~ 124 ~
Həmin
günlərdə
Moskvanın
anti-Azərbaycan
təbliğatına aldanan və Azərbaycan xalqının Rusiyaya qarşı
hiddətindən təşvişə düşən Bakılı ruslar və onlara yaxın olan
rusdilli etnik qrupların nümayəndələri arasında da
Azərbaycanı tərk edib Rusiyaya gedənlər oldu. 1991-ci ildə
SSRİ-nin
dağılması
və
bütün
müttəfiq
Sovet
respublikalarının, o cümlədən Azərbaycanın milli istiqla-
liyyətlərini elan etməsi də həmin dövlətlərdə yaşayan rus
əhalisi və onlara yaxın olan rusdilli əhali tərəfindən
birmənalı qarşılanmadı və onlar arasında Rusiyaya
miqrasiya edənlərin kəskin şəkildə artmasına səbəb oldu.
Eyni zamanda SSRİ-nin dağılması Qarabağ müharibəsinin
şiddətlənməsi ilə müşayiət olundu. DQMV-də azərbaycanlı
kəndləri bir-birinin ardınca erməni təcavüzünə məruz qaldı.
Beləliklə on minlərlə azərbaycanlı artıq öz ölkələri
daxilində qaçqın vəziyyətinə düşürdü. Bu ərəfədə
Ermənistanda Nüvədi kəndində yaşayan sonuncu azərbay-
canlılar da ev-eşiklərini tərk edərək qaçqınlar cərgəsinə
qoşuldular. 1992-ci il 26 fevral tarixində isə erməni
quldurları Xankəndidə yerləşən rus polku ilə birlikdə
Xocalı şəhərinin əhalisinə qarşı soyqırım aksiyasını
törətdilər (bax:səh.41). Onlar bir gecədə yaşından və
cinsindən asılı olmayaraq, minə yaxın insanı azərbaycanlı
olduğuna görə qətl edərək misli görünməmiş anti-bəşəri bir
cinayətə imza atdılar. Çox keçmədi ki, ermənilər Şuşa
şəhərini də işğal etdilər və bununla da DQMV-də yaşayan
~ 125 ~
50 min nəfər azərbaycanlı əhalisi bütünlüklə bu ərazidən
qovulmuş oldu.
Ermənistanın və bəzən də Azərbaycanın üstünlüyü ilə
davam edən və on minlərlə insanın ölümü ilə müşayiət
olunan Qarabağ müharibəsi 1994-cu ildə qarşılıqlı atəşkəs
razılaşması ilə dayandırıldı. Sonunda bu müharibə
Azərbaycanın daha 5 inzibati rayonunun tamamilə və 2
rayonunun böyük hissəsinin erməni işğalçıları tərəfindən
zəbt olunması ilə nəticələndi. Eyni zamanda Sədərək və
Qazax rayonlarının da bir neçə kəndi işğal olundu. Qaldı ki,
Azərbaycan tərəfi də bu müharibədə keçmiş Şaumyan
rayonu və Xanlar rayonunun cənub hissəsini erməni
separatçılarından azad edərək bu ərazilərdə öz haki-
miyyətini sonadək qoruya bildi. Bu bölgənin 20 min
nəfərdən çox sayı olan erməni əhalisi isə Azərbaycan
hakimiyyətini qəbul etməyərək buranı tərk etdi. Bütövlükdə
isə DQMV və onun öz ərazisini 2 dəfə aşan digər
Azərbaycan torpaqları Ermənistanın işğalı altında qaldı.
İşğal olunmuş bu bölgələrdə və təmas xəttinə yaxın olan
yaşayış məntəqələrində yaşayan yüz minlərlə əhali isə
daimi yaşayış yerlərini tərk etməyə məcbur oldu və köçkün
vəziyyətinə düşdü. Beləliklə, Azərbaycanda yaşayan qaçqın
əhalisinin sayı 900 min nəfərə qədər yüksəldi. Qeyd edək
ki,
hal-hazırda
dünyada Azərbaycandan başqa
əhalisinin 10%-dən çoxunun qaçqın olduğu ikinci bir
ölkə yoxdur.
~ 126 ~
Birdən birə bu qədər insanın ömrü boyu əldə etdiyi
yaşayış vasitələrindən məhrum olması, vərdiş etdiyi ekoloji
çevrədən və həyat tərzindən qopması və başqa maddi-
mənəvi zərbələrə məruz qalması şübhəsiz ki, onlar arasında
demoqrafik göstəricilərin də kəskin şəkildə pisləşməsinə
səbəb oldu. Belə ki, son vaxtlaradək əksəriyyətinin çadır
şəhərciklərində yaşadığı qaçqınların yaşlı hissəsi arasında
ölüm yüksəldi, yeni ailələrin qurulması tormozlandı və
doğum kəskin aşağı düşdü. Eyni zamanda bu qədər əhali
resursunun Azərbaycan üçün iqtisadi yükə çevrilməsi və
böyük bir ərazinin işğal altında qalması ölkənin iqtisadi
potensialının olduqca zəifləməsinə səbəb oldu. Digər
tərəfdən SSRİ-nin dağılması və sosialist sistemindən azad
bazar iqtisadiyyatına keçidlə bağlı olaraq keçmiş iqtisadi və
ticari əlaqələrin pozulması, Azərbaycanın qapalı bir bölgə
halından çıxaraq dövlətçilik təcrübəsi olmadan müstəqil
dövlət kimi dünyaya açılması, öz iqtisadiyyatını dünya
standartlarına uyğunlaşdırmaq məcburiyyətində qalması və
siyasi hakimiyyət uğrunda baş verən ölkə daxili
çaxnaşmalar inflyasiyanın sıçrayışla artmasına və iqtisa-
diyyatın çökməsinə səbəb oldu. Nəticədə müəssisələr bir-
birinin ardınca iflasa uğrayır və yüz minlərlə insan işsiz
qalırdı. Uyğun olaraq əhalinin rifah səviyyəsi də sürətlə
geriləməkdə idi. 1997-ci ilə qədər davam edən bu
geriləmənin nəticəsində yüz minlərlə Azərbaycan vətəndaşı
qazanc dalınca başqa ölkələrə, başlıca olaraq Rusiyaya
~ 127 ~
emiqrasiya etdi. Qarabağ müharibəsi illərində Azərbaycanı
fərari kimi tərk edib qaçanlar da az deyildi. Başlanğıcda
ölkəsini müvəqqəti olaraq tərk etmək niyyətində olan
miqrantların bir çoxu yeni yaşayış yerlərində adaptasiya
olduqdan sonra nəinki geri dönmürdülər, üstəlik öz
ailələrini də çəkib yanlarına aparır, hətta digər qohum-
qardaşlarını və tanışlarını da emiqrasiya etməyə sövq
edirdilər.
Beləcə, həmin dövrdə miqrasiya axını olduqca böyük
miqyas aldı və Azərbaycanda əhalinin sayı azalmağa
başladı. Ancaq 1999-cu il əhali sayımında emiqrasiyada
olan əhalinin böyük əksəriyyəti Azərbaycanın daimi əhalisi
kimi qeydə alındığı üçün statistik materiallarda bu azalma
öz əksini tapmamışdır və 1989-1999-cu illərdə əhali nəinki
azalmış, əksinə 932,2 min nəfər və ya 13,3% artmışdır.
Hərçənd ki, emiqrasiyada yaşayan azərbaycanlıların bir
çoxu artıq yaşadıqları ölkələrin vətəndaşları olmuşlar. Qeyd
edək ki, qeyri-rəsmi məlumatlara görə 2002-ci ilin sonunda
Rusiyada keçirilmiş əhali sayımında bu ölkənin sakinləri
kimi siyahıya alınmış azərbaycanlıların sayı 2.160 min
nəfər olmuşdur. Rusiyanın Dövlət Statistika Komitəsinin
2002-ci il əhali sayımı haqqındakı rəsmi məlumatlarında
isə azərbaycanlıların sayı 621 min nəfər göstərilmişdir
63
.
Ancaq nəzərə almaq lazımdır ki, bu əhali sayımında ilk
dəfə olaraq hər kəsə öz milliyətini istədiyi kimi göstər-
63
bax: www.gks.ru/PEREPIS/t5.htm
~ 128 ~
məsinə tam sərbəstlik verilmişdir. Bu da Rusiyada milli
azlıq nümayəndələrinin arasında bir çoxunun özlərini rus
kimi, yəni yaşadığı ölkənin titullu millətinin nümayəndəsi
kimi göstərməsinə səbəb olmuşdur. Hətta, 283 min nəfər
rus dilini bilmədiyini etiraf etsə də, özünü rus kimi qeydə
aldırmışdır. Bundan başqa, öz milli mənsubiyyətini
göstərmək istəməyənlərə də sərbəstlik verilmiş və onların
sayım vərəqələrində milliyət sətiri boş buraxılmışdır. Belə
şəxslərin sayının 1.458 min nəfər olduğu göstərilir. Yəni
hər yüz nəfərdən biri öz milli mənsubiyyətini rəsmən qeydə
aldırmaqdan imtina etmişdir. Şübhəsiz ki, bu faktlar
Rusiyada milli ayrı-seçkilik siyasətinin geniş
yer
almasından xəbər verir. Və inamla ehtimal etmək olar ki,
milli mənsubiyyətini göstərməyən və ya rus kimi
göstərənlərin əksəriyyətini məhz azərbaycanlılar təşkil edir.
Belə ki, məlum olduğu kimi Rusiyada milli ayrı-seçkilik
siyasəti, mənfi stereotip kimi vurğulanmaqda olan məşhur
«Qafqaz milliyətindən olan şəxs» tezisi ilə başlıca olaraq
azərbaycanlılara qarşı aparılmaqdadır.
Miqrasiya axınları və demoqrafik durumun pisləşməsi
dolayısı ilə bu dövrdə Azərbaycanın milli tərkibinin
dəyişməsinə güclü təsir göstərmişdir. Çünki yuxarıda
göstərdiyimiz mənfi proseslər obyektiv səbəblər üzündən
əsas milli azlıqların sayının azalmasına daha kəskin təsir
göstərmişdir. Məsələn, 16 saylı cədvəldən göründüyü kimi
1999-cu ildə rusların sayı 141,7 min nəfər olmuşdur ki, bu
~ 129 ~
Cədvəl 16.
64
Azərbaycan Respublikasında əhalinin milli tərkibi
(1999 və 2009-cu illərin əhali sayımlarına görə)
milliyyətlər
1999-cu il
2009-cu il
min nəfər
%
min nəfər
%
azərbaycanlılar
7205,5
90,6
8172,8
91,6
ləzgilər
178,0
2,24
180,3
2,02
ermənilər
120,7
1,52
120,3
1,35
ruslar
141,7
1,78
119,3
1,34
talışlar
76,8
0,97
112,0
1,26
avarlar
50,9
0,64
49,8
0,56
türklər
43,4
0,55
38,0
0,43
tatarlar
30,0
0,38
26,0
0,29
tatlar
10,9
0,14
25,2
0,28
ukraynalılar
29,0
0,36
21,5
0,24
saxurlar
15,9
0,2
12,3
0,14
gürcülər
14,9
0,19
9,9
0,11
yəhudilər
8,9
0,11
9,1
0,1
kürdlər
13,1
0,16
6,2
0,07
udilər
4,2
0,05
3,8
0,04
başqa
milliyətlər
9,5
0,12
16,0
0,18
bütün əhali
7953,4
100
8922,4
100
64
Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il, IV
hissə, Bakı – 2000; Azərbaycan Respublikası əhalisinin siyahıyaalın-
ması 2009-cu il, 19-cu cild, Bakı-2011, s.11
~ 130 ~
da 1989-cu ildə olduğundan 2,8 dəfə az idi. Yaxın keç-
mişdə sayca Azərbaycanın əsas milli azlıqları olan ruslar və
ermənilər birlikdə 1999-cu ildə əhalinin cəmi 3,3%-ni təşkil
edirdilər. Xatırladaq ki, 1989-cu ildə onlar əhalinin onda
birini, 1979-cu ildə isə altıda birini təşkil edirdilər.
1989-1999-cu illər sayımlar arası dövrdə nisbi olaraq
sayı ən çox azalan milli azlıq isə yəhudilər olmuşdur.
Onların sayı bu dövrdə 3,5 dəfə azalmışdır ki, bu da
yəhudilərin İsrail dövlətinin repatriasiya («vətənə dönüş»)
siyasətinə uyğun olaraq kütləvi şəkildə İsrail dövlətinə
miqrasiya etmələri ilə izah edilir. Məsələ burasındadır ki,
Sovet dövründən fərqli olaraq, yəhudilərin repatriasiyasına
heç bir əngəl törədilmir və onlar İsrail dövlətində, eləcə də
bir sıra yüksək inkişaf etmiş qərb ölkələrində (xüsusilə
ABŞ-da) məskunlaşmaq üçün uyğun şəraitlə təmin
edilməkdədirlər.
Bu dövrdə əhalinin milli tərkibində diqqəti çəkən
dəyişikliklərdən biri də talışların sayının kəskin şəkildə
artmasıdır. Daha doğrusu özlərini talış kimi qeydə
aldıranların sayının kəskin artmasıdır. Belə ki, 1999-cu ildə
özlərini talış kimi qeydə aldıranların sayı 1989-cu ilə
nisbətən 3,6 dəfə artaraq 76,8 min nəfər olmuşdur. Bizim
fikrimizcə bu yüksək artıma baxmayaraq hələ də etnik
talışların böyük əksəriyyəti özlərini ənənəvi olaraq azərbay-
canlı kimi qeydə aldırmışlar. Başqa sözlə millət olaraq
özlərini birinci növbədə azərbaycanlı kimi dərk edən etnik
~ 131 ~
talışların sayı daha çox olmuşdur. Məsələn, qeyd edək ki,
1999-cu il sayımında hətta ana dilinin talış dili olduğunu
göstərən 17,7 min nəfər milli mənsubiyyətini azərbaycanlı
kimi qeydə aldırmışdır. Bundan başqa 103,8 min nəfər
azərbaycanlı kimi qeydə alınan əhali talış dilini bildiyini
göstərmişdir.
Beləliklə, 1999-cu il sayımına görə talışların və talış
dilinin daşıyıcısı olan digər əhalinin birlikdə sayı 198,3 min
nəfər olmuşdur ki, bu da bütün Azərbaycan əhalisinin
2,5%-ni təşkil edirdi. Yəni, faktik olaraq etnik talışların
Azərbaycanın sayca ən böyük etnik azlığı olduğu üzə çıxır.
Digər etnik azlıqların sayının dinamikasında kəskin
sıçrayışlar baş verməmişdir. Ona görə də əhalinin milli
tərkibində onların xüsusi çəkisi ciddi dəyişikliklərə
uğramamışdır.
Sayımlar arası növbəti və sonuncu xronoloji dövr
1999-2009-cu illəri əhatə edir. Bu onillik dövrdə əvvəlki
sayımlar arası onillik dövrdən fərqli olaraq millətlər üzrə
əhali artımında katastrofik fərqlər olmamışdır. Ancaq
bununla yanaşı, yerli milliyyətlərlə digər milli azlıqlar
arasındakı fərqlərin amplitudası yetərincə yüksək
olmuşdur. Məsələn, talışların sayı 45,8% artdığı halda,
rusların sayı 15,8% azalmışdır. Ən yüksək artım isə tatların
sayında müşahidə edilmişdir. Belə ki, onların sayı bu 10 il
ərzində 2,3 dəfə artmışdır. Əlbəttə ki, bu cür yüksək artım
heç də təbii artımla və ya miqrasiya prosesləri ilə bağlı
~ 132 ~
olmamışdır. Bizim fikrimizcə sadəcə olaraq əvvəlki əhali
sayımlarında özlərini azərbaycanlı kimi qeydə aldıran
tatlar, eləcə də talışlar bu dəfə özlərinin aid olduqları
milliyətlə qeydə alınmağa üstünlük vermişlər. Bəzi
milliyətlərin sayının kəskin şəkildə azalması halları isə
əksinə, onların özlərini azərbaycanlı kimi qeydə aldırmaları
ilə izah oluna bilər. Bu dövrdə saylarının olduqca az artdığı
və ya bir qədər azaldığı bəzi milli azlıqlar da olmuşdur ki,
bu da əsasən onların azərbaycanlılarla assimilyasiyası ilə
izah edilə bilər. O ki, qaldı rusların, ukraynalıların və
onlara etno-mədəni yaxınlığı olan digər milli azlıqların
sayının sürətlə azalmasına, bu, ilk növbədə onlar arasında
təbii azalma ilə bağlıdır, yəni doğum səviyyəsinin olduqca
aşağı olması ilə bağlıdır. Şüphəsiz ki, bəzi milli azlıqların
sayının azalmasında onların başqa ölkələrə miqrasiyasının
da müəyyən rolu olmuşdur. Ancaq qeyd etmək lazımdır ki,
bütövlükdə bu dövrdə Azərbaycandan kənara miqrasiyanın
səviyyəsi əvvəlki dövrlərlə müqayisədə olduqca aşağı
olmuşdur. Hətta, başqa ölkələrdən (məsələn, Türkiyədən,
İrandan, Pakistandan, Əfqanıstandan, Hindistandan və s.)
Azərbaycana işləmək məqsədilə miqrasiya edənlər də
olmuşdur. Çünki məhz, 2000-ci illərdə Azərbaycanda neft
hasilatının və ixracatının sıçrayışla artması nəticəsində
ölkənin milli gəliri dəfələrlə artmış, buna uyğun olaraq
əhalinin gəlirləri də xeyli dərəcədə yüksəlmişdir.
~ 133 ~
Milli azlıqların sayının fərqli templərlə artması
nəticəsində onlarin milli tərkibdəki xüsusi çəkiləri də
uyğun şəkildə dəyişmişdir. Yerli avtoxton milliyyətlərdən
fərqli olaraq, son iki yüz il ərzində Azərbaycanda məskən
salan gəlmə milliyətlərin milli tərkibdəki xüsusi çəkiləri
1990-cı illərdə olduğu kimi 2000-ci illərdə də azalmağa
davam etmişdir. Azərbaycanlıların əhalinin milli tərkibində
xüsusi çəkisi isə bir qədər də yüksəlmişdir. Bütövlükdə bu
dövr Azərbaycan əhalisinin milli tərkibində avtoxton etnik
azlıqların xüsusi çəkisinin yüksəlməsi və ya stabilləşməsi
ilə xarakterizə oluna bilər. Daha doğrusu 1828-1991-ci illər
arası 163 illik Rusiya-Sovet hakimiyyəti dövründə
imperiya rəhbərliyinin iradəsinə uyğun istiqamətdə gedən
etnodemoqrafik proseslər sonrakı dövrdə Azərbaycanın
siyasi hakimiyyətinin iradəsindən asılı olmayaraq tam əks
istiqamətdə inkişaf etmişdir. Ancaq 1991-ci ildən sonrakı
qısa dövr ərzində əhalinin milli tərkibində baş verən
dəyişikliklər daha intensiv xarakter daşımış və hipertrofik
miqyas almışdır. Ona görə də Azərbaycan Respublikasının
indiki siyasi sərhədləri çərçivəsində əhalinin hal-hazırki
milli tərkibi rus işğalı ərəfəsindəki milli tərkibə olduqca
uyğundur. Bu, həm də o deməkdir ki, Azərbaycanda
əhalinin monoetniklik səviyyəsi yetərincə yüksəlmişdir.
2009-cu ildə əhalinin milli tərkibində azərbaycanlıların
xüsusi çəkisi 91,6%-ə çatmışdır. Bununla belə digər
millətlərin nümayəndələri bütövlükdə kiçik xüsusi çəkiyə
~ 134 ~
malik olsalar da Azərbaycanın bəzi bölgələrində və
rayonlarında əhalinin böyük bir hissəsini və ya əksəriyyə-
tini təşkil edirlər. Bu hal əsasən yerli avtoxton etnoslara
aiddir.
Son illərdə müsbət istiqamətdə stabilləşməkdə olan
Azərbaycan iqtisadi həyatına əhalinin adaptasiya olması
prosesi müşahidə olunmaqdadır ki, bu da öz növbəsində
miqrasiya proseslərinin intensivliyinin olduqca aşağı
düşməsinə səbəb olmuşdur. Digər tərəfdən dünyanın bütün
bölgələrində olduğu kimi Azərbaycanda da əhalinin təbii
artımının get-gedə aşağı düşməsi ilə bağlı olaraq etnik
tərkiblə bağlı proseslərdə demoqrafik faktorun rolu da
azalmaqdadır. Ona görə də fikrimizcə son 4-5 ildə Azər-
baycan əhalisinin milli tərkibi demək olar ki, dəyişməz
qalmışdır. Yaxın gələcəkdə də bu tendensiyanın davam
etməsini ehtimal etmək olar.
Son olaraq qeyd edək ki, Azərbaycan müstəqil dövlət
olduğu andan başlayaraq ölkə rəhbərliyi milli azlıqların
milli-mədəni inkişafına xüsusi qayğı göstərməkdədir. Hal-
hazırda Azərbaycanda milli azlıqların onlarla mədəniyyət
mərkəzi və digər milli qurumları sərbəst fəaliyyət gös-
tərməkdədir. Sovet dövründən fərqli olaraq ölkənin əsas
milli azlıqlarının dillərində radio verilişləri təşkil olunmuş,
hər bir dildə qəzet, jurnal və kitab nəşrinə şərait yara-
dılmışdır. Bir sözlə ölkənin milli azlıqlarının öz mədə-
niyyətlərini, dillərini və digər özəlliklərini qoruyub sax-
~ 135 ~
laması və inkişaf etdirməsi üçün bütün əngəllər qaldırılmış
və hər cür hüquqi-praktik şərait təmin edilmişdir.
Dostları ilə paylaş: |