Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   10   11   12   13   14   15   16   17   ...   98

 
44 
Qüvvələrin,Polisin  görə  bilmədiyi  işi  görər,onların  hamısının 
birlikdə  həyata  keçirə  bilmədiyi  vəzifəni-insanları  xoşbəxt 
etmək vəzifəsini çox asanlıqla və böyük uğurla yerinə yetirər. 
Bunun üçün böyük xərc tələb olunmaz. 
 
 
PSİXİKA  VƏ  SAĞLAMLIQ 
 
Tanınmış təbib Pol Breqq deyirdi:“Həyat bizim sinirlə 
-rimizdən axır.Nə qədərki sizin sinir qüvvəniz var-siz təşəb-
büskarsınız,xoşbəxtsiniz,sağlamsınız,hər  cür  çətinliyi  dəf 
etməyə,taleyin hər bir çağırışına cavab verməyə qadirsiniz. 
Siz  hər  hansı  problemi  alqışlayırsınız,çünki  inanırsız  ki, 
sizin  sinir  qüvvəniz  onun  öhdəsindən  gələcək”.Bəli,  əsəb 
sistemi  möhkəm  olan  adam  hər  şeyə  qadirdi.Yüksək  mənəvi 
gücə malik olan şəxs müdrikcəsinə,düşünülmüş şəkildə yaşayır 
və  davranır,həyatdan  həzz  alır.Nə  tez-tez  baş  verən  Təbiət 
kataklizmaları,nə də ətrafda cəryan edən  hadisələr onun daxili 
komfortunu,rahatlığını poza bilir.Əlbəttə,söhbət laqeyd,biganə, 
xudpəsənd adamdan getmir,söhbət ən çətin məsələləri sakitcə, 
müdrikcəsinə həll etməyə qadir olan kamil və güclü şəxslərdən 
gedir.  Belə  şəxsiyyət  olmağın  ən  yaxşı  yolu-Nişi  Sisteminin 
tələblərinə  əməl  etməkdir.İnsanı  vahid,tam  və  küll  şəkilində 
götürən  Nişi  sübut  edib:psixiki  sağlamlıq  fiziki  sağlamlıqdan 
ayrılmazdır,biri  digərini  qoruyub  hifz  edir.Biz  fiziki  sağlamlı-
ğımızı  bərpa  edərkən  və  qoruyarkən,möhtəşəm  əsəb  sistemini 
və  psixiki  sağlamlığımızı  da  səhmana  salır  və  qoruyuruq.Nişi 
Sistemi bütövlükdə bu ulu məqsədə xidmət edir. 
Əsəb sistemi haqqında bəzi şeyləri bilmək hər kəs üçün 
vacibdir.Əvvəla,yadda  saxlayın  ki,əsəb  sistemi  2  hissədən 
ibarətdir:xarici (parasimpatik) və daxili (simpatik) əsəb sistemi. 
Xarici sistem dərinin üst səthinə,əllərin,qolların,ayaqların və s. 
əzələlərinə  nəzarət  edir,dərini  istiyə,soyuğa  və  zədələnməyə 
qarşı həssas edir,daxili sistem isə daxili orqanların fəaliyyətinə 


 
45 
rəhbərlik edir.Beyin bütün orqanların mərkəzidir.Baş Qərargah 
-dır.“Hesablama mərkəzinin” proqramları buradan ötürülür. 
 Əsəb sistemi 3 cür sinir qüvvəsi ilə idarə olunur: 
1. Əzələ sinir qüvvəsi-əzələ hərəkətlərini törədir. 
2.  Orqanların  sinir  sistemi-sağlamlığa  xidmət  edir  və 
xəstəliklərə müqavimət göstərir. 
3. Mənəvi (ruhi) sinir qüvvəsi-güclü intellekt,yaxşı yad-
daş,mənəvi  dözüm  yaradır,öz  emosiyalarını  tənzimləməkdə 
insana    yardımçı  olur.İnsan  öz  taleyinin  sahibinə  məhz  onun 
köməyi  ilə  çevrilə  bilir.Mənəvi  sinir  qüvvəsi  güclü  olanda 
qeyri-adi  hadisələr,streslər,əsəb  gərginliyi  insana  pis  təsir 
göstərə bilmir,onu sarsıtmır. 
Bildiyimiz  kimi,həyatda  ağıllı,dərrakəli,savadlı,qabliy-
yətli,istedadlı  adamlar  çox  olur.Lakin  insanı  hərəkətə  gətirən 
və  inamla  irəli  aparan  sinir  qüvvəsi  çatmadıqda,belə  adamlar 
öz  potensiallarını  aça  bilmir  və  heç  nəyə  nail  olmurlar.Bu 
qüsurdan yaxa qurtarmaq mümkündürmü?Möhtəşəm sinir qüv-
vəsi yaratmaq üçün nə etmək lazımdır? 
Sinir  qüvvəsi  yaratmağa  və  onu  qorumağa  qadir  olan 
dərman yoxdur.Süni stimulyatorlar(çay,kofe,tütün,alkaqol, nar-
kotik maddələr,tiryək) isə əsəb sistemini möhkəmlətmir,əksinə, 
onu dağıdıb,bərbad hala salır.Yadda möhkəm saxlayın:dərman- 
dan yalnız xəstəni böhran vəziyyətdən çıxartmaq üçün istifadə 
etmək olar.Çünki dərman-bədənə daxil olan və yığılıb orada 
qalan  əlavə  zəhərdir.Massaj,müxtəlif  vannalar,gipnoz,dualar, 
dilətutmalar,təqlidlər  və  bu  kimi  tədbirlər  yalnız  müvəqqəti 
təsir  göstərir.Möhtəşəm,əzəmətli  və  qüdrətli  əsəb  sistemini 
yaratmaq  və  yaşatmaq  üçün  bu  işlə  hər  gün  sistemli  şəkildə 
məşğul olmaq lazımdır.Bunun başqa yolu yoxdur. 
Əsəb sistemini möhkəm,daxili streslərə dözümlü tərbiyə 
etmək üçün,Təbiət tərəfindən hər birimizin daxilində qoyulmuş 
2  qüvvəni  köməyə  çağırmalıyıq:iradəni  və  hər  şeyə  qadir 
olmaq  cəhdini.Əgər  bu  2  qüvvə  zəyifdirsə,  onları  dərhal 


 
46 
“istehsal etməyə” başlayın. Əks halda, siz həyatda adi tələbatı-
nızı belə ödəyə bilməyəcəksiniz. 
Elmə  çoxdan  bəllidir  ki,emosiya  kimyəvi  tərkibə 
malikdir:pis  fikirlər  orqanizmi  zəhərləyir,sağlamlığa  zərbə 
vurur.Əksinə  yaxşı  fikirlər  insanın  əhvalını  yaxşılaşdırır.Heç 
təsadüfi  deyildir  ki,əcdadımız  sayılan  Mağların  peyğəmbəri, 
dahiyanə  “Avesta”nın  müəllifi  sayılan  Zərdüşt  insan  üçün  3 
şeyi vacib sayırdı:yaxşı söz,yaxşı əməl,yaxşı niyət. Bu 3 şeyə 
malik  olan  insan  bəd  əməl  törədə  bilməz.  Belə  insan  rahat  və 
xoşbəxt yaşayar. Çünki belə insanın gözü tox,aza qane olur,aza 
qane olanın qəlbi rahat və əxlaqı pakdır.  
Bioloqlar  deyirlər:“İnsan-düşündüyü  üçün  ölür”. 
Məşhur  herientoloq  Custin  Qlass  bu  fikiri  belə  dəqiqləşdirib: 
“İnsan-pis düşündüyü üçün ölür”. Buradan belə nəticə çıxır: 
uzun  illər  rahat  yaşamaq  üçün  yaxşı  şeylər  haqqında,  yaxşı 
insanlar haqqında düşünmək azımdır. Özünüzü və övladlarınızı 
bu ruhda tərbiyə edin. 
Böyük  Azərbaycan  mütəfəkkiri  Abasqulu  Ağa 
Bakıxanov deyirdi:”Xoşbəxtlik-könül rahatlığıdır.O adamın 
könlü rahat ola bilər ki, aza qane olmağı bacarsın”. Dünya 
malına 
həris 
adamın,vəzifəpərəstin,şənbazın,qarınqulunun 
könlü  heç  vaxt  rahat  ola  bilməz.Deməli,belə  adam  heç  vaxt 
xoşbəxt  olmaz.Belə  adamın  tələbatı  dibsiz  çəlləyə  bənzər:  nə 
qədər su tökürsən tök,dolan deyil.Böyük Mark Avreliy tələbat 
haqqında çox gözəl fikir deyib:“Hər adamın dəyəri-əldə etmək 
istədiyi  şeyin  dəyəri  qədərdir”.Yəni:araq  və  kabab 
düşkününün  dəyəri-araqla  kabaın  qiymətinddən  artıq  ola 
bilməz.Əlbəttə,bu dediklərimiz məsələnin mənəvi və psixoloji 
tərəfidir.Məsələnin fizioloji tərəfinə gəlincə,onu qeyd etməliyik 
ki,  bizim  fiziki və ruhi sağlamlığımız-bizi yaşadan 70 triliyon 
hüceyrənin səhhətindən asılıdır.Hüceyrələri sağlam saxlayan və 
ölən  hüceyrələrin  yerinə  təzəsini  yaradan  iki  qadir  qüvvə 
mövcuddur:qida  və  hərəkət.Bunların  hər  ikisini  Nişi  Sistemi 
bol-bol  təmin  edir.Düzgün  qidalandıqda(qidalanma  qaydaları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə