Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.

səhifə95/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
1   ...   90   91   92   93   94   95   96   97   98

 
302 
 
 
Azərbaycan Respublikası Səhiyyə Naziri 
cənab Əli İnsanova 
 
Cənab nazir! 
 
Mən 30 il “Bexteryev xəstəliyi”, poliartrit, stenokordiya, 
mədə  xorası,  hipetoniya,  diabet  kimi  çarəsiz  dərdlərdən  əzab 
çəkmişəm,1975-ci ildə iş qabliyyətimi tamam itirərək,I qrup əlil 
kimi,təqaüdə  çıxmışam.Sonradan  sağlamlığımı  qismən  bərpa 
edib,əmək  fəaliyyətinə  qayıtsam  da,xəstəlik  heç  vaxt  yaxamdan 
əl  çəkməyib.Respublikanın  müxtəlif  klinikalarında  adlı-sanlı 
təbiblərin  müalicəsi,eləcə  də  Moskva  Revmatizm  İnstitunda  3 
aylıq müalicə məni sağlam edə bilməyib. Yalnız 1995-ci ildə, 60 
yaşım tamam olanda dahi yapon alimi Nişinin yaratdığı Sağlam-
lıq  Sistemi  ilə  tanış  olduqdan  sonra  özüm-özümü  davasız-
darmansız sağaltdım, erkən itirdiyim gəncliyimi, qismən də olsa, 
qaytardım. Artıq 10 ilə yaxındır ki, bu ecazkar sistem həyatımın 
baş  qanununa  çevrilib.  Indi  özümü  dünyanın  ən  xoşbəxt  adamı 
sayıram.Belə  xoşbəxtliyi  millətimə  və  bütün  Türk  dünyasına 
arzulayıram.Elə  bu  istəklə  də  “Möcüzəsis  möcüzə”  adlı  elmi-
publisistik  əsər  yazdım,mətbuatda,radio  və televiziya  ilə  müntə-
zəm çıxışlar edirəm,yaşadığım Quba şəhərində və qonşu Xaçmaz 
şəhərində yerli televiziya ilə verilişlər aparıram. 
 
Xalqımızın  xoşbəxtliyini  təmin  etməyə  borclu  olan  ali 
təşkilatlara  konkret  təkliflərlə  dönə-dönə  müraciət  etməyimə 
baxmayaraq,səsim indiyənəcən eşidilməyib,meydanda tək qalmı-
şam.Elə  buna  görə  də  mən  ölkəmizin  yeni  başçısı  cənab  İlham 
Əliyevə  müraciət  etməli  oldum.Belə  başa  düşürəm  ki,  həmin 
məktubu Sizə ünvanlayıblar. 
 
Mən nə istəyirəm? İcazə verin açıqlayım. 
Sağlamlığı  qorumaq  əvəzinə,kimyəvi  pereparatların 
köməyi  ilə  xəstəliklərə  qarşı  vuruşan,orqnizmi  tam,vahid  və 
bölünməz kimi qəbul  etmək  əvəzinə, onu kiçik  hissələrə bölüb, 


 
303 
cari “təmirlər” aparan Qərb təbabəti son əsrlərdə Şərq təbabətini 
sıxışdırıb  aradan  çıxarmış,bununla  da  bəşəriyyətin  səhhətinə 
böyük zərbə vurmuşdur. Təklif edirəm: Qərblə Şərqi birləşdirən 
məmləkətimizdə hər iki sistemin sintezi, balansı yaradılsın, Şərq 
təbabətinə  əsaslanan  təbii  üsullarla  müalicəyə  də  dövlət  statusu 
verilsin  və  ona  dövlət  səviyyəsində  qayğı  göstərilsin.  Bütün 
xəstəliklərin  qarşısını  almağa,  hər  cür  xəstəliyi  dava-dərmansız 
sağaltmağa qadir olan Saglam Həyat Tərzi dövlət səviyyəsində 
dəstəklənsin  və  geniş  təbliğ  olunsun,xalqın  səhiyyə  mədəniy-
yətini  yüksəltməyə  yönəldilən  təsirli  tədbirlər  həyata  keçirmək 
dövlətin ən vacib fəaliyyət sahəsi hesab edilsin. 
Millətin  Qızıl  Genefondunu  yaratmaq,  milləti  pis 
vərdişlərdən  təmizləmək  istiqamətində  geniş  miqyaslı  tədbirlər 
həyata keçirilsin. 
Ümumdünya  Natural  Gigiyena  Hərəkatının  prinsipləri 
Azərbaycanda  geniş  təbliğ  olunsun,  bu  hərəkatın  ölkəmizdə 
təşəkkül tapması üçün dövlət səviyyəsində iş aparılsın. 
  
Azərbaycanı  sağlam  və  uzunömürlü  insanlar  diyarına 
çevirmək  üçün  hər  cür  təbii  şəraitin  mövcud  olduğunu  əsas 
tutaraq, bu istiqamətdə dövlət səviyyəsində tədbirlər görülsün. 
İnsanın  sağlam  və  xoşbəxt  olmasından  savayı,  hər  nəyə 
desən xidmət edən lüzumsuz fənnlərlə həddən ziyadə yüklənmiş 
müasir  təhsil  sistemində  köklü  islahatlar  aparılması,  təhsil 
sistemi-cansağlığı  və  xoşbəxtliklə  bağlı  olan  bilikləri  hər  bir 
ailəyə  və  hər  bir  vətəndaşa  dərindən  aşılamağa  xidmət  etsin. 
Sağlam  həyat  tərzinin  prinsipləri  ana  bətnində  olan  embriona, 
dünyaya  təzəcə  gələn  körpəyə,  yeniyetməyə,  gəncə  və  ixtiyar 
qocaya  eyni  dərəcədə  tətbiq  olunsun,  hər  yaş  dərəcəsi  üçün 
xüsusi dərsliklər və ədəbiyyat hazırlansın. 
Xalq  hər  bir  məmurun,  rəhbər  işçinin,  xüsusilə  də  ölkə 
başçısının  fəaliyyətinə  qiymət  verərkən  məhsul  istehsalının 
həcmini,tikinti-abadlıq  işlərinin  miqyasını,ümumi  gəliri,  əmək-
haqqının  səviyyəsini,ordunun  vəziyyətini,təhsil  ocaqlarının  və 
xəstəxanaların sayını və digər göstəriciləri deyil, ölkədə yaşayan 


 
304 
hər bir vətəndaşın səhhətini, hər bir ailənin sağlamlıq durumunu 
əsas götürsün.Tibb işçilərinin məvacibi onların xidmət göstərdiyi 
insanların  sağlamlıq  durumundan  və  əhali  arasında  olan  uzun-
ömürlülərin faizindən asılı olaraq müəyyən olunsun. 
Tam  əmin  ola  bilərsiniz,  bu  prinsipləri  həyata  keçirsək, 
millətimizin təfəkkürü də əxlaqı da, mənəviyyatı da cilalanar, biz 
daha güclü və daha müdrük bir xalq olarıq, erməni dığaları daha 
heç vaxt cürət edib, torpaq iddiasına düşməz. 
İlk  addım  kimi  təklif  edirəm:  Səhiyyə  Nazirliyində 
sağlam  həyat  tərzini  təbliğ  edən  və  onun  geniş  yayılmasına 
cavadeh  olan  xüsusi  şöbə  yaradılsın  və  bu  gün  çox  məhdud 
çərçivədə  fəaliyyət  göstərən  “Ana  Təbiət”  Natural  Gigiyena 
Mərkəzinə  Quba  rayon  Mərkəzi  Xəstəxanasının  şöbəsi  statusu 
verilsin,  burada  Qərb  təbabəti  ilə  Şərq  təbabətini  sintez  edən 
ayrıca qurum yaradılsın, onun nəyə qadir olduğu tədqiq və təhlil 
olunsun. Belə qurum uğur qazandığı halda, bu cür şöbələri bütün 
respublikada təşkil etmək olar.  
Məni  keçirdiyiniz  kollegiya  iclaslarının  birinə  dəvət 
etsəniz,bu  dəvəti  dərin  minnətdarlıq  hissi  ilə  qəbul  edərdim. 
Möhtərəm  alimlərimiz  qarşısında  çıxış  etməyə,  fikirlərimi  daha 
dolğun arqumentlərlə əsaslandırmağa hazıram.  
 
Ərşad Əzimzadə, 
Ana Təbiət” Natural Gigiyena Mərkəzinin 
rəhbəri, yazıçı-jurnalist. 20.05. 2004. 
 
P.S.  Səhiyyə  Nazirliyinə  ünvanladığım  bu  məktub  da 
cavabasız  qaldı.Amma..nəticəsiz  qalmadı.Nə  baş  verdisə, 
durduğum  yerdə mədəm  və  sinir  sistemim,  hansı  kənar  təsirin 
nəticəsindəsə,  qəflətən  sıradan  çıxdı,cismim  və  ruhum  elə 
sarsıldı  ki,ölüm  yatağına  düşdüm,yenidən  Əzrayillə  üz-üzə 
qaldım.Ən qüdrətli silahlarımı–çiy qida qəbul etmək və hərəkət 
etmək  qabliyyətimi  tamam  itirdim,  “ölü”  qidaların  ümidinə 
qaldım.Vitamin  qıtlığı  öz  işini  gördü:köhnə  xəstəliklərim 




Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə