309
çay,yumurta,kolbasa,sosiska,küftə-bozbaş,tort,pirojna, peraşki,
paxlava,şəkərbora,qoğal,şokalad,ölü salatlar,balıq kürüsü və s.
Süfrəsində meyvə və tərəvəz olan ailələr azdır,olanlar da onları
elə formada
qəbul edirlər ki, xeyr əvəzinə zərər verir.
Zəngin süfrə haqqında yuxarıda söz açmışıq,dedik ki,
zəngin süfrə-sağlamlığın bir nömrəli düşmənidir(Pol Breqqin
uşaqlıq illərini yada salın).Elə buna görə də imkanlı ailələrdə
xəstə doğulan və tez-tez xəstələnən uşaqlar kasıb ailələrdən qat-
qat çox olur.Imkanlı ailələrdə çoxlu zülal və şəkər qəbul etmək
xoşbəxtlik sayılır.Əgər kasıblar ərzaq qıtlığından əziyyət çəkirsə,
varlılar da qida bolluğunun altını çəkir və xəstələnirlər.
Insanın öz sağlamlığına vurduğu ən dəhşətli zərbə və ona
Allah tərəfindən verilmiş uzun ömrü gödəltmək istiqamətində
atdığı ən tutarlı addım-
canlı qidanı ölü qidaya çevirmək və
qidaları qarışdırmaqdır.Qarınqululuq və şənbazlıq azarına
tutulan bəzi qadınlar çalışır ki,süfrədə mümkün qədər çox
“dadli” xörək olsun,
fayda haqqında düşünmək belə istəmir.
Şənbaz qadınların böyük canfəşanlıqla bəzədiyi süfrə-ilan zəhə-
rindən qat-qat güclüdür.Fərq ondadır ki, bəzəkli süfrədəki zəhər
orqanizmə kiçik dozalarda daxil olduğu üçün,insanı tədricən və
uzun müddət əzab verə-verə öldürür,ilan zəhəri isə adamın canın
tez qurtarır...Mən böyük zəhmət hesabına qazanılan pulu qoza,
fındığa,badama,şabalıda,meyvə və tərəvəzə verib, bu dəyərli
enerji daşıyıcılarını zəhərə(şəkərbura,paxlava,mürəbbə,cem,tort
və s.) çevirən, hər gün öz ərini və övladlarını öz əlilə zəhərləyən,
üstəlik, ailə büdcəsinə böyük zərbə vuran anaların fəlsəfəsini və
məntiqini heç cürə anlaya bilmirəm!..
Bir çox analar övladının vaxtsız ölümünü “alın yazısı”,
“tale” hesab edir, özünü “qismət beləymiş” sözləri ilə ovundurur.
Bəziləri də bu işdə Tanrını təqsirləndirir, göylərə asi düşür. Belə
çıxır ki,sevimli balasını öz əlilə zəhərləyən ananın heç bir təqsiri
yoxdur.Bəs əslində necədir?Xaliq bizə sağlam və xoşbəxt olmaq,
uzun ömr sürmək üçün hər nə lazımdı, hamısını verib.Sadəcə,biz
haqq yolunu azmışıq,Ana Təbiətin əbədi və dəyişməz qanunları-