12
Fəqət, insan heç vaxt özünü görə bilmir. Olsa-olsa öz hüsnünü-
camalını, dərisini, boyunu, qaş-gözünü görə bilir. Çünkü ayna
qabağında dayanan insan heç vaxt öz daxilinə nəzər salmağa
təşəbbüs göstərmir. Daxili onu az maraqlandırır, bəlkə də heç
maraqlandırmır. Daxili yalnız mədəsi, ürəyi, qara ciyəri, yaxud
başqa bir orqanı şıltaqlıq edəndə,gecələr yatmağa,gündüzlər
oturmağa qoymayanda,öd kisəsində,böyrəklərində al-əlvan
daşlar əmələ gələndə yada düşür.Dünya şöhrətli (bizə isə bu
çağacan bəlli olmayan!!!) dahi yapon alimi Katsudzo Nişi isə
öz daxilimizə gündə bir neçə dəfə nüfuz etməyi məsləhət görür.
“Nişi kimdir” sualına cavab verməzdən əvvəl,gəlin,
Şeytanın qıçını sındırıb, ömrümüzdə heç olmasa bircə dəfə
özümüzə kənardan,təhlil və tənqid prizması altında baxaq.
Əgər bunu etmiş olsaq,yəni,özümüzə kənardan baxsaq, diqqət-
mizi çəkən ən qabarıq məsələ bu olacaq:hər birimiz, ağlımız
kəsən gündən,heç nəyin fərqinə varmadan,ümumi axına
qoşulub,bozbulanıq kütlə gedən səmtə getmişik. Buna bir
əzəmətli ad da vermişik:”yaşayırıq”. Yaşayırıqmı?.. Bəlkə
düzünü deyək:sürünürük.“Ah-uf” içində,it zülmüynən qazan-
dığımız pulları dava-dərmana xərcləyə-xərcləyə,Ana Təbiətin
müqəddəs Qanunlarını tapdalaya-tapdalaya, onları dəyişməyə
cəhd göstərə-göstərə sürünürük.Hərdən, zavallı Don Kixot kimi,
“Təbiəti özümüzə tabe etdirmək” kimi xam xəyala da düşürük.
Buna görə də “Təbiət” adlı qadir hakim əlindəki əmudla başı-
mıza elə bir ağır zərbə vurur ki,siqaretin,içkinin,yağlı kababın,
şirniyyatın,kolbasanın,saqqızın,daha nə bilim nələrin təsirindən
kütləşmiş olan ağlımız diksinib, oyanır.Ayilan kimi həyacan
təbili çalır: “Vəziyyətim ağırdı! Məni xilas edin!”. Fikir verin: -
məhz insan özü-özünü qeyri-sağlam həyat tərzinin köməyi ilə
qırx ərşin quyunun dibinə salır,amma istəyir ki,onu quyunun
dibindən özü deyil,kim isə bir başqası çıxartsın.Bundan da
böyük qəribəlik budur ki,düşdüyü ağır vəziyyət üçün əsl
səbəbkardan-yəni özündən başqa kimi desəniz təqsirləndirir:
“ağır taleyi”,ictimai qurluşu,iqtidarı,təbibləri,deyingən qayna-
13
nanı, kasıbçılığı, televiziya şirkətinin rəhbərliyini...Di gəl,bir
sualı özümüzə vermək heç vaxt ağlımıza gəlmir:seçdiyim
həyat tərzi sağlamdırmı? Bir vaxtlar bütün əzəməti və zəhmi
ilə qarşımı kəsən,yaxamdan tutub məni bərk-bərk silkələyən
həmin sualla,əziz oxucum,indi mən sənə müraciət etmək
istəyirəm:seçdiyin həyat tərzi sağlamdırmı?
İndi isə gəlin daha bir vacib sualın üstünə qayıdaq:
xəstəlikdən dava-dərmansız yaxa qurtarmaq mümkündürmü?
Bu taleyüklü sualın cavabını hələ XX əsrin birinci yarsında
dahi Yapon alimi Katsudzo Nişi böyük qətiyyətlə və birmənalı
vermişdir:bəli, bütün xəstəlikləri,o cümlədən,xərçəngi də
dərmansız müalicə etmək mümkündür!Bu,hələ harasıdır,
insan öz həyatının son gününədək bircə dəfə xəstələnməyə də
bilər, indikindən 2-3-5 qat artıq ömür sürər.Bunun üçün, sadəcə,
professor K.Nişinin yaratdığı Sağlamlıq Sisteminin tələblərini
dəqiq yerinə yetirmək bəs edər.
ÖLÜ KƏFƏNİ YIRTDI
Qonşu otaqda xəlvəti yas mərasimi qurulmuşdu:
yaxınlarım xısın-xısın mənə ağı deyirdilər.Nə qədər cəhd
etsələr də,içlərində qaynayan hıçqırtını boğa bilmirdilər.Ağır
dərdin-məni erkən itirmək təhlükəsinin dərin kədəri sinələrini
deşib, hıçqırtı şəkilində çölə çıxır, divardan keçib, bu biri otağa
dolur, qulaqlarıma,oradan da beynimə soxulurdu.Mübtəla oldu-
ğum ağır xəstəliyin rəzil xislətini də,meyid halına düşmüş
cismimin müqavimət göstərmək qabliyyətini itirməsini də,
məni müalicə edən yüksək titullu təbiblərin və bütövlükdə tibb
elminin acizliyini də yaxşı dərk edirdim.Amma həyatdan belə
tez-gəncliyi başa vurmadan getməyi heç cür ağlıma sığışdıra
bilmirdim.Nə görmüşdüm bu dünyada? Nə yaşadım ki,nə də
görəm!Yaxşı deyiblər:“Yetimin ağzı aşa çatanda başı daşa
çatar”...Qonşu otaqdan gələn boğuq hıçqırtılar qulağıma
pıçıldayırdı:hazırlaş, tezliklə öz dünyanı dəyişəcəksən.
14
Həftədə iki dəfə konsiliuma toplaşan,məni sağaltmaq
üçün baş sındırıb çarə yolları arayan, tez-tez müalicə sxemini
(mənə verilən dərman kompleksini) dəyişən,lakin istənilən
nəticəni ala bilməyən dazbaş professorların,yarım-daz dosent-
lərin,yaşlılardan nəsə götürmək istəyən gur saçlı cavan həkim-
lərin məzlum baxışlarını gözümün qabağına gətirdikcə,onların
inamsız təkliflərini yada saldıqca,qonşu otaqdan gələn boğuq
hıçqırtıların təsiri güclənirdi,dərk edirdim ki,bu qızmar yay
günü məni Bakıdakı Semaşko adına klinikadan xərəklə
çıxardıb,atam uyuyan Məmər kəndinə,bacımın evinə məhz ona
görə gətiriblər ki,son günlərimi doğma el-obamda keçirim,
əbədiyyətə öz doğma torpağımda qovuşum.Belə insafsız, belə
ədalətsiz hökmü qəbul edə bilmirdim. Mən ölmək istəmirdim,
yaşamaq istəyirdim. Özü də çox güclü istəyirdim.
Bir fransız aliminin “Zdorovye mira” adlı beynəlxalq
jurnalda dərc olunmuş məqaləsi ümüd şamını zəyif formada
olsa da qidalandırır,sönməyə qoymurdu:“Artrit xəstəlikləri
insanları çox nadir hallarda öldürür.Amma çoxlu insanı şikəst
qoyur və dünya iqtisadiyyatina olduqca böyük zərbə vurur”. Bu
kəlmələrin “ətəyindən” bərk-bərk yapışdım.Razıydım:qoy
şikəst olum, amma belə tez ölməylm...
Ümid şamı sönmədi!Yüksək titullu təbiblərin, predniza-
lon, natrium solisilat turşusu və aspirin kimi güclü preparatların
başara bilmədiyini Ana Təbiət,doğma elimin adamları,bir də
hamının böyük hörmətlə “Əbil həkim ” deyə müraciət etdiyi
adi kənd feldşeri başardı.İşkəncələrlə dolu olan ağır müharibə
illərinin formalaşdırdığı möhkəm iradə də,heç şübhəsiz,öz
böyük rolunu oynadı.Bunlar hamısı birləşib möcüzə yaratdılar:
kəfəni yırtdım!..
Kiməsə faydası dəyə biləcəyini nəzərə alaraq, həyatımın
ağrı və işgəncələrlə dolu olan həmin kəsiyini bir qədər
çözələmək istərdim.
Gözünüzün qabağına Qubadlının qızmar günəşli aran
kəndini-Məməri gətirin.Qızmar yay günəşi adamın beynini ox
Dostları ilə paylaş: |