Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   61   62   63   64   65   66   67   68   ...   98

 
204 
 
Hər  iki  variantda  suya  müalicəvi  bitkilər,  xörək  duzu, 
dəniz  duzu,  skipidar  və  sairə  qatmaq  müalicəninn  təsir  gücünü 
artırır. Hər əlavənin öz xüsusi təyinatı var.  
 
Kəpək horrası. Dərisi quru olan və öz funksiyasını yaxşı 
yerinə  yetirə  bilməyən  adamlar  kəpək  horrasından  istifadə  edə 
bilər: 900 qram buğda və ya başqa dənin kəpəyini parça torbaya 
tökmək, qaba salmaq, 2-3 litr soyuq su əlavə etmək, qaynatmaq, 
qaynayan  kimi  dərhal  ocağın  istiliyini  azaltmaq,15-20  dəqiqə 
zəyif  odda  dəmləmək.Vanna  qəbul  etməzdən  öncə  məhlulu  39
0
 
isti  su  olan  vannaya  tökmək.Xəstə  15  dəqiqə  vannada  qalır, 
vannada  istiliyin  azalmasına  imkan  verməyin.  Sonra  suyu 
buraxın,  ayağa  durun.  Içində  kəpək  olan  torba  ilə  bədəninizi  5 
dəqiqə masaj edin-masajı ayaqların və əllərin ucundan başlamaq 
lazımdır.  Vannadan  çıxıb  hər  iki  əlinizlə  bədəni  yaxşı-yaxşı 
şapalaqlayın.  Bunu  dəri  quruyana  qədər  davam  edin.  Mələfəyə 
bürünüb,yatağa girin. Bədəni yalnız sabah səhər yumaq olar.  
Palıd  qabığı  əlavəsi.  Padaqra,poliartrit,revmatizm,dəri 
xəstəlikləri,sidik-cinsi  orqanların  xəstəliyi  vaxtı  tətbiq  olunur. 
Suyun  hərarəti  40-44
0
  olmalıdır.Vanna  bir  saat  çəkir.Vannadan 
sonra 19-24
0
 istiliyi olan su ilə bədəni soyutmaq lazımdır.  
Yulaf  samanı  əlavəsi.  Padaqra  xəstəliyi,  sidiklikdə  daş 
olanda, sidiyə getmək çətinləşəndə tətbiq olunur. Suyun hərarəti 
32-37
0
 olmalıdır. Bu vanna əllər və ayaqlar üçündür. Əl-ayağı 15 
dəqiqə  ərzində  məhlul  vannasında  saxlamaq,  30  saniyə  ərzində 
10-12
0
-li  soyuq  suya  salmaq  lazımdır.  Bunu  bir  neçə  dəfə 
təkrarlayın.Tədbiri  soyuq  vanna  ilə  tamamlamaq  və  dərhal 
yatağa girmək lazımdır. 
Ağac  külü  əlavəsi.  Bir  çox  xəstəliklərin  müalicəsində 
tətbiq edilir. 
Duzlu  vanna.  Həm  əl-ayaq  üçün,  həm  də  bütün  bədən 
üçün yarayır. Suya natrium xlorid, dəniz duzu, maqnezium sulfat 
və  odun  külünü  qatmaq  olar.  Bu  əlavələri  həm  ayrı-ayrılıqda, 
həm də birlikdə etmək olar. 


 
205 
Vannaya  3 sm hündürlüyündə  39
0
-li istilikdə su tökmək, 
450  qr  maqnezium  sulfat  (ingilis  duzu)  qatmaq.  Xəstə  vannaya 
oturduqdan sonra həmin istilikdə suyu əlavə etmək və səviyyəni 
daha  3  sm  qaldırmaq,  məhrabanı  duzlu  suda  isladıb  bədəni 
silmək.  Yenidən  39
0
  su  əlavə  etmək.  Suyun  səviyyəsi  10  sm 
qalxan kimi yenə də 450 qr maqnezium sulfat qatmaq, məhraba 
“əməliyyatını”  davam  etdirmək.  Üzdə  tər  əmələ  gələn  kimi 
vanna  qəbulunu  dayandırmaq,  bədəni  18-24  dərəcə  istiliyi  olan 
“duş”la  yumaq,  kobud  quru  məhraba  ilə  bədəni  surətlə  silib 
qızdırmaq, yatağa girmək. Bu müalicəni həftədə iki dəfədən çox 
qəbul  etmək  olmaz.  Belə  vanna  revmatizm,  artrit,  lyumbaqa, 
nevrit xəstəlikləri və soyuqdəymə üçün nəzərdə tutulub.  
Natrium hidrokarbonatla kvas qatışığının vannası. Bu 
vanna  venanın  varikoz  genişlənməsi,  varikoz  trofik  yara, 
ayaqların tuluqvari şişməsi xəstəlikləri üçün nəzərdə tutulub. Bu 
vanna  sinir  sisteminə  sakitləşdirici  təsir  göstərir,  dərini  və 
bütövlükdə orqanizmi  “skipidar”  vannalarının qəbuluna  hazırla- 
yır.  Natrium  hidrokarbonat  (içməli  soda)  iltihab  əleyhinə  təsirə 
malikdir,  qanın  qələvi  ehtiyatını  yüksəldir.Alminium-kalium 
kvası isə zahirdə olan iltihablı xəstəliklərə müsbət təsir göstərir, 
qanaxmanı dayandırmaq xassəsinə malikdir.  
Vannaya  38,5
0
  istiliyi  olan  su  doldurun,  200  qr  sodanı 
suda əridin, 70 qr kvası parça torbaya töküb, vananın dibinə atın. 
Xəstə  15  dəqiqə  vannada  qalır.Çıxan  kimi,  yuyunmadan 
mələfəyə bürünüb, yatağa girir.  
Roş-Poze  vannası.  Dəri  quru  olanda  və  dermatoz  vaxtı 
tətbiq olunur.İstiliyi 38,5

olan suya 35 qr natrium hidrokarbonat, 
20 qr maqnezium karbonat, 15 qr maqnezium perborat qatıb, 15 
dəqiqə vannada uzanmaq. 
Natrium  xlorid  və  dəniz  duzu  vannası.  Bu  vanna 
xroniki  revmatizm,  raxit  və  zəyif  fiziki  inkişaf  vaxtı  tətbiq 
olunur.  Onu  hazırlamaq  üçün  250  litrlik  suya  5  kq  duz  qatmaq 
lazımdır. Suyun istiliyi 38,5 dərəcədir.  


 
206 
Dv  vannaları  əl-ayaq  üçün  də  düzəltmək  olar:  müəyyən 
qaba  istiliyi  32
0
  olan  su  tökmək,  bir  ovuc  duz  əlavə  etmək,  əl-
ayağı 15-20 dəqiqə suda saxlamaq. Silmədən yatağa girmək. 
Belə  vannalar  dəri  xəstəliklərinin,  vərəmin,  osteomelit 
xəstəliyinin,  revmatizmin  və  müxtəlif  qadın  xəstəliklərinin 
müalicəsində yaxşı səmərə verir.  
 
SKİPİDAR  VANNALARI 
 
Skipidar-adi  şam  ağacindan  alınan  qətranın  təmizlənmiş 
formasıdır.Təsərrüfat  dükanlarında  satılan  quru  skipidar  ağ  və 
sarı məhlul düzəltmək üçün yaramır.Canlı qətran bioloji fəallığı 
ilə  seçilir,  şam  qabığının  çatlarını  və  yaralarını  sağaltmağa 
xidmət edir. Rusiyada “jivitsa” adını da buna görə qazanıb. Onu 
böyük  həcmdə  almaq  üçün  ağacın  budaqlarında  yarıq  açırlar, 
bura yığılan materealı götürüb dərman düzəldirlər.  
Skipidar  şəffaf,rəngsiz,hərəkətdə  olan  mayedir.  Iynəyar- 
paq bitki (xvoy) iyi verir, yandırıcı tamı var, suda həll olmur, 12 
hissədən  ibarət  olan,  spirtdə  həll  olunur,  efirin,  xloraformin  və 
benzolun bütün tənasüblərinə qarışa bilir.  
Skipidar  yerli  qıcıqlandırıcı,  başqatıcı  (ağrıkəsici)  və 
antiseptik  təsirə  malikdir.  Qədim  xalq  təbibləri  onu  nevralgiya, 
padaqra,sümük ağrıları,miozit, revmatizm, lyumbaqa xəstəlikləri 
vaxtı  sürtmə  dərmanı  kimi  istifadə  etmişlər.  Müasir 
formakoloqlar ondan maz kimi istifadə edirlər.  
 
AĞ SKİPİDAR  VANNALARI 
 
Ağ  vannanı  yalnız  qan  təzyiqi  aşağı  və  normal  olanlar 
qəbul  edə  bilərlər,təzyiqi  150/90-dan  yuxarı  olanlar  sarı  vanna 
qəbul etməlidir.Ağ skipidar qəbul edərkən təzyiq normanı aşarsa, 
dərhal qarışıq (ağ-sarı) vannaya keçmək lazımdır.  
Ağ vanna belə hazırlanır. Vannadan öncə tualetə getmək 
lazımdır.Kişilər cinsi orqanlarının dərisinə,yumurtaların dərisinə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə