Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   22   23   24   25   26   27   28   29   ...   98

 
81 
alcaq,şirəburaxan vəzilərə,mədəyə,yoğun bağırsağa,böyrəklərə, 
qara  ciyərə,mədəaltı  vəziyə,damarlara  və  ağ  ciyərə  müvafiq 
göstərişlər  verir,onları  prosesə  qoşur.İlk  mərhələdə  ağırlıq 
dişlərin və ağızda olan 6 tüpürcək vəzinin (4-ü dilin altında,2-si 
ovurdda) üstünə düşür.Dişlər və tüpürcək vəziləri qidanı yaxşı 
üyütsələr,onda  qidanın  həzmolma  qabliyyəti  çox  yüksək  olur, 
mədəyə, yoğun bağırsağa, ciyərlərə, böyrəklərə ağırlıq düşmür, 
onlar insana uzun illər yaxşı xidmət göstərir. Əksinə, çeynəmə 
prosesi  pis  gedəndə,  sağlamlığımıza  böyük  zərbə  dəyir,  daxili 
orqanlar sıradan tez çıxır, bizim də ömrümüz gödəlir. 
Adətən,biz  yemək  yeyərkən,ömrümüz  boyu  harasa 
tələsirik  və  qidanı  bir  təhər  gəvələyib,mədəyə  ötürürük.Elmi 
dildə  desək,“passiv  çeynəmə  və  aktiv  udma”  prosesinə  əməl 
edirik.Çeynəmə aləti olan dişlər işlə yaxşı yüklənmədiyi üçün, 
tənbəlləşir və tez sıradan çıxır. Halbuki bir sıra Asiya və Afrika 
ölkələrində  qidalanarkən  “aktiv  çeynəmə  və  passiv  udma” 
prinsipini  tətbiq  edirlər.Burada  yaşayanlar  bir  xışma  düyünü, 
yaxud  buğdanı  10-12  dəqiqə  ərzində  çeynəyirlər.Qida  ağız 
şirəsi  ilə  mükəmməl  qaydada  reaksiyaya  girir.Əbəs  yerə 
deməyiblər  ki,hindular  bir  xışma  düyüdən  daha  çox  faydalı 
maddələr alırlar, nəinki ingilislər bifşteksdən. 
Bəzi  adamlara  elə  gəlir  ki,tüpürcək  yalnız  kiminsə 
üzünə(yaxud ünvanına) tüpürmək və hirsini soyutmaq üçündür. 
Belə düşünənlər çox zəngin kimyəvi tərkibə malik olan bir şəfa 
mənbəyini  təhqir  etmiş  olurlar.Tüpürcəyin  ən  başlıca  funksi-
yası qidaya kimyəvi təsir göstərməkdir.Bu təsir nişastalı mad-
dələri  şəkərə  çevirir.Udulan  qida  kifayət  qədər  çeynənilmirsə 
və  tüpürcəklə  isladılmırsa,onda  qidanın  bir  şəkildən  başqa 
şəkilə çevrilməsi prosesi pozulur, qida pis həzm olunur. 
Baş  kimyəvi  laboratoriya  sayılan  mədə  5  stəkan 
həcmində(bəzən  daha  çox)  qida  tutan  kisədir.Mədə  şirəsində 
pepsin adlı kimyəvi maddə vardır.Pepsin qidanın çevrilməsində 
mühüm  rol  oynayır.Sağlam  adamın  mədəsində  4,5  litr  mədə 
şirəsi  hasil  olunur.Tüpürcəklə  yaxşı  isladılmış  qida  mədəyə 


 
82 
daxil  olanda,mədə  şirəsi  çox  rahat  işləyir.Qida  ağızda  yaxşı 
çeynənməyəndə,yaxud qarınqulu adam mədəni qida ilə ağzına-
can  dolduranda,  qida  həzm  olmaq  əvəzinə,başlyır  qıcqırmağa 
və çürüyür.Mədədə yaranan zərərli ferment uzun müddət orada 
qalır,yeni qidaya qarışır və acıma, qıcqırma prosesi davam edir. 
Mədə pinti zibilxanaya çevrilir.Mədənin üst hissəsi elastikliyini 
itirir,süzülüb  nazikləşir,lırt  olur,mədə  vəzilərinin  deşikləri 
tutulur və xəstəliklər baş alıb gedir. 
Bu  yerdə  peyğəmbərimizin  müdrik  kəlamını  bir  daha 
yada  salmaq  yerinə  düşər:“Bütün  fəsadların  yuvası  -mədədir, 
bütün dərdlərin çarəsi-pəhrizdir”.   
 
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 
 
 
 
DÖRDÜNCÜ  FƏSİL 
BIR DAHA QIDALAR HAQQINDA 
 
Yada  salıram:qidanın  kalorisi  həyatımızda  heç  bir  rol 
oynamır.Əsas vəzifə: qida vasitəsilə mümkün qədər çox Günəş 
enerjisi  qəbul  etməkdir.Günəş  enerjisini  isə,dediyimiz  kimi, 
Bitki  Səltənətində  axtarmaq  lazımdır.Günəş  enerjisi-cismimiz 
və  ruhumuz  üçün  lazım  olan  bütün  vitaminləri,mikroelement-
ləri özündə cəmləyir.Bu sadə  və  danılmaz  həqiqəti dərk  etmə-
dən,yadda  saxlamadan,sağlamlığımızı  qoruya  bilmərik.Onu  da 
bilməliyik  ki,Günəş  enerjisi  zərərli  bakteriyalara  qarşı  müntə-
zəm  olaraq  immunlar  yaradır.Günəş  enerjisi  çox  ucuz  başa 
gəlir.O,rəng,metal duzu, turşu kimi maddələri özündə saxlamır. 
Ona  görə  də  Günəş  enerjisi  ilə  zəngin  olan  çiy  qida  ilə 
qidalanmaq  zəruridir.Yüksək  keyfiyyətli  karbohidratları  da, 
zülalları da bitkilər aləmində tapa bilərsiz. 
Köhnəlmiş  təsəvvürə  görə,zülal-qidanın  keyfiyyət  və 
kalorilik göstəricisi sayılır.Yuxarıda deyildiyi kimi,hələ indinin 
özündə də belə fikir var ki,insan sutka ərzində 120 q zülal,50 q 
yağ və 500 q karbohidrat qəbul etməlidir.Biz artıq demişik ki, 
insan  orqanizimindəki  zülal  mütləq  yanmalıdır.İstiyə  ehtiyac 


 
83 
olmayanda  da.Yanmayan  zülal  zəhərli  maddəyə  çevrilir.Bir 
anlığa qaz sobasını gözünüzün qabağına gətirin.Qaz pis yanan-
da  ətrafı  his  basır,hava  zəhərlənir.Yaxud  da  qaz  yüksək  təz-
yiqlə  gələndə(onu  mədəyə  ötürülmüş  artıq  qida  ilə  müqayisə 
edin),çatdırıb yana bilmir.Bu halda da havanın zəhərlənməsi və 
evin  hisslənməsi(həm  də  hədər  yerə  artıq  qaz  israf  edilməsi) 
baş  verir.Yoğun  bağırsaqdakı  zülal  da  eynən  buna  bənzəyir. 
Mədəyə  düşən  zülal  son  damlasınadək  yanmalıdır.Yanmasa 
fəsad verəcək. 
Rubner  adlı  bir  alman  aliminin  apardığı  tədqiqat 
maraqlı nəticələrə gətirib çıxarmışdır.Aydın olub ki,zülal əvvəl 
mədədə,sonra  isə  yoğun  bağırsaqda  pektinə  çevrilir  və  qana 
sorulur.Bundan  sonra  tez  bir  zamanda  2  hissəyə  bölünür:   
azotlu  hissə,azotsuz  hissə.Azotlu  hissə  orqanizmi  enerji  ilə 
təmin etmək qabliyyətinə malik deyildir. Bu hissə sidik törədən 
maddəyə çevrilir, bədəndən kənara ifraz olunur. Azotsuz hissə 
isə  zülalın  istehsal  etdiyi  bütün  enerjini  orqanizmə  daşıyır. 
Rubner tapıb ki,azotsuz hissə,sən demə,zülalın özündə mövzud 
olan karbohidratdan başqa bir şey deyilmiş.Buradan aydın olur 
ki,  bizim  orqanizmimizi  enerji  ilə  təmin  etmək  üçün  zülal  və 
yağ  yox,karbohidrat  lazımdır.Bu  karbohidrat  zülaldan  sintez 
edildikdə  də  faydalıdır.Çıxarılan  nəticə  belədir:insan  orqaniz-
minə enerjini karbohidratlar daşıyır. 
Əfsuslar  olsun  ki,nə  bizim  özümüz,nə  tibb  elmi,nə  də 
sənaye  bu  inkaredilməz  faktla  hesablaşmaq  istəyir.Uzun  illər 
Bakının klinikalarında yatanda da,Moskvada müalicə olunanda 
da,  evdə  də  mənə  təkidlə  çoxlu  ət-yağ  yeməyi(orqanizim 
güclənsin deyə) məsləhət görürdülər.Ona görə ki,hamı əmindir: 
insan üçün ən dəyərli qida-ət,süd,yumurta,kolbasa, şokolad və 
sairədir.Halbuku tədqiqat göstərir:bütün bu sadalanan ərzaqdan 
cəmisi  52-56  faiz  karbohidrat  alırıqsa,balda,şirin  meyvələrdə 
və  tərəvəzlərdə  karbohidrat  həm  yüksək  keyfiyyətdə,həm  də 
gözəl tənasübdə mövcuddur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə