Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   75   76   77   78   79   80   81   82   ...   98

 
252 
Əsas  mənbə:qıtıqotu(xren),nanə,soğan,cəfəri,kartof,turp 
(balacaları),pamidor. 
Doymamış yağ turşuları.Əsas mənbə:beyinlər,yumurta 
sarısı,günəbaxan,zeytun və qarğıdalı yağları,donuz piyi.  
Əsaslar  (qələvi  duzları).Əsas  mənbə:xiyar,  çuğundur, 
kök,kartof,ispanax, pamidor, kələm, qara turp,qara gavalı, soğan, 
kahı, cır havuc (pasternak). 
Beyin fəaliyyətini gücləndirən elementlər.Əsas mənbə: 
ərik,kök,rəngli  kələm,Brüssel  kələmi,xiyar,qıtıqotu,  kahı,soğan, 
sarımsaq,nanə,xardal,cəfəri,kartof,cücərmiş buğda, alma, moruq, 
üzüm,portoqal,quru  meyvə,qoz,fındıq,püstə,badam,bitki  yağları 
(günəbaxan,zeytun,soya,qarğıdalı),süd  məhsulları,balıq,beyinlər, 
mal əti və ən dəyərli beyin qidası olan bal! 
            
ƏRZAQ  NÖVLƏRİNİN  UZLAŞMASI 
 
Vitaminlərin  və  duzların  təsir  mexanizmini,  mənbəyini 
bilmək,əlbəttə,vacibdir.Bundan da vacib olan məsələ -vitaminləri 
və duzları bu və ya digər qida növündən necə almaqdır.Ola bilər 
ki,siz  bir  ton  çiy  meyvə-tərəvəz  yeyəsiniz,amma  ordan  bir 
milliqram faydalı element almıyasınız.Söhbət təkcə “ölü” və ya 
“diri” qidadan getmir. Təkrar edirəm: hətta “diri” qidaları da elə 
formada qəbul edə bilərik ki,bizə heç bir faydası dəyməz, üstəlik, 
qanımızı zəhərləyər.Əsas məsələ-nəyi nə ilə, nəyi nədən sonra və 
neçə  saat  sonra  yeməkdir.Elə  qidalar  var,  onları  qarışdıranda-
tərkibi  güclənir,elələri  də  var,  onları  qatanda-zəhərə  çevrilir.Bu 
halda  xəstəlik  qaçılmazdır.Xəstələnmək  istəmirsinizsə,aşağıdakı 
cədvəli mətbəxtdə göz qabağında asın və ona əməl edin. 
Qidaların uzlaşması cədvəli 
 
 
 
 


 
253 
ərzaq növü  
 
yaxşı uzlaşır 
 pis uzlaşır 
Meyxoş  və 
şirin  
meyvələr 
Qatıq 
 
 
Turş meyvə, nişasta, 
çörək, zülal, süd 
Turş 
meyvələr 
Digər turş 
meyvələr,qoz- 
fındıq 
Şirniyyat, nişasta 
(dənlər, çörək),zülal 
(qoz-fındıqdan başqa) 
Göy 
tərəvəzlər 
 
Bütün zülallar 
və nişastalar 
Süd, meyvələr 
Nişastalar 
Göy tərəvəzlər, 
bitki və heyvan 
yağları 
Bütün zülallar
meyvələr, turşular, 
şəkərlər 
Ətlər 
Göy tərəvəzlər 
Süd, nişasta, şirniyyat, 
digər zülallar,turş 
meyvələr, bitki və 
kərə yağı, qaymaq 
Qoz, fındıq, 
badam, püstə 
Göy tərəvəzlər, 
turş meyvələr 
Süd, nişasta, şirniyyat, 
digər zülallar, kərə 
yağı, bitki 
yağları,qaymaq 
Yumurta 
Göy tərəvəz 
Süd, nişasta, şirniyyat, 
digər zülallar, turş 
meyvələr, kərə yağı, 
bitki yağları 
Süd 
Ya tək yemək, 
ya da 
turş meyvələrlə 
Bütün zülallar, nişasta, 
tərəvəz, göy-göyərti 
Heyvan yağı 
Bütün dənlər 
Bütün zülallar 
Yemiş 
Ayrıca yemək 
Bütün qidalar 


 
254 
Dənli bitkilər 
Göy tərəvəzlər  Zülallar, şirniyyat, süd, 
meyvələr, kərə yağı, 
bitki yağları, qaymaq 
 
 
ƏN  ZƏRURİ  QİDALAR 
Meyvə-tərəvəz  dietasına  tam  keçə  bilməyən  adamlar  öz 
rasionunu  aşağıdakı  qidalardan  tərtib  edə  bilər:qoz,fındıq, 
badam,şabalıd,püstə,yer  fındığı,paxlalı  bitkilər,bütün  növ 
meyvələr  (qurusu  da)  və  tərəvəzlər,  yarmalar,  dənlər,  xüsusilə 
qarabaşaq  və  düyü,  qara  ciyər,  ürək,  böyrək,  toyuq  əti,  “hind-
uşka”  əti,  dəniz  balıqları,  dəniz  kələmi,  kartof  (odda  bişirmək), 
boranı (çiy daha faydalıdır), günəbaxan tumu, balqabaq tumu və 
bütün  tumlar,  otlardan və yarpaqlardan dəmlənmiş çaylar, qatıq 
məhsulları (qatıq, prostokvaşa, kefir, şor, pendir, kəsmik, süzmə, 
ayran,  kərə  yağı,  smetan  və  s.),  bostan  məhsulları,  kökün, 
çuğundurun və turpun yarpaqları və gövdəsi. 
Kefirdə  mövcud  olan  asidofilin  bakteriyası  bağırsaq 
çöplərini məhv edir və onları bağırsaqdan kənarlaşdırır. B qrupu 
vitaminləri  ilə  zəngin  olan  qatıq  məhsulları  orqanizmi  kalium 
duzu ilə təmin edir. 
 
Yalnız  çovdar,  qarğıdalı  və  yulaf  unlarından  bişirilən 
çörəklər orqanizm üçün bir qədər faydalıdır. Ağ undan bişirilən 
çörək  və  bütün  un  məmulatları  sağlamlığın  düşmənidir.  Çörəyi 
isti-isti yedikdə daha böyük fəsad verir: təzə çörəyi həzm etmək 
çox çətindir. 
 
Heyvan əti əvəzinə balıq, beyin,qara ciyər,ürək,böyrək və 
“hinduşka”, toyuq əti yemək nisbətən az fəsad verir. 
 
Yağları  yalnız  çiy  və  təzə  şəkildə  qəbul  etmək  lazımdır. 
Sutkada  20  qram  kərə  yağı  yemək  kifayətdir.  Günəşli  günlərdə 
yağ yemək zərər verir. Çünki orqanizm üçün çox gərəkli olan 
və  B  vitaminləri  qanda  Günəş  şüasının  təsiri  altında  öz-özünə 
hasil  olunur,  bunların  artıq  olması  isə  bir  çox  xəstəliklərin 
yaranmasına səbəb olur. 


 
255 
 
Çiy  şəkildə  böyük  fayda  verən  pomidoru  bişirənlər  onu 
dəhşətli  zəhərə  çevirir.  Bu  dəyərli  qidanı  qışa  təzə  saxlamaq  
üçün 1 kq yetişmiş pomidoru yumaq,suyu qurucaq,300 q sarım –
saqla  birlikdə  ət  maşınından  keçirmək,sterilizə  edilmiş  bankaya 
doldurmaq,ağzını qapaqla kip bağlamaq və sərin yerdə saxlamaq 
lazımdır. “Gürzə” adlanan bu vitaminli qidaya 300 q qıtıqotu də 
əzib əlavə etmək olar. Buraya 300 q sürtkəcdən keçirilmiş anton 
alması və 300 q bolqar bibəri əlavə etsəniz, əmin ola bilərsiniz: 
qış üçün vitaminlərin böyük komplektini hazırlamısınız. 
 
Çiy yumurta sarısı bütün yaş dərəcələri üçün faydalıdır. 
Hamilə  qadın,uşaq,25  yaşına  çatmayan  gənclər,eləcə  də  qocalar 
hər gün,ən azı,1 yumurta sarısı yeməlidir. 25-55 yaşında olanlar 
isə  həftədə  1-2  dəfə  yesə  yaxşıdır.Bu  qədər  yumurta  sarısı 
orqnizmdə  sağlam  hüceyrələr  yaratmağa  bəs  edir.Xatırladırıq: 
yumurta  sarısı  A,  B
2
,  B
5
,  B
6
,  B
12
,  və  B  qrupundan  olan  digər 
vitaminlərə və digər faydalı  mikroelementlərlə zəngindir. 
 
Kartof  haqqında.Kartof  yalnız  düzgün  hazırlandıqda 
əvəzsiz  qidaya  çevrilir.Qadınların  əksəriyyəti  kartofun  qabığını 
soyur.İfrat  təmizkarlar  isə  lap  dərindən  soyur.Halbuki  kartof 
qabığının altındakı nazik təbəqədə orqnizm üçün çox zəruri olan 
mikroelementlər cəmləşib. Həm də bu mikroelementlər kartofun 
həzm  olunması  üçün  yaxşı  köməklik  göstərirlər.  Kartofu  odda 
bişirib(külləmə)yemək çox faydalıdır. Buxarda bişirilmiş kartofu 
da qabıqlı yemək lazmdır. 
 
Kəsmik  (tvoroq)  haqqında.Camaat  bu  qidaya  söz 
qoşub,deyirlər,kənddə  şor  idin,getdin  şəhərdə  oldun  “tvoroq”. 
Deyim ki, şəhərdə adını dəyişən bu qidanın qürrələnməyə haqqı 
var:kəsmik yaxşı qidadır,əti-yağı əvəz edə bilər.Onun tərkibində 
zülal,yağlar,karbohidratlar,vitaminlər,mineral  duzlar(kalium,kal- 
sium,maqnezium,metionin)  çox  yaxşı  tənasübdə  uzlaşıblar. 
Lakin kəsmik də bişmiş xörək olduğu üçün, onu “diri” qidalarla 
(tərəvəz,meyvə,göy-göyərti)  birlikdə  yemək  lazımdır.Həm  də 
kəsmiyin  tərkibində  heyvani  yağ  olduğundan,  qara  ciyərin 
fəaliyyətini  müəyyən  qədər  çətinləşdirir.  Bunun  qarşısını  almaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə