Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   56   57   58   59   60   61   62   63   ...   98

 
188 
məhlulları təmizləmək,  hər  zaman,  bütün  şəraitlərdə  qaməti  düz 
saxlamaq lazımdır. 
 
Nişi Sistemi karbon oksidini hava vannasının (xəstələrin 
vəziyyətindən  asılı  olaraq  6-12  dəfə)  köməyi  ilə  təmizləyir.  Bu 
əməliyyatın  sayəsində  bütün  şlaklar,  o  cümlədən,  sidik  turşusu 
dəridən  kənar  edilir,  orqanizmə  dəri  vasitəsilə  oksigen  və  azot 
daxil olur. Kontrast su vannları  bu vacib vəzifəni yerinə yetirir. 
 
Qaldı  S  vitamini  problemi.Onu  da  çox  asan  yolla  həll 
etmək  mümkündür:5  cür  təzə  tərəvəzin  və  3-8  növ  meyvənin 
şirəsini  qarışdırıb  için.Qara  qarağat,  moruq,  itburnu,  yaxud 
xurma  yarpağından  dəmlənmiş  çay  için.  Şirə  çəkmək  mümkün 
deyilsə, çox meyvə və tərəvəz yeyin, sutka ərzində 2-3 litr çiy su 
için.  Turşu  əmələ  gətirən  xörəklər  (düyü,  balıq,  toyuq-  beş  cür 
tərəvəzlə bərabər) yemək faydalıdır. Təbii ki, bişmiş xörəklər çiy 
qidadan  3  dəfə  az  olmalıdır.  Yuxarıda  deyilən  yarpaqlardan, 
yaxud  itburnu  meyvəsindən  dəmlənmiş  çayı  çox  içdikdə,  çiy 
suyun miqdarını azaltmaq olar. 
 
Çanaq  orqanlarının  vəziyyətinə  nəzər  salmağı  da 
unutmayın.Burada  Nişinin  6  Qaydası  sizə  yardımçı  olacaq. 
Gündə  2  dəfə(səhər  saat  7-də  və  axşam  saat  18-də
)
  təmrinləri 
yerinə yetirsəniz çanaq orqanlarınız qaydaya düşəcək. 
 
Fitnə-fəsad yuvası olan qəbzlik aşağıdakı səbəblərdən də 
baş verə bilər: 
 
1. Çoxlu quru,nişastalı,büzüşdürücü,bağlayıcı qida qəbul 
etdikdə  və  tərkibində  əhəng  çox  olan  su  içdikdə,  həddən  çox 
tərlədikdə. Bu halda işlədici dərman qəbul etmək olar. Lakin ən 
yaxşı yol-dieta saxlamaq,adi çay əvəzinə otlardan çay dəmləmək, 
hava və su proseduralarını yerinə yetirməkdir. 
 
2.Əsəb sistemi xəstələndikdə, sarsıdıcı hallar çox olduqda. 
Bu halda dietanı dəyişmək,bütün qıcıqlandırıcı qidalardan imtina 
etmək,zülallı  qidaları  menyudan  çıxartmaq,spazma  götürən 
dərmanlar atmaq lazımdır,isti  oturaq vannaları yaxşı  sakitləşdir- 
ici  təsir  göstərir.Qarına  kompres  qoymaq,yedikdən  sonra  30-40 
dəqiqə ərzində qara ciyərin üstünə “qrelka” qoymaq kömək edər. 


 
189 
Təbii  ki,kontrast  hava  və  su  vannalarının,eləcə  də  Nişinin  6 
Qaydasının müşayəti ilə. 
 
3.Mexaniki  yolla  baş  verən  qəbzliyi(bağırsağın  daral-
ması,onun  soyuqlaması  vaxtı  qida  ilə,hamiləliklə,qarında  yır-
tıqla, nəcis daşları ilə və s. sıxılması) imalənin,isti kompreslərin 
(qarın  nahiyəsinə),vannaların  (istilik  38  dərəcə,10-15  dəqiqə 
müddətə)  köməyi  ilə  aradan  qaldırmaq  olar.  Yulaf  yarmasının 
isti həlimi, badam südü içmək, maqneziumla zəngin olan qidalar 
yemək məsləhətdir. 
 
4. Bağırsaq əzələlərinin üzgünləşməsi (atoniya) sayəsində 
yaranan  qəbzlik  (adətən,  qan  azlığından,  orqanizmin  ümumi 
zəyifliyindən,  tənbəllikdən,  özünə  qarşı  biganəlikdən,  laqeyd-
likdən və məsuliyyətsizlikdən əmələ gəlir). Yumşaldıcı dərman-
ların  köməyi  ilə  sağaltmaq  və  orqanizmi  dirçəldən  tədbirlər 
görmək,  qarını  masaj  etmək  (36  dəfə  saat  əqrəbi  istiqamətində, 
26  dəfə  əksinə),  ac  qarına  çiy  su  içmək,  səhərlər  limonla 
sarımsaq qarışığı və alma yemək, günü alma ilə başlamaq, alma 
ilə qurtarmaq. Hər dəfə yeməkdən sonra bir çay qaşığı bal yemək. 
 
Qəbzlik  davamlı  olduqda  həftədə  2  dəfə  (məsələn,  2-  ci 
və  5-  ci  günlər)  dieta  saxlamaq:  kələmi  və  almanı  sürtkəcdən 
keçirib, üstünə kələm şirəsi tökmək. Ürəyiniz istəyən qədər yeyə 
bilərsiniz.  Əlavə  heç  nə  yeməyin,  qəbul  etdiyiniz  qidaların 
hamısını  yaxşı-yaxşı  çeynəyin.  Bunu  həyat  normasına  çevirin. 
Aşağıdakı  gimnastika  kompleksini  yerinə  yetirsəniz,  sağalmaq 
şansınız daha çox olar. 
 
Döşəmədə arxası üstə uzanıb, bədəninizi 4-6 dəfə yavaş – 
yavaş qaldırıb endirin. 
 
Ayaq üstə dayanıb əllərinizi belinizə vurun, bədəninizi 6-
8 dəfə sağa, o qədər də sola fırladın. 
 
Ya ayaq üstə, ya da uzanan yerdə, gah sağ dizinizlə, gah 
da  sol  dizinizlə  çiyninizə  toxunmağa  çalışın,  dizinizi  əllərinizlə 
bədəninizə sıxın: 8-10 dəfə. 


 
190 
 
Yarı-  uzanmış  halda  (üzü  aşağı)  dizinizi  bükün,  qarın 
divarını qısa müddətdə içəri çəkin, saxlayın və kəskin halda çölə 
itələyib, qarnınızı dombaldın: 10-20 dəfə. 
 
Qarnınızı  müxtəlif  şəkildə  əsdirərək  (elə  bil  xamırı 
ovuşdurub hasilə gətirirsiniz) masaj edin. 
 
5.  Bütün  duru  məhlulların  bədəndən  təmizlənməsinə  çiy 
su  içmək  və  təbii  enerjidaşıyıcı  qidalar  yemək,  bədəni  düz 
saxlamaq  çox yaxşı kömək edir. Paltara çox bürünməyin, imkan 
verin  dəriniz  öz    funksiyasını  yaxşı  yerinə  yetirsin.  Yeməyinizə 
fikir verin. Yadda saxlayın ki, professor Nişi xərçəngi -laqeydlik, 
mədəniyyətsizlik, cahillik və nadanlıq xəstəliyi adlandırmışdır. 
 
KONTRAST HAVA VANNASI 
 
 
Dərimiz  Kainatla  bədən  arasında  həm  sərhəddir,  həm  də 
körpü.  Dəri  maddələr  mübadiləsi  prosesinə  güclü  təsir  göstərir, 
bədənin  hərarətini  tənzimləyir.  Lakin  dünyaya  lüt  gələn  insan 
Yer  üzünü  buz  örtəndən  sonra,  öldürdüyü  heyvanların  dərisinə 
bürünmək, bu yolla soyuqdan qorunmaq məcburiyyətində qalıb. 
Hazırda  paltar  təkcə  soyuqdan  qorunmaq  vasitəsi  deyil,  ondan 
daha  çox bər-bəzək rolu oynayır,  zənginlik  və kübarlıq atributu 
kimi  çıxış  edir.  İndi  biz  bədənimizi  sintetik  mallarla  bərk-bərk 
“bələyib”, Ana Təbiətin saflaşdırıcı qüvvəsindən –oksigendən və 
şəfalı  Günəş  şüalarından  təcrid  edirik.  Geyim–keçim  bir  yana, 
modabazlıq  qadınlarımızın  açıq  qalan  bir  parça  dərisini-əllərini 
və üzlərini də Kainatdan təcrid edib:ənnik-kirşan, zəhərli boyalar, 
yağlar,pudra,pamada, karandaş və s. dərini nəfəs almağa qoymur, 
onu  boğur.Orqanizm  zəyifləyir,xəstəlik  törədən  amillərin 
hücumuna tab gətirə bilmir. 
 
Dəri ilə tənəffüsü təmin etmək, yaxud gücləndirmək üçün 
“kontrast hava vannası” əvəzsiz vasitədir.İcazə verin, möcüzəsini 
öz  üzərimdə  sınadığım  bu  proseduranın  yerinə  yetirilməsi 
qaydasını diqqətinizə təqdim edim.Onun mahiyyəti lüt soyunub, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə