Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   2   3   4   5   6   7   8   9   ...   98

 

heç kəs inana bilmirdi ki,bu adam düz 30 il “çarəsiz” xəstəlik-
lərdən əzab çəkib, 40 yaşında birinci qrup əlil olub... 
Bəli,  alternativi  olmayan,  böyük  möcüzələr  yaratmağa 
qadir  olan  sağlam  həyat  tərzi  öz  ecazkar  işini  görmüşdü. 
Sağlam  və  xoşbəxt  yaşadığım  10  ildə  tam  əmin  oldum  ki, 
əhalinin qidalanma və səhiyyə mədəniyyətini qaldırmaq, millə-
tin qızıl genefondunu yaratmaq cəhdim əbəs deyil. Qəti qərara 
aldım: bu istiqamətdə səylərimi daha da  artırmalıyam! 
Lakin həyatın öz əbədi və dəyişməz qanunları var. Belə 
qanunlardan biri də budur ki, xeyirlə  şər dünyaya qoşa gəlib, 
həmişə  qoşa  gəzirlər  və  daima  mübarizə  aparırlar.  Sən  demə, 
məmləkətimizdə mənim fəaliyyətimi böyük qısqanclıqla qarşı-
layan  şər  qüvvələr  az  deyilmiş.Dəhşətli  qazanc  mənbəyi  olan 
zəhərli  dərmanları  və  çürük  qidaları  ifşa  etməyim,müasir  tibb 
elminin gücsüzlüyünü təkzibolunmaz faktlarla sübuta yetirmə-
yim,öz xoşbəxtliyini millətin bədbəxtliyi üzərində quran acgöz 
mal-dövlət hərislərinin mənafeyinə toxundu və onları qəzəblən-
dirdi.Mən  kiminsə  quyruğunu  bastalamışdım.Və...Cəzam  çox 
ağır  oldu-orqanizmimə  hansı  formadasa  edilən  təcavüz 
nəticəsində  mədə-bağırsaq  traktı  və  sinir  sistemi  qəflətən 
sıradan çıxdı, mədəm həzmetmə qabliyyətini birdən-birə itirdi, 
dilimə  bir  qurtum  çiy  su,bir  qram  çiy  qida  vura  bilmədim, 
iradəm  sürətlə  zəyifləməyə  başladı.Tezliklə  oynaqlarım  şişdi, 
əllərim  və  ayaqlarım  öz  funksiyasını  yerinə  yetirə  bilmədi. 
Yataqda  meyid  kimi  hərəkətsiz  qaldım,  məni  əllə  yedirirdilər. 
Gənclik  illərində  düşdüyüm  ağır  vəziyyət  bu  dəfə  daha  ağır 
formada  və  daha  pis  şəraitdə  yenidən  təkrar  olundu.70  illik 
yubileyimi ölüm yatağında, çox bədbin halda qarşıladım. 
Ağır  yataq  həyatının  ikinci  ilində  iradəm  məni,  demək 
olar,tamam  tərk  etmişdi.Bəzən  elə  hala  düşürdüm  ki,Allahdan 
özümə  ölüm  diləyirdim,  tez-tez  intihar  haqqında  düşünürdüm. 
Belə  anlarda  ömür  yoldaşım  mənə  ürək-dirək  verir,  keçmiş 
həyatımdan iztirablarla dolu olan günləri-ayları yadıma salırdı. 
Deyirdi,  onda  da  yüz  kərə  belə  ağır  vəziyyətə  düşmüşdün, 


 

həmişə də bacarıb burulğandan çıxmışdın, indi də bacaracaqsan, 
çıxacaqsan bu vəziyyətdən!..Mənimsə əks-arqumentlərim vardı, 
deyirdim,o  vaxt  cavan  idim,  orqanizmim  hələ  güclüyüdü, 
xəstəliyə yaxşı müqavimət göstərə bilirdi, indi yaşım 70-ə çatıb. 
O vaxt mədəm də yaxşı işləyirdi, indi onu sıradan çıxardıblar... 
Mübahisə  vaxtı  ömür  yoldaşım  yadıma  bir  güclü  reallığı 
salırdı: “Amma o vaxt sənin Katsudzo Nişi, Pol Breqq, Herbert 
Şelton,  Norman  Uoker,  Abram  Zalmanov  kimi  qüdrətli 
müttəfiqlərin yoxudu”. Bu arqumentin ətəyindən iki əllə bərk-
bərk yapışdım, sinəmə çökmüş Əzrayillə əlbəyaxa vuruşdum... 
Düz  üç  il  yataqdan  qalxa  bilmədim,  hər  gün  Əzrayillə 
göz-gözə durdum. Ölümün uzaqda olmadığını hər gün, hər saat 
hiss edirdim. Yastığımın dibindən əl çəkməyən ömür yoldaşım 
ən  ağır  dəqiqələrdə-yaşamaq  ümidim  tamam  itəndə  yenidən 
yadıma salırdı:  
-Sən  bundan  da  ağır  vəziyyətdən  çıxmısan,  yenə  də 
çıxacaqsan, sağlamlığını yenə qaytaracaqsan!.. 
Bir söz deməsəm də, içimdə başqa şeylər düşünürdüm: 
O vaxt hələ gənc idim, mədəm yaxşı işləyirdi. Rəhmətlik anam, 
bacılarım  Dilnəvaz  və  Tamara,qayğıkeş  yeznəm  Hacı  və 
övladları  qulluğumda  durmuşdular,gecə  yatmırdılar,gündüz 
oturmurdular,həyatım  uğrunda  çarpışırdılar.Hər  iki  gözünün 
nurunu itirmiş müstər anamın əlindən bir iş gəlməsə də, gündə 
iki  dəfə-bir  səhər,bir  də  axşam-çöpə  dönmüş  ətsiz  barmaqları 
ilə biləyimi ölçür,özünü və məni aldatmağa çalışırdı: “yaxşısan, 
Allaha şükür,kökəlmisən”.Məmər kəndinin(indi yağı düşməni- 
miz  ermənilərin  taptağı  altında  inildəyir!)  gözəl  ab-havası, 
Bərgüşad çayının sərin mehi,dərmansız meyvələr, “Astanlarda” 
bitən  şəfalı  pencərlər,Laçından  gələn  təmiz  dağ  balı,kənddə 
hamının  böyük  hörmətlə  “Əbil  həkim”  deyə  müraciət  etdiyi 
pak əqidəli feldşerin şəfalı baxışları,hər gün mənə baş çəkməyə 
gələrkən bacımdan “ağız, indi bəri bax görüm, bu uşağa səhər-
səhər  yeməyə  nə  vermisən”  deyə  qida  rejimimlə  maraqlanan 
Qumru  nənənin  boxçadan  çıxan  tövsiyələri,  çox  “vurduğu” 


 

üçün  “Kefli  İsgəndər”  ləqəbi  qazanmış  rəhmətlik  Cavanşirin 
verdiyi məzəli məsləhətlər, daşları yuyub paklaşdırandan sonra 
divara  qoyan  halal  əxlaqlı  naxırçı  Kamilin  dünyada  baş  verən 
qlobal  hadisələr  barədə  söylədiyi  baməzə  fikirlər  və  bir  çox 
digər  müsbət  amillər  mənim  “səngərimdə  vuruşurdu”.  İndi 
“döyüş  arsenalımda”  bunlardan  hansı  qalıb?  Zəhərli  şəhər 
havası,zəhərli 
su,zəhərli  meyvə-tərəvəz,saxta  dərmanlar, 
xəstələrə  yalnız  “kliyent”  kimi  baxan  insafsız  tibb  işçiləri, 
əndişəsi  ağır  yük  olub  çiyinlərindən  asılan,hər  gün,hər  saat 
aşağı  basan  qaçqın  qohum-əqrabanın,dost-tanışın  soyumuş 
münasibəti  və  bugünkü  ağır  maddi  durumum.Mədəm  bir 
qurtum çiy suyu da həzm edə bilmir,dilimə meyvə-tərəvəz vura 
bilmirəm,qalmışam  “mannı  kaşa”nın  və  kartof  horrasının 
ümidinə,orqanizmim lazım olan vitaminləri,duzları və ferment-
ləri  ala  bilmir,bu  səbəbdən-immun  sistemi  və  orqanizmin 
müqaviməti  tamam  zəyifləyib,  köhnə  xəstəliklərim  yerbəyer-
dən baş qaldırıb... 
Göründüyü kimi, mənim arqumentlərim daha güclü idi. 
Ömür  yoldaşım  onları tam  inkar  edə  bilməsə  də,  qəbul  etmək 
də istəmirdi:istəmirdi ki,mən olub-qalan ümidimi tamam itirim. 
Süni nikbinliklə öz arqumentlərini təkrarlayırdı,qızğın müdafiə 
edirdi.Fəqət qara fikirləri qovub beynimdən çıxarda bilmirdim. 
Buna nə qədər çox cəhd göstərirdimsə,sırtıq fikirlər bir o qədər 
çox beynimə soxulurdu.Görünür,bədxahlarım psixikama güclü 
təsir  göstərmişdilər-iradəm  günbəgün    zəyifləyirdi.Ölmədim, 
bu dəfə də kəfəni yırtdım!.. 
Sağ  qalmağım  üçün  göydə-bizi  yaradan  və  xoşbəxt 
olmaq  üçün  bizə  hər  şey  verən  Ulu  Tanrıya,yerdə-qüdrətli 
naturopat  alimlərə,əzmkarlığı  və  fədəkarlığı  ilə  hamını  heyran 
qoyan  ömür  yoldaşım  Firuzə  xanıma  borcluyam!Ən  ağır 
məqamlarda  mənə  dayaq  olan,ruhdan  düşməyə  qoymayan 
comərd  həmvətənlərimin  dəstəyi  olmasaydı,düşdüyüm  qirx 
ərşinlik quyunun dibindən çıxa bilməzdim.O nəcib insanlara öz 
dərin minnətdarlığımı bildirirəm!..            


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə