Şahbaz xvduoğlu tərtibçilər



Yüklə 8,8 Mb.
Pdf görüntüsü
səhifə1/390
tarix20.01.2018
ölçüsü8,8 Mb.
#21801
  1   2   3   4   5   6   7   8   9   ...   390


 


\z2 


Nəşrə məsul: 

Şahbaz 

XVDUOĞLU 

Tərtibçilər: 

Şahbaz XUDUOCLU

 - 

hüquq magistri, 

Cümşüd  Qurban  oğlu  Nuriyev

  -  £/m  və 

T

ə

hsil  M

ə

rk

əzi  ‘Tə

f

ə

kkür  ' 

Universitetinin professoru

F

ə

xr

əddin Nlfi oğiu AĞAZADƏ

 - 

biologiya elml

ə

ri namiz

ə

di, dosent. 

25 noyabr 2006-cı ilə qədər olan 

əlavə və dəyişikliklərlə 

Azərbaycan 

Respublikasının 

ekologiya 

qanunverlcilty 

(normativ-hüquqi aktlar toplusu), II c i l d .   Bakj-Qanun-2006, 884 s. 

Azərbaycan Respublikası ekologiya qanunvericiliyi iki dldciən ibarətdir. 

İkinci  cilddə  Azərbaycan  Respublikası  ekologiya  qanunvericiliyinə  dair  normativ-hüquqi  aktlar 

xronoloji  ardiallıqla  müxtəlif  bölmələr  (111-lX  bölmələr)  altında  verilmişdir.  Bütövlükdə  kitabda  135 

müxtəlif normativ-hüquqi aktlar toplanmışdır. 

Kitab  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  əməkdaşlan.  İcra  hakimiyyəti  orqanian.  hüquq- 

mühafizə orqanlan, bələdiyyələrin işçiləri, hüquq və ekologiya fakültələrinin tələbələri, ma- gistrantlan və 

aspirantları, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. 



AB02205J 

06-192 

Az2 

© Qanun, 2006 



I I I

 

B Ö L M Ə  

ƏJRAF MÜHİTİN MÜHAFİZƏSİ 

VƏ YERİN TƏKİ 

Ətraf mühitin mühafizəsi haqqında 

Azərbaycan Respublikasının Qanunu 

(8iyun 

1999

-

C U İ I N

9

 

678-lQ) 

Əlavə və dəyişikliklər: 

1.

 

 27fevral2001, 

30.03.2001 

2.

 

19 aprel 2002, q.m.t. 2.06.2002 

3.

 

30 dekabr 2003, q.m.t 15.02.2004 

4.

 

5 mart 2004, q.m.t 15.04.2004 

Bu Qanun ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarım müəyyən edir. 

Qanunun  məqsədi  ətraf  mühitin  ekoloji  tarazlığının  mühafizəsi  sahəsində  ekoloji 

təhlükəsizliyin  təmin  edilməsindən,  təbİi  ekoloji  sistemlərə  təsərrüfat  və  başqa  fəaliyyətin 

zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından  və 

təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. 

Bu  Qanun  ətraf  mühitin  keyfiyyətinin  yaxşılaşdırılması,  təbii  ehtiyatların  səmərəli 

istifadəsi  və  bərpası,  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunçuluğun  və  hüquq 

qaydalarının  möhkəmləndirilməsi  məqsədilə  cəmiyyətlə  təbiətin  qarşılıqlı  əlaqəsini 

tənzimləyir. 

I

 

f ə s i l  

Ümumi müddəalar 

Maddə 1. Əsas terminlər və anlayışlar 

Bu qanunda aşağıdakı əsas terarün və anlayışlardan istifadə edilir: ətraf mühit - insan 

fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu

ekologiya - ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və 

antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm; 

təbii resurslar (ehtiyatlar) - insanlann ehtiyatlarını ödəmək üçün ətraf mühitdə mövcud olan 

torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və eneıji mənbələri; 




ətraf  mühitin  mühafizəsi  -  ətraf  mühitdə  təbii  mövcud  olan  maddi  varlıqların  ilkin 

kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması; 



təbiətdən istifadə - gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial- iqtisada 

tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii 

resurslardan səmərəli və qənaətlə istifadə edilməsi; 

ətraf  mühitin  monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan 

zərərli  qaz,  maye  və  bərk  haldakı  tullantılara  kəmiyyət  və  keyfiyyət  cəhətdən  nəzarətin  ehni 

əsaslarla həyata keçirilməsi; 

ekoloji sistem - qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki örtüyü, 

flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar,  mineral sərvətlər, hava və eneıji 

mənbələrinin vəhdətidir

ətraf mühitin ekoloji tarazlığının normallaşdırılması - insan yaşayışı üçün ətraf mühitin 

yararlı  olmasını  müəyyən  edən  və  bioloji  müxtəlifliyin  qorunub  saxlanmasının,  ekoloji 

sistemlərin  sabit  istifadəsini  təmin  edən  ətraf  mühitin  keyfiyyət  göstəricilərinin  müəyyən 

edilməsi; 



ətraf  mühitə  zərərli  təsir  -  ekoloji  sistemin  ayn-ayn  komponentlərinin  kəmiyyət  və 

keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli 

fiziki,  texniki,  dağ-mədən  işlərində  texnologiyanın  pozulması,  təbii  resurslardan  İsrafçılıqla 

istifadə edilməsi ile müşayiət olunan fəaliyyət; 



ətraf  mühitin  keyfiyyət  göstəriciləri  -  səlahiyyətli  dövlət  orqanları  tərəfindən  təsdiq 

edilmiş insan sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki sənədlərin 

və standartların tələblərinə cavab verən məhsullar və ətraf mühitin tarazlığının ilkin göstəriciləri. 

Maddə 2. Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi 

Ətraf  mühitin  mühafizəsi  haqqında  Azərbaycan  Respublikasmm  qanunvericiliyi 

Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanun və digər normativ hüquqi aktlardan 

ibarətdir. 



Maddə 3. Ətraf mühitin mühafizəsinin əsas prinsipləri 

Ətraf mühitin mühafizəsi aşağıdakı prinsiplərə əsaslanır: 

sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqlı həlli; 

ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası; 

təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və ətraf mühitin 

mühafizəsinin iqtisadi stimuliaşdınimasının tətbiq edilməsi; ətraf mühitin bioloji müxtəlifliyinin 

qorunmasınm təmin edilməsi; dövlət nəzarəti, ətraf mühitin mühafizəsi haqqında 

qanunvericiliyin pozulmasma görə məsuliyyət; 

ətraf mühitə zərər vurulmasının alınması və vurulan zərərin qiymətləndirilməsi; ətraf 

mühitin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı; ətraf mühitin 

mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq. 



Yüklə 8,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   390




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə