Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   90   91   92   93   94   95   96   97   98

 
311 
söylüyə bilərəm.Bunu bilmək üçün peyqəmbər və yaxud münəc-
cim  olmaq  lazım  deyil,peyqəmbərimizin  müdrik  kəlamını  yada 
salmaq  kifayətdir:”Bütün  fəsadların  yuvası  -  mədədir,  bütün 
dərdlərin çarəsi-pəhrizdir”.Yəni, mədəyə “ölü” qida doldursan 
-xəstə  və  bədbəxt  olacaqsan,sağlam  qida  töksən-gumrah  və 
bəxtiyar  olacaqsan...  Üçüncü  yol  yoxdur.Sağlam  və  xöşbəxt 
olmağın yolunu isə əlinizdəki bu kitab aydın göstərib.  
Sonda bir kiçik tövsüyə vermək istəyirəm. Əgər iradəniz 
zəyifdirsə və siz “ölü” qidalardan heç cürə əl çəkə bilmirsinizsə, 
heç  olmasa,aşağıdakı  sadə  prinsipə  əməl  edin:yeməkdən  qabaq 
1-2  stəkan  çiy  suyu  ilıq  şəkildə  qurtum-qurtum  için,  15 
dəqiqədən  sonra  bir  növ  meyvə  yeyin,  30  dəqiqədən  sonra  bir 
nimçə  tərəvəz  salatı  ilə  ürəyiniz  istəyən  xörəyi(qızardılmış 
xörəklər  və  un  xörəkləri  çox  zərərlidir!)  çörəksiz  yeyin.  Çörək-
dən əl çəkə bilmirsinizsə,boyat qara çörəyi başqa bir vaxt tərəvəz 
salatı  ilə  ayrıca  yesəniz,zərəri  az  olacaq.Yeməklə  bərabər  və 
yeməkdən  dərhal  sonra  çay,yaxud  su  içmək-zərərli  vərdişdi. 
Qidaları  heç  vaxt  qarışdırmayın!  Ən  dəyərli  qida  da  qarışanda 
zəhərə  çevrilir.Tərəvəz  salatını  isə,meyvədən  başqa,bütün 
qidalarla bərabər qəbul etmək olar və lazımdır.Gün ərzində kiçik 
fasilələrlə, ilıq şəkildə,qurtum-qurtum 2-3 litr çiy su için.Kifayət 
qədər çiy su içmiyən adam mütləq xəstə olmalıdır. 
 
İndi  isə  bütün  anaları,  xüsusən  də  gənc  anaları  və  ana 
olmağa hazırlaşan cavan qızları bir kamil ananın səmimi və çox 
faydalı  məktubu  ilə  tanış  etmək  istəyirəm.Gənc  ana  Diana   çox 
səmimi  məktubunu-düz  50  il  meyvə  və  tərəvəzlərin  faydasını 
araşdıran qüdrətli Amerika alimi Norman Uokerə ünvanlamışdı. 
Buyurun,oxuyun və faydalanın. 
“Hamilə  idim,  33  yaşımda  ilk  övladımı  dünyaya 
gətirməli  idim.Bir  gün  çox  sevdiyim  tərəvəz  salatı  mənə  
dadsız göründü, elə bil, ağac kəpəyi  yeyirdim.Tamam başqa 
diyetaya  keçdim:gündə  3  dəfə  qreypfrut  və  fındıq  yeməyə 
başladım. Onlardan başqa heç nə istəmirdim. Hamiləliyimin 
birinci, ikinci və üçüncü ayları  belə  keçdi.Dördüncü, beşinci 


 
312 
və altıncı aylarda qreypfrutdan əlavə digər meyvə növləri də 
yeyirdim: gavalı, armud, alma və yabanı meyvələr. Təbii ki, 
söhbət kimyəvi gübrələrlə yetişdirilməyən təmiz meyvələrdən 
gedir.Bir  ədəbiyyatda  oxumuşdum  ki,  moruq  yarpağından 
dəmlənmiş çayı balla içdikdə hamiləlik dövründə yaxşı fayda 
verir.Ona görə də çoxlu moruq yarpağı qurutduq. Bütün qışı 
moruq  yarpağının  dəmləməsini  balla  içirdim.  Bundan  əlavə 
hər  gün  500  qram  kök  şirəsi  içirdim.Hər  hansı  səbəbdənsə 
sidik ifrazatı gecikirdisə, o saat ananas yeyirdim.  
 
Əhvalım  o  qədər  yaxşı  idi  ki,  hamiləliyimin  altıncı 
ayına  qədər  həkimə  müraciət  etmədim.Lakin  valideynlərim 
və  dostlarım,özümü  həkimə  göstərmədiyim  üçün,bərk 
narahat  idilər,təkidlə  həkimə  getməyimi  məsləhət  görür-
dülər.Nəhayət,razılaşdım.Həkim  məni  müayinə  edəndən 
sonra  iki  şeyə  təəccübləndi:  uşağın  ürəyi  bərk  vururdu,  bir 
də  məndə  artıq  çəki  və  bədənin  zəhərlənməsi(токсичность) 
yox  idi.Bəxtim  kəsmişdi:xöşbəxtlikdən  həkim  də  təbii 
doğuma  inanırdı  və  mənim  sadə  natural  qida  qəbul 
etməyimdən çox razı qaldı (əfsuslar olsun ki,Azərbaycanda bu 
cür mütərəqqi  həkimləri barmaqla saymaq olar -Ə.Ə.).  
 
Mən  hər  gün  gəzirdim,  təbii  doğum  üçün  nəzərdə 
tutulan  təmrinləri  yerinə  yetirirdim,  ev  işi  görürüdüm.  Və 
nəhayət,  martın  1-də  Erik  böyük  hay-küylə  işıqlı  dünyaya 
gəldi.  Oğlumun  başı  sıx,  uzun,  qıvrım  saçla  örtülmüşdü. 
Uşağın  saçı  diqqəti  ona  görə  xüsusi  cəlb  etdi  ki,  bizim 
zəmanəmizdə  doğulan  uşaqların  əksəriyyətinin  başında  tük 
ya az olur,  ya da heç olmur. Oğlumun dərisinin gözəl  rəngi 
həkimlərin və şəfqət bacılarının söhbətlərinin əsas mövzusu-
na  çevrilmişdi.  Hamını  təəccübləndirən  həm  də  bu  oldu  ki, 
bu  cür,  həkimlərin  fikirincə,  qeyri-normal  qidalanmağıma 
baxmayaraq, mən Erikə döşümdən süd verməyə qadir idim. 
Əvvəlcə  südüm  az  idi,  sonra  döşlərimdən  bol  və  yağlı  süd 
axmağa  başladı.Mənə  deyirdilər  ki,belə  süd,adətən,  göyüm-
tül və sulu olur. Demək olar, tamam bişmiş qidalardan ibarət 


 
313 
olan  xəstəxana  menyusu,  əlbəttə,  məni  qane  etmirdi,  xahiş 
elədim ki, mənə mətbəxdən yalnız canlı qida versinlər. Şəfqət 
bacıları  daima  narahat  idilər  ki,  mən  kifayət  qədər  zülal 
qəbul  etmirəm,  ona  görə  də  məni,  sözün  əsal  mənasında, 
məcbur  edirdilər  ki,  hər  üç  saatdan  bir  böyük  stəkanla  bir 
süd  içim.Mən  isə  verilən  südü  hər  üç  saatdan  bir  əl-üz 
yuyulan  yerə  tökürdüm.Ərim  və  bacım  hər  gün  bir  litr  təzə 
çəkilmiş kök şirəsi və bir balaca torba fındıq gətirirdi. Mənə 
evdən  gətirilən  quru  meyvələri  xəstəxana  heyəti  “təhlükəli” 
elan  etmişdilər,  deyirdilər  ki,  onları  yesən-uşaqda  ishal  baş 
verəcək.Mən isə bir şeyi anlaya bilmirdim: necə ola bilər ki, 
quru meyvələr uşağa və yaxud mənə ziyan versin? Axı, mən 
onları  on  il  idi,  əsas  qida  kimi,  mütəmadi  olaraq  qəbul 
edirdim.  Məhz  onların  sayəsində  uşaq  ana  bətnində  doqquz 
ay yaxşı inkişaf etmişdi.  
Bu on ildə çox öyrəşdiyim qidaların bol olduğu doğma 
evimizə  qayıtmaq  necə  də  fərəhli  idi!..  Böyük  acgözlüklə 
quru meyvələrin üstünə cumdum. Təbii ki, heç bir pis hadisə 
baş  vermədi.Qəbul  elədiyim  çiy  bitki  qidasının  60  faizini 
meyvələr  təşkil  edirdi.Amma  ilk  günlər  bir  dəfə  möhkəm 
qorxdum:Erikin  bağırsağı  doğuşdan  sonra  hələlik  fəaliyyət-
siz  qalmışdı.Anadan  olandan  beş  gün  sonra  Erik  ilk  dəfə 
normal  vəziyyətdə  “bayıra  çıxdı”,  nə  qəbizlik  vardı,  nə  də 
ishal. Maraq məni götürmüşdü: nə üçün uşağın “stulu” belə 
gec  baş  verir?  Bu,  bizə  aydın  deyildi,  qorxurduq  ki,  bu  hal 
normaya  çevrilə  bilər.Hər  dəfə  uşağı  imalə  edəndə  mən 
təəccüblənirdim.  Biz  südəmər  uşağın  qidası  haqqında  bir 
köhnə kitaba rast gələndən sonra “sirrin” üstü açıldı. Orada 
yazılmışdı  ki,ana  südü  yeyən  uşağın  orqanizmi  qəbul  etdiyi 
qidanı o dərəcədə yaxşı mənimsəyir ki, təzə doğulmuş uşağın 
bağırsağı  7  gün  ərzində  fəaliyyətsiz  qala  bilər  –  burada 
təəccüblü  heç  nə  yoxdur.Erik  ana  südü  əmdiyi  vaxtda  belə 
hallar tez-tez baş verirdi, çünki daima hərəkətdə olan diribaş 
uşaq ana südünü çox gözəl mənimsəyirdi.  


 
314 
 
Erikin  altı  ayı  tamam  olanda  ona  kök  şirəsi  verdik. 
Ilk  “bərk”  qidanı  isə  oğluma  doqquz  ayı  tamam  olanda 
verdik.  Bu  qida  narın  gözlü  sürtgəcdən  keçirilmiş  banan  və 
bir  az  da  avokado  idi.Bundan  sonra  uşağın  “stulu” 
müntəzəm  oldu. Bir yaşı tamam olana qədər Erik banan və 
avokado  yeyir,  kök  şirəsi  içirdi.  Sonra  ona,  tədricən  suda 
isladılmış  və  sürtgəcdən  keçirilmiş  çiy  gavalı  və  qaysı 
verirdik.Tezliklə  mövsümə  uyğun  olaraq  təzə  meyvələr 
yeməyə  başladı.  Erik özü  özünə  qida seçirdi. Bəzən bir  neçə 
gün  ardıcıl  olaraq  yalnız  alma  yeyirdi,  sonra  avokadoya 
keçirdi, ondan sonra başqa meyvələrə.  
Uşağın  qəbul  etdiyi  yeganə  süd  –  yalnız  ana  südü 
oldu. Uşaq 2 il yarım ana südü əmdi. Indi o, kök şirəsi və qoz 
südü  içir  və  meyvə  yeyir.  Oğlum  heç  vaxt  gombul  olmayıb, 
onun  qarnı  böyük  və  vəziləri  şişkin  olmayıb,  selik  ifraz 
etməyib.Dostlarımın  çoxu  öz  övladlarının  qarnını  müxtəlif 
sıyıqlarla doldurur,butulkadan süd verirlər.Uşaqlar, nişasta-
nı  həzm  edə  bilmədikləri  üçün,Allahın  verən  günü  soyuqla-
yır,qrip  tutur,  ağ  ciyərləri  iltihaba  uğrayır,  bədənləri  səpir, 
digər  allergik  xəstəliklərə  tutulurlar.  Bizim  uşağımızda 
bunların heç biri baş vermədi. Çünki biz Təbiətin çox sadə, 
lakin möhkəm qanunlarına dəqiq əməl edirik.  
 
Artıq 1970-ci ildir. Erikin 3 yaşı var. Onun qidası təzə 
və  qurudulmuş  meyvələrdən,  təzə  çiy  tərəvəzdən  və  onların 
şirəsindən, tumlarından və baldan ibarətdir. Oğlum fiziki və 
əqli  cəhətdən  çox  gözəl  inkişaf  edib,  güclü  və  çevikdir,onda  
hər şeyi bilmək marağı çox güclüdür.  
Doktor  Uokerə,yaratdığı  mütərəqqi  metoda  görə  öz 
nəhayətsiz təşəkkürümü bildirirəm.  
Diana Valester Folton”. 
 
 
P.S.  Diana  xanımın-qibtəyə  və  həsədə  layiq  olan  bir 
kamil ananın bu balaca məktubunu bütün yer üzündə yazılmış  
tibb  əsərlərinə  dəyişmərəm.Dünyaya  kamil  vətəndaş  bəxş 


 
315 
etmək,övladını  sağlam  və  bəxtiyar  görmək  istəyən  gənc 
analar,eləcə də ana olmağa hazırlaşan gənc qızlar bu məktub-
dan çox şey götürə bilər. 
Mən  sizə,əziz  analar,”əlvida”  demirəm,”xoş  gördük” 
deyirəm:həmişə  yanınızdayam,buyurun,qaranlıq  nə  varsa, 
hamısını  soruşun.Məni  nə  qədər  çox  narahat  etsəniz,bir  o 
qədər  çox  şərəf  vermiş  olarsınız.  Çünki  millətimizin  “qızıl 
genefondunu” yaratmaq istiqamətində,xalqımızı və bütün Türk 
dünyasını  cismən  və  mənən  güclü  etmək  istiqamətində  iş 
görmək-mənim bütün həyatımın mənasıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
316 
                                MÜNDƏRİCAT                                   səh. 
 
Kitabın ikinci nəşrinə ön söz................................................ 4 
Birinci fəsl  
Bu kitabı niyə yazdım? ........................................................ 10 
Biz kimik? ............................................................................ 11 
Ölü kəfəni yırtdı ................................................................... 13 
Qibtəyə layiq şərəfli həyat ................................................... 25 
Yüz yaşlı cavan .................................................................... 28 
Təsadüf mətinlərə kömək edir ............................................. 31 
İkinci fəsil 
Natural Gigiyena necə yarandı? ........................................... 37 
Natural gigiyenanın prinsipləri ............................................ 39  
Psixika və sağlamlıq ............................................................ 44 
Psixikanın möhkəmləndirilməsi ........................................... 54  
Üçüncü fəsil 
Nişi Sistemi möcüzədir, yoxsa metodologiya? .................... 55  
Katsudzo Nişi ....................................................................... 55 
Çox yemək - adamı az yeməkdən də qoyur ......................... 71 
Sağlam qan! Onu necə yaratmaq? ........................................ 76 
Əzəmətli üçlük: işıq, hava, su .............................................. 77  
Daxilimizdəki laboratoriya necə işləyir? ............................. 80 
Dördüncü fəsil  
Bir daha qidalarımız haqqında ............................................. 82   
Ət haqqında nəyi bilmirik ? ................................................. 86  
Yağ dostumuzdur, ya düşmənimiz? ..................................... 91 
Bəs çörək?  ........................................................................... 92 
Meyvələrin təqsiri yoxdur .................................................... 96 
Qidalanmağın 20 şərti .......................................................... 99 
Menyu fərdi olmalıdır .......................................................... 106  
Zəngin süfrə nə deməkdir?....................................................111 
 
Beşinci fəsil 
Söz – loğmandır, söz – cəlladdır .......................................... 115 


 
317 
Qan dövranı haqqında yeni fikir .......................................... 119 
Qlomus ................................................................................. 126 
Qan təzyiqi ........................................................................... 129 
Ürəyin rolu və funksiyası ..................................................... 130  
Sol mədəciyin əhəmiyyəti .................................................... 132 
Ürək xəstəliklərinə tutulmamaq mümkündür ...................... 133 
Altıncı fəsil 
Katsudzo Nişinin 6 Qaydası ................................................. 134 
Birinci qayda: düz və bərk yataq ......................................... 135 
İkinci qayda: bərk və balaca yastıq ...................................... 139 
Üçüncü qayda: “Qızıl balıq” təmrini ................................... 141  
Dördüncü qayda: Kapilyarların qidalanması ....................... 144 
Beşinci qayda: əllərin və pəncələrin təması ......................... 146 
Altıncı qayda: kürək və qarın üçün təmrin .......................... 151 
Yeddinci fəsil  
Aclıqla müalicə .................................................................... 155 
Xəstələr üçün dieta ............................................................... 160 
Dietanın yeni mərhələsi ....................................................... 164 
Biz Təbiətin bir  parçasıyıq .................................................. 167 
Nədən başlamalı? ................................................................. 169 
Səkkizinci fəsil 
Təmizlənmə. Yoğun bağırsağın təmizlənməsi ..................... 170 
Təcili təmizlənmə ................................................................. 177  
Uoker metodu ilə təmizlənmə .............................................. 177 
Qara ciyərin təmizlənməsi ................................................... 178 
Duz yığıntılarından təmizlənmə ........................................... 179 
Damarların təmizlənməsi ..................................................... 180 
Doqquzuncu fəsil 
Xərçəng-sağalan xəstəlikdir ................................................. 182 
Kontrast hava vannası .......................................................... 190 
Hava ilə müalicə .................................................................. 192 
Kontrast su vannası .............................................................. 193 
Odünyalıq adamlar ............................................................... 195 
Onuncu fəsil 


 
318 
Kapilyaro-terapiya: Zalmanov metodu ilə müalicə ............. 197 
Su ilə müalicə ....................................................................... 200 
İstiliyi artıran vannalar ......................................................... 202  
Hipertermik vannalar ........................................................... 203 
Skipidar vannaları ................................................................ 206  
Ağ skipidar vannaları ........................................................... 206 
Sarı skipidar vannaları ......................................................... 208  
Qarışıq vannalar ................................................................... 209  
Buxar vannaları .................................................................... 210 
Kapilyaro-terapiyanın tətbiqi metodikası ............................ 211  
Əks göstəricilər .................................................................... 215 
On birinci fəsil  
Skipidar vannalarının tətbiqi rejimi ..................................... 216 
On ikinci fəsil 
Vitaminləri harada axtaraq? ................................................. 242 
Duz var -dağıdır, duz var –qurur .......................................... 247 
Həyat əhəmiyyətli elementlər...............................................251 
Ərzaq növlərinin uzlaşması..................................................252 
Ən zəruri qidalar .................................................................. 254  
Kök adamlar üçün menyu .................................................... 256 
Quruculuq dietasının menyusu ............................................ 257  
On üçüncü fəsil 
Vitaminli xörəklər ................................................................ 259 
Çiy şorbalar .......................................................................... 260 
Çiy dəmləmələr .................................................................... 261  
Salatlar üçün əlavələr ........................................................... 262 
Qış tərəvəz xörəkləri ............................................................ 263 
Tərəvəz və göyərtidən hazırlanan yaz qidaları .................... 264 
Tərəvəzdən və otlardan hazırlanan yay–payız salatı ........... 265 
Natural mətbəxin resepti ...................................................... 267 
On dördüncü fəsil 
Kalliziya-jenşendən  qiymətlidir .......................................... 268 
On beşinci fəsil 
Bəs həkimlər nə etsin? ......................................................... 274 


 
319 
Skeptiklərə cavab ................................................................. 276  
İki yol ................................................................................... 282 
On altıncı fəsil  
Məktublar ............................................................................. 284 
On yeddinci  fəsil 
Gənc analara xitab(son söz əvəzi) ........................................ 308  
Mündəricat ........................................................................... 316  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
320 
Ərşad  Əzimzadə 
 
MÖCÜZƏSİZ MÖCÜZƏ 
 
(elmi-publisistik əsər) 
 
Bakı-2009 
 
Dizayn Elxan Heydərov 
                                    
 
Çapa imzalanmışdır: 27.03.2009, Sifariş № 125,Format A5 
Həcmi 32 ç.v. Tiraj 500 nüsxə. Qiyməti müqavilə ilə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
321 
 
 
         Səkkiz  ağır  xəstəlikdən(“Bexteryev  xəstəliyi”,  stenokar-
diya,  mədə  xorası,  şəkərli  diabet  və  s)  30  il  əzab  çəkən  yazıçı-
jurnalist Ərşad Əzimzadə gənc yaşlarında iş qabliyyətini tamam 
itirərək,  1-ci  qrup  əlil  kimi,  təqaüdə  çıxmalı  olmuşdur.  Sağlam-
lığını qaytarmaq üçün daima çarə axtaran Ə.Əzimzadə, nəhayət, 
1995-ci  ildə,  60  yaşı  tamam  olanda  şəfa  yolunu  tapmışdır. 
Dünyanın  qüdrətli  naturopat  alimlərinin  təlimləri  ilə  yaxından 
tanış  olan  xəstə  dava-dərmansız,təbii  üsullarla  8  ağır  xəstəliyi 
müalicə  etmişdir.Yazıçı-jurnalist  doğma  xalqını  və  bütün  Türk 
Dünyasını  sağlam  və  xoşbəxt  görmək  istəyi  və  ümidi  ilə 
“Möcüzəsiz  möcüzə”  adlı  elmi-publisistik    əsər  yazmış,  ”Ana 
Təbiət”  Natural  Gigiyena  mərkəzi yaratmış,bütün xəstəliklərə 
qalib  gəlməyə  qadir  olan  Sağlam  Həyat  tərzini  geniş  təbliğ 
etməyə  başlamışdır.Əsər  işıq  üzü  gördüyü  ilk  gündən  geniş 
papulyarlıq  qazanmış,  kitab  “piratlarının”  diqqətini  özünə 
çəkmişdir.  Kitabın  qeyri-rəsmi  çap  tirajı  artıq  bir  neçə  milyon 
nüsxəni keçmişdir. 


 
322 
 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə