Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   90   91   92   93   94   95   96   97   98

 
308 
    ON  YEDDİNCİ  FƏSL 
GƏNC  ANALARA   XİTAB 
           (son söz əvəzi) 
Analar haqqında kifayət qədər gözəl sözlər deyilib:“Ana- 
bəşəriyyətin  beşiyidir”,  “Cənnət  anaların  ayağı  altındadır”, 
“anadan  əziz  varlıq  yoxdur”...  Bu  fikirlərin  hamısının  altından 
sidqi-dildən qol çəkirəm!Analar haqqında nə qədər tərif deyilsə, 
azdır.Lakin  bu  gün  mən  analar  haqqında  indiyəcən  deyilməmiş 
başqa  bir  fikir  söyləmək  istəyirəm:  bizi  yaradan    da  anadır, 
öldürən  də.Çox  sərt  səsləndi,deyilmi?..Nə  qədər  sərt  və  acı 
səslənsə də,heç kəsin məhəl qoymadığı,çılpaq həqiqətd belədir. 
    Hələ  X1X  əsrin  sonunda,onu  canından  artıq  sevən 
anasının  hədsiz  məhəbbəti  və  yüksək  qayğısı  sayəsində  ölüm 
yatağına  düşən,  yalnız  Ana  Təbiətin  saflaşdırıcı  və  şəfaverici 
qüdrəti  sayəsində  sağalıb,  95  il  azar-bezarsız  yaşayan,ölən 
günəcən gənc qalan dünya şöhrətli alim Pol Breqq,anasının ona 
uşaq vaxtı yedirtdiyi yüksək kalorili qidaları acı-acı və dəhşətlə 
xatırlayaraq,deyirdi:“xəstə övlad -ananın zay məhsuludur”.Bu 
fikiri  başq  cür  də  demək  olar:  sağlam  övlad-kamil  ananın  saf 
məhsuludur.Övladın  saf,yaxud  çürük,bədbəxt,yaxud  bəxtiyar  
olması  ananın  seçdiyi  həyat  tərzindən  asılıdır.Ana  bətninə 
düşən  uşaq  ağ vərəqdir,ana  bu  vərəqə  “xoşbəxt”  sözünü  də 
yaza bilər,”bədbəxt” sözünü də.Bir balaca xırdalayaq.  
Yada salıram:ana bətninə düşən uşaq qadının qəbul etdiyi 
qidalarla qidalanır.Embrionun durumu-ana qanının keyfiyətindən 
tam  asılıdır:ananın  qanında  vitaminlər,  duzlar,  metallar  və  digər 
faydalı  elementlər  normal  ölçüdə  və  normal  tənasübdə  deyilsə, 
ana tam əmin ola bilər:mütləq zay məhsul alacaq.Qanda faydalı 
elementlərin  normal  olması  isə  anadan  normal  qida  rejimi  tələb 
edir.Yəni,gündəlik qidanın əsasını Günəş enerjisi,təmiz hava,çiy 
su,meyvə-tərəvəz,qoz-fındıq  ailəsi,tumlar,çiçəklər,yarpaqlar  və 
zoğlar  təşkil  etməlidir.Hamısını  da  çiy  şəkildə  qəbul  etmək 
lazımdır.Bəs  bunun  əvəzində  gələcək  ana  nə  yeyib-içir?Bolluca 
çörək və un məmulatları, qızardılmış xörəklər,yağ-pendirlə şirin 


 
309 
çay,yumurta,kolbasa,sosiska,küftə-bozbaş,tort,pirojna,  peraşki, 
paxlava,şəkərbora,qoğal,şokalad,ölü  salatlar,balıq    kürüsü  və  s. 
Süfrəsində meyvə və tərəvəz olan ailələr  azdır,olanlar da onları 
elə formada qəbul edirlər ki, xeyr əvəzinə zərər verir.  
Zəngin  süfrə  haqqında  yuxarıda  söz  açmışıq,dedik  ki, 
zəngin  süfrə-sağlamlığın  bir  nömrəli  düşmənidir(Pol  Breqqin 
uşaqlıq  illərini  yada  salın).Elə  buna  görə  də  imkanlı  ailələrdə 
xəstə doğulan və tez-tez xəstələnən uşaqlar kasıb ailələrdən qat-
qat  çox  olur.Imkanlı  ailələrdə  çoxlu  zülal  və  şəkər  qəbul  etmək 
xoşbəxtlik sayılır.Əgər kasıblar ərzaq qıtlığından əziyyət çəkirsə, 
varlılar da qida bolluğunun altını çəkir və xəstələnirlər.  
 
Insanın öz sağlamlığına vurduğu ən dəhşətli zərbə və ona 
Allah  tərəfindən  verilmiş  uzun  ömrü  gödəltmək  istiqamətində 
atdığı  ən  tutarlı  addım-canlı  qidanı  ölü  qidaya  çevirmək  və  
qidaları  qarışdırmaqdır.Qarınqululuq  və  şənbazlıq  azarına 
tutulan  bəzi  qadınlar  çalışır  ki,süfrədə  mümkün  qədər  çox 
“dadli”  xörək  olsun,fayda  haqqında  düşünmək  belə  istəmir. 
Şənbaz qadınların böyük canfəşanlıqla bəzədiyi süfrə-ilan zəhə-
rindən qat-qat güclüdür.Fərq ondadır ki, bəzəkli süfrədəki zəhər 
orqanizmə  kiçik  dozalarda  daxil  olduğu  üçün,insanı  tədricən  və 
uzun müddət əzab verə-verə öldürür,ilan zəhəri isə adamın canın  
tez  qurtarır...Mən  böyük  zəhmət  hesabına  qazanılan  pulu  qoza, 
fındığa,badama,şabalıda,meyvə  və  tərəvəzə  verib,  bu  dəyərli 
enerji  daşıyıcılarını  zəhərə(şəkərbura,paxlava,mürəbbə,cem,tort 
və s.) çevirən, hər gün öz ərini və övladlarını öz əlilə zəhərləyən, 
üstəlik, ailə büdcəsinə böyük zərbə vuran anaların fəlsəfəsini və 
məntiqini heç cürə anlaya bilmirəm!..  
 
Bir  çox  analar  övladının  vaxtsız  ölümünü  “alın  yazısı”, 
“tale” hesab edir, özünü “qismət beləymiş” sözləri ilə ovundurur. 
Bəziləri də bu işdə Tanrını təqsirləndirir, göylərə asi düşür. Belə 
çıxır ki,sevimli balasını öz əlilə zəhərləyən ananın heç bir təqsiri 
yoxdur.Bəs əslində necədir?Xaliq bizə sağlam və xoşbəxt olmaq, 
uzun ömr sürmək üçün hər nə lazımdı, hamısını verib.Sadəcə,biz 
haqq yolunu azmışıq,Ana Təbiətin əbədi və dəyişməz qanunları-


 
310 
nı  addımbaşı pozuruq:gündüz yatıb,gecə işləyir və ya  əylənirik, 
çiy  su  içmirik,qidaları  “öldürüb”  və  qarışdırıb  yeyirik,günəş 
işığından  qaçırıq,hərəkət  etmirik.Indi  də  çox  dəhşətli  televizor 
və  kompyüter  bəlası,əjdaha  kimi,qollarını  çırmayıb,atılıb  mey-
dana.Ölkəmizə özü ilə bərabər böyük bəlalar gətirən qondarma 
sivilzasiya,uşaqların  üzünə  irişə-irişə,onların  başını  tumarlıya-
tumarlıya,yetişməkdə  olan  nəsli  sezilmədən,altdan-altdan  məhv 
edir.Yaşlı  nəslin  nümayəndələri  üstümüzə  gələn  “sunami”nin-
dəhşətli  “qasırğanın”  miqyasını  görə  bilmir.Görənlər  də  ağzına 
su alıb susur.Başı pul qazanmağa və yeməyə qarışan valideynlər 
əsla fikirləşmək istəmirlər:niyə “əsrin bəlası” adlanan xəstəliklə-
rin çeşidi və qurbanları ilbəil, özü də kosmik sürətlə çoxalır?Mən 
deyim:ona görə ki,düzgün qidalanmırıq.Üstəlik,ana-bacılarını da 
pula satmağa hazır olan işbazlar saxta dəmanları və çürük ərzağı 
əhaliyə sırıyıb  var-dövlət  yığırlar.Nə fayda?Yığsalar da xoşbəxt 
ola  bilmirlər-qondarma  sivilizasiyanın  qaçılmaz  nəticəsi  olan 
dəhşətli    xəstəliklər  belələrinə  daha  çox  zərbə  vurur.Ona  görə 
ki,acgöz  adamlar,adətən,özlərini  malın-pulun  və  qidanın  quluna 
çevirirlər.Qul isə sağlam və xoşbəxt ola bilmir.  
 
Əziz  analar!Rica  edirəm,  anasının  ifrat  məhəbbəti 
sayəsində  8  yaşından  16  yaşınacan  ölüm  yatağında  9  ağır 
xəstəliyin  caynağında  çabalayan,yalnız  Ana  Təbiətin  mərhəməti 
və səxavəti sayəsində kəfəni yırtan,sonradan dünyanın ən sağlam 
və ən kamil adamına çevrilən,düz 95 il gənc qalan qüdrətli təbib 
professor  Pol  Breqqin  çox  sevdiyi  bir  gözəl  kəlamı  böyük 
hərflərlə  kağıza  yazıb,mətbəxin  göztutan  yerindən  asın:“Biz-nə 
yeyiriksə,oyuq”.Bu  dərin  kəlamın  mənasını  yuxarıda  açıqlamı-
şam.Indi  bircə  onu  demək  istəyirəm  ki,əziz  analar,süfrəni    sız 
düzəldirsiniz,hər birimizin ağzının dadını-tamını siz formalaşdı-
rırsınız,sizin  verdiyiniz  qida  zəhər  də  ola  bilər,qüdrətli  şəfa  və 
gümrahlıq mənbəyi də. Siz istəsəniz can-ciyərlərinizi buz baltası 
kimi böyüdə və xöşbəxt edə bilərsiniz.Övladınızın taleini göydə 
Allah yazırsa,yerdə də siz yazırsınız.Bu,çox sadədir.Siz mənə nə 
yediyinizi  desəniz,mən  övladınızın  taleini  bəri  başdan  dəqiq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə