Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   90   91   92   93   94   95   96   97   98

 
296 
4.Papirosun,  spirtli  içkilərin,  orqanizm  üçün  zərərli  olan 
digər qida növlərinin, zərərli geyimlərin və vərdişlərin hər hansı 
bir  formada  reklam  və  təbliğ  edilməsi-bəşəriyyətə  zidd  hərəkət 
kimi pislənilsin və qadağan edilsin. 
  
 
 
 
Dərin hörmətlə: 
Ərşad Əzimzadə, 
“Azərbaycan qəzetinin” bölgə müxbiri
yazıçı-jurnalist. 21.10.1996.  
 
 
   
  Azərbaycan Milli Olimpiada Komitəsinin prezidenti
               millət vəkili İlham Əliyev cənablarına 
 
    
Çox hörmətli İlham müəllim! 
            Məni bu  məktubu  yazmağa  sövq edən amil Sizin qaldır-
dığınız  bir  taleyüklü  problemdir.Siz  öz  çıxışlarınızda  mütəmadi 
olaraq vurğulayırsınız ki,xalqımıza sağlam nəsl və sağlam gənc-
lər  lazımdır.Mən  sağlam  nəsl  yetişdirməyin  elmi  və  praktiki 
yolunu  mükəmməl  bildiyim  və  bu  istiqamətdə  müəyyən  işlər 
gördüyüm  üçün  Sizinlə  məsləhətləşmək  istəyirəm.Yaratdığım 
“Ana  Təbiət”  Natural  Gigiyena  Mərkəzi,Ümumdünya 
Natural  Gigiyena  hərəkatının  dəyərlərinə  söykənərək,sağlam 
həyat  tərzini  geniş  təbliğ  edir,millətin  “Qızıl  genefondu”nu 
yaratmaq  məqsədi güdən “sağlam  nəsl-xoşbəxt  millət” proqra-
mı  üzərində  işləyir.Mərkəzin  məramı-millətimizi  pis  vərdişlər-
dən təmizləmək,xalqı mənən və cismən saflaşdırıb,güclü etmək-
dir.Son  5  ildə  bütün  qabliyyət  və  bacarığımı  bu  nəcib  vəzifənin 
həllinə  yönəltmişəm:mətbuat  səhifələrində,efirdə  və  ekranda 
çıxışlar edirəm,müsahibələr verirəm,görüşlər keçirirəm,fərdi söh 
-bətlər  edirəm,yerli  TV  kanallarında  “Sağlam  həyat  tərzi” 
proqramı  aparıram,“Möcüzəsiz  möcüzə”  adlı  elmi-publisistik 
əsər buraxmışam,sağlamlığa dair daha 5 əsərim çapa hazırdır. 


 
297 
Bunları nə üçün edirəm? Açıqlayım. 
Mən 30 yaşa çatanda ağır xəstələndim.Uzun illər Bakının 
və  Moskvanın  klinikala-rında,müxtəlif  sanatoriyalarda  aldığım 
müalicələr  müsbət  nəticə  vermədi.Əksinə,yüksək  dozada  qəbul 
etdiyim  preparatlar  ayrı-ayrı  orqanlarımı  sıradan  çıxartdı  və 
bunun  labüd  nəticəsi-yeni  xəstəliklər  törədi.40  yaşa  çatanda  iş 
qabliyyətimi  tamam  itirdim,  I  qrup  əlil  kimi,təqaüdə  çıxdım,60 
yaşım tamam olanda taleimdə əsl möcüzə baş verdi:dahi yapon 
alimi Katsudzo Nişinin qüdrətli Sağlamlıq Sistemi ilə tanışlıq-
30 illik əzabıma son qoydu: tibb elminin “sağalmayan” qrafasına 
lap  başdan  yazdığı  8  xəstəliyi(Baxterev  xəstliyi,artrit,  stenokar-
diya,mədə  xorası,şəkərli  diabet,hipotoniya  və  s.)  davasız-
dərmansız  sağaltdım,erkən  itirdiyim  gəncliyimi  də  qismən 
qaytardım.  Buna  görə  də  belə  bir  möhtəşəm  Sistemi  xalqımıza 
çatdırmağı özümə borc bildim. İndi bu borcu yerinə yetirirəm. 
Əziz İlham müəllim! 
Məlumat  üçün  deyim  ki,  alternativi  və  analoqu  olmayan 
Nişi  Sistemi  insanlara  bütün  xəstəliklərdən  vaz  keçməyin, 
xəstələndikdə  isə  dərmansız  müalicə  olmağın,uzun  ömür(200-
300-400  il)  sürməyin  sirlərini  açıb.Bu  gün  professor  Katsudzo 
Nişinin  adını  daşıyan  tibb  institutun  hospitallarında(Tokio  və 
Havay  adaları)  xərçəngi  dava-dərmansız,təbii  üsullarla  müalicə 
edib,sağaldırlar.Heç  təsadüfü  deyil  ki,  XX  əsrin  əvvəlində 
əhalisinin orta yaş həddi 44 il olan Yaponiya indi, bu göstəriciyə 
görə,dünyada  birinci  yerə  çıxıb  və  ABŞ  kimi  qüdrətli  dövləti 
qabaqlayıb.Saflaşdırıcı  və  cavanlaşdırıcı  qüvvəyə  malik  olan 
Nişi Sistemi insanı qarınqululuq,hərislik,şənbazlıq,xudpəsəndlik, 
acgözlük azarından xilas edə bilir, əzələ gücü ilə yanaşı,sinir və 
zəka  gücünü  də  möhkəmləndirir,adamlarda  öz  gücünə  inamı  və 
nikbinliyi  artırır,təfəkkürü  dərinləşdirir,əxlaqı  cilalayır,  davranış 
mədəniyyətini  yüksəldir  və  insanı  xeyirxah  edir.  Siz  mənimlə 
razılaşarsınız ki,qarınqululuq və şənbazlıq, əşyapərəst-lik azarına 
mübtəla  olmuş  qonaqpərvər  millətimizin  bu  qüdrətli  Sistemin 
köməyinə böyük ehtiyacı var. 


 
298 
Xüsusi  vurğulamaq  istəyirəm  ki,Nişi  Sisteminin  iqtisadi 
səmərəsi  ölçüyəgəlməzdir.Onun  köməyi  ilə,istehsal  həcmini 
artırmadan,xalqın  maddi-rifah  halını  və  güzəranını  qat-qat  yük-
səltmək  olar.Fikrimi  açıqlamaq  üçün  təkcə  bir  faktı  diqqətinizə 
çatdırmaq  istəyirəm.Bu  gün  qidalanma  qaydalarını  mütəmadi 
olaraq  pozduğumuz  üçün,orqanizm  qəbul  etdiyi  qidanın  yalnız 
20  faizini  mənimsəyə  bilir,qalan  80  faiz  qida  çürüyür  və  şlaka 
çevrilir.Bir yandan,külli miqdarda itki baş verir (israfçılıq!),digər 
tərəfdən-orqanizmdə  cəmləşən  ağır  yük(şlak)daxili  orqanların 
fəaliyyətini məhdudlaşdırır,bakteriyalar üçün zəngin  yem  bazası 
rolunu  oynayır,qanımızı  zəhərləyir,bununla  da  müxtəlif 
xəstəliklərin 
törə-məsnə  zəmin  yaranır.Lakin  ümumxalq 
israfçılığı  və  geniş  miqyaslı  izafi  xərclər  bununla 
bitmir:xəstələnmiş adam dərmana və həkimə külli miqdarda pul 
xərcləyir,fəqət  sağala  bilmir,  əksinə,bir  xəstəliyin  üstünə  bir 
neçəsi  də  gəlir.Bu  minvalla,  lüzumsuz  xərclər  aybaay,ilbəil 
artır.Nəticədə pul da gedir,can da.  
Möhtərəm İlham müəllim! 
Sağlam həyat tərzini xalqa aşılamaq,millətimizin səhiyyə 
mədəniyyətini,xüsusilə  də  qida  mədəniyyətini  yüksəltmək  və 
sağlam  nəsl  yetişdirmək  sahəsində  indiyəcən  gördüyüm  işlər-
reallaşdıra  bilmədiyim  planlarımın,istək  və  arzularımın  mində 
biridir.Zəyif  fəaliyyətimin  və  gücsüzlüyümün  səbəbi  budur 
ki,meydanda təkəm,yolumda çoxlu sədlər var.Sizin kimi nüfuzlu 
şəxsiyyətin  dəstəyinə  və    möhtacam.Siz  mənə  xeyir-dua  versə-
niz,qüdrətli  əlinizi  çiynimə  qoysanız-mən  böyük  işlər  görə 
bilərəm,  millətimizə  sağlam  və  qüdrətli  olmağın,uzun  ömür 
sürməyin yolunu öyrədərəm,xalqımızı sağlam ideyalar  ətrafında 
birləşdirirəm,gözəl  təbii  şəraitə  malik  olan  doğma  Azərbaycanı-
mızı uzunömürlülər diyarına və  dünyanın ən cazibədar sağlam-
lıq ocağına çevirərəm,məmləkətə kapital axınını gücləndirərəm. 
Əziz İlham müəllim! 
Əminəm ki,yurdumuzun geniş potensial imkanlarını Sizin 
kimi nüfuzlu dövlət xadimləri ilə bizim kimi yaradıcı ziyalıların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə