Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   2   3   4   5   6   7   8   9   ...   98

 
15 
kimi  deşir.Toyuq-cücə  qocaman  tut  ağacının  kölgəsində 
bürküdən  ləhləyir.Belə  havada  qapı-pəncərəsi(hətta  nəfəsliyi 
də)  bərk-bərk  qapanmış  otaqda,qalın  yun  yorğanın  altında,alt 
və üst paltarlarının içində uzanıb soyuqdan tir-tir əsirdim.Məni 
üşüdən  qızdırma  xəstəliyi  (malareiya)  deyildi,sinəmə  çökmüş 
ucuz  ölümün  buz  nəfəsi  idi.Yaşamış  olduğum  qeyri-sağlam 
həyat  tərzinin  qacılmaz  mükafatı!Mənə-nəbzi  güclə  vuran, 
nəfəsini  ciyinlərindən  alan  canlı  meyidə  baxan  Əbil  həkimin 
(ali təhsili olmasa da, əsl həkimdir!) gözlərindəki dərin təəssüf 
və mərhəmət hissinin qarşığını görüb, var gücümü topladım və 
onunla  açıq  danışdım.  Dedim:qoy,məni  Bakıda  müalicə  edən 
ailimlərin  yüksək  titulu  səni  qorxutmasın,“onlar  sağalda 
bilməyən  xəstəyə  mən  necə  əncam  çəkim”  sualını  ağlına  da 
gətirmə.Gəl  oturaq,fikirləşək,görək  məni  bu  ağır  vəziyyətdən 
necə çıxartmaq olar? 
Ürəkdən  gələn  səmimi  söhbət,inamlı  danışmağım 
(üstəlik,olub-qalan  gücümü  toplayıb  gülümsədim  də)  Əbil 
həkimə  müsbət  təsir  etdi.Üzünün  ifadəsi  dəyişdi.Bir  az  da 
cürətlənib  dedim,  sən  iki  məsələdə  mənə  yardımçı  ol:  məni 
əldən salan yüksək hərarətin qabağını al, bir də tamam taqətdən 
düşmüş cismimi (hətta qaşığı ağzıma apara bilmirdim) bir təhər 
dirçəlt. Dalısıynan işin yoxdu. 
            Əbil  həkim  ürəklə  işə  girişdi.Öncə  qızdırma  törədən 
səbəbi  aşkar  etdi:boğazım,dilçəklərim  pis  gündə  idi.Qəribə  də 
olsa,buna  xəstəxanada  əhəmiyyət  verən  olmamışdı.Kənd 
feldşeri  isə  müalicəni  məhz  buradan  başladı:üç  illik  aloye 
otunun  şirəsini  bala  qatıb,bir  neçə  gün  saxladıqdan  sonra, 
gündə  3  dəfə  bir  xörək  qaşığı  mənə  içirtdi.Damarlarıma 
qlükoza  vurdu,olitetrin  həbi  verdi,gündə  bir  neçə  dəfə  aspirin 
(asetil  salisilat  turşusu)  atdım.Ağbirçək  nənələr  də  bekar 
durmamışdılar.Hər  gün  qartımış  “qancıq”  gicitkandan  yolub 
gətirir, qom bağlayıb budlarımı, baldırlarımı o ki var budayırdı- 
lar.Ətim köpərirdi,abbası-abbası xal tökürdü,amma heç nə hiss 
etmirdim,o cür qartımış gicitkan bədənimi əsla dalamırdı.Şişib 


 
16 
tuluğa dönmüş qıçlarım hissiyatını tamam itirmişdi.“Gicitkano- 
terapiya”  düz  10  gün  beləcə  davam  etdi.On  birinci  gün  hiss 
elədim  ki,  artıq  gicitkan  budlarımı  dalayır.Ölmüş  kapiliyarlar 
və əsəb telləri yavaş-yavaş bərpa olunurdu.Bundan əlavə gündə 
bir  neçə  dəfə  gicitkan  çayını  dəmləyib  mənə  içirdirdilər. 
Gicitkanı  düyü  şorbasına  da  tökürdülər.Daxilimdə  xoş  bir 
yüngüllük hiss edirdim. 
Qida  ilə  bağlı  bir  məqamı  da  vurğulamaq  istəyirəm. 
Çünki  onun  Nişi  Sistemi  ilə  birbaşa  əlaqəsi  var.Bakıda,  oftol-
mologiya  institutunda  həkim  işləyən  dostum  Kərəm  Kərimov 
(indi  respublikanın  adlı-sanlı  alimlərindən  biridir)  məni  kəndə 
yola  salarkən  belə  bir  tövsiyə  verdi:“Bir  resept  də  mən 
deyəcəm,  amma,  gərək  əməl  edəsən:hər  səhər  bir  stəkan  təzə 
südün  içinə  10-15  qram  kərə  yağı,1  qaşıq  bal,1  çiy  yumurta 
qatıb  içərsən”.Söz  verdim,kişi  kimi  əməl  də  etdim.Çünki 
cismən  o  dərəcədə  zəyifləmişdim  ki,qaşığı  ağzıma  apara  bil-
mirdim.Bu  gün  xüsusi  vurqulamaq  istəyirəm  ki,məni  Bakıda 
müalicə edən ən güclü alimlər konsilium keçirərkən necə qida-
lanmağımla əsla maraqlanmırdılar.  
O  vaxt  biliyinə  hörmət  bəslədiyim  gənc  həkimin 
tapşırığını  kor-təbii  yerinə  yetirirdim,qəbul  etdiyim  qidanın 
insan  orqanizminə  təsir  mexanizmini  anlamırdım,Məhəmməd 
peyqəmbərin “bütün fəsadların yuvası mədədir, bütün dərdlərin 
çarəsi  pəhrizdir”  kəlamı  ilə  taniş  deyildim.Nəinki  Nişi  Siste-
mindən  bixəbər  idim,elementar  tibbi  biliyim  sıfıra  bərabər 
idi.Mənə  nə  orta  məktəbdə,nə  ali  məktəbdə,nə  də  ailədə 
sağlamlığı necə qorumağı öyrədən olmamışdı.Bunun əvəzi-
nə  çoxlu  şeir  öyrətmişdilər,Marksizmin-Leninizmin əsasla-
rını əzbərlətmişdilər.Lakin indi,dahi yapon aliminin möcüzəli 
Sistemini  əzbər  bildiyim  bir  vaxtda,Kərəm  həkimin  “resepti”-
nin mahiyyətini çox gözəl dərk edirəm.Bu məsləhətin taleyim-
də  oynadığı  müstəsna  rolu  yüksək  qiymətləndirirəm.  Bir  daha 
vurğulamaq  istəyirəm:xəstə  yatdığım  klinikalarda  müalicəni 
yalnız və yalnız preparatların köməyi ilə aparmışdılar, alimlər 


 
17 
bütün ümüdlərini dərmanların “zərbə dozalarına” bəsləmişdilər. 
Qida  məsələsi  heç  kəsi  düşündürməmişdi.“Zərbə  dozaların” 
(məsələn,o  vaxtın  ən  güclü  terapevt-alimi  sayılan  professor 
Saleh Salehov mənə sutkada 24 qram natrium solisilat turşusu 
və  4  qram  prednizalon  təyin  etmişdi)  mübtəla  olduğum  dərdə 
necə  təsir  etdiyini  deyə  bilmirəm,amma  bu  dozaların  cismimi 
ölü halına saldığını dəqiq xatırlayıram.Kərəm həkimin “təyina” 
–tı birtərəfli müalicə aparan təbiblərin səhvini düzəltmişdi. 
Əzab  və  işgəncələrlə  dolu  yay  günləri  bir-birini  əvəz 
edirdi.Özü də əzab və işgəncəni çəkən tək mən deyildim. Bacı-
larım Dilnəvaz və Tamara gecələr növbə ilə keşik çəkir, çarpa-
yımın başında oturaraq,yuxusuzluqdan,yorğunluqdan və dərdin 
ağırlığından,elə  oturduqları  yerdəcə,mürgüləyirdilər.Hər  10-15 
dəqiqədən  bir  buz  kimi  tərdən  islanıb  suya  dönmüş  paltarımı 
dəyişmək  lazım  gələndə  belə  gözlərini  aça  bilmirdilər.Əlləri 
fəhminən işləyirdi.Soyuq tər məni əldən salmışdı.Tər  sel  kimi 
axırdı.Bununla  belə,Günəş  beyinləri  bişirdiyi  bir  vaxtda,gecə 
bürküdən  nəfəs  almaq  mümkün  olmadığı  halda,qapı-pəncərəsi 
kip  bağlanmış  təndir  kimi  otaqda,yun  yorğanın  altında,isti 
tuman-köynəkdə  üşüyürdüm.Qapı  açılanda,elə  bil,bədənimə 
Xustub dağının buzunu yapışdırırdılar. Amma bədənimdən sel 
kimi axan tər bircə saniyə də ara vermirdi.Yaş paltar bədənimi 
buzladır  və  oynaqlarımdakı  ağrını  şiddətləndi-rirdi.Ucadan 
inildəməyə  taqətim  çatmadığı  üçün,həm  də  yuxu  gözlərimdən 
töküldüyünə görə, astadan zarıldayırdım. “Növbə çəkən” bacım 
gözü  yumulu  əlini  mənə  tərəf  uzadır,paltarımı  soyundurmağa 
başlayırdı.Bunu elə etməli idi ki,sümüyü şişmiş və deformasiya 
olmuş  qollarımın,qıçlarımın  vəziyyəti  dəyişməsin.Mümkün 
olmurdu.Ağrı  ürəyimə  vururdu.Əvəzində    5-10  dəqiqəliyə 
rahatlıq  tapır  və  gözümün  acısını  alırdım.Bir  azdan  hər  şey 
yenidən  təkrar  olunurdu.Nəhayət,taqətdən  düşüb,sübhə  yaxın 
yatırdım.Bu  vaxt  yaş  paltar  bədənimə  yapışıb  öz  qara  işlərini 
görürdü: səhərin gözü açılanda,xoruzlar ağız-ağıza verib kəndi 
oyadanda  ağrılarım  bərkiyir  və  məni  yuxudan  oyadırdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə