Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   63   64   65   66   67   68   69   70   ...   98

 
210 
qəbul  etmək  məsləhətdir.Qarışıq  vannaların  sayı  və  tezliyi 
xəstənin  ümumi  vəziyyətindən  asılıdır.Xəstəlik  kəskin  forma 
aldıqda-vannaların  tezliyini  dəyişmək  lazımdır,  onları  tamam 
kəsməyə  ehtiyac  yoxdur.  Xatırladım  ki,  ardıcıl  həyata  keçirilən 
vannalar  daha  yaxşı  effekt  verir  və  bütün  müdafiə  vasitələrini 
orqanizmə qaytarır.  
 
Ilk vaxtlar, xəstənin vəziyyətindən asılı olaraq, ağ, sarı və 
qarışıq vannaları 10 gün ardıcıl qəbul etmək məsləhətdir, bundan 
sonra  günaşırı,  axırda  isə  həftədə  2  dəfə  qəbul  edə  bilərsiniz. 
Bəzi  həkimlər  vanna  qəbul  edən  xəstəyə  məsləhət  görürlər  ki, 
bütün bədənə vazelin sürtsün. Buna ehtiyac yoxdur. Göynəmənin 
nə vaxt başlaması və nə qədər davam etməsi – mikrosirkulyasiya 
haqqında  gözəl  informasiyadır,  həm  də  skipidar  dozası  seçmək 
üçün yaxşı göstəricidir.  
 
Eyni  vannadan  bir  neçə  dəfə  istifadə  etmək  olmaz! 
Kəskin reaksiya (ağrı, hərarət, dəri səpməsi, qaşınma) xoşa gələn 
hal  olmasa  da  yaxşı  əlamətdir,  çalışıb  dözmək  lazımdır.  Dözə 
bilmirsinizsə, vannaları müvəqqəti dayandırın.  
 
BUXAR  VANNALARI 
 
 
Bədən  soyuqdursa,  xəstəni  üşütmə  tutubsa  soyuq  sudan 
heç  bir  formada  (bədəni  yumaq,  silmək,  soyuq  suda  isladılmış 
mələfəyə  bürünmək,  kompres  qoymaq,  vanna  qəbul  etmək) 
tətbiq  etmək  olmaz.Soyuq  ayaqlar  və  əllər,isti  baş-qan  dövranı- 
nın  pozulmasını  xarakterizə  edən  əsas  “üçlük”dür.  Əl-ayaqda 
qanın az olması-qanın daxili orqanlarda normadan çox olmasına 
dəlalət edir. Bu halda soyuq orqanları qızdırmaq lazımdır.  
Nə  qədərki  kiçik  halsızlıq  xəstəliyə  çevrilməyib,  buxar 
vannaları  bu  halsızlığı  aradan  qaldırmağa  qadirdi.Buxar  vanna- 
ları  həm  ümumi  (sauna,  buxar  hamamı),  həm  də  avtonom  (baş, 
ayaqlar, əllər üçün) ola bilər. Buxardan kompres kimi də istifadə 
etmək mümkündür. Hətta qaynayan çaydanın lüləyinə rezin boru 
salıb, buxarla müəyyən hissələri müalicə etmək olar.  


 
211 
Buxar  vannasını  yeməkdən  və  ağır  fiziki  işdən  dərhal 
sonra  qəbul  etmək  düzgün  deyil.  Ürəkdə  patoloji  proseslər  baş 
verəndə,  tənəffüs  çatışmamazlığının  hər  cür  formasında,  mitral 
stenoz,  yüksək  qızdırma  vaxtı  buxar  vannası  qəbul  etməkdən 
çəkinin.  Sinir  sisteminin  ağır  formada  pozulması,  qan  azlığı, 
ürəkkeçməyə  meyilli  olmaq  hallarında  isə  buxar  vannasını  çox 
ehtiyatla  qəbul  etmək  lazımdır.  Buxar  vanansını  xəstənin 
vəziyyəti  yaxşılaşana  qədər  davam  etdirmək  məsləhətdir.  Xəstə 
diskomfort  (sinənin  sıxılması,  qanın  beyninə  artıq  axması)  hiss 
etdikdə vannanı dərhal kəsmək lazımdır.  
Vanna qəbul olunan yerdə hava həmişə təmiz olmalıdır.  
 
 
KAPİLYARO-TERAPİYANIN  TƏTBİQİ 
METODİKASI 
 
Bir  daha  yada  salaq:  xalça  kiçik  ilmələrdən  toxunduğu 
kimi,  biz  canlılar  da  balaca  canlılardan-mikroorqanizm  sayılan 
70 trilyon hüceyrədən “toxunmuşuq”. Səhhətimizin, ruhumuzun, 
təfəkkürümüzün  və  əxlaqımızın  durumu  bu  mikro-canlıların 
vəziyyətindən asılıdır.Orqanizmin funksional detalı olan hüceyrə 
həm  öz  mövcudluğunu  təmin  etməli,  həm  də  bütün  orqanizmi 
yaşatmalıdır.  Bunun  üçün  hüceyrə  yaxşı  nəfəs  almalı,  yaxşı 
qidalanmalı,  şlakları  vücuddan  kənara  yaxşı  çıxarmalıdır.  Bu 
balaca canlıların öz funksuyasını pis və ya yaxşı yerinə yetirməsi 
iki  şeydən  asılıdır:  qanın  keyfiyyətindən  və  qanın  hüceyrələrə 
necə  çatdırılmasından.  Əgər  qanın  keyfiyyəti  qida  rejimindən, 
həzmolma  prosesindən  və  maddələr  mübadiləsindən  asılıdırsa, 
hüceyrələrin qanla və oksigenlə təhcizatı bir başa kapilyarlardan-
ağacların  dibinə  su  aparan  arxlardan  asılıdır.  Dünya  şöhrətli 
təbib  A.Zalmanov  sübut  etdi  ki,  bütün  xəstəliklərin  kökündə 
kapilyarların  korlanması  durur.  Qocalığı  orqanizmin  quruması 
kimi  xarakterizə  edən  böyük  alim  qurumanın  səbəbini  kapilyar-
“arxların”  zibillənməsi  kimi  qiymətləndirir.Kapilyar  hər  bir 


 
212 
hüceyrə ilə birbaşa təmasda olan zərif damarcıqlardır.Onlar bircə 
-bircə  hüceyrələrin  qapısını  döyür  və  xoş  avazla  deyir:  “Salam. 
Ey bizi yaşadan möhnətkeş mikrocanlılar! Sizə bolluca oksigen, 
vitaminlər və çox faydalı mikroelementlər gətirmişəm. Buyurun, 
nuş  edin,  sağlam  və  gümrah  olun,  bizi  uzun  illər  sağlam 
yaşadın”.Biz  qidalanma  qaydalarını  pozanda,mədəmizi  zibillə 
dolduranda  kapilyarlar  bizi  yaşadan  hüceyrələrin  qapısını  çox 
məyus  halda  döyür:  “Bağışlayın  məni!  Sizə  zəhər  gətirmişəm. 
Amma  günah  məndə  deyil,  sahibimiz  nə  verib  onu  da 
gətirmişəm”.Kapilyarlar  zəhər  daşıyanda  hüceyrələr  kütləvi 
şəkildə qırılır.Onda kapilyarlar da zəhərlənir, sıradan çıxır,balaca 
“arxları” zibil basır, “ağaclar”  qidasız qalır və quruyur.  
Kapilyarları  bərpa  etmədən  hüceyrələri  dirçəltmək  və 
yenilərini  yaratmaq  mümkün  deyil.Bu  halda  Zalmanovun 
“skipidar”  vannaları    köməyə  gəlir.  Vanna  qəbul  etmək  üçün 
nədən  başalamq  lazımdır?  Birinci  növbədə,  əczaxanadan  tibbi 
vazelin və su termometri alın... İndi başlamaq olar.  
Vannanı 36-37
0
  istiliyi olan su ilə elə doldurun ki,vanna- 
ya girəndə daşıb tökülməsin. Suyun həcmi vannanın tutumundan 
və xəstənin qabaritindən asılıdır. Uzananda su sinəni örtməlidir. 
Suya  ağ  və  sarı,  yaxud  qarışıq  “skipidar”  tökməyin  qaydasını 
artıq  bilirsiniz.  Standart  doza  50  ml.  sarı  məhlul  və  50  ml.  ağ 
emulsiyadır.  Onları  yaxşı  qarışdırsanız  suyun  üzündə  nazik  yağ 
örtüyü əmələ gələcək. Suyu əllə qarışdırsanız, sabunla əllərinizi 
yaxşı-yaxşı  yuyun  ki,  təsadüfən  gözünüzə,  ağzınıza,  burnunuza 
və qulaqların içinə toxunsanız, fəsad verməsin. Dedik ki, kişilər 
cinsi orqanlarını, yumurtaların dərisini və anus deşiyinin ağzını, 
qadınlar  isə  cinsi  orqanın  böyük  dodağını  və  anusun  ağzını 
vazelinlə yağlamalıdırlar.  
Vannada suyun hərarətini mütəmadi olaraq, ya da hər 2-3 
dəqiqədən  bir  qaldırın,  əl-ayaq  hərəkəti  ilə  isti  suyu  soyumuş 
suya  qarışdırın.  Suyun hərarətini  nəzarət  altında  saxlamaq  üçün 
termometri  vannaya  buraxın.  Artıq  suyu  buraxmaq  üçün 
vannadakı tıxacı ara-sıra qaldırın. Proseduranın sonuncu hərarət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə