Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

 
 
~ 34 ~ 
 
üzündən bu əhalinin təxminən üçdə biri aclıq və xəstəliklər 
nəticəsində  həlak  oldu.  Stalin  öləndən  sonra  deportasiya 
prosesi  dayandırıldı  və  bu  əhaliyə  Ermənistanda  boş, 
baxımsız  qalmış  ev-eşiklərinə  dönməsinə  icazə  verildi.   
Bunun  nəticəsində  salamat  qalanların  40-45%-i  bütün 
çətinliklərə  və  təzyiqlərə  baxmayaraq,  öz  doğma 
torpaqlarına  qayıtdılar.  Qeyd  etmək  lazımdır  ki,  icazənin 
verilməsi  təsadüfi  deyildi.  Belə  ki,  Ermənistanda  əvvəllər 
azərbaycanlıların  yaşadığı  yüzlərlə  kənd  xarabalığa 
çevrilmişdi. 
Ermənistanın KP MK-nin 1975-ci il yanvar plenumun-
da deyilmişdir ki, həmin kəndlərin 476-dan çoxu istifadəsiz 
qalmışdır.  Erməni  millətçilərinin  özləri  də  90-cı  illərdə 
etiraf  etmişlər  ki,  azərbaycanlıların  köçürülməsi  ilə  bağlı 
boşaldılan  torpaqlardan  və  mənzil  fondundan  xaricdən 
gələn  ermənilərin  yerləşdirilməsi  üçün  istifadə  edilməmiş-
dir.  
 
 
Beləliklə  göründüyü  kimi  Stalin  repressiyalarının  son 
akkordlarının  yer  aldığı  1946-1954-cü  illəri  əhatə  edən  bu 
dövrdə  də  ən  çox  ziyan  çəkən  yenə  də  Azərbaycan  xalqı 
olmuşdur.  Bütün  bu  baş  verənlərin  fonunda  bu  dövrdə, 
xüsusilə də 1950-1955-ci illər ərzində Azərbaycanın əhalisi 
kifayət  qədər  yüksək  templərlə  artmışdır.  Bu  artımda 
Rusiyadan  Azərbaycana  miqrasiyanın  davam  etməsi  də  az 
rol  oynamamışdır.  Bütövlükdə  bu  dövrdə  əhalinin  sayı 
20%-dən  çox  artmışdır.  1950-1955-ci  illərdə  isə  artım 


 
 
~ 35 ~ 
 
14,6% təşkil etmiş və orta illik artım 83,7 min nəfər və ya 
2,8% olmuşdur. 
1955-1970-ci  illər.  Bu  dövr  Azərbaycanın  demoqrafik 
tarıxində ən uğurlu dövr kimi təsbit etdiyimiz bir dövrdür. 
15  ili  əhatə  edən  bu  dövrdə  əhalinin  sayı  56,1%  artaraq 
1955-ci  ildəki  3277,2  min  nəfərdən,  1970-ci  ildə  5.117,1 
min nəfərə çatmışdır. Orta illik artım 122,7 min nəfər və ya 
3%-dən  bir  qədər  yüksək  olmuşdur.  Bu  dövrü  Azərbaycan 
üçün demoqrafik sıçrayış və ya demoqrafik partlayış dövrü 
adlandırsaq  yanılmarıq.  Çünki  bu  dövrdə  əhalinin  sayının 
dinamikasında  miqrasiya  proseslərinin  heç  bir  rolu 
olmamış,  əhali  təbii  artım  hesabına  yüksək  templərlə 
artmışdır.  Xüsusilə  1959-1962-ci  illərdə  əhalinin  sayı  çox 
yüksək templərlə artmışdır: orta illik artım 3,7%-ə bərabər 
olmuşdur.  Azərbaycan  tarixində  ən  yüksək  əhali  artımı  isə 
1960-cı  ildə  qeydə  alınmışdır  –  4,1%.  Həmin  illərdə 
əhalinin  təbii  artım  templərinə  görə  Azərbaycan  nəinki 
SSRİ-nin  digər  müttəfiq  respublikaları  ilə  müqayisədə, 
hətta bütün dünyada birinci olmuşdur. 
 
Bu  dövrdə  Azərbaycanda  demoqrafik  sıçrayışa  səbəb 
olan başlıca amillər SSRİ-nin iqtisadiyyatında, xüsusilə də 
siyasi  həyatında  iri  miqyaslı  müsbət  dəyişikliklərin  baş 
verməsi  idi.  Belə  ki,  bu  dövr  stabil  yüksək  iqtisadi  və 
texnoloji  inkişafın  və  ictimai  həyatın  bütün  sahələrində 
böyük  irəliləyişlərin  baş  verməsi  ilə  fərqlənirdi.  SSRİ 
hökümətinin  daxili  siyasətində  baş  verən  köklü  islahatlar 


 
 
~ 36 ~ 
 
nəticəsində  isə  əhali  repressiv  hakimiyyər  orqanlarının 
zülmündən və qorxu-hürküsündən azad oldu. Sürgündə və 
həbsdə  olan  milyonlarla  əhaliyə öz doğma torpaqlarına və 
ev-eşiklərinə  dönməsinə  icazə  verildi  (Krım  tatarları, 
Axıska  türkləri  və  almanlar  istisna  olmaqla).  Əhalinin 
sosial  və  iqtisadi  fəallığını  məhdudlaşdıran  bir  çox 
qadağalar  aradan  götürüldü.  Məsələn,  əhaliyə  elmi  texniki 
nailiyyətlərdən  faydalanmağa,  o  cümlədən  şəxsi  nəqliyyat 
vasitələrinə  sahib  olmağa  icazə  verildi.  Kəndlilərə  öz 
həyətyanı  sahələrində  sərbəst  təsərrüfat  fəaliyyəti  ilə 
məşğul  olmağa  və  əldə  etdikləri  məhsulları  istədikləri 
yerdə,  istədikləri  qiymətə  pərakəndə  satışına  şərait 
yaradıldı.  Bütün  bu  müsbət  dəyişikliklər  nəticəsində 
Azərbaycan  əhalisinin,  xüsusilə  də  kənd  əhalisinin  rifah 
səviyyəsi  olduqca  yüksəldi.  Belə  ki,  öz  həyətyani 
ərazilərində  bol  meyvə-tərəvəz  yetişdirmiş  kəndlilər  bu 
məhsulları  Rusiyanın  iri  şəhərlərində,  xüsusilə  Moskva 
bazarlarında  daha  baha  qiymətə  satmağa  və  yüksək  gəlir 
əldə etməyə imkan tapdılar. 
 
Bütün bunlarla yanaşı qeyd edək ki, bu dövrdə əhalinin 
təbii  artımının  kəskin  şəkildə  yüksəlməsinə  bir  başa  təkan 
verən  başlıca  amil  50-ci  illərdə  tibb  sahəsində  inqilabi 
yeniliklərin  baş  verməsi  idi.  Bu  yeniliklərin  SSRİ-də,  o 
cümlədən  Azərbaycanda  kütləvi  şəkildə  tədbiq  edilməsi 
nəticəsində körpə ölümü sürətlə aşağı düşmüşdür. Təsadüfi 
deyildir  ki,  bu  dövrdə  təkcə  Azərbaycanda  deyil,  doğum 


 
 
~ 37 ~ 
 
səviyyəsinin  yüksək  olduğu  və  yeni  tibbi  preparatların 
tədbiq  edildiyi  bütün  dünya  ölkələrində  əhalinin  təbii 
artımında sıçrayişlı yüksəliş olmuşdur.   
1970-1988-ci  illər.  Bu  18  illik  dövr  Sovet  dönəminin 
SSRİ-də  siyasi  böhranın,  o  cümlədən  Qarabağ  böhranının 
başlanğıcına  qədərki  son  stabil  dövrünü  əhatə  edir.  Bu 
dövrdə Azərbaycanın əhalisi 1.811 min nəfər və ya 35,4% 
artaraq  1970-ci  ildəki    5.117    min  nəfərdən  1988-ci  ildə 
6.928 min nəfərə çatmışdır (bax: cədvəl 4).  
Orta illik artım 100,6 min nəfər və ya 1,7% olmuşdur. 
Göründüyü  kimi  bu  dövrdə  əhalinin  artim  tempi  əvvəlki 
dövrə  nisbətən  olduqca  aşağı  olmuşdur.  Ancaq  buna  bax-
mayaraq, Azərbaycan bu göstəriciyə görə yalnız Orta Asiya 
 
respublikalarından  geri  qalırdı.
 
Başqa    sözlə    bu    dövrdə 
Azərbaycanda  əhalinin  sayı  durmadan artmış və
 
əhalinin 
artım  templəri  dünyanın  bir  çox  ölkələri  ilə  müqayisədə 
yetərincə  yüksək  olmuşdur.  Nəticədə  SSRİ-nin,  eləcə  də 
bütün  dünya  əhalisinin  tərkibində  Azərbaycan  əhalisinin 
xüsusi çəkisi xeyli yüksəlmişdir. Demoqrafik baxımdan bu 
dövrün  xarakterik  cəhəti  əhalinin  təbii  artımının  get-gedə 
aşağı düşməsi (80-ci illərin sonları istisna olmaqla) və res-
publikalararası  miqrasiya  proseslərində  müsbət  saldonun 
mənfi  saldo  ilə  əvəz  olunması  idi.  Xüsusilə  80-ci  illərin 
sonuna doğru Azərbaycandan kənara  miqrasiya axını daha 
da  gücləndi  və  əhalinin  sayının  artım  templərinin  sürətlə 
aşağı düşməsinə yol açdı. Əhalinin təbii artımının azalması
-
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə