Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   90   91   92   93   94   95   96   97   98

 
299 
ittifaqı  tez  bir  zamanda  hərəkətə  gətirəcək,  Azərbaycan  böyük 
cazibə qüvvəsinə malik olan qüdrətli ölkəyə çevriləcək. 
 
Dərin hörmətlə: 
Ərşad Əzimzadə, 
                 “Ana Təbiət” Natural Gigiyena mərkəzinin  
     rəhbəri, yazıçı-jurnalist.Zəngəzur”  
     qəzeti,  27.09.2001. 
 
 
 
Azərbaycan Respublikasının prezidenti 
Zati-Aliləri İlham Əliyev cənablarına 
 
Möhtərəm prezident, əziz İlham müəllim! 
Məmləkətimizdə  yaşayan  hər  bir  vətəndaşın  prezidenti 
olmaq  kimi  çox  ağır  və  çox  şərəfli  bir  vəzifəni  öz  çiyinlərinizə 
götürmək barədə verdiyiniz bəyanat Sizə bəslədiyim ümidlərimi 
bir az da gücləndirdi və Sizə yenidən müraciət etməyi qət etdim. 
Məsələ  bundadır  ki,Siz  hələ  prezident  olmamışdan  çox-çox 
qabaq da, mən öz  planlarımı həyata keçirməyə çalışarkən, Sizə 
güvənir və Sizinlə kontakt yaratmağa can atırdım. Heç təsadüfü 
deyil  ki,  “Millətin  qızıl  genefondunu  yaratmaq”  proqramını 
işləyib  hazırlayan  kimi,  böyük  ümidlə  məhz  Sizə  məktub 
yazdım.“Zəngəzur”  qəzetinin  29.09.2001-ci  il  tarixli  nömrə-
sində dərc olunmuş həmin məktubu  belə bitirmişəm:  “Əminəm 
ki,  yurdumuzun  geniş  potensial  imkanlarını  Sizin  kimi 
nüfuzlu  dövlət  xadimləri  ilə  bizim  kimi  yaradıcı  ziyalıların 
sarsılmaz  ittifaqı  tez  bir  zamanda  hərəkətə  gətirəcək, 
Azərbaycan  böyük  cazibə  qüvvəsinə  malik  olan  qüdrətli 
ölkəyə  çevriləcək”.Məramım  Sizdən  vəzifə,  xüsusi  imtiyazlar, 
mükəfat, fəxri ad, maddi yardım istəmək deyil. Istədiyim yeganə 
şey  hər  ikimizin  mənsub  olduğu  xalqı  cismən  və  mənən 
saflaşdırmaq,  kamil  və  güclü  etmək,cənnətmisal  məmləkətimizi 


 
300 
başdan-başa  uzunömürlülər  diyarına  çevirməkdir.Əlbəttə,vəzifə 
çox  çətindir,  lakin  onu  həyata    keçirmək  mümkündür.Bunun 
üçün  qeyri-sağlam  həyat  tərzini  sağlam  həyat  tərzi  ilə  əvəz 
etmək  .Biz  bu  qüdrətli  silahın  köməyi  ilə  aşağıdakılara  nail  ola 
bilərik: 
-Millətimizi  qarınqululuq  və  şənbazlıq  kimi  çox 
dəhşətli bir bəladan qurtarırıq.  
-Israfçılığın qarşısına güclü sipər çəkirik, qənaətçilliyi 
həyat nomasına çevirərik. 
-Məhsul  istesalının  həcmini  artırmadan,  əksinə,  onu 
qat-qat 
azaldaraq,əhalinin 
maddi-rifahını 
yüksəldərik.   
 
Arqument  kimi  göstərmək  istəyirəm  ki,  hazırda  biz  
qidalanma prinsiplərini kobud formada pozduğumuz üçün, qəbul 
etdiyimiz  qidaların  yalnız  20  %-ni  mənimsəyirik,qalan  80  % 
qida  şlaka  və  toksik  materiala  çevrilib,  orqanizmi  zəhərləyir, 
bütün  xəstəliklər  üçün  zəmin  yaradır.Mən  özüm  çörəkdən  və 
bütün un məmulatlarından, heyvandarlıq məhsullarından, hər cür 
yağdan,qənnadı  məmulatlarından,çay,kofe,kakaodan,spirtli  içki-
lərdən, bişmiş xörəklərin böyük əksəriyyətindən, mürəbbələrdən, 
konservlərdən,cemlərdən  və  digər  “ölü”  qidalardan  imtina 
etmişəm və özümü çox gümrah hiss edirəm.  
-Insanların ömrünü qat-qat uzadarıq. 
-Millətin təfəkkürünü, məfkurəsini, əqidəsini, əxlaqını 
cilalayarıq  və  bunun  hesabına  xalqımızı  güclü  və  qüdrətli 
edərik. 
Bunlar boş mülahizələr, fərziyyələr, utopiya və fantaziya 
deyil.Bunlar  150  yaşlı  Ümumdünya  Natural  Gigiyena  hərəkatı 
korifeylərinin  uzun  illər  zərrə-zərrə  topladığı  dərin  elmdir. 
Diqqətinizə  təqdim  edəcəyim  ən  güclü  arqument  isə-mənim  
təzadlarla dolu olan yetmiş illik ağır həyatımdır.Mən 30 yaşımda 
ağır  dərdə  mübtəla  oldum  və  ömrümün  çoxunu  klinikalarda 
keçirdim. 40 yaşa çatanda iş qabilyyətimi tamam itirdim, I qrup 
əlil  kimi,  məni  pensiyaya  göndərdilər.Bakının  və  Moskvanın 
aparıcı  klinikalarında  aldığım  müalicələr  əzablarıma  son  qoya 


 
301 
bilmədi.Əksinə,yüksək  dozalarda  qəbul  etdiyim  kimyəvi  prepa-
ratlar daxili orqanlarımı bir-bir sıradan çıxartdı, bir dərdin üstünə 
yeddisi gəldi:“Bexteryev xəstəliyi”,poliartrit, stenokardiya, mədə 
xorası,hipetoniya,sinir  sisteminin  pozquntusu,görmə  qabliyyəti-
nin  zəiflməsi,ən  nəhayət,şəkərli  diabet  (tibb  elminin  fikrincə 
bunların hamısı sağalmayan xəstəliklərdir).  
Düz  30  il  əzab  və  işgəncə  içində  yaşadıqdan  sonra, 
nəhayət,  dahi  yapon  alimi  professor  Katsudzo  Nişinin,  dünyada 
analoqu  və  alternativi  olmayan  Sağlamlıq  Sistemi  ilə  tanış 
oldum.  Cəmisi  bir  neçə  ay  ərzində  8  xəstəliyin  hamısını  dava-
dərmansız sağaltdım, sağlamlığımı və erkən itirdiyim gəncliyimi 
geri  qaytardım.Bu  barədə  “Möcüzəsiz  möcüzə”  adlı  elmi-
publisistik əsər yazdım, “Ana Təbiət” Natural Gigiyena mərkəzi 
yaratdım.  Hazırda  Katsudzo  Nişinin,  Herbert  Şeltonun,  Pol 
Breqqin, Norman Uokerin, Abram Zalmanovun, Mixail Qorenin, 
Mayya Qoqulanın, Birher-Bennerin və digər natruopat alimlərin 
ideyalarını təbliğ edirəm, 150 il azar-bezarsız yaşamaq proqramı 
üzərində  çalışıram.  Bir  neçə  elmi-publisistik  əsərim  çapa 
hazırdır.“Bəşəriyyətin  xoşbəxtlik  və  təhlükəsizlik  konsepsiya-
sını”  da  hazırlamışam,onu  dünya  ictimaiyyətinin  diqqətinə 
təqdim etməyə hazıram.  
Böyük  təəssüf  hissi  ilə  qeyd  etmək  istəyirəm  ki,  indiyə-
cən  gördüyüm  işlər,potensial  imkanlarımın  müqabilində  heç 
nədir.Dövlət  səviyyəsində  dəstəyə  böyük  ehtiyacım  var!  Ümid-
varam ki,işinizin çoxluğuna baxmayaraq,vaxt tapıb,mənim arqu-
mentlərimlə  tanış  olacaqsınız  və  mənə  öz  xeyir-duanızı 
verəcəksiniz.  
 
 
 
 
Dərin hörmətlə: 
Ərşad Əzimzadə, 
“Ana Təbiət” Natural Gigiyena 
Mərkəzinin rəhbəri, yazıçı-jurnalist 
03.05.2004 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə