Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.

səhifə78/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
1   ...   74   75   76   77   78   79   80   81   ...   98

 
249 
orada  qalır,  tələb  olunacağı  anı  gözləyir.  Dəmiri  dəyərli  edən 
odur  ki,  hüceyrə  nüvəsini  yaratmaq  üçün  lazım  olan  əsas 
materiallardan biridır
 
Əsas  mənbə:göy-göyərti,kök,cavan  turpun  və  kökün 
gövdəsi və yarpağı,yumurta sarısı,qara ciyər,böyrək, quzuqulağı, 
göy noxud,kələm,pomidor,sarımsaq,mərci, xiyar, armud, çiyələk, 
gavalı, quru meyvələrin bütün növləri. 
 
Fosfor  duzu.Kalsium  kimi,o  da  sümük  toxumasının 
tərkib hissəsidir.Kalsiumla fosfor ayrılmaz dostlardır və bədəndə 
kalsiumdan  2  dəfə  artıq  tələb  olunur.Bu  iki  duzun  balansını 
pozmaq  olmaz.  Pozulsa,  orqanizm  “yaşamaq  üçün”  sümük  (diş, 
dırnaq,böyük oynaqlar) “ambarından” (əslində isə belə bir ambar 
yoxdur)  kalsium  “qoparmağa”  məcbur  olacaq.  Xoşbəxtlikdən  D 
vitamini  fosfor-kalsium  balansını  tənzimləyir  və  bizi  sümük 
xəstəliklərindən,  sümük  ağrılarından  qoruyur.  Qida  ilə  kifayyət 
qədər  fosfor-kalsium  qəbul  edənlər-sümüyün  sınacağından, 
oynaq, dəri və əsəb xəstəliklərinə tutulmaqdan ehtiyat etməsin. 
 
Əsas  mənbə:göy  noxud,buğda,mərci,soya,yulaf,paxlalı 
bitkilər,çovdar,arpa,alma,armud,xiyar,rəngli  kələm,pendir,balıq, 
ət,yumurta,araxis,soya,qoz,fındıq,turp,treska  balığının  ciyəri, 
göbələk, cücərmiş buğda. 
 
Kobalt.B
12
  vitamininin  tərkib  hissəsidir,  çatışmayanda  -
qan xərçəngi baş verir. 
 
Əsas mənbə:qatıq,yumurta,qara ciyər,böyrək,ərimiş yağ, 
kərə yağı (qızdırılmadan, sutkada 17-20 qram). 
 
Sink.Vacib  mikroelementdir,qanın  və  əzələ  toxumasının 
tərkibinə  daxildir,kimyəvi  reaksiyaları  gücləndirən  katalizator 
rolunu oynayır,turşunun səviyyəsini saxlayır. İnsulinin tərkibinə 
daxildir, qanda şəkəri tənzimləyir. 
 
Diqqət!  Əgər  çox  ağ  çörək  yeyirsinizsə,  tam  əmin  ola 
bilərsiniz: orqanizminizdə mütləq sink qıtlığı yaranacaq. Bu 
halda  diabet  və  dəri  xəstəliklərinin  baş  qaldırması  təhlükəsi 
mövcuddur. 
 
Əsas mənbə: buğda kəpəyi, cücərmiş buğda. 


 
250 
 
Mis.Qan tərkibinin normal qalmasında mühüm rol oyna -
yır.Mis çatmırsa-qara ciyərdə yerləşən vəzi hemoqlabin hazırla -
maq prosesində iştirak edə bilməyəcək. 
 
Əsas mənbə:qoz,fındıq,püstə,badam, yumurta sarısı, qara 
ciyər, qatıq məhsulları. 
 
Yod.İmmuniteti qaldırmağa xidmət edir,”patrul” hüceyrə 
-lərin  yaradılmasında  iştirak  edir.Onların  vəzifəsi-zərərli  virusla 
-rın qana daxil olmasının qarşısını almaqdır.Uşaqlara və yeniyet 
-mələrə  yaşlılardan  daha  çox  gərəkdir.Yod  qıtlığı  maddələr 
mübadiləsini pozur və ur (zob) xəstəliyini törədir. 
 
Əsas mənbə:dəniz balıqları,dəniz bitkiləri,bitkilərin yaşıl 
hissələri,turp,  dəniz  kələmi,  yemiş,sarımsaq,kələm,quzuqulağı, 
kök,kartof, soğan, pomidor, lobya, yulaf, çiyələk, üzüm. 
 
Kremnezem.Bitişdirici,birləşdirici toxumaların tərkib his 
-səsidir.Qanda az miqdarda olur.Bu miqdar azaldıqda-adam hava 
dəyişikliyini tez hiss edir, onun psixoloji durumu pisləşir, başının 
tükü nazikləşir və tez qırılır, tezliklə dazlıq prosesi başlayır, dəri 
öz elastikliyini itirir. 
 
Göz  büllurunda  gözün  əzələlərinə  nisbətən  25  dəfə  artıq 
kremnezem  vardır.  Əvvəllər  kremnezemlə  astma  xəstəliyini  və 
soyuqdəyməni  müalicə  edirdilər.  İndi  distrofiya,  epilepsiya, 
revmatizm, piylənmə, ateroskleroz xəstəliklərini də onun köməyi 
ilə  müalicə  etmək  olur.  Kremnezem,  dəmirə  və  kalsiuma 
nisbətən rahat həzm olunur. Hətta, ahıl adamlar da onu çox yaxşı 
həzm edə bilir. 
 
Əsas mənbə:xiyar,selder balığı,pamidor,qatıq məhsulları, 
turp, günəbaxan tumu, bir sıra çöl otlarından dəmlənmiş çaylar. 
Mışyak(arsen).Bu  mikroelement,şəkərdən  başqa,bütün 
bitki  və  heyvanat  məhsullarında  var.Bitkilərdə  olan  miqdar 
insanlar  üçün  kifayətdir.Mışyak  fosfor  itkisinin  qarşısını  alır  və 
fosfor mübadiləsini tənzimləyir. 
Diqqət!Bişmiş  xörəyi  çox  yeyən,  tərəvəzdən  və  göy-
göyərtidən  az  istifadə  edən  adamlarda  allergiyanın  güclü 
olmasını alimlər mışyak qıtlığı ilə izah edirlər. 


 
251 
Vanadium.Orqanizmin  müdafiə  funksiyasını  gücləndir-
məkdə  müstəsna  rola  malikdir.O,xəstəlik  törədən  mikrobları 
udmağa  qadir  olan  hüceyrələri  (fiqositləri)  düzgün  istiqamət-
ləndirir,  bununla  da  orqanizmi  infeksiyalara  qarşı  qeyri-həssas 
edir,digər mikroelementlərlə birlikdə,qocalma prosesini yubadır. 
Əsas  mənbə:  çəltik,  yulaf,  arpa,  buğda,  qarabaşaq,  çiy 
kartof, çovdar, kök, çuğundur, üzüm, armud, çiyələk. 
Kükürd. Orqanizmi təmizləmək funksiyasını daşıyır. 
Əsas  mənbə:  kələm, sarımsaq, soğan, turp, boranı, kök, 
kartof, gavalı, əncir. 
Xörək  duzu.  İstifadə  etməsəniz  yaxşıdır!  Bu  mümkün 
deyilsə,heç olmasa,ifrata varmayın.Gündəlik norma 4-8 q olduğu 
halda, adamlar bundan 20 dəfə çox xörək duzu qəbul edir. Bu da 
böyrəklərin  fəaliyyətini  pisləşdirir,  ürək-damar  xəstəliklərini 
törədir,  maddələr  mübadiləsinə  pis  təsir  göstərir.Sevdiyiniz 
xörək duzu “ağ ölüm” adını buna görə almışdır. 
Ftor. İçməli suda, ətdə və tərəvəzdə var. 
Bor. Tərəvəzdə və ətdə var. 
Alüminium. Bütün qidalarda mövcuddur. 
 
 
HƏYAT  ƏHƏMİYYƏTLİ  ELEMENTLƏR 
 
Canımıza,qanımıza  vitamin  və  duzlardan  başqa  digər 
şəfalı elementlər də gərəkdi.Buyurun,onlarla tanış olun. 
Argenin.Cinsi vəzilərin fəaliyyəti üçün lazımdır.     
Əsas  mənbə:yumurta,süd  məhsulları,yulaf,buğda,maya- 
lar(xüsusilə pivə droju) . 
Svetin  və  qlutamin  turşusu.Mədəaltı  vəzinin  normal 
işləməsi üçün lazımdır. 
Əsas mənbə:əksər zülallı qidalar (süd məhsulları). 
Tirazin.Qalxanvari və mədəüstü vəzilər üçün gərəkdir. 
Əsas mənbə:əksər zülüllı qidalar (süd məhsulları). 
Oksigen (havada olandan əlavə).Beyinin əsas qidasıdır. 




Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə