18
İşgəncəli günlərin sonu görünmürdü.Amma hər halda,yolumu
səbirsizliklə gözləyən soyuq məzardan zərrə-zərrə uzaqlaşırdım.
Bir ay sonra yataqdan özüm qalxdım, kimsə qolumdan
tutmadı.Heysiz,gücsüz dizlərimi yun parça ilə sarıdılar (sarğı
öz funksiyasını yerinə yetirə bilməyən toxumaların,əzələlərin
və vətərlərin işini görürdü),əlimdə çəlik,yavaş-yavaş həyətə
çıxdım.Bir an içində bütün kənd,möcüzə olubmuş kimi,axışıb
həyətə doldu.Baxışlarda sevinc,yoxsa heyrət hissinin çox
olduğunu seçmək mümkün deyildi.Amma bir şey şəksiz idi:
hamı kəfəni yırtmağıma inanırdı. Uzun illərdən bəri gözünün
nurunu itirib, müstər olmuş zavvallı anam sevincindən ağladı.
Fəqət gözlərindən yaş çıxmadı-gözlərində yaş qalmamışdı.
Sağalmağımda müstər anamın öz əməyi vardı. Gücü heç nəyə
çatmasa da, taxtaya dönmüş quru barmaqları ilə biləyimdən
tutur, əlini alnıma qoyur, nursuz gözlərini səmaya zilləyib Ulu
Tanrıdan mənə şəfa diləyirdi. O vaxt bilmirdim ki, bunlar da
şəfaverici qüvvə imiş. Kim bilir, bəlkə də dərmanların ən
təsirlisi, ən güclüsü elə ana əllərinin təması, ana nəfəsi və ana
alqışıdır!!!
Bəli, ölüm üzərində qələbəm-
Ananın qələbəsi idi.
Fəqət təkcə məni doqquz ay öz bətnində gəzdirən,mənə döşün-
dən halal süd verən,beşiyimin başında layla deyən bir qadının
yox,təmiz havasını udduğum,təmiz suyunu içdiyim,təmiz
pencərini,mer-meyvəsini,şülulunu (meşədə bitən cır meyvələr)
yediyim
Ana Torpağın,Ana Təbiətin zəfəri idi.Mən bu adi
həqiqəti indi,dahi Nişinin Sağlamlıq
təlimini əxz edəndən sonra
dərk etmişəm.
Başıma gələnləri belə ətraflı, təfərrüatı ilə danışmaqda
yeganə məqsədim oxucuya,ilk baxışda adi görünən,bir dərin
hikməti çatdırmaqdır.Mən istəyirəm biləsiniz:xəstəni preparat-
ların köməyi ilə sağaltmaq məramı,nə qədər xoş olsa da,
əvvəlcədən uğursuzluğa məhkum olmuş bir qeyri-real istəkdir.
Vurğulayım:doğma kəndim,yüksək titullu alimlərin qüsurunu
düzəldərək,imkan yaratdı ki,orqanizmin özü xəstə-liklə ölüm-