Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   64   65   66   67   68   69   70   71   ...   98

 
213 
fərqi  4-5

olsa  yaxşıdır.  Lakin  orqanizmin  durumunu  (qan 
təzyiqi, tənəffüs, nəbz, ürək döyüntüsü) nəzərə almaq vacibdir. 
İlk  mərhələdə  (təxminən,  4-5  prosedur)  suyun  başlanğıc 
hərarəti 36-37
0
 olmalıdır, proseduranın sonunda hərarət 39-40
0
 –
yə çatsa yaxşıdır.Adaptasiya müddəti bitdi,indi başlanğıc hərarəti 
37-38
0
  olmalıdır,  seansin  sonunacan  hərarəti  41-43

çatdırmaq 
gözəl səmərə verir.Seansın müddəti 12-30 dəqiqədir: ilk seanslar 
qısadır-12  dəqiqə,  sonrakılar  uzundur-20-30  dəqiqə.  Bir  daha 
təkrar  edirəm:suyun  hərarəti  və  seansın  uzunluğu  hər  bir  fərdin 
psixoloji və fiziki durumundan asılıdır,universal təyi- nat vermək 
mümkün  deyil.Yüksək  hərarətdən  qorxmursunuzsa-dərhal  çox 
isti vannalardan başlıya bilərsiniz. 
Təxminən,3-7 dəqiqədən sonra bədənin müəyyən hissələ- 
rində  yüngül  göynətmə  hiss  edəcəksiniz.Əksər  hallarda  ayaqlar, 
yumşaq  ət,  omba  və  kürək  daha  tez  reaksiya  verir.Vanna  qəbul 
edərkən çalışın ki, “skipidar” gözünüzə, burun deşiyinə, ağzınıza 
və  qulağınızın  içinə  dəyməsin.Tədbiri  qurtaran  kimi  suyu 
buraxın, bədəninizi isti su ilə sabunsuz, əllərinizi isə sabunla (2-3 
dəfə) yuyun. Bütün bədəninizi pambıq məhraba və ya mələfə ilə 
silin, əvvəlcədən hazırlanmış isti yatağa girin. 
Proseduranı  günün  ikinci  yarısında,ən  yaxşısı  isə 
yuxudan qabaq həyata keçirmək məsləhətdir. Skipidar vannasını 
ac  qarnına  və  ya  qida  qəbulundan  dərhal  sonra  qəbul  etmək 
olmaz,qida qəbulundan,ən azı,bir saat keçməlidir.Axşam yüngül- 
vari  şam  etmək  və  bundan  bir  saat  sonra  vanna  qəbul  etmək 
yaxşıdır.Vannadan sonra yemək olmaz,lakin otlardan dəmlənmiş 
çay  faydalıdır.  Vannadan  sonra  20-40  dəqiqə  ərzində  bədənin 
müxtəlif  nahiyyələrində  yüngülcə  göynətmə  hiss  olunur,bədən- 
də,elə  bil,  qarışqa  gəzir,  hətta,  müxtəlif  zonalarda  puls  vurması 
baş verir.Qorxulu deyil.Çox güman: vannadan sonra kapilyarlara 
axan qanın güclənməsi,güclü axının bərpa olunması baş verir.Siz 
yataqda  90-120  dəqiqə  ərzində  bərk  tərləyə  bilərsiniz.  Bu  vaxt 
dərinizdən  çıxan  mayenin  həcmi-böyrəkdən  bir  sutka  ərzində 
çıxan  mayenin  həcminə  bərabərdir.  Tərlədikdən  sonra  məlafəni 


 
214 
dəyişməyi  unutmayın.Yatın.Bəzi  xəstələr  göynəmə  və  “qarışqa 
gəzməsi”  hallarını  keçirmir,  bir  neçə  vannadan  sonra  tərləmir. 
Belə hissiyyatlar vegetativ sinir sisteminin fəaliyyəti ilə bağlıdır. 
Bu hissiyyat vannadan vannaya dəyişir. 
Yüksək müalicə effekti almaq üçün müalicə kursu 24-30 
proseduradan ibarət olmalıdır. Profilaktika üçün 10 prosedura da 
bəs  edər.Bütöv  müalicə  kursu  keçmək  üçün  1,5  litr  sarı  məhlul 
və o qədər də ağ emulsiya kifayətdir. Müalicəni uzun (30 vanna) 
kursla başlamaq,hər yarım ildən,yaxud bir ildən bir 10 vanna ilə 
kifayətlənmək  məsləhətdir.Vannaları  günaşırı,  yaxud  hər  iki 
gündən  bir  keçirmək  də  olar.Hər  hansı  bir  səbəbdən  ümumi 
vanna  qəbul  etmək  mümkün  deyilsə,  həmçinin  ürək-damar 
sistemində  ciddi  problemləri  olan  ahıl  xəstələr  ”yerli”  vannalar 
qəbul edə bilər. Bu halda su xəstənin döş gilələrinə qədər qalxır, 
ürək bütövlükdə açıq qalır. Suya ümumi vannaya töküləndən 10-
15  faiz  az  “skipidar”  qatmaq  lazımdır.  Qalan  hər  şey  yuxarıda 
göstərilən qaydada qalır. 
Ayaq vannaları-ayaq damarlarının xəstəliyi vaxtı, əl-ayaq 
vannaları  isə-oynaq  xəstəlikləri,  xüsusilə  də  poliartrit  xəstəliyi 
əllərin kiçik oynaqlarını və daban oynaqlarını zədələdikdə qəbul 
edilərsə yaxşı səmərə verər. 
Plastik, yaxud emal taz götürün. Ayaq üçün, təxminən, 30 
litr (dizəcən), əl vannaları üçün 10 litr (dirsəyəcən) su bəs edər. 
Əl-ayaq  vannası  üçün  suya  20  ml  sarı  məhlul  və  20  ml  ağ 
emulsiya qatmaq lazımdır. Qalan hər şey ümumi qaydada olduğu 
kimidir.  Lakin  əl  və  əl-ayaq  vannalarını  hər  gün  qəbul  etmək 
lazımdır.Evdə  vanna  olmasa,bu  tədbiri  “duş”  altında  keçirə 
bilərsiniz.Bunun  üçün  20  ml  ağ  emulsiyanı  20-30  ml  isti  suya 
qatın,  isti  “duş”  altında  15-20  dəqiqə  dayanıb  bədəni  qızdırın. 
Sonra  hazırladığınız  məhlulu  ürək  nahiyyəsindən  başqa,bədənin 
hər yerinə sürtün, 5-7 dəqiqədən sonra məhlulu yuyun, mələfəyə 
bürünüb, yatağa girin, çay için. Bunu hər gün etmək lazımdır. 
Emulsiya  ilə  bələnmə  prosedurunu  da  həyata  keçirmək 
olar.Bu  tədbir  sellyulit  xəstəliyi  vaxtı  yaxşı  səmərə  verir. 


 
215 
Pambıq, yaxud kətan mələfə götürün (sintetik material olmaz ), 5 
litr isti suya 10 ml. sarı məhlul və o qədər də ağ emulsiya qatın, 
yaxşı-yaxşı qarışdırın, suyun hərarəti 45
0
-47
0
 olmalıdır. Mələfəni 
məhlula  hopdurun  və  bələnin.Mələfənin  üstündən  tibbi  klyonka 
və ya polietilen məhraba, ardınca da ədyal sarıyın, 20-25 dəqiqə 
dayanandan  sonra  bədəni  (sabınsız)  və  əlləri  (sabınla)  yaxşı-
yaxşı yuyun, yatağa girib,ot dəmləmə-lərindən çay için. 
Emulsiya  vannalarını  uşaqlar  da  qəbul  edə  bilərmi,  edə 
bilərsə, hansı yaşdan başlamaq olar? Əgər uşaq skipidar vannası 
qəbul  etməyin  vacibliyini  anlayırsa,  yüngül  “göynətmələrə” 
dözməyə  hazırdırsa,  ona  vanna  vermək  olar.  Bu  şərtlə  ki,  belə 
vannalar  uşaq  üçün  mənfi  emosiya  mənbəinə  çevrilməsin,  bu 
halda fayda verməz. Uşaqlar vannanı böyüklərin nəzarəti altında 
qəbul etməlidir ki, skipidarlı əllə gözlərə, burun deşiklərinə, ağız 
boşluğuna,  qulaq  deşiklərinə  toxunmasın  və  qulaqlara  su 
dolmasın.Vanna  qəbul  edən  ahıllara  da  qayğı  göstərmək 
vacibdir.Hər iki halda vanna otağının qapısını içəridən bağlamaq 
lazım  deyil.  Arterial  təzyiqi  vannadan  qabaq  və  sonra  ölçmək 
məsləhətdir.  Hər  hansı  xoşagəlməz  hal  baş  verdikdə  (ürək 
nahiyyəsində  ağrılar,baş  gicəllənmə,  baş  ağrısı  və  s.)  tədbiri 
dərhal  dayandırın.Ehtiyac  olsa,  adətən  belə  hallarda  qəbul 
eydiyiniz “öz” dərmanınızı içə bilərsiniz. 
Pr.Zalmanovun  uğurla sınaqdan keçirdiyi və geniş tətbiq 
etdiyi skipidar vannaları,təbibin o vaxt yaşadığı Fransada, mütə- 
rəqqi müalicə metodu kimi,qeydiyyatdan keçib və pasport alıb. 
Qeydiyyat nömrəsi: G.H.D. 26889, 24 iyun 1952-ci il və 
C.V. 23008, 28 iyun 1952-ci il. 
 
ƏKS-GÖSTƏRİCİLƏR 
 
 
Aşağıdakı  xəstəliklər  vaxtı  skipidar  vannalarını  qəbul 
etmək məsləhət deyil: 
1. Kəskin formada koronar potologiyası(miokrad infarktı, 
qeyri-sabit stenokordiya),koronar arteriyalarının kəskin potologi- 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə