Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   60   61   62   63   64   65   66   67   ...   98

 
201 
 
Elmə  məlumdur  ki,  insan  ana  bətnində  olarkən  mayedən 
ibarət  olan  “mənzildə”  yaşayır  və  həmin  mayenin  tərkibi  okean 
suyunun tərkibi ilə eynidir. O da məlumdur ki, bu dünyanı xəlq 
edən  Ulu  Tanrı  yaratdığı  ali  şüurlu  insana  4  mükəmməl  qida 
bəxş  edib:Günəş  işığı,Hava,Su  və  Bitki  Səltənəti.Əfsuslar  olsun 
ki,özünü “dünyanın əşrəfi” sayan müasir insan-qondarma sviliza 
-siyanın  qurbanları-bu  qidaların  heç  birindən  səmərəli  istifadə 
etmir. Çoxları axırıncı dəfə çiy su içdiyini yadına sala bilmir. Bu 
gərgin  və  narahat  həyatımızda  şəfalı  suyun  yerini  çay,  kofe, 
kakao,  kokakola,  pepsikola,  fanta  və  digər  zəhərlər  tutub.  Bəzi 
adamların canına su həftədə bir dəfə dəyir. Yalnız bizim millətin 
ağlına  gələ  bilən  bir  lətifəni  xəcalət  çəkə-çəkə  yada  salıram. 
Birisi soruşur:“İldə neçə dəfə çimirsən?”.Cavab:“Ayda bir dəfə”. 
Sual  verən  heyrətə  gəlir:  “Pah  atooonan!  Ə,  sən  lap  su  quşusan 
ki!”.Bəlkə də zarafatdır.Amma çox şit, əttökən zarafatdır...Nə isə 
keçək əsas mətləbə. 
Kontrast  su  vannalarından  bəhs  edərkən  suyun  əhəmiy- 
yətini və təsir mexanizmini açıqlamışam. Həmin bölmədə dedik 
ki,su  ilə  müalicə  çox  qədimdən  məlumdur.Insan  özünü  tanıyan 
gündən  sudan  bir  şəfaverici  qüvvə  kimi  istifadə  etmişdir.  Tibb 
elminin atası sayılan Hippokrat,eləcə də onun istedadlı ardıcılları 
Qalen,  İbn-Sina  və  bir  çox  başqaları  öz  müalicə  metodlarında 
suya  mühüm  yer  ayırmışdılar.  Lakin  su  ilə  müalicəni  sistem 
şəkilinə  salan  və  məhşurlaşdıran-almaniyalı  keşiş  Sebostian 
Kneypp olmuşdur.  
1821-ci  ildə  Bavariyada  anadan  olmuş  Sebostian  çox 
erkən, səhhəti ilə bağlı, bir sıra çətin problemlərlə üz-üzə gəlmiş 
və  onu  əldən  salan  azar-bezardan  yaxa  qurtarmaq  üçün  yollar 
axtarmışdır. Su ilə müalicə metodu haqqında oxuduğu bir kiçik 
braşura onun işgənclərinə bir dəfəlik son qoydu.Suyun şəfaverici 
qüdrətinə möhkəm inanan gənc Kneypp onun köməyi ilə özünü 
sağaltmış,köhnə sistemi təkmilləşdirib ,öz metodunu yaratmışdır. 
S.Kneyppin müalicə metodunu dərindən öyrənən iti ağıllı 
A.Zalmanov  ona  bir  çox  əlavələr  etmişdir.  İstedadlı  alimin  bizə 


 
202 
təklif  etdiyi  hidroterapiya  (su  ilə  müalicə)  orqanizmə  oyadıcı 
(vozbujdayuşşiy) və sakitləşdirici, bədəni isidən və soyudan təsir 
göstərir.Yerli(əl,  ayaq,  əl-ayaq)  vannalar  isə  fikiryayındırıcı 
(otvelekayuşşi)  təsirə  malikdir.Bütün  vannalar  qan  dövranını 
yaxşılaşdırmağa,qanı  təmizləməyə  və  daxili  “masaja”  xidmət 
edir.  Qabaqlar  vannaları  şirin  suda  (presnaya  vada)  edərdilər. 
Zalmanov isə suya dəniz buzu, skipidar və bəzi bitkiləri qatmağı 
tövsiyyə  edir.  6
0
-dən  42
0
-yə  qədər  istiliyi  olan  su  vannaları 
soyuq,  ilıq,  isti,  çox  isti  və  qaynar  vannalara  bölünür.  Bunların 
hərəsi  bir  məqsədə  qulluq  edir.  Çox  soyuq  vannalar  sağlam 
adamı  gümrahlaşdırdığı  halda,  xəstələrə  pis  təsir  göstərə  bilər. 
Orqanizmi  çox  zəyif  olan,xroniki  xəstəliklərdən  əzab  çəkən 
adamlar  çox  soyuq  vannalardan  istifadə  edə  bilməzlər.  Belələri 
yüksələn istiliklə ilıq və kontrast vannalar qəbul edə bilər. Belə 
vannalar sakitləşdirici, ağrıkəsici,spazma götürən təsirə malikdir. 
Orqanizmin ehtiyat qüvvələrini işə salan və maddələr mübadilə- 
sini  yaxşılaşdıran  bu  cür  vannalar  orqanizmi  soyuq  vannalara 
hazırlaşdırır.Bir  məsələyə  xüsusi  fikir  vermək  lazımdır:xəstə  nə 
qədər zəyifdirsə,su bir o qədər isti olmalıdır. Soyuq su çox halsız 
xəstənin  bədən  hərarətini  qaldıra  bilər.Bu,orqanizmin  soyuğa 
qarşı müdafiə olunmaq reaksiyasıdır. 
Isti  vannaların  başlanğıc  hərarəti  37
0
  olmalıdır.  Lakin 
bəzi xəstələr bu istilikdən titrəyir,dərisi “qaz dərisi” halına düşür. 
Belələri  36
0
  və  ya  35
0
-dən  başlasalar  yaxşıdır.  Istiliyi  tədricən 
qaldırmağı  unutmayın.Vannanı  yeməkdən  dərhal  sonra  və 
yeməkdən  dərhal  qabaq  qəbul  etmək  olmaz,  yeməklə  vanna 
arasında, ən azı, bir saat fasilə olmalıdır.  
 
İSTİLİYİ ARTIRAN VANNA 
 
Çox  da  halsız  olmayan  xəstə  yarıya  qədər  doldurulmuş 
vannada uzanır. Suyun hərarəti 37
0
-dir. Halsız xəstə üçün 36
0
 və 
ya  35
0
  nəzərdə  tutulub.  Vannaya  hər  üç  dəqiqədən  bir  isti  su 
əlavə  edərək,  hərarəti  bir  dərəcə  qaldırın  və  39
0
-yə  çatdırın. 


 
203 
Maddələr  mübadiləsinin  xroniki  xəstəliyi  zamanı  39
0
  yaxşı 
səmərə verir, “revmatiklər” isə 38,5
0
 ilə kifayətlənə bilər. Şişləri 
müalicə  edən  xastələr  istiliyi  38
0
-39
0
-dən  aşağı  olan  vannaya 
girməsinlər.  
Bütün hallrda vannadan sonra bədəni silmədən, mələfəyə 
bürünüb,  yatağa  girmək,  bir-iki  saat  istirahat  etdikdən  sonra 
geyinmək lazımdır.  
 
HİPERTERMİK VANNALAR 
 
Hipertermik vannaların iki variantı var: 
1. Xəstəni qızdırılmış boş vannaya uzatmaq, vannaya 36-
37
0
  istiliyi  olan  su  buraxmaq.  Suyun  hündürlüyü  7,5  santimetrə 
çatanda 43
0
 istiliyi olan suyu yavaş-yavaş əlavə etmək (15-30-40 
dəqiqə  ərzində),  xəstənin  üzündə  tər  əmələ  gələndə  su  tökməyi 
dayandırmaq.  Bundan  sonra  suyu  0,5-1,5
0
  soyutmaq,  xoşagələn 
komfort yaranacaq. Vannadan sonra duşun altında dayanmaq və 
suyun  hərarətini  xoş  ovqat  yaranana  qədər  aşağı  salmaq, 
qurulanmadan isti yatağa girmək.  
2.  Xəstəni  yarıyacan  doldurulmuş  vannaya  uzatmaq  – 
yalnız  onun  üzü  çöldə  qalıb.  Bundan  sonra  birinci  variantda 
olduğu kimi hərəkət etmək və hərarəti 39
0
-yə  çatdırmaq.  Suyun 
hərarəti  42
0
-yə  çatana  qədər  hər  3  dəqiqədən  bir  isti  su  əlavə 
etmək.  Bu  zaman  əsas  göstərici  xəstənin  üzündə  tər  əmələ 
gəlməsidir. Xəstənin üzü nisbətən aşağı hərarətdə də tərlə örtülə 
bilər.  Bu  zaman  isti  su  əlavə  etməyə  ehtiyac  yoxdur,  bu  pis 
nəticə verə bilər.  
 
Burada  da  sonluq  birinci  variyantdakı  kimidir,  quru 
mələfəyə və yaxud xalata bürünmək də olar.  
 
Diqqət! Vərəmin aktiv fazası, hipertireozun ağır dərəcəsi, 
qara  ciyərin  (orqanın  spesifik  toxuma  elementləri)  parenxinlə- 
rinin zədələnməsi, ürəyi zədələyən fəal revmatik proseslər və ya 
psixoz vaxtı bu vannaları qəbul etmək olmaz. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə