Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   5   6   7   8   9   10   11   12   ...   98

 
29 
arxada  qoyduğun  illərə,yaşadığın  həyat  tərzinə  xəyalən  nəzər 
salasan.O  vaxt  belə  bir  reallığın  şahidi  olacaqsan:məktəblə, 
yaxud  iş  yeri  ilə,  qohum-əqraba  və  dost-tanışla  sizin  mənzili 
ayıran  5-10  dəqiqəlik  məsafəni  qət  etmək  üçün  yol  qırağında 
saatlarla  minik  gözləmisən  və  indi  də  belə  edirsən.Bu  vaxt 
əsəblərin gərilir,ürəyin sıxılır,ovqatın korlanır və qanın qaralır. 
Bəli,qanın  həm  məcazi  mənada,həm  də  hərfi  mənada  qaralır. 
Halbuki  sən  həmin  yolu  piyada  getsəydin,Təbiətin  sənə  bəxş 
etdiyi  saflaşdırıcı  qüvvədən  istifadə  etmiş  olardın.Tamam  əks 
proses  baş  verərdi:qanın  durulardı,saflaşardı,əhvalın  yaxşıla-
şardı,bədənin möhkəmlənərdi.Amma sən buna adət etməmisən. 
Çünki  gözünü  açıb  görmüsən  ki,yaşadığın  bu  tənbəl  şəhərdə 
hamı 500-600 metirlik məsafəni qət etmək üçün saatlarla minik 
gözləyir.  Sən  bunu  həyat  norması  kimi  qəbul  etmisən  və  bu 
“norma”nın  vurduğu ziyan barədə heç vaxt düşünməmisən. 
Bir  vaxt  şaxtacı  ailəsində  böyümüş  gənc,sağlam,güclü 
Kotlyarov  da  belə  “xırda”  şeylər  barədə  düşünməzdi.Əlli  illik 
yubileyini  öz  əlilə  dünyanın  ən  populyar  xəstəliklərindən 
“hördüyü”  al-əlvan  “çələnglə”  qarşıladı:qızdırma,vərəm,tif, 
oynaq  çanağının  artrozu,fəqərə  sütununun  spondilozu,vena 
qlafının iltihabı,soyuqdəymələr,qrip,zökəm,boğaz ağrısı.M.Kot 
-lyarov  64  yaşa  çatanda  bu  “çələngə”  daha  bir  ağır  xəstəlik 
əlavə  etdi:təcili  yardım  maşını  onu  infarkqabağı  vəziyyətdə 
klinikaya  çatdırdı.Ağır,üzücü,az  ümid  verən  müalicə  başlandı. 
“Daha  çabalamağın  mənası  yoxdur.Görünür,taleyə  boyun 
əymək  lazımdır.Bu  qədər  xəstəliyin  altından  çıxmaq  mümkün 
olmayacaq”...Buna bənzər fikirlər xəstənin beyninə tez-tez, hər 
dəfə  vəziyyəti  ağırlaşanda,dəhşətli  ağrılar,çox  erkən  qocalıb 
əldən  düşmüş  “matoru”-ürəyi  dəmir  məngənəyə  salıb  sıxanda 
soxulurdu.Ağrılar səngiyəndə,bekarçılıqdan bezən xəstə, müta-
liə ilə məşqul olurdu.Taledən imiş:əlinə keçən kitablar arasında 
dünya şöhrətli sərkərdə Suvorov haqqında sənədli əsər də oldu. 
Uşaq  vaxtı  nəfəsini  çiyinlərin-dən  güclə  alan  cansız-çəlimsiz, 
sısqa,xəstə,lakin möhkəm iradəli və tünd xarakterli bir insanın 


 
30 
azar-bezara  qalib  gəlib,dahi  sərkərdəyə  çevrilməsi  möcüzəsi 
Mixail Mixailoviçin ürəyində bir zəyif ümid qığılcımı yandırdı. 
Ömrünün düz 64 ilini necə gəldi “xərcləyən”, həyatını kül kimi 
havaya  sovuran,bunun  müqabilində(və  bunun  mükafatı  
olaraq!) “xəstəlik çələngi” qazanan keçmiş şaxtaçı dərin fikirə 
getdi: “Hər şeyi təzədən başlasam, necə olar?”. Bu suala başqa 
mənbələrdə də cavab axtardı.Çıxartdığı nəticə belə oldu:bütün 
dərmanlar  hərəkəti  əvəz  edə  bilmədiyi  halda,faydalı  hərə-
kət  bütün  dərmanları  əvəz  edə  bilir.Uzun  illər  həmdəm 
olduğu  xəstəxa-na  çarpayısını  tərk  edib,evinə  qayıdanda,artıq 
qəti  hökmünü  vermişdi:köhnə  həyat  tərzi  ilə  vidalaşıb,tamam  
başqa -yeni bir həyat başlamaq! 
İndi isə gəlin birlikdə izləyək: M.Kotlyarov kəfəni necə 
yırtdı  və  gəncliyini  necə  qaytardı?  Sözü  onun  özünə  verirəm: 
“İki  dəqiqəlik  qaçışdan  başladım.Ürəyim  ağrıdığı  üçün  çox 
ehtiyatla  hərəkət  edirdim.  Yeri  gəlmişkən:  ehtiyat  haqqında. 
Əlbəttə,ehtiyat  lazımdır.Lakin  ehtiyat  qətiyyətlə  müşahidə 
olunmalıdır.Bəzən  ehtiyat  haqqında  o  qədər  danışırlar  ki, 
deyilənlər  adamı  qorxuzmaq  kimi  səslənir.Qətiyyət  göstərmək 
vacibdir.Qəti  qərara  gəldim:  idmanla  məşğul  olmaq!Öz 
gücümə  inanırdım.Yarım  il  ərzində  qaçış  müddətini  iki  saata 
qədər uzatdım. İndi 83 yaşım var (istinad etdiyim kitab 1989-
cu ildə buraxılıb -Ə.Ə.). Özüm də inana bilmirəm ki, haçansa 
tamam  başqa  adam  olmuşam.  Soruşacaqsınız:  buna  necə  nail 
olmusan?  Istifadə  etdiyim  vasitələr  hamının  əli  çatan  şeylər-
di:faydalı  hərəkət,sağlam  qida  rejimi,kontrast  hava  və  su 
vannaları,özünütəqlid.Mən  bunu  Suvorovun  həyatından 
öyrəndim,yüzdən  çox  ədəbiyyat  vərəqlədim,dahi  sərkərdənin 
zəngin irsini zərrə-zərrə topladım. 
Məni  “nadir  adam”,  “fenomen”  adlandıranda  özümü 
təhqir  olunmuş  kimi  hiss  edirəm.Mən  hamı  kimi  adamam. 
Sadəcə,haçansa,hamıdan  pis  olmuşam.İyirmi  ildir,  qış-yay  bir 
trusik-maykada  və  tapıçkada  qaçıram.Qida  məsələsində  3 
mühüm  prinsipə  əməl  edirəm.Birinci:  hər  şeyi  yeyirəm.İkinci: 


 
31 
rasionumdakı  qidanın  70-80  faizini  “canlı  qida”  (tərəvəz, 
meyvə,şülul(yabanı meyvə), dənlər, şirələr, otlar), 20-30 faizini 
“ölü  qida”  (ət-süd  məhsulları)  təşkil  edir.Üçüncü:  naharı  saat 
12-də  edirəm.İkinci  dəfə  axşam  yeyirəm,özü  də  doyunca 
yeyirəm.Günaşırı  qaçıram.  Normam  10  kilometirdir.İlk  dəfə 
1969-cu ildə marafon qaçmışam”. 
Tez  “sönmüş”  kişilərin  nəzərinə  çatdırmaq  istəyirəm: 
Mixail  Mixailoviç  təkcə  sağlamlığını  deyil,gəncliyini  də 
qaytardı:78  yaşında  2-ci  dəfə  evləndi(53  il  birgə  yaşadığı 
arvadı dünyasını dəyişdikdən sonra). 
İlk  baxışda  qəribə,qeyri-adi  görünən  bu  adi  əhvalatda 
diqqətinizi  3  cəhətə  cəlb  edəcəyəm.Birinci:ali  şüurlu  insan 
(mən  də,Kotlyarov  da)  yalnız  Əzrayil  başının  üstünü  kəsəndə 
“ağıllanır” və bir həqiqəti dərk edir:həyat insana bir dəfə verilir, 
onu  necə  gəldi  “xərcləmək”  nadanlıqdır.İkinci:çox  təəssüf  ki, 
heç  olmasa,ziyanlığın  yarsından  qayıdanlar  və  sağlam  həyat 
tərzini  sidqi-dildən  qəbul  edənlər  çox  az  olur.Üçüncü:Katlya-
rovu  ölümün  caynağından  qoparan,sağlam  edən,cavanlaşdıran 
təkcə  idman  deyil,həm  də  təmiz    havadır,sudur,tərəvəzdir, 
meyvədir, şüluludur, göy-göyərtidir. 
Çox istərdim ki, siz, kiçik bir məsafəni piyada getməyə 
ərinib  saatlarla  minik  gözləyəndə,gözünüzün  qabağına  qışın 
şaxtasında,bir  trusik-maykada  qaçan  çəlimsiz,lakin  qırğı  tək 
qıvraq bir kişini-yüz yaşlı cavanı gətirəsiniz. 
 
 
TƏSADÜF MƏTİNLƏRƏ KÖMƏK EDİR 
 
Taleyinə İkinci Dünya müharibəsinin ağır təpiyi dəymiş 
Mayya  Fyodorovna  Qoqulan  hələ  balaca  qız  olanda  bir  neçə 
ağır  xəstəliklə  təkbətək  qalmışdı.Qəbul  etdiyi  çoxlu  dava-
dərman  onun  halını  yaxşılaşdıra  bilmirdi.Maya  böyüdükcə 
əndişəsi  də  böyüyürdü.Çəkdiyi  əzab-əziyyət,qəbul  etdiyi 
preparatlar,keçirdiyi  qeyri-sağlam  həyat  tərzi  “bəhrəsiz” 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə