Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə2/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   2   3   4   5   6   7   8   9   ...   32

 
 
~ 6 ~ 
 
bilər.  Ən  başlıcası  isə  odur  ki,  bölgənin  etnodemoqrafik 
durumu  bir  çox  hallarda  hakim  siyasi  qüvvənin  strateji 
maraqlarına  uyğun  olaraq  süni  yollarla  dəyişdirilir.  Başqa 
sözlə bölgənin əhalisinə qarşı bəlli bir etnodemoqrafik siya-
sət aparılır. Bəzən bu siyasət deportasiya və soyqırım kimi 
anti-humanist,  zoraki  üsullarla  aparılmış  və  birdən-birə 
əhalinin  etnik  siması  kökündən  dəyişdirilmişdir.  Ancaq 
İkinci  Dünya  Müharibəsindən  sonra  dünyada  gedən  siyasi 
proseslərin  nəticəsi  olaraq  belə  üsullarin  tədbiqi  kəskin 
şəkildə azalmış və  yerini üstüörtülü, maskalanmış üsullara 
vermişdir.  
Azərbaycan 200 yüz ilə yaxındır ki, məhz, bu tip etno-
demoqrafik siyasətlərin hədəfindədir. Bunun nəticəsi olaraq 
Azərbaycan bir çox tarixi-etnik ərazilərini deyure itirmiş və 
20  ildir  ki,  Qarabağın  ermənilər  tərəfindən  işğalına  məruz 
qalmışdır. Elə buna görə də Azərbaycanda etnodemoqrafik 
proseslərin  öyrənilməsi  olduqca  aktualdır.  Bizim  fikri-
mizcə,  əsrlər boyu Azərbaycanın  yerli əhalisinə qarşı  apa-
rılan  qərəzli  etnodemoqrafik  siyasətin  iç  üzü  açılmadan, 
incəlikləri  üzə  çıxarılmadan  Qarabağ  probleminin  yaran-
ması  köklərinin  və  səbəblərinin  tam,  dolğun  şəkildə  orta-
lığa çıxarılması  mümkün deyil. Unutmaq olmaz ki, Ermə-
nistan siyasilərinin və erməni lobbisinin Azərbaycana qarşı 
apardıqları  informasiya  müharibəsində  istifadə  etdikləri  ən 
başlıca  arqumentlərdən  biri  etnodemoqrafik  faktordur.  Bir 
sözlə,  erməni  saxtakarlıqlarının  ifşa  edilməsi  və  Azərbay-


 
 
~ 7 ~ 
 
canın  diplomatiyasında  gərəkli  uğurların  əldə  edilməsi 
üçün  Azərbaycanda  etnodemoqrafik  proseslərin  daha 
dərindən öyrənilməsinə böyük ehtiyac vardır. Eyni zaman-
da Azərbaycanda  milli azlıqların və etnik qrupların sosial-
iqtisadi, milli-mədəni inkişafını təmin etmək, millətlərarası 
münasibətləri tənzimləmək və onların bir-biri ilə harmonik 
bağlılığına  nail  olmaq  üçün  etnodemoqrafik  tədqiqatların 
aparılması olduqca vacibdir.  
 
 
Bütün  yuxarıda  deyilənləri  nəzərə  alaraq,  biz  təqdim 
etdiyimiz  bu  əsərdə  19-cu  yüzilliyin  sonlarından  başlamış 
bugünə  qədərki  müddəti  əhatə  edən  dövrdə  Azərbaycan 
Respublikasının  etnodemoqrafik  inkişafında  baş  verən 
önəmli  dəyişiklikləri  və  hadisələri  sosial-iqtisadi  və  etno-
siyasi  baxımdan  araşdıraraq  baş  vermə  səbəblərini  və 
onlara təsir edən amilləri üzə çıxarmağı qarşımıza  məqsəd 
qoymuşuq.          


 
 
~ 8 ~ 
 
Azərbaycan Respublikası əhalisinin sayının dinamikası                  
ona təsir edən amillər 
2012-ci  ilin  yanvar  ayına  olan  rəsmi  məlumata  görə, 
Azərbaycan  əhalisinin  sayı  9.235  min  nəfər  olmuşdur. 
2009-cu ilin aprelin 13-də keçirilmiş əhali sayımının rəsmi 
məlumatlarına  görə  isə  Azərbaycan  Respublikasında 
8.922,3  min  nəfər  əhalinin  yaşadığı  təsbit  edilmişdir.  Hal-
hazırda  əhalisinin  sayına  görə  Azərbaycan  Respublikası 
Avropanın 19-cu ölkəsi olmuşdur. 2009-cu ildə 1989-cu ilə 
nisbətən  Azərbaycanın  əhalisi  1.901,1  min  nəfər  və  ya 
27,1% artmışdır. Orta illik artım 95,1 min nəfər və ya 1,2% 
təşkil  etmişdir.  Azərbaycan  Respublikasının  demoqrafik 
inkişafı son 110 ildən artıq bir dövrdə gedən sosial-iqtisadi 
və  siyasi  proseslərin  xarakterindən  asılı  olaraq  güclü 
dəyişikliklərə  məruz  qalmışdır.  Bu  dövrdə  Azərbaycanın 
etno-demoqrafik durumu da intensiv olaraq böyük dəyişik-
liklərə uğramışdır. 
Azərbaycanda  əhalinin  sayı  və  tərkibinin  müəyyən 
edilməsinə  qədim  zamanlardan  təşəbbüs  göstərilmiş  və 
bəzən  onun  qeydiyyata  (uçota)  alınmasına  da  cəhd 
edilmişdir.  Əhalinin  qeydiyyata  alınması  18-ci  əsrdə  daha 
ardıcıl  və  geniş  miqyas  almağa  başladı.  Bu  dövrdə 
dünyanın inkişaf etmiş bir sıra ölkələrində əhalinin demoq-
rafik  baxımdan  öyrənilməsinə  maraq  daha  da  gücləndi. 
Nəhayət,  1790-cı  ildə  ABŞ-da,  1800-ci  ildə  İsveç  və 
Finlandiyada, 1801-ci ildə İngiltərə, Danimarka, Norveç və 


 
 
~ 9 ~ 
 
Fransada  indiki  standartlara  uyğun  gələn  ilk  əhali 
sayımları  (əhalinin  siyahıya  alınması;  bax:  Qeyd
keçirildi
2
.  Bu  da  öz  növbəsində  demoqrafiyanın  daha 
mükəmməl  bir  elm  kimi  formalaşmasına  və  inkişafına 
təkan verdi. Belə ki, demoqrafik araşdırmaların aparılması 
üçün  əhali  haqqında  vacib  olan  fundamental  statistik 
məlumatlar,  məhz  əhali  sayımları  nəticəsində  əldə  edilmiş 
məlumatlardan ibarətdir. 
                                                 
2
Демографический энциклопедический словарь, Москва, «Совет-
ская энциклоредия», 1985, ст.321. 
Qeyd:  Əsərdə  “əhali  sayımı”  termini  ədəbi  dilimizdə  geniş  yer  almış 
“əhalinin siyahıya alınması” termininin əvəzinə işlənilmişdir. Belə ki, 
“əhalinin  siyahıya  alınması”  termini  rus  dilində  işlədilən  “perepis 
naseleniya”  termininin  uğursuz  hərfi  tərcüməsi  nəticəsində  əmələ 
gəlmişdir.  Rus  dilindəki  “perepis”  kəlməsi  yenidən  yazmaq  mənasını 
daşıyan  “perepisat”  felindən  yaranmışdır.  Rusiyada  bir  neçə  yüz  il 
öncə  formalaşmış  bu  termin  o  dövrdə  vergi  nəzarəti  məqsədilə  əha-
linin  uçota  alınması  mənasını  daşıyirdı.  O  dövrdən  miras  qalmış 
“perepis naseleniya” termini müasir rus dilində demoqrafik bir termin 
kimi  qəbul  edilmiş  və  heç  də  əhalinin  siyahıya  alınması  mənasını 
daşımır. Bilindiyi kimi “əhalinin siyahıya alınması” anonim aparılır və 
son məqsəd bəlli bir təqvim günündə əhalinin sayı haqqında ayrı-ayrı 
aspektlərdə  (məsələn,  yaşayış  məntəqələrinə,  yaşına  və  cinsinə, 
milliyətinə,  ana  dilinə,  təhsilinə  və  s.  görə)  məlumat  toplamaqdır. 
Toplanılan  məlumatlar  statistik  rəqəmlər  halına  gətirildikdən  sonra 
“siyahıya alma” vərəqələri ləğv edilir. Onu da xatırladaq  ki, Avropa 
dillərinin  əksəriyyətində  hərfi  tərcüməsi,  məhz  əhalinin  sayılması 
mənasını daşıyan termındən istifadə edilir. Bizim fikrimizcə “əhalinin 
sayımı”  daha  yığcam  və  anlamlı  olmaqla  ədəbi  dılımızdə  əhalinin 
doğumu, ölümü, artımı kimi demoqrafik terminlərlə yanaşı işlədilməsi 
daha məqsədəuyğundur. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə