Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   57   58   59   60   61   62   63   64   ...   98

 
191 
aşağıda  göstərilən  qaydada  bədəni  gah  soyuq  havaya  vermək, 
gah da isti paltarla (yaxud isti yataqda) qızdırmaqdan ibarətdi. 
 
sıra 
soyuqda 
(saniyə) 
Istidə 
(dəqiqə) 

20 


30 


40 


50 
1,5 

60 
1,5 

70 


80 


90 


100 

10 
110 

11 
120 

12 
130 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      
Sonra  düz  yataqda  (bərk  yastıqda)  bir  qədər  sakitcə 
uzanmaq lazımdır.Bu metodu ilk dəfə tətbiq edənlər,ahıl adamlar 
və orqanizmi zəyif olan xəstələr aşağıdakı sxemə əməl etməlidir: 
birinci  gün-soyuqda  20-70  saniyə,ikinci  gün  20-80  saniyə, 
üçüncü  gün 20-90 saniyə, dördüncü gün 20-100 saniyə, beşinci 
gün 20-110 saniyə və altıncı gün 20-120 saniyə vanna qəbul edə 
bilərlər.  Bu  proseduranı  12  dəfə  və  daha  çox  yerinə  yetirmək 
istəyənlər  saniyələri  artıra  bilərlər.  Bu  proseduranı  uşaq,  yaxud 
ağır  xəstə  yerinə  yetirirsə,onda  hər  dəfə  çılpaq  vəziyyətdə 
qalmaq  maksimum  80-90  saniyə  çəkməlidir.  Soyuq  yerdə 
dayanarkən ayaqlara ev başmağı geymək məsləhətdir. 
 
Lüt vəziyyətdə olarkən pəncərəsi açıq qalan soyuq otaqda, 
paltar  geyinərkən  pəncərəsi  bağlı  olan  isti  otaqda  qalmaq 
lazımdır.  Bərk  və  düz  yataqda  uzanmaq  da  olar.  Bürünəcəyiniz 


 
192 
paltar  kifayət  qədər isti  olmalıdır.  Lakin  bədəni  tərlətmək  lazım 
deyil.Əlləri şişin,digər xəstə yerin üstündə saxlamaq lazımdır. 
 
“Konrast  hava  vannası”  qəbul  etməyin  ideal  vaxtı-dan 
yeri  sökülən  çağdır.  Hər  halda,  səhər  saat  10-dək  proseduranı 
bitirmək  məsləhətdir.Mümkün  olmasa,onu  axşam  saat  21-ə 
keçirin.  Proseduranı  yemək  ərəfəsində  və  yeməkdən  40  dəqiqə 
keçməmiş  qəbul  etmək  fayda  verməz.Su  vannası,duş  qəbul 
edəndən 1 saat sonra onu yerinə yetirmək olar. 
 
Bədəni  zəyif  olanlar  bir  müddətdən  sonra  proseduranı 
dayandırıb  dincəlməli  və  təzədən  başlamalıdır.Ən  azı  3  ay 
davam  edin,nə  qədər  çox  məşğul  olsanız,bir  o  qədər  yaxşıdır. 
Qara  ciyəriniz,yaxud  digər  daxili  orqanlarınız  xəstədirsə, 
proseduranı  günorta,hava  qızanda  qəbul  etmək  məsləhətdir. 
Bədən  alışandan  sonra  vaxtı  tədricən  dəyişin,  səhərə  tərəf 
sürüşdürün və səhərlər, mədəniz boş, hava soyuq olanda başlayın. 
Bir  aylıq  müalicədən  sonra  3-4  gün  ara  verin. Xəstələr  müalicə 
ilə müntəzəm 1 il məşğul ola bilər. 
 
Diqqət: “çılpaq-terapiya” müxtəlif formada reaksiya verə 
bilər.  Çəkinməyin.  Bəzən  xəstələrin dərisi  gicişir,  qaşınır,  səpir. 
Müvəqqəti  simptomlardır  və  yaxşı  əlamətdir:qana  dolmuş 
müxtəlif  zərərli  maddələr  bədəni  tərk  edir,dəri  məsamələri 
vasitəsilə  kənar  olunur.Dərini  qaşımayın,  qaşınan  yerə  heç  nə 
qoymayın,alma sirkəsi ilə silə bilərsiniz. Xəstə gigenik alt paltarı 
geyməli, onu tez-tez dəyişməli və çoxlu su içməlidir. Yaxşı olar 
ki, imalə müalicəsindən istifadə edəsiniz. Bir neçə gündən sonra 
qaşınma keçəcək.  
Baş verə biləcək mədə ağrısı da sizi narahat etməsin-hətta 
kəskin  şəkil  asla  da!  Müvəqqəti  xarakter  daşıyan  bu  hal  sübut 
edir ki, müalicə uğurla gedir. Davam edin! 
 
HAVA  İLƏ  MÜALİCƏ 
Hava ilə müalicə “Konrast hava vannası”na çox yaxındır. 
Fərq  bundadır  ki,  onu  açıq  havada  yerinə  yetirmək  lazım  gəlir. 
Metodika da eynidir, təsir mexanizmi də. İsti və soyuq bir-birini 


 
193 
əvəz  etməlidir.Bədəni  qızdırmaq  üçün  geyəcəyiniz  paltar  o 
dərəcə isti olmalıdır ki, tərləməyəsiniz. Çılpaq qalma müddətinə 
dəqiq əməl etmək vacibdir. İstidə qalmaq vaxtını isə uzatmaq da 
olar,  ziyanı  yoxdur.Ağır  xəstələr  proseduranı  yaxın  adamların 
köməyi ilə yerinə yetirsələr yaxşıdır. 
 
Birinci  seans:  arxası  üstə-  40  saniyəyədək,  sağ  yan  üstə- 
40-70  saniyə,  sol  yan  üstə-  70-100  saniyə,  yenidən  arxası  üstə 
100-120 saniyə uzanın. Lüt olarkən keyləşən yerləri masaj edin, 
yaxud  Nişi  təlimindəki  3-cü,  4-cü  və  5-ci  Qaydalardan  birini 
yerinə yetirmək olar. Prosedura bitəndən sonra 10 dəqiqə “lotos” 
vəziyyətində sakit və rahat uzanmaq lazımdır. 
 
Müalicəni  gün  doğandan  sonra,  yaxud  gün  batmamış 
başlayın.Xəstəsinizsə,üşüyürsünüzsə onu günorta başlayın, sonra 
hər  gün  vaxtı  30-60  dəqiqə  səhərə  tərəf  “sürüşdürün”.Tədbiri 
günün  altında  yerinə  yetirmək  zərərdir.Onu  yeməkdən  1  saat 
qabaq,yaxud  30-40  dəqiqə  sonra,su  vannası  qəbul  etməzdən 
qabaq  istənilən  vaxtda,  ya  da  vannadan  1  saat  sonra  yerinə 
yetirmək olar. 
      
KONTRAST SU VANNASI 
 
İsti vannada tərləyərkən adam külli miqdarda S vitamini 
itirir, turşu-qələvi tarazlığı pozulur,onu bərpa etmək asan iş deyil. 
Konrast  su  vannası isə  orqanizmi  normal  vəziyyətdə  saxlayır,  S 
vitamininə və turşu-qələvi balansına xələl gətirmir. 
Bəs nə verir? Konrast su vannası-nevralgiya, revmatizm, 
baş ağrısı,diabet,hipertoniya,ürək-damar və qara ciyər xəstəliklə- 
ri, soyuqdəymə, Addison xəstəliyi, Bexteryev xəstəliyi, anemiya, 
qan  dövranı  xəstəlikləri  üçün  gözəl  şəfa  mənbəyidir.Lakin  hər 
kəs elə vanna forması seçməlidir ki, ona maksimum fayda versin. 
Məsələn,zöhrəvi  xəstəliyə  tutulanlar  əvvəlcə  “çılpaq-  terapiya”- 
dan başlamalı,2-3 ay davam etdikdən sonra su vannasına keçməli 
-dir. Orqanizmi zəyif olanlar və yaşı 30-u keçənlər yaxşı olar ki, 
əvvəlcə əl-ayaq vannasından başlasın: ilk vaxtlar dizə və dirsəyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə