Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   58   59   60   61   62   63   64   65   ...   98

 
194 
qədər  suya  girin,  sonra  suyu  tədricən  qasığa  və  çiyinə  çatdırın. 
Bunu  bir  neçə  dəfə  edəndən  sonra  bütöv  vanna  (yaxud  duş) 
qəbul  etmək  olar.Hər  bir  halda  soyuq  və  isti  suları  növbə  ilə 
dəyişmək lazımdır.Bədəni isti və soyuq suya tədricən alışdırmaq 
vacibdir. İlk günlər hərarət bədən temperaturuna yaxın olmalıdır. 
Sonda  isti  suyun  hərarəti  40-43  dərəcə,soyuğunku  isə  14-15 
dərəcə olmalıdır. Bütün hallarda başı islatmayın.  
 
Ağır  xəstələr  və  zəyif  adamlar  “qasıq-çiyin”  vannasını 
qəbul  etməzdən  öncə,adi  vanna  qəbul  edir:  bütün  bədəni  suya 
salır.Bədəni  yaxşı-yaxşı  silib  qurulayır,  sonra  kontrast    vannanı 
başlayır.Vannaların ümumi sayı 5-7-9-11 və daha çox ola bilər:1 
dəqiqə soyuq vannada uzanırsınız, ardınca 1 dəqiqə isti vannada. 
Soyuq  vannadan  başlayıb,soyuq  vanna  ilə  bitirmək  lazımdır. 
Bədəni  yaxşı-yaxşı  qurulayıb,lüt  dayanmaq  lazımdır:arıq  adam- 
lar 6-15 dəqiqə,orta köklər 15-20 dəqiqə,köklər isə 30 dəqiqə.  
 
Aterioskleroz xəstəliyindən əzab çəkənlər aşağıdakı sxem 
üzrə vanna qəbul edə bilər. 
 
 
 
 
 
    
 
 
 
 
 
 
Bizi  yaradan  Ulu  varlıq  bizə  4  cür  qida  verib:Günəş 
işığı,Hava,Su,Meyvə-Tərəvəz.Biri  çatmıyanda  cismimiz  və 
ruhumuz xəstələnir.Bütün pislikləri təmizləyən Su-mikrobla- 
rın qənimidir.Açıq havada çox gəzin,tez-tez çimin,gündə 2-3 
litr çiy su için.Faydalı hərəkətləri unutmayın... 
 
isti su 
(hərarəti) 
soyuq su 
(hərarəti) 
günlərin sayı 
39 
35 

40 
30 

41 
25 

42 
20 

43 
14-15 
Həmişə 


 
195 
ODÜNYALIQ  ADAMLAR 
 
 Bir  də  yada  salaq  ki,D-r  Nişinin  adını  daşıyan  Tibb 
İnstitutunun  Tokioda  və  Havay  adalarında  fəaliyyət  göstərən 
hospitalları  xərçəngi  təbii  üsullarla  müalicə  edir.  “Vatanabe” 
hospitalının  (Nişinin  ardıcılı  olan  Vatanabenin  adını  daşıyır) 
uğurları  sevindiricidir.  Nişi  institutunun  və  “Vatanabe” 
hospitalının  ölümün  caynağından  xilas  edib,  həyata  qaytardığı 
“odünyalıq” adamların sayı ilbəil çoxalır. Xərçəng kimi dəhşətli 
xəstəliyin  caynağından  xilas  olan  adamların  müalicə  kursu  bir-
birindən  az  fərqləndiyi  üçün  hamısı  haqqında  söz  açmaq 
niyyətində  deyilik.  Lakin  bir-iki  nümunəyə  müraciət  etmək, 
zənnimcə, yerinə düşər . 
 
76  yaşlı  cənab  Mayra  aşağıdakı  müalicə  kursundan 
sonra ağ ciyər xərçəngindən yaxa qurtara bilmişdir.  
 
1. Kontrast hava vannası-gündə 8-10 dəfə. 
 
2. Kontrast su vannası. 
 
3. Xurmadan dəmlənmiş çay -2 litrdən çox. 
 
4. Nişinin 6 Qaydası. 
 
Mədə xərçəngindən əzab çəkən 69 yaşlı cənab Yumigi 
yuxarıdakı  sxemə  bir  neçə  tərəvəz  növündən  çəkilmiş  şirə  və 
bolluca çiy kələm də əlavə etmişdir. 
 
Mədə  xərçənginə  tutulmuş  65  yaşlı  cənab  Takao  İşin 
bu rasiona bəzi əlavələr etmişdir. 
 
1. Kontrast hava vannası. 
 
2. Kontrast su vannası. 
 
3. Nişinin 6 Qaydası. 
 
4.  Xurmadan  dəmlənmış  çay  (onu  qara  qarağat,  yaxud 
moruq,  yaxud itburnu yarpaqları ilə əvəz etmək olar). 
 
5. Kələm şirəsi. 
 
6. Duru düyü sıyığı (əsas qida) və yulaf sıyığı. 
 
7. Turşuluq törədən qidalar. 
 
8. Beş növ tərəvəzin şirəsi. 
 
9. Maqnezium hidroksidi. 


 
196 
Adlar,yaşlar,müalicə sxemləri,menyular müxtəlif olsa da, 
nəticə bir olub: “odünyalıq” adamlar kəfəni yırtıb yenidən həyata 
qayıdıblar.Çox  qəribədir  ki,onların  əksəriyyəti  Nişi  Sistemi  ilə 
başqalarını  müalicə  etməyə  başlayıblar  və  bu  sistemin  qızğın 
təbliğatçılarına çevriliblər.Burada heç bir qəribəlik yoxdur:başqa 
cür  hərəkət  etmək  qeyri-mümkündür.  Sadəcə,  ürəyin  istəyir  ki, 
kiminsə  sənə  bəxş  etdiyi  xoşbəxtliyi  sən  də  başqalarına  bəxş 
edəsən  və  sənə  nicat  yolunu  göstərən  Ulu  Tanrı  qarşısında  öz 
borcunu yerinə yetirəsən.Gözəl istəkdir!Deyilmi?..Mən bu kitabı 
məhz belə bir istəyin hökmü ilə yazmışam. 
 
Yenidən  vurğulamaq  istəyirəm:Nişi  öz  Sistemini  təkcə 
dəhşətli  xəstəliklərdən  yaxa  qurtarmaq  üçün  yaradılmayıb,  heç 
vaxt  xəstələnməmək,  həmişə  sağlam  olmaq,  gümrah  yaşamaq, 
həm daxilən, həm də zahirən saf və gözəl olmaq üçün yaradılıb. 
Lakin sağlam və gözəl olmaq üçün bu sistemə kor-koranə əməl 
etmək  kifayət  deyil.Gərək  biz  qanımızı  saflaşdırmağın,hüceyrə- 
ləri  Günəş  enerjisi  ilə  qidalandırmağın,vitaminləri,mineral 
maddələri  hansı  qidalarda  axtarmağın  yolunu  dəqiq  bilək,öz 
menyumuza yalnız faydalı qidaları daxil edək. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
197 
ONUNCU  FƏSİL 
KAPİLYARO-TERAPİYA: 
Zalmanov metodu ilə müalicə  
 
 
Sən  demə,həyatda  heç  kəsin  fikir  vermədiyi  bir  qəribə 
qanunauyğunluq  var  imiş:  müasir  tibb  elminin  acizliyini, 
dərmanların  insan  orqanizminə  və  ailə  büdcəsinə,  bütövlükdə 
bəşəriyyətə  vurduğu  zərbənin  miqyasını  dərindən  dərk  edən 
dərrakəli  və  vicdanlı  həkimlərin  hamısı,  başı  daşdan  daşa 
dəyəndən sonra çönüb natruopat alim olur, dava-dərmana qənim 
kəsilir,insanları  Ana  Təbiətin  əbədi  və  dəyişməz  Qanunlarına 
düzgün  əməl  etməyə  çağırır.  Bu  da  qanunauyqun  bir  haldır  ki, 
belə təbiblər tibb elminin gücsüzlüyünü özlərini, yaxud əzizlərini 
müalicə edərkən anlayırlar -başları daşa dəyəndə. Nəticədə, bir el 
məsəlində deyildiyi kimi, başına gələn dönüb olur başmaqçı. 
 
Xəstə  cismini  sağaltmaq  üçün  üsullar  axtaran  və  tapan 
belə istedadlı təbiblərdən biri də üçqat tibb elmləri doktoru (ayrı-
ayrı vaxtlarda Rusiyada,Almaniyada,İtaliyada doktorluq disserta-
siyası müdafiə etmişdir) Abram Solomonoviç Zalmanov olmuş-
dur. Öz əsrinin parlaq dühalarından biri sayılan A. Zalmanov 20 
iyun  1875-ci  ildə  Belarusiyanın  Qomel  şəhərində  anadan 
olmuşdur.  1883-cü  ildə  gimnaziyanı  qızıl  medalla  bitirərək, 
Moskva  universitetinin  tibb  fakültəsinə  daxil  olmuşdur.  Lakin 
buradakı  təhsil  səviyyəsi,  elmə-biliyə  böyük  acgözlülüklə  can 
atan  tələbənin  günbəgün  artan  tələblərini  tam  ödəyə  bilmirdi. 
A.Zalmanov  III  kursu  bitirdikdən  sonra  bu  fakultəni  tərk  etdi. 
“Yalniz  professor  Zaxarin  öz  mühazirələrində  təfəkkür  və 
təsəvvür oyada bilirdi” dəyən A.Zalmanov,itirəcəyi 3 ilə heyifsi- 
lənmədən,hüquq  fakültəsinin  I  kursuna  dəyişilir.Burada  təhsil 
almaqla yanaşı,əlavə olaraq,görkəmli professorların filalogiya və 
rus tarixi,müqayisəli dilçilik,filasofiya və ümumi tarix fənnlərinə 
dair  mühazirələrinə  sərbəst  şəkildə  qulaq  asırdı.  Eyni  zamanda 
seminariyada işləyirdi. “Professor Boqolepovun Roma hüquqları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə