Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   73   74   75   76   77   78   79   80   ...   98

 
246 
Quzuqulağı kimi zəngin göyərti suda qalarkən S  vitamininin 70 
faizini, buxarda isə 8-12 faizini itirir. 
 
S  vitamini  turş  mühitdə  yaxşı  qalır.  Qidaya  duz,  yaxud 
soda vurduqda S  vitamini dərhal azalır.Boyat xörəklər qızdırılar 
-kən  S  vitamini  daha  böyük  sürətlə  məhv  olur,  əgər  kartof 
şorbası  bişirərkən  askorbin  turşusunun  yarısı  itirsə,  təzədən 
qızdırıldıqda daha 20-30 faizini itirir. 
 
S  vitamini  sink,  mis  və  qurğuşunla  təmasda  olarsa,  daha 
tez məhv olar. Alüminium və paslanmayan poladdan hazırlanmış 
qablar, eləcə də saxsı qablar bu vitamini yaxşı saxlayır. 
 
Papiros  çəkənlərin  nəzərinə!  Yadda  saxlayın:  siz  bir 
siqaret çəkərkən, həyat üçün çox qiymətli olan S vitamininin 
25 mq-nı (sutkalıq normanın dörddə biri!) itirmiş olursunuz. 
Papiros çəkərkən siz təkcə öz canınıza qəsd etmirsiniz, ətraf 
mühiti  korlamaqla  öz  yaxınlarınızın  ömrünə  balta 
vurursunuz. Siz ətrafdakı oksigeni də məhv edirsiniz. 
 
D  vitamini  (kalsiferol).Həyat  və  sağlamlıq  üçün  S 
vitamini  qədər  önəmli  olan  kalsiumun  orqanizm  tərəfindən 
mənimsənilməsinə kömək edir,fosfor-kalsium balansını tənzimlə 
-yir.D  vitamini  qanın  laxtalanması  üçün,sümüklərin  düzgün 
inkişaf etməsi, ürəyin normal işləməsi, həmçinin, əsəb sisteminin 
oyanmasını  tənzimləmək  üçün  gərəkdir.  Onun  köməyi  ilə  göz 
xəstəliklərini  və  artritlərin  bəzi  növlərini  müalicə  edirlər.  O, 
orqanizmdə  çatışmayanda  uşaq  raxit  olur.  Lazım  olan  dozanı 
(böyüklər  üçün-0,0025  mq,  uşaqlar  üçün-0,0125  mq)  təkcə 
qidalardan almaq mümkün deyil. D vitamini qidalarda az trapılır. 
Onun əsas mənbəi Günəşdir. 
 
Əsas mənbə: yumurta, süd, kərə yağı, qara ciyər, balıq. 
 
D  vitaminini “Günəş vitamini” adlandıranlar haqlıdır. O, 
ultra-bənövşeyi  şüanın  təsiri  altında  əmələ  gəlir.  Onu  kvars 
lampası  ilə  əvəz  etmək  olar.  Lakin  günəşin  səxavətindən  sui 
istifadə etmək lazım deyil. Dərisini Günəşin altında çox qaraldan 
(“zaqar”)  adamın  bədənində  D  vitamininin  “istehsalı”  dayanır, 
dəri öz normal rəngini alandan sonra bu proses davam edir. 


 
247 
 
Yaddaş:D  vitaminini  orqanizmdə  çox  saxlamaq  istəyir-
sinizsə, əlinizi və bədəninizi sabunla mümkün qədər az yuyun. 
 
Nişinin təklif etdiyi kontrast su vannası həm dərini masaj 
edir,həm  də  orqanizmdə  D  vitamininin  yaranmasını  gücləndirir, 
dərini  sağlam,  hamar,  gənc  və  gözəl  saxlayır.  Bu  işə  Nişinin  4 
təmrini  də  böyük  köməklik  göstərir  (daxili  orqanları  masaj 
edərək). 
 
E vitamini(tokoferol).Ona “cinsi məhsuldarlıq vitamini” 
də  deyirlər.O,ürək  əzələsinin  düzgün  funksiyasını  təmin  edir. 
Astma  və  diabet  xəstəliklərinin  müalicəsi  üçün  səmərəlidir. 
Damarlarda tromb (düyün) əmələ gəlməsinin qarşısını alır. 
 
Əsas mənbə: dənlər, bitki yağları, yumurta, qara ciyər. 
 
Xatırladırıq:  onu  çox  qəbul  edəndə-qan  təzyiqi  qalxır. 
Yaşlılar sutkada 10-20 mq,uşaqlar isə öz çəkilərinin hər kilosuna 
0,5  mq  qəbul  etməlidir.Onu  A  vitamini  (kartof,  kələm,  kök, 
tərəvəzlər,  göy-göyərti,  yaşıl  hissələr)  ilə  birlikdə  qəbul  etmək 
çox faydalıdır. 
 
Vitaminlərin  bir  qismi  ilə  qısa  tanışlıq  burda  başa  çatır, 
onlar  haqqında  geniş  və  dolğun  məlumatı  çapa  hazırladığım 
“Vitaminlər  haqqında  hər  şey”  kitabında  verəcəyəm.  İndi  isə 
taleyimizdə  vitaminlər  qədər  önəmli  rol  oynayan  üzvi  duzlar 
haqqında yığcam məlumat vermək istəyirəm. 
 
DUZ  VAR – DAĞIDIR, DUZ VAR – QURUR 
 
Xörək duzunu və şəkəri narkotik maddələrlə bir cərgəyə 
qoyub,onlara  “ağ  ölüm”  adı  verən  təbiblər    haqlıdır.  Natrium-
xlor  birləşməsi  dağıdıcı  duzdur!Ondan  istifadə  etməyən  adam 
xəstəlikdən  başqa  heç  nə  itirmir.Amma    şəfa  mənbəi  olan  elə 
duzlar  da  var  ki,  onlarsız  yaşamaq  mümkün  deyil.  Belə  duzları 
tanımağımız və uşaqlara tanıtmağınız çox önəmlidir. 
 
Kalsium  duzu.  Qan  yaratmaq,  maddələr  mübadiləsini 
yaxşılaşdırmaq,mikrobların damarlara daxil olaraq,qanı çirklən -
dirməsinin  qarşısını  almaq,sümüklərin(skletin  və  dişlərin) 


 
248 
normal inkişafını  təmin  edir.Əsəb sisteminə yaxşı  təsir  göstərir, 
soyuqdəyməyə mane olur,hava dəyişəndə orqanizmi tənzimləyir: 
bədənində kifayyət qədər kalsium olan şəxs nə istidən qorxur,nə 
soyuqdan,nə də infeksiyadan və epidemiyadan. 
 
Əsas mənbə:meyvələrin və tərəvəzlərin qabığı, kəpəklər, 
noxud,göy noxud,mərci,soya,paxlalı bitkilər,lobya,kök,turp, ərik, 
alma,albalı,çiyələk,kələm,kartof,qara  qarağat,yumurta,xiyar,göy-
göyərti,cücərmiş buğda,portağal,ananas,şaftalı,turpun,kökün    və 
çuğundurun  yaşıl  hissələri,üzüm,  yulaf  yarması,  soğan,  badam, 
çuğundur, böyürtkən, qatıq məhsulları. 
 
Kalium  duzu.Bədəndəki  bütün  əzələlərin  normal  funk-
siyasını təmin edir (xüsusilə də ürək əzələlərinin), orqanizmdən 
suyun  ifraz  olunmasına  yardımçı  olur,  sklerozun  qarşısını  alır. 
Kalium  duzunun  insana  göstərdiyi  böyük  xidmətlərdən  biri  də 
budur  ki,  natrium  duzunun  yaranmasna  səbəb  olur,  bunula  da 
tuluqvari şişlərin çəkilməsini təmin edir. 
 
Əsas  mənbə:  xiyar,  kartof,  kök,  soğan,  cəfəri,  ispanax, 
kərəviz,  sarımsaq,  qara  qarağat,  mərci,  noxud,  kələm,  turp, 
pomidor, ərik qurusu, kişmiş, qara gavalı, paxlalı bitkilər, çovdar 
çörəyi, yulaf yarması.  
 
Maqnezium  duzu.  Antiseptik  və  damar  genişləndirici 
təsir göstərir, qan təzyiqini aşağı salır, qanda xolesterini azal-dır. 
Beyin qabığında tormozlaşma prosesini gücləndirdiyi üçün əsəb 
sisteminə  sakitləşdirici  təsir  göstərir.  Xərçəng  xəstəliyinə  qarşı 
mübarizədə güclü rol oynayır. 
 
Əsas  mənbə:badam,çiy yumurta sarısı, qara ciyər, nanə, 
zeytun,cəfəri,araxis,kartof, boranı, gavalı, qoz, buğda, yulaf dəni, 
qarabaşaq, çovdar çörəyi, kəpəklər, lobya. 
 
Dəmir  duzu.  Qan  yaratmaq  üçün  lazımdır,  oksigeni  ağ 
ciyərdən  alıb,  bütün  orqanların  toxumalarına  (o  cümlədən, 
beyinin)  paylayır.  Gemoqlabinin  tərkibinə  daxildir.  Məlumat 
üçün deyək ki, qırmızı qan kürəcikləri altı həftə ərzində damarda 
qanla  bərabər  hərəkət  etdikdən  sonra,  bir  neçə  tərkib  hissəyə 
bölünür.  Onda  olan  dəmir  isə  qara  ciyərə  və  dalağa  daxil  olub 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə