Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   4   5   6   7   8   9   10   11   ...   98

 
26 
deyən  alim  özünü  pis  vərdişlərdən  qətiyyətlə  təmizlədi,  ciddi 
səy  göstərib,  min  bir  əziyyətə  qatlaşıb,  mükəmməl  vərdişlər 
qazandı,Təbiət  qanunlarını  başı  üstə  müqəddəs  bayraq  tək 
tutaraq,tam  sağlam  və  gümrah  yaşadı.Sübh  tezdən,Təbiət  oya-
nanda  yerindən  qalxardı,isti  aylarda  dağlarda  qaçardı,soyuq 
aylarda,delfin kimi,mavi sulara baş vurardı-serfinq(taxta xizək) 
sürərdi.Hər  gün  xeyli  vaxt  başı  üstə  dayanıb,ayaqlarını  göyə 
qaldırardı,hər axşam rəqs meydançasına gedib,rəqs edər, özün-
dən  deyən  handa  bir  cavanı  yorardı.Dilinə  “ölü”  qida(bişmiş 
xörək,konservləşdirilmiş,duza  və  şəkərə  qoyulmuş,qurudul-
muş  ət  və  balıq,  fabrik  və  zavodlarda  istehsal  olunan  ərzaq), 
papiros,spirtli  içkilər,kololar,fantalar  vurmazdı.Yalnız  meyvə-
tərəvəz,tumlar,zoğlar,köklər  yeyərdi,gündə  3  litrə  qədər  çiy 
suyu  qurtum-qurtum  içərdi.Bir  müdrik  kəlamı  təkrarlamaqdan 
doymazdı:“Biz-nə  yeyiriksə,oyuq”.Mənası  belədi:“ölü”  qida 
yeyən  adam-xəstədir,iradəsizdir,yaltaq  və  qorxaqdır,acgözdür, 
paxıldır,qəddardır,şənbazdır,“canlı”  qida  (çiy  meyvə-tərəvəz) 
yeyən adam isə mənən və cismən sağlamdır, güclüdür, kamildir, 
xeyirxahdır,şən  və  nikbindir,qeyri-adi  təfəkkürə  və  yaddaşa 
malikdir, mənəviyatı safdır, əxlaqı təmizdir. 
Təbii qidalarla qidalanmasına baxmayaraq, dünyada baş 
verən dəhşətli katoklizmaları,havanın,suyun,torpağın insan tərə 
-findən  xususi  qəddarlıqla  zəhərləndirilməsini  nəzərə  alan 
alim,öz  orqanizmini  mütəmadi  olaraq  təmizləyərdi:həftədə  bir 
sutka,  bundan  əlavə-ayda  3  sutka  və  rübdə  7-10  sutka  aclıq 
keçirərdi.Bu  halda  bağırsaqları  və  toxumaları  suni  üsullarla 
təmizləməyə ehtiyac qalmırdı. 
Bir  vacib  məqamı  xususi  vurğulamaq  istəyirəm.Bütün 
dünyada,o cümlədən,süfrəsinin zənginliyi ilə qürrələnən bizim 
yeyimcil məmləkətdə qəbizlikdən və ishaldan çoxlu adаm əzab 
çəkir  və  bu  zavallıların  sayı  sürətlə  artır.Qəbizlik  də,ishal  da 
mədə-bağırsaq  traktının  pis  işləməsinə  dəlalət  edir.Bu  da,öz 
növbəsində,düzgün  qidalanmamаğın  acı  nəticəsidir.Zibilli 
bağırsaq  hər  cür  xəstəliyin  rahat  törəməsi  üçün  gözəl  bazadır. 


 
27 
Ona  görə  də,Pol  Breqq  yalnız  təbii  qidaları  yeməyi  məsləhət 
görürdü.Öz  bağırsağını  hər  vaxt  təmiz  saxlayırdı.Qida  qəbul 
etdikdən  bir  saat  sonra  bağırsağın  mükəmməl  boşalması  baş 
verməsəydi,alim bərk narahat olurdu,xüsusi təmrinlərin köməyi 
ilə boşalmanı təmin edirdi. 
Qüdrətli  naturopat  alim  öz  cismini  və  ruhunu  elə 
formalaşdırmışdı ki, cüzi miqdarda faydalı qida qəbul etməklə 
kifayət qədər enerji toplaya bilirdi,on adamın işini görürdü. Nə 
şaxta, nə də qızmar Günəş ona pis təsir göstərə bilirdi. Alim 40 
dərəcə  şaxtadan  40  dərəcə  istiyə  və  əksinə  çox  rahat  keçirdi. 
Çünkü  vücudunda  kifayət  qədər  kalsium  olurdu.  Bu  element 
bədəndən  kənarda  mövcud  olan  temperaturanı  daxili  tempera- 
tura ilə çox gözəl tənzimləyir. 
86  yaşlı  alim,bütün  dünyanı  heyrətləndirən,çox  qəribə 
bir  eksperiment  keçirmişdi:dünya  rekordsmenlərindən  ibarət 
olan gənclər komandasını yarışa çağırdı-gəlin,yayın günü payı-
piyada  Saxara  səhrasından  keçək.Dünyanın  ən  güclü  idmançı-
larından  heç  biri  gedib  finişə  çata  bilmədi,ahıl  alim  odlu 
səhradan  tək-tənha  keçməli  oldu.Sağlam  həyat  tərzinin  böyük 
xariqələr yaratmağa qadir olduğunu dünyaya əyani göstərdi. 
Zəngin biliyə malik olan pr. Breqq elmi əsaslarla sübut 
etdi  ki,insan  düzgün  qidalansa,sağlam  həyat  tərzi  keçirsə,900 
ildən çox yaşıya bilər.Alim  150 il  yaşamağı qarşısına məqsəd 
qoymuşdu.Əlbəttə,həyatı  verən  də  Tanrıdı,alan  da.  Görünür, 
böyük alimin alnına 150 il yaşamaq yazılmamışdı.95 yaşlı alim, 
həmişəki kimi, bir şaxtalı qış günü okeanda serfinq sürürdü. Bu 
vaxt    güclü  qasırğa  qalxdı,alim  faciəli  şəkildə  həlak  oldu.  Bu 
nadir  insan  xəstəlik  yatağında  deyil,şaha  qalxmış  dalğaların 
qoynunda  can  verdi,dünyaya  sübut  etdi  ki,insan  xəstələnməyə 
bilər,ölən  günə  qədər  gənc  və  sağlam  qala  bilər.95  yaşlı 
“qocanın” cəsədini yaran təbiblər öz dərin heyrətlərini gizlədə 
bilmədilər:qocanın  ürəyi,damarları,vətərləri,sümükləri  18  yaşlı 
cavanınkından sağlam və elastik idi! 


 
28 
Təkcə  bir  ölkəyə  deyil,bütün  dünyaya  mənsub  olan 
planet  vətəndaşı  Pol  Breqq  13  dəfə  Yer  kürrəsini  dolaşdı, 
müxtəlif  ölkələrdə  biri-birindən  maraqlı  mühazirələr  oxudu. 
Hər dəfə də eyni fikiri vurğuladı:“Gödən-səfehdir, ona qulaq 
asmayın!”.  İnsanpərvər  alim  ürəkdən  istəyirdi  ki,  “yaşamaq 
üçün  yeyənlərin”sayı  çoxalsın,onlar  “yemək  üçün  yaşayan-
ları”  üstələsin.Tam  əmin  idi  ki,beıə  olsa,planetimizdə  əmin-
amanlıq,sakitlik,dinclik,rahatlıq  bərqərar  olar,insanlar  dünya 
malına görə bir-birini boğazlamaz,didməz,parçalamaz, qırmaz... 
Əfsuslar  olsun  ki,böyük  alimin  arzusu  bu  gün  də  bir 
arzu  olaraq  qalır.İndi  dünyada,insanı  iblisə  çevirən  biznesin 
pressinqi  altında  əks-proses  gedir:yemək  üçün  yaşayan  qarın- 
quluların  sayı  günbəgün,  saatbasaat  artır.Qarınqululuq  bəlası 
özü  ilə  bərabər  ağır  xəstəliklər,qanlı  müharibələr  və  dəhşətli 
təbii fəlakətlər gətirir.İnsanın başına yağan faciələr çoxalır.                                                     
 
YÜZ  YAŞLI  CAVAN 
 
Moskvada  keçirilən  Ümumdünya  marafon  yarışının 
təşkilat  komitəsinə  bir  dəri,bir  sümükdən  ibarət  olan  ahıl  bir 
kişi müraciət etdi-marafonda iştirak etməyə icazə istədi. Komi-
tə  üzvləri  maraqlandılar:“Neçə  yaşınız  var?”.  Cavab  hamını 
heyrətləndirdi:“Səksən iki?.. Ola bilməz!”. Qıvraq kişiyə olsa-
olsa 50 yaş vermək olardı.Lakin elə 50 yaşın özü də marafonda 
iştirak  etmək  üçün  çox  idi.Mixail  Mixailoviç  Kotlyarov  rədd 
cavabı aldı.Görünür,komitə üzvləri bu arıq qocanın taleyindən 
və  xarakterindən  bixəbər  idilər.Yoxsa  “yox”  deməzdilər. 
Komitə  üzvləri  çox  güclü  pressinq  qarşısında  güzəştə  getməli 
oldular.Lakin  kişinin  sinnini  nəzərə  alaraq,ona  yalnız  10  kilo-
metr  məsafəyə  qaçmağa  icazə  verdilər.82  yaşlı  M.  Kotlyarov 
onu uğurla qət etdi. 
Səni,əziz  oxucum,kəfəni  yırtmış  daha  bir  maraqlı 
adamın keçdiyi girintili-çıxıntılı yolla yaxından tanış etməzdən 
əvvəl,istərdim  ki,tək  bir  anlığa  gözünü  sətirlərdən  ayırıb, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə