Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir


yerbəyerdən baş qaldırdı. Həyat məni yenidən sınağa çəkdi. Bu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   90   91   92   93   94   95   96   97   98

 
305 
yerbəyerdən baş qaldırdı. Həyat məni yenidən sınağa çəkdi. Bu 
dəfə  də  kəfəni  yırtdım,  Əzrayilin  cəngindən  kiçik  itki 
(barmaqlarım  deformasiyaya  uğradı)  ilə  yaxa  qurtara  bildim. 
Ulu Tanrı məni bu dəfə də qorudu. Hazırda üç illik ağır yataq 
həyatının törətdiyi fəsadları aradan qaldırmağa çalışıram.  
 
 
 
Azərbaycan Respublikası prezidentinin İcra  
 Aparatının rəhbəri Ramiz Mehdiyev cənablarına 
 
Möhtərəm Ramiz müəllim! 
Çox çalışdım ki, Sizi narahat etməyim, amma son üç ildə 
hadisələr  elə  məcrada  cəryan  etdi  ki,  vaxtınızı  almaqdan  başqa 
çarəm  qalmadı.Məsələ  bundadır  ki,uşaqlıq  illərində  çox  ağır 
şəraitdə yaşadığım üçün (dağıdıcı kolxoz quruluşu, ardınca qanlı 
müharibə illəri, valideyinlərimi erkən itirməyim, aclıq,ağır işlər), 
30 yaşa çatanda ağır xəstələndim.Uzun illər Bakıda və Moskva-
da  aldığım  intensiv  müalicələr  əzablarımı  azaltmadı,  amma 
daxili orqanlarımı bir-bir sıradan çıxartdı. 60 yaşa çatanda artıq 8 
ağır  xəstəlitin  daşıyıcısı  idim.1995-ci  ildə  qüdrətli  yapon  alimi 
K.Nişinin  Sağlamlıq  Sistemi  ilə  tanışlıq  həyatımı  kökündən 
dəyişdi-onun  köməyi  ilə  özüm-özümü  sağaltdım.Düz  10  il 
sağlam,  gümrah  və  bəxtiyar  yaşadım.  Sevincimi  və  qazandığım 
biliyi  xalqımla  bölüşmək,  müxtəlif  xəstəliklərdən  əzab  çəkən 
insanlara  nicat  yolunu  göstərmək  məqsədilə  “Möcüzəsiz 
möcüzə” adlı elmi-publisistik əsər yazdım (kitabın bir nüsxəsini 
Sizə  göndərmişdim),mətbuatda,ekran  qarşısında,efirdə  çıxış 
etdim,təmənnasız 
mühazirələr  oxudum,söhbətlər  apardım, 
ictimai  əsaslarla  “Ana  Təbiət”  adlı  Natural  Gigiyena  mərkəzi 
yaratdım.Millətimə  daha  çox  fayda  vermək,əhalinin  səhiyyə 
mədəniyyətini, xüsusilə də qidalanma mədəniyyətini yüksəltmək 
istəyi ilə mən möhtərəm prezidentimiz İlham Əliyev cənablarına 
məktub  yazdım  və  konkret  təkliflər  verdim.  Əfsuslsr  olsun  ki, 


 
306 
məktubu məndən zəhləsi gedən (dərmanı gözdən saldığıma görə) 
Əli İnsanovun üstünə göndərdilər. Səhiyyə nazirliyindən kim isə 
Quba  Mərkəzi  xəstəxanasının  baş  həkiminə  zəng  vurub  ağızucu 
maraqlanmışdı:“Nə  istəyir?”.Nə  istədiyimi  Əli  İnsanova 
yazdığım  məktubda  açıqladım.Nazirdən  səs  çıxmadı.Lakin 
məktub  nəticəsiz  də  qalmadı:  saxta  və  keyfiyyətsiz  dərmanları 
xalqa sırıyıb varlanan işbazlar orqanizmimi, mənə bəlli olmayan 
üsulla,sıradan çıxartdılar,qəflətən ölüm yatağına düşdüm. Düz 3 
il Əzrayillə cırmaqlaşdım. Qüdrətli Nişi Sistemi bu dəfə də məni 
xilas etdi, kəfəni yenidən yırtdım!..Lakin 3 illik ağır yataq həyatı 
nəticəsiz  qalmadı:barmaqlarım,  dizlərim  deformasiyaya  uğradı, 
hərəkətsiz  qaldım,  iş  qabliyyətimi  itirdim,  sevdiyim  jurnalistlik 
peşəsi  ilə  və  doğma  kollektivlə(“Azərbaycan”  qəzeti  redaksiya-
sı)  vidalaşmalı oldum. 
Əfsuslar  olsun  ki,müasir  tibb  elmi  deformasiyaya 
uğramış  oynaqları  sağaldıb  normal  vəziyyətə  qaytara  bilmir. 
Halbuki  dünya  şöhrətli  naturopat  alimlər  Herbert  Şelton,  Pol 
Breqq,  Norman  Uoker,Katsudzo  Nişi,Abram  Zalmanov  və  bir 
çox  başqaları  bütün  dünyaya  sübut  etdilər  ki,  sağalmayan 
xəstəlik yoxdur, sağalmayan xəstə var. Bunun həqiqət olduğunu 
öz  təcrübəmdən  bilirəm.  Tam  əminəm  ki,  sıradan  çıxmış 
oynaqlarımı  sıraya  qaytara  bilərəm.  Lakin  bunun  üçün  xüsusi 
rejim  lazımdır.  Mən  isə  bu  gün  elə  ağır  şəraitdə  yaşayıram  ki, 
bütün gücümü ölməməyə, bir təhər sağ qalmağa sərf edirəm. Bu 
sətirləri  hərarəti  15  dərəcə  olan  “ən  isti”  otaqda-yataq  otağında, 
yun  yorğanın  altında  yazıram.  Qış  düşəndən  qaz  gəlmir.Maddi 
imkanlarım çox məhduddur.  
Mən 72 il ağır prinsiplərlə yaşamışam. Başıma bu əhvalat 
gəlməsəydi,qalan  ömrümü  də  belə  yaşayacaqdım:kimsəni 
narahat  etmədən  öz  zəhmətimlə  özümü  bir  təhər  dolandıracaq-
dım.Fəqət  indi  əllərim  və  ayaqlarım  mənə  xidmət  edə  bilmir. 
Mən onları cərgəyə qaytarmalıyam!Bunun üçün mənə minumum 
şərait  lazımdır.Söhbət  55  il  xalqına  namusla  xidmət  etmiş  bir 
ziyalının  ölməsindən,yaxud  sağ  qalmasından  getmir.Məsələ 


 
307 
bundadır  ki,bu  gün  deformasiyaya  uğramış  oynaqları  işlək 
vəziyyətə  qaytarmaq  problemi  müasir  tibb  elmi  üçün,  bütün 
bəşəriyyət  üçün  “xərçəng”  problemindən  də  önəmlidir:oynaq 
xəstəlikləri total xarakter daşıyır, dünya iqtisadiyyatına, ayrılıqda 
hər bir ölkənin iqtisadiyyatına astronomik miqyasda zərər vurur. 
Bu  sahəyə  düzgün  xərclənən  vəsait  özünü  min  qat  doğruldar.   
Xüsusi  vurğulamaq  istəyirəm:sağlam  hüceyrə  yaratmağın, 
köhnə  orqanları  cavanlaşdırmağın  yolunu  mən  dəqiq 
bilirəm. Mənə, sadəcə, əlverişli şərait lazımdır. Bu şəraiti isə 
yalnız möhtərəm prezidentimiz və Siz yarada bilərsiniz, əziz 
Ramiz müəllim. 
Xahiş  edirəm  uzun  illər  respublikanın  aparıcı 
mətbuat  orqanlarında  (“Azərbaycan  gəncləri”,  “Molodyoj 
Azerbaydjana”, “Bakinski raboçi”, “Azərbaycan”) qüsursuz 
işləməyimi,millətin 
səhiyyə 
mədəniyyətini 
yüksəltmək 
sahəsində gördüyüm və görmək istədiyim işləri, saf niyətimin 
xalqımıza  verə  biləcəyini  faydanı  nəzərə  alıb,  məni  bu  ağır 
vəziyyətdən  çıxarasınız,  uzun  illər  topladığım  zəngin  tibbi 
biliyi realizə etmək üçün mənə minimum şərait yaradasınız. 
Dərin hörmətlə: 
Ərşad Əzimzadə, 
yazıçı-jurnalist, “Ana Təbiət” Natural 
Gigiyena mərkəzinin rəhbəri. 15.01. 2008. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə