Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.

səhifə84/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
1   ...   80   81   82   83   84   85   86   87   ...   98

 
268 
saat  suya  qoymaq,süzmək,  dəni  qurutmaq,  üstünə  qara  gavalını  
su qarışıq tökmək.Bir neçə qoz ləpəsi və 1 x.q. quşüzümü şirəsi 
əlavə etmək olar.Bu cür vitaminli qidalardan müntəzəm istifadə 
edən  adamın  dava-dərmana,  həkimə  ehtiyacı  olmur.  Belə  adam 
özü özünün həkimidir. 
 
 
                  
 
ON  DÖRDÜNCÜ  FƏSİL                       
KALLİZİYA- JENŞENDƏN  QİYMƏTLİDİR 
 
 
Rusların  “zolotoy  us”(qızıl  bığ)  adlandırdığı  kalliziya-
çoxillik  bitkidir,2  metrə  qədər  boy  ata  bilir.Vətəni  Meksika 
sayılsa da, Amerikanın cənub ştatlarında, Hindistanda və Çində 
də yaxşı inkişaf edir.Qalın meşələrdə,hündür ağacların kölgəsin -
də özünü çox rahat hiss edir.Onun həm yarpaqları,həm gövdəsi, 
həm  də  zoğları  böyük  müalicəvi  əhəmiyyətə  malikdir.Jenşen 
kimi,bu bitki də orqanizmin immun sistemini gücləndirir, müqa -
vimətini  artırır.Onun  jenşendən  üstün  cəhətləri  də  var.Birincisi, 
kalliziyanı  ev  şəraitində,istilikxanalarda,bağçada,bostanda  da 
asan  yetişdirmək  olur.İkincisi,jenşen  həddən  ziyadə  güclü  biosti 
-mulyator  olduğu  üçün,orqanizmə  ağır  təsir  göstərir,hər  orqani- 
zm  onun  təsrinə  tab  gətirə  bilmir.Kalliziya  isə  orqanizmə 
yumşaq  təsir  göstərir,  orqanizm  onu  sakit  və  rahat  qəbul  edir, 
ona görə də bu bitki ilə müalicənin səmərəsi daha yüksək olur. 
 
Əsas gövdənin ətrafında bir neçə zoğ çıxır, bu zoğlarda 8-
10  buğum  əmələ  gələndə  onlardan  bir  sıra  müalicə  vasitələri 
hazırlamaq  olar.Lakin  dərmanlar  haqqında  söz  açmazdan  öncə 
istəyirəm  sizi  bu  dəyərli  bitkinin  çoxaldılması  üsulları  ilə  tanış 
edim. Kolliziyanı 3 üsulla çoxalda bilərsiniz. 
 
Birinci üsul-təzə kəsilmiş şitili suya elə qoymaq lazımdır 
ki,  zoğun  3/4  hissəsi  suda  qalsın.  Şitili  bu  halda  7-10  sutka 
saxlayın.Dik qalxan iri yarpaqlı zoğlar, yana tərəf gedən zoğlara 
nisbətən  daha  tez  kök  verir.  Suya  stumulyator  (epin)  qatdıqda-
kökvermə tezləşir, bunun üçün dörd sutka bəs edir. 


 
269 
İkinci  üsul-təzə  kəsilmiş  şitili  birbaşa  dipçəyə  əkin, 
torpağa yaxşı-yaxşı su çiləyin, dipçəyi polietilen kisə ilə, yaxud 
plastik qapaqla bağlayın, zəyif işıq düşən yerdə 3-4 gün saxlayın, 
sonra  dipçəyi  açın,  onu  həmin  yerdə  daha  bir  sutka  saxlayın, 
bitkini  çiləmə  yolu  ilə  doyunca  suvarın  və  işıq  düşən  yerə 
köçürün, bir neçə gün intensiv suvarın. Hazırdı. 
 
Üçüncü  üsul-bu  üsul  kalliziyanı  istixanalarda,  bağçada, 
bostanda örtük altında əkmək üçün nəzərdə tutulub. Yana gedən 
zoğları  kəsmədən  yerə  sərin,  üstünü  torpaqla  örtün.  Bir  neçə 
gündən sonra şitili kəsib, başqa yerə köçürə bilərsiniz. 
 
İndi  isə  kalliziyanın  təsiri  mexanizmi  haqqında  bir  neçə 
kəlmə demək vaxtı çatıb. Kalliziyanın şirəsi bioloji cəhətdən fəal 
olan maddələrlə zəngindir. Bu maddələr  flavonoid  (flavonal) və 
steroid  (fitosteroid)  qruplarına  aiddir.  Bu  bitkinin  şirəsində 
flavonoidin  iki  güclü  nümayəndəsi  iştirak  edir:  kversetin  və 
kempferol.  P  vitamini  ilə  zəngin  olan  kversetin  şiş  əleyhinə, 
antioksidant və diuretin təsirə malikdir.Kversetin allerqik xəstə -
liklərin, eləcə də gözün torlu qişasına qan sızması, kapilyarların 
fəaliyətinin  pozulması,revmatizm,hipertoniya,qızılca,  skarlatina, 
tif səpməsi xəstəliklərinin müalicəsində istifadə olunur. 
 
Kempferol  tonusu  qaldırmaq,  kapilyarları  bərkitmək 
qabiliyyətinə  və  diuretik  təsirə  malikdir,vücuddan  natrium 
duzlarını  yaxşı  təmizləyir,  iltihab  əleyhinə  təsirə  malikdir.  Bu 
elementlər  sidik  sisteminin  pozulması  vaxtı  və  allerik  xəstəlik-
lərin  müalicəsində  istifadə  olunur.Kempferol  iltihab  əleyhinə 
işlədilən dərmanların tərkibinə daxildir. 
Kalliziya şirəsində steroid (fitosterol) qrupuna daxil olan 
elementlər  aşkar  olunub.Steroidlər  həm  də  heyvanların  və 
insanların orqnizmində geniş yer tutur. Onlar bioloji tənzimlətici 
(requlyator) funksiyasını yerinə yetirir (bura B qrupu vitaminləri, 
öd turşusu, steroid harmonlar aiddir). 
Beta-sitosterol  fitastroidin  kimyəvi  birləşməsinə  aiddir. 
Onlar zülalların biosintezinə təsir edir, antisklerotik, şiş əleyhinə 
və göbələk əleyhinə təsirə malikdir. 


 
270 
Beta-sitosterolu  maddələr  mübadiləsi  pozulanda  (xoles-
terin normanı keçəndə),endokrin sisteminin xəstəlikləri, prostatit, 
prostatın  adinoması vaxtı tətbiq edirlər. Hazırda bu maddənin şiş 
əleyhinə  təsiri  geniş  tədqiq  olunur.Beta-sitoserol  çox  güclü 
antibakterial  və  göbələk  əleyhinə  təsirə  malikdir.  Ondan 
parazitlər  əleyhinə  mübarizədə  uğurla  istifadə  edirlər.Həmin 
parazitlər bir çox ağır xəstəliklərin törəməsinə səbəb olur. 
Fəal bioloji elementlərdən əlavə, kalliziya şirəsində insan 
orqanizmi  üçün çox lazım olan xrom,  nikel,  dəmir və  mis  kimi 
elementlər  də  aşkar  olunub.  Qeyd  edək  ki,  mis  və  dəmir 
oksigenin  hüceyrələrə  daşınmasında  fəal  iştirak  edir,  hüceyrə 
tənəffüsü vaxtı beyində oksigen ehtiyatını qoruyur. Misin ionları 
mübadilə  prosesini  tənzimləyən  bir  çox  fermentlərin  tərkibinə 
daxildir və sümük toxumasının yaranmasında fəal iştirak edirlər. 
Kalliziya  şirəsinin  əhəmiyyəti    bununla  bitmir.Təsadüfü 
deyil ki, rusiyalı mütəxəsislər bu bitkinin zoğlarını “zolotoy us” 
(qızıl bığ) adlandırıblar.Qızıldan qiymətli olan bu bitkidən necə 
istifadə etmək olar? 
 
Spirt  dəmləməsi 
12 buğumu (kolen) xırdalamaq, üstünə 0,5 litr təmiz araq 
tökmək,qaranlıq  yerdə  10-15  gün  saxlamaq  və  vaxtaşırı 
çalxalamaq. Dəmləmə tünd-yasəməni  rəng alandaq onu süzmək 
və  sərin  qaranlıq  yerdə  saxlamaq.Dəmləməni  düzəltmək  üçün 
bitkidən bütövlükdə istifadə etmək olar. 
İmmun  sistemini  gücləndirən,orqanizmin  müqavimətini 
artıran bu qiymətli dəmləməni içmək də olar, sürtmək də. Ondan 
osteoxondroz,vərəm,bronxial astma, pnevmaniya, palip, fibroma, 
mioma  xəstəliklərinin  müalicəsində,  zədə  alarkən  və  cərrahiyyə 
əməliyyatından  sonra  yaranan  “spaykaları”  aradan  qaldırmaq 
üçün istifadə edirlər. 
 
 
 




Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə