
18 
İşgəncəli  günlərin  sonu  görünmürdü.Amma  hər  halda,yolumu 
səbirsizliklə gözləyən soyuq məzardan zərrə-zərrə uzaqlaşırdım. 
Bir ay sonra yataqdan özüm qalxdım, kimsə qolumdan 
tutmadı.Heysiz,gücsüz  dizlərimi  yun  parça  ilə  sarıdılar  (sarğı 
öz  funksiyasını  yerinə  yetirə  bilməyən  toxumaların,əzələlərin 
və  vətərlərin  işini  görürdü),əlimdə  çəlik,yavaş-yavaş  həyətə 
çıxdım.Bir  an  içində  bütün  kənd,möcüzə  olubmuş  kimi,axışıb 
həyətə  doldu.Baxışlarda  sevinc,yoxsa  heyrət  hissinin  çox 
olduğunu  seçmək  mümkün  deyildi.Amma  bir  şey  şəksiz  idi: 
hamı  kəfəni  yırtmağıma  inanırdı.  Uzun  illərdən  bəri  gözünün 
nurunu  itirib,  müstər  olmuş  zavvallı  anam  sevincindən  ağladı. 
Fəqət  gözlərindən  yaş  çıxmadı-gözlərində  yaş  qalmamışdı. 
Sağalmağımda müstər anamın öz əməyi vardı. Gücü heç nəyə 
çatmasa  da,  taxtaya  dönmüş  quru  barmaqları  ilə  biləyimdən 
tutur, əlini alnıma qoyur, nursuz gözlərini səmaya zilləyib Ulu 
Tanrıdan  mənə  şəfa  diləyirdi.  O  vaxt  bilmirdim  ki,  bunlar  da 
şəfaverici  qüvvə  imiş.  Kim  bilir,  bəlkə  də  dərmanların  ən 
təsirlisi, ən güclüsü elə ana əllərinin təması, ana nəfəsi və ana 
alqışıdır!!!  
Bəli,  ölüm  üzərində  qələbəm-Ananın  qələbəsi  idi. 
Fəqət təkcə məni doqquz ay öz bətnində gəzdirən,mənə döşün-
dən halal süd verən,beşiyimin başında layla deyən bir qadının 
yox,təmiz  havasını  udduğum,təmiz  suyunu  içdiyim,təmiz 
pencərini,mer-meyvəsini,şülulunu (meşədə bitən cır meyvələr) 
yediyim  Ana  Torpağın,Ana  Təbiətin  zəfəri  idi.Mən  bu  adi 
həqiqəti indi,dahi Nişinin Sağlamlıq təlimini əxz edəndən sonra 
dərk etmişəm. 
Başıma  gələnləri  belə  ətraflı,  təfərrüatı  ilə  danışmaqda 
yeganə  məqsədim  oxucuya,ilk  baxışda  adi  görünən,bir  dərin 
hikməti  çatdırmaqdır.Mən  istəyirəm  biləsiniz:xəstəni  preparat-
ların  köməyi  ilə  sağaltmaq  məramı,nə  qədər  xoş  olsa  da, 
əvvəlcədən uğursuzluğa məhkum olmuş bir qeyri-real istəkdir. 
Vurğulayım:doğma  kəndim,yüksək  titullu  alimlərin  qüsurunu 
düzəldərək,imkan  yaratdı  ki,orqanizmin  özü  xəstə-liklə  ölüm-


 
19 
dirim  savaşına  girişsin,çarpışsın  və  qalib  gəlsin.Burda,istər-
istəməz,böyük  alim  Zalmanovun  “orqanizm  bütövlükdə  və 
hər  bir  hüceyrə  ayrılıqda  dünyanın  bütün  akademuyala-
rından müdrik və ağıllıdır” sözləri yada düşür.Biz müdrik və 
ağıllı  varlığa  mane  olmasaq,ona  yardımçı  olsaq,hər  şeyi  öz 
yerinə qoymağa,bütün xəstəliklərə qalib gəlməyə qadirdi.  
Kənd  camaatı  adi  gicitkanın,aloye  otunun,şah  tutun, 
göy-göyərtinin,balın,bulaq suyunun,təmiz havanın,xoş rəftarın, 
bir də Xaliqin köməyi ilə üç aydan sonra məni ayaq üstə qoydu. 
O  vaxt  mənim-başqalarının  başına  ağıl  qoymağa  çalışan  ali 
təhsilli jurnalistin heç ağlına da gəlmirdi ki,insan-Ana Təbiətin 
ayrılmaz bir parçasıdır,insan ona xəyanət edəndə,əbədi  qanun-
ları pozanda-Təbiət onu cəzalandırır. 
Əfsus  ki,bu  həqiqəti  də,dəhşətli  ağrılardan  qurd  kimi 
uladığım  gecələri  də  tez  unutdum.Yer  üzündə  analoqu  və 
alternativi  olmayan  Naftalan  sanatoriyasında  bir  neçə  il 
dalbadal müalicə alandan, bu qeyri-adi neftin (bütün neftlərdən 
fərqli  olaraq,naftalan  nefti  yanmır)  şəfa  vermək  möcüzəsinə 
şahid  olandan  sonra,özümü  yenidən  qaynar  şəhər  həyatının 
girdabına  atdım,Təbiətin  qanunlarını  yenidən  pozdum.Təbiət 
də  məni  yenidən  cəzalandırdı:xəsttəliyim  şiddətləndi.Onu  dəf 
etməyə  acizlik  çəkən  tibb  işçiləri  sağlamlığımı  qaytarmaq 
əvəzinə,sağlamlığımı  itirməyim  barədə  “daşdan  keçən”  arayş 
verdilər  və  məni  “VTEK”-ə(iş  qabliyyətini  müəyən  edən 
həkimlər  komissiyası)  göndərdilər.Cavan  ikən-33  yaşımda 
əlillik dərəcəsi aldım.Həkmlər məsləhət gördülər ki, Moskvaya 
gedim,revmatizm  institutuna  müraciət  edim.Ruhumu  sıxan 
əlillik  kitabçasını  və  revmatizm  institutuna  getmək  təklifini 
qəbul  etməkdən  başqa  çarəm  qalmamışdı.Moskvanın  şöhrətli 
təbibləri Bakı təbiblərindən bircə çərək də irəli gedə bilmədilər. 
Yeganə  fərq  ondan  ibarət  idi  ki,mənə  qoyulan  diaqnozu 
dəyişdilər:Bakı  klinikalarında  mənə  “qeyri-spesifik  infeksion 
poliartrit” diaqnozu qoymuşdular,Moskva həkimləri isə, haçan-
sa  sağala  biləcəyim  ümüdini    öldürərək,mənə  çarəsi  olmayan 


 
20 
Bexteryev  xəstəliyi  və  revmatizm  artriti  diaqnozu  qoydular. 
Adamı  yeddi  qat  əyib,eybəcər  hala  salan  çarəsiz  bir  dərd!!! 
Ruslar  bu  xəstəliyə  tutulmuş  adamın  aldığı  vəziyyətə  “poza 
çelobitçika  ”,  yaxud  “poza  prositelya”  adı  veriblər.Yəni  ki, 
başını  sinəsinə  əyərək,acizanə  yalvarışla  nəsə  xahiş  edən 
adamın pozası.Bu dəhşətli xəstəlik adamı tez bir zamanda əyib 
doğanağa  döndərir.Moskvada  öyrəndiyim  ən  dəhşətli  həqiqət 
bundan  ibarət  oldu.Vəssalam...Üç  aylıq  (15  oktyabr  1975-15 
yanvar  1976)  səmərəsiz  müalicədən  sonra  Moskvadan,ora 
getdiyimdən  qat-qat  ağır  vəziyyətdə,Bakıya  qayıtdım.Çox 
keçmədi  iş  qabliyyətimi  tamam  itirdim  və  həkimlər  mənə,ən 
yüksək əlillik dərəcəsi almaq hüququ qazandığımı bildirməklə, 
təskinlik  verdilər.41  yaşın  içində  olanda  1-ci  qrup  əlil  oldum. 
Yatağa düşdüm.Lakin yorğan-döşəyə mehir salmadım. 
 
 
Bu  vəsiqə  şahidlik  edir:Sağalmayan  xəstəlik  yoxdur, 
sağalmayan  xəstə  var.Sağalmaq  istəyən-yollar  axtarır, 
istəmiyən-bəhanə.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə