Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   79   80   81   82   83   84   85   86   ...   98

 
265 
TƏRƏVƏZ  VƏ  OTLARDAN 
yay-payız salatı 
 
 
Xiyar  salatı.  Eyni  boyda  olan  2  xiyarı  yarıb  tumunu 
çıxartmaq,  soğan,  cəfəri,  göy  kərəviz  (zövqə  görə),  30q  yer 
fındığı (araxis) əlavə etmək. 
 
Xiyar  və  qatıq  salatı.  Orta həcmdə xiyarı iri doğramaq, 
üstünə  yarım  stəkan  qatıq,  yaxud  prostokvaşa  tökmək,  1  çay 
qaşığı  şühüd  əlavə  etmək.Xiyar  və  pomidordan,  kələmdən  də 
salatı bu cür hazırlamaq olar. 
 
Qantəmizləyən  salat.  50q çuğunduru və 50q kökü narın 
sürtkəcdən  keçirmək,  50q  xırda  doğranmış  kələm,  yarım  xörək 
qaşığı  günəbaxan  yağı  və  1,5  xörək  qaşığı  bal  əlavə  etmək. 
Çuğundur əvəzinə illik turpdan da istifadə etmək olar. 
 
Beyin  üçün  qida.  Sürtkəcdən  keçirilmiş  150q  almanı 
yarım  portağalın  şirəsi  ilə  qarışdırmaq,  5-20  qozun  (fındığın, 
badamın) ləpəsinə əlavə etmək. Qoz  əvəzinə bir qədər  çalınmış 
qaymaq,  portağal əvəzinə  isə 2 çay qaşığı limon şirəsi,  yaxud o 
qədər bal istifadə etmək olar. 
 
Alma horrası. Sürtkəcdən keçirilmiş 3 almanı 1/4 stəkan 
təzə  qaymaqla  (qatıq  qaymağı  da  olar),  2  xörək  qaşığı  kəpəklə 
qarışdırmaq. Hazırdır. 
 
Diplomatın  səhər  yeməyi.  Çiniyə  nazik  təbəqə  yulaf, 
yaxud  qarabaşaq  unu  yaxmaq,  üstünə  şirəli  meyvələri  düzmək, 
sonra  əzib  qarışdırmaq  və  50  dəqiqə  saxlamaq.  2  xörək  qaşığı 
qaymaq (yaxud qatıq), bir neçə xırdalanmış qoz ləpəsi də əlavə 
etmək olar. Ləpə əlavə etdikdə un lazım olmur. Çünki nişasta ilə 
zülal bir-biri ilə “yola getmir”. 
 
Quru  meyvədən  sadə  konfet.  Quru  meyvələri  12  saat 
islatmaq,  tumlarını  çıxartmaq,  suyunu  içmək,  tumların  yerinə 
qoz (yaxud fındıq, badam) ləpəsi yığmaq, kəpəkdə (yaxud, yulaf 
ununda) dığırlatmaq. Nuş edə bilərsiniz. 
 
Şüluldan konfet. Bir hissə bala 5 hissə yulaf unu və bir 
hissə hər hansı şülul şirəsi qatıb konfet düzəltmək. 


 
266 
 
Meyvə  şəkəri.Kofe əzəndən keçirilən 750q şəkər tozunu 
200  ml  qaynamış  və  soyudulmuş  suya  tökməkü,  200q  bal  əlavə 
etmək,vahid  tərkibli  məhlul  alınana  qədər  qarışdırımaq,8  gün 
saxlamaq,ağac qaşıqla gündə 3 dəfə qarışdırmaq. 
 
Alma sirkəsi. Almanı təmiz yuyun, çürük yerlərini kəsin, 
şirə  maşınından  (ya  da  geniş  gözlü  sürtkəcdən)  keçirin.  Çiy 
horranı  şüşə  bankalara,  yaxud  ağac  və  ya  saxsı  qablara  tökün, 
qaynamış su (bir qədər isti) əlavə edin (hər 400 q horraya 0,5 litr 
su). Sonra hər litr suya 100q bal, yaxud şəkər, 10q çörək mayası 
(droj)  və  20q  quru  çörək  əlavə  edin.  Dolu  qabı  10  gün  açıq 
binada, 20-30 dərəcə istidə saxlayın, horranı gündə 2-3 dəfə ağac 
qaşıqla qarışdırın, 10 gündən sonra kütləni tənzif torbaya töküb 
sıxın,  alınmış  şirəni  bir  də  tənzifdən  süzün,  çəkisini  müəyyən 
edib, gen boğazlı qaba tökün. Hər litrə 50-100q bal, yaxud şəkər 
töküb, tam əriyənə qədər qarışdırın. Sonra bankanı tənziflə örtün, 
bağlayın, imkan verin qıcqırma davam etsin. 40-60 gündən sonra 
maye  şəffaf  olacaq.  Bu  vaxt  mayeni  filtirli  qıfdan  butulkalara 
tökmək və ağzını tıxacla qapamaq, qapağı mumlamaq lazımdır. 
Sirkəni  sərin  yerdə  saxlayın.Alma  sirkəsini  salatlara  və  digər 
qidalara  əlavə  kimi,  həmçinin,  çürümə  törədən  bakteriyalara 
qarşı  (məsələn  çiy  suya,  yumurta  sarısının  üstünə  damızdırmaq 
olar) istifadə etmək lazımdır. 
 
“Diri”  çörək(Pol  Breqqin  resepti).Yarım  litr  su,  1 
x.q.sorbit  (yaxud  100q  meyvə  şəkəri),100q  təzə  maya  (yaxud  1 
ç.q.quru maya), 1,2 kq çovdar unu,250q cücərmiş buğda (yaxud 
yulaf,çovdar)  götürün.  Sorbiti  (yaxud  meyvə  şəkərini)  0,5  litr 
suda  əridin,qatılaşdırın,maya  qatın,unu  və  buğda  dənini  əlavə 
edin.Xamır  yoğurun,  2-3  fətir  düzəldin,100  dərəcə  istiliyi  olan 
sobaya  qoyun,ağzını  açıq  saxlayın,qoy  xamır  2  dəfə  həcimində 
şişsin,qapağı  bağlayın.Hərarət  göstərəni  350  dərəcənin  üstündə 
qoyun.Bişmək üçün 50 dəqiqə vaxt lazımdır.Hazır çörəyi  yağla 
silin  (yumuşaq  qalacaq)  və  soyudun.Xamıra  xırdalanmış  qoz, 
fındıq,badam,püstə  ləpəsi,yaxud  kişmiş,xurma  əlavə  etsəniz 
çörək daha dadlı və faydalı olacaq. 


 
267 
 
NATURAL  MƏTBƏXİN  RESEPTİ 
 
Cücərmiş buğda. Dəni təmizləyib yumaq, bir sutka suda 
saxlamaq,yenidən yumaq,dayaz nimçəyə töküb,üstünə nəm  qara 
parça örtmək, daha bir sutka saxlamaq. 2 ml cücərən kimi yemək 
olar. Belə qida qocalar üçün çox faydalıdır. Çünkü qocaların şirə 
vəziləri kifayət qədər ferment ifraz etmir. 
 
Meyvəli(şülullu)  qoz  unu.  100q  qoz  ləpəsinin  ununu 
100-150  q  meyvə  (şülul)  ilə  qarışdırmaq.  Alma,  armud,  gavalı, 
albalı (yaxud şülullar) doğranmalıdır. Bir xörək qaşığı bal, yaxud 
meyvə şəkəri əlavə etmək olar.Belə qidanı quru meyvələrdən də 
düzəlmək  mümkündür:kişmişi,ənciri,armudu,xurmanı    islatmaq, 
əzmək və qoz (fındıq, badam, püstə) ununa qarışdırmaq. Nisbət: 
50q meyvə (şülul) və 10q qoz unu olmalıdır. 
 
Qoz unu ilə tərəvəz. 100q qoz(fındıq,badam) ununu 50q 
xırda doğranmış aylıq turp, kök, kələm və kartofla qatışdırmaq. 
Başqa  tərəvəzlərdən  də  istifadə  etmək  olar:cəfəri  kökü,kərəviz 
kökü, kök, şalğam, illik turp, boranı, kartof. 
 
Çiçəkli qoz unu.Tərəvəz əvəzinə qoz ununa 30 q yeyilən 
çiçəklər (məsələn, zəncirotu) əlavə etmək mümkündür. 
 
Yeniyetmələr  üçün  qida.  30q fındığı(badamı) əzib, 30q 
isladılmış meyvə qurusu ilə qarışdırın,3 xörək qaşığı təmizlənmiş 
bütöv yulaf  qatın. Yulafı cücərmiş buğda ilə əvəz etmək olar. 
 
Qatıqlı  meyvə  qurusu.  80-100q meyvə qurusunu 15-20 
hissə  qatığa  (1  hissə  meyvəyə  4  hissə  qatıq  düşür)  qatmaq, 
üstünü  örtmək,otaq  hərarətində  saxlamaq.  Bu  qida  ilə  bərabər 
süfrəyə 5-10 qoz(və ya 10-20 fındıq,badam) da qoymaq olar. 
 
Korrinqton salatı. 100q təzə almanı (armudu və ya digər 
meyvəni) xırda doğramaq, üstünə quru meyvə (xurma, ərik), bir 
ovuc qoz ləpəsi, 1 çay qaşığı bal, yaxud bir neçə qaşıq çalınmış 
qaymaq tökmək. 
 
Qara  gavalı  ilə  qarabaşaq  horrası.  12  ədəd  qara 
gavalını  3  x.q.  suda  islatmaq.  Ayrıca  2  x.q.  qarabaşaq  dənini  9 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə