Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   62   63   64   65   66   67   68   69   ...   98

 
207 
anusun  ağzına,  qadınlar  isə  cinsi  orqanın  qalın  dodaqlarına  və 
anusun ağzına nazik təbəqə vazelin sürtməlidir ki, skipidar onlari 
yandırmasın.Vannada suyun hərarəti 37
0
 (dözə bilməyənlər üçün 
35-36
0
)  olmalıdır.Ağ  emulsiya  olan  butulkanı  çalxalamaq 
lazımdır. Birinci vanna üçün 10-15 ml (bir xörək qaşığı) məhlul 
töküb  175-200 litr suya qatmaq lazımdır.Bundan qabaq  emulsi- 
yanı 3-5 litr su tutan qaba tökmək, qaynar su əlavə etmək, yaxşı-
yaxşı  çalxalamaq  vacibdir.Məhlulu  vannaya  tökdükdən  sonra 
həmin  qabla  vannadan  6-7  dəfə  su  götürüb  hər  kəs  öz  boyu 
səviyyəsində  hündürdən  vannaya  tökməlidir-məqsəd  məhlulu 
yaxşı qarışdırmaqdır. Xəstə vannaya uzandıqdan 3 dəqiqə sonra 
vannaya  su  əlavə  etmək  və  suyu  qarışdırmaq.  Hər  3  dəqiqədən 
bir  suyun  istiliyini  1  dərəcə  artırmaq  və  hərarəti  39
0
-yə  çatdır- 
maq.  Xəstə  vannada  sakit  və  rahat  uzanmalıdır.Yaxşı  olar  ki,bu 
işdə ona kim isə kömək etsin.  
Qeyd edək ki, hərarətin 37
0
-dən 39
0
-a qldırılması şərtidir: 
hər  xəstə  öz  səhhətinə  və  durumuna  uyğun  hərarət  seçməlidir. 
Əsas göstərici ovqat və üzün tərləməsi olmalıdır. Üzdə tərin ilk 
nişanəsi meydana çıxan kimi vannanı dayandırmaq lazımdır.  
38-39
0
 istilikdə vanna qəbul edən bəzi xəstələrin dərisinin 
müxtəlif  hissələrində  qıcıqlanma,  “yandırma”  (göynətmə)  baş 
verir.  Bu  hal  bir  saat  davam  edə  bilər.  Ondan  qorxmaq  lazım 
deyil.Belə hallarda-sonrakı vannaları qəbul edərkən suya tökülən 
emulsiyanın  həcmini  artırmayın.Belə  hal  baş  vermirsə,  yaxud 
“yandırma”  10-20  dəqiqə  çəkirsə,  sonrakı  hər  vannaya  yarım 
xörək  qaşığı  ağ  emulsiya  əlavə  etmək  vacibdir.  Bu  minvalla 
emulsiyanın həcmini 120 ml-ə (8 xörək qaşığı) çatdıra bilərsiniz.  
Vannadan  çıxarkən  qurulanmayın,  köhnə  xalat  geyin, 
yaxud mələfəyə bürünün,elə bu cür də yatağa girin,çox bələnmə- 
yin,dərhal  yuxuya  getmək  yaxşı  deyil.  Vannanı  düzgün  qəbul 
edibsinizsə, 1-2 saat yataqda uzanıb dincəlin.  
Ağ  vanna  miokard  infarktı  keçirmiş  xəstələrə  (6  aydan 
sonra),  işias  xəstəliyi,  sınıq  vaxtı,  əzələlərin  atrofiyası,  sümük 
toxumalarının  “seyrəkləşməsi”,  osteoparoz  prosesində,  raxit, 


 
208 
deformasiya  törədən  revmatizm  xəstəliyi  vaxtı,  cavanlaşmaq 
istəyənlər üçün yaxşı səmərə verir.  
 
 
SARI  SKİPİDAR  VANNALARI 
 
Sarı  məhlulu  çalxalayıb,  qarışdırmağa  ehtiyac  yoxdur. 
Onu litirlik qaba tökün, üstünə qaynar su əlavə edin, yaxşı-yaxşı 
qarışdırın,  37
0
  istiliyi  olan  su  ilə  doldurulmuş  vannanın  səthinə 
tökün, həmin qabla vannadan suyu götürüb, hündürdən tökün- 5-
7  dəfə  bəs  edər.  Birinci  vannaya  10-15  ml  (1  xörək  qaşığı) 
məhlul qatmaq lazımdır. Suyun hərarəti (37
0
) narahatlıq yaratsa, 
36
0
 və ya 35
0
-dən başlamaq olar. Hər 3 dəqiqədən bir hərarəti bir 
dərəcə  qaldırın  və  onu  42
0
-yə  çatdırın.  Vannada  üzünüzdə  tər 
əmələ gəlnə qədər uzana bilıərsiniz. Suyun hərarəti 40

və ondan 
yüksək  olanda  xəstənin  halına  (nəbzə,  tənəffüsə)  xüsusi  fikir 
vermək  lazımdır.Vannadan  çıxarkən  qurulanmayın,  köhnə  xalat 
geyib, yaxud köhnə mələfəyə bürünüb dərhal yatağa girin və 1-2 
saat istirahət edin.  
Növbəti  vannalarda  məhlulu  artırarkən  mütləq  xəstənin 
qan  təzyiqinə  fikir  vermək  lazımdır-təzyiq  hansı  surətlə  və  nə 
qədər  düşür?Yaşlı  xəstələrin  təzyiqini  fərdi  qaydada  aşağı  sal- 
maq  lazımdır-özünü tam rahat hiss edənə qədər.  
Təcrübə  göstərir  ki,  sarı  məhlulun  miqdarını  hər  üç 
vannadan  bir  5-10  ml.  qaldirmaq  yaxşıdır.  Son hədd  120  ml.  (8 
xörək qaşığı) olsa kifayətdir.  
Sarı  məhlulla  aşağıdakı  xəstəlikləri  müalicə  etmək  olar: 
arteriit  (arteriyaların  iltihabı),  əzələlərin  atrofiyası,  hemiplegiya 
(beyinə  qan  sızmasının  nəticəsi),  hipertoniya,  arterial  təzyiqin 
qalxması,qloukoma,  retinit(göz  xəstəliyi),  iridosklit(göz  xəstə-
liyi),tramboz,diabet,miokard infarktının nəticəsi,yolxucu xəstəlik 
-lər,skorlatina,koklyuş(göyöskürək),difteriya,qızılça,işias,mastid, 
monqolizm(ağıl zəyifliyi),otit(orta qulağın iltihabı),sümük sınma 
-sı,oynaqların  anklozu(bitişməsi),plevraya  maye  yığılması,  poli- 


 
209 
nevrit(qarışıq  vannadan  istifadə  etmək),poliomelitin  nəticəsi 
(qarışıq  vanna),salpingit,uşaqlıq  çıxıntısının  iltihabı,  septiseme- 
ya  (qanın  yoluxması),daxili  orqanların  siflisi,inkişaf  edən 
paralic, sümük beyninin quruluğu, spondilyoz, spondiloartroz.  
Vərəmin fəal forması, hipertirezin ağır dərəcəsi, qaraciyər 
parenximasının zədələnməsi,psixoz,revmatizmin kəskin forması- 
nın  ürəyi  zədələməsi-bu  hallarda  sarı  vanna  qəbul  etmək  əks 
nəticə verir. Aterioskleroz, koronar və ya ürək xəstəlikləri ürəyin 
ehtiyat imkanlarını pozanda çox ehtiyatlı olmaq lazımdır.  
 
 
QARIŞIQ  VANNALR 
 
 
Ağ və sarı məhlulların qarışığından hazırlanmış vannaları 
iki  variantda  qəbul  etmək  olar:  ya  ağ  emulsiyanı  müəyyən 
nisbətdə sarı məhlula qatmaq, ya da bir dəfə ağ vanna, o biri dəfə 
sarı vanna qəbul etmək.  
 
Vurğulamaq  istəyirəm  ki,  qarışıq  vannalar  fizioloji 
müalicənin üfüqlərini xeyli genişləndirir. Beləki ağ emulsiya dəri 
və daxili oraqan kapilyarlarının gimnastikasını təşkil edir, qanın 
arterial təzyiqini tədricən və sakitcə qaldırır, orqanizmin ümumi 
vəziyyətini  yaxşılaşdırır.  Sarı  məhlul  isə  bədənin  hərarətini  ağ 
emulsiyadan çox qaldırır, kapilyarları genişləndirir, qan təzyiqini 
aşağı  salır,  patoloji  yığıntıları,  mayedəki,  toxumadakı  və 
damarlardakı  metobolitləri  (toksik  materialları)  əridir  və  tər 
vastəsi  ilə  bədəndən  kənarlaşdırır.  Qarışıq  vannalar  həm  də 
oqranizmə ağrıkəsici təsir göstərir.  
 
Hər  iki  skipidarın  dozasını  müəyyən  edərkən  təzyiqin 
səviyyəsi,  iltihablı  prosesin  xarakteri  və  təbiəti  nəzərə 
alınmalıdır.Qan təzyiqi 150/90-dan yuxarı olduqda vannaya sarı 
məhlul  əlavə  etmək,təzyiq  aşağı  düşdükdə  isə  ağ  emulsiya 
qatmaq  lazımdır.  Ilkin  doza  hər  skipidarın  növü  üçün  10  ml. 
olmalıdır,onu tədricən qaldırıb 120 ml.çatdirmaq lazımdır. Qanın 
təzyiqi 140-dan aşağı düşdükdə 2 ağ vannadan sonra 1 sarı vanna 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə