Şahbaz xvduoğlu tərtibçilər



Yüklə 8,8 Mb.
Pdf görüntüsü
səhifə4/390
tarix20.01.2018
ölçüsü8,8 Mb.
#21801
1   2   3   4   5   6   7   8   9   ...   390

2.

 

Təbii resurslardan istifadə üçün xüsusi icazə tələb olunduğu halda təbiətdən istifadəçinin 



belə icazəsi olmadıqda təbii resurslardan istifadə müqaviləsi (kontraktı) etibarsızdır. 

3.

 



Xüsusi icazə ilə ziddiyyət təşkil edən müqavilənin (kontraktın) şərtləri etibarsızdır. Xüsusi 

icazə geri almarsa, müqavilə (kontrakt) etibarsız hesab olunur. 

4.

 

Təbii  resurslardan  istifadə  müqaviləsi  (kontraktı)  ətraf  mühitin  mühafizəsi  sahəsində 



müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra qüvvəyə minir. 

I V

 

f ə s i l  

Ətraf mühitin, təbii ehtiyatların dövlət kadastrı və monitorinqi

standartlaşdırma və sertifikatlaşdırma 

Maddə 16. Təbii ehtiyatların dövlət kadastrı 

Ekoloji  vəziyyətin  qorunması,  iqtisadiyyatın  tələbatmı  ödəmək  üçün  təbii  ehtiyatların 

kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən etmək məqsədilə təbii ehtiyatların vahid sistem 

üzrə dövlət kadastn aparılır. 

Dövlət kadastn apanian sahələr müvafiq qanunvericiliklə müəyyən edilir. Bu sahələr üzrə 

dövlət kadastnnın apaniması qaydalan müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş 

əsasnamə ilə müəyyən edilir. 

Maddə 17, Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi 

1.

 



Azərbaycan Respublikasında ətraf mühitin və təbii ehtiyatlana dövlət monitorinqi sistemi 

yaradılır və fəaliyyət gösterir. 

2.

 

Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi ətraf mühitin mühafizəsi və təbiətdən 



istifadənin idarə olunmasını, ona nəzarəti təmin edir, müvafiq məlumat banklan və informasiya 

sistemlərinin yaradılmasmı nəzərdə tutur. Dövlət monitorinqi aşağıdakılan əhatə edir: 

2.1.

 

ətraf mühiti və təbii ehtiyatlann vəziyyəti və onlara antropogen təsir edən mənbələrin 



üzərində müşahidələr

2.2.


 

ekzogen proseslərin yayılması, inkişafı və dinamikasım öyrənmək üçün müşahidələr

2.3.

 

ərazilərin  seysmik  fəalhğmı  öyrənmək  və  zəlzələlərin  proqnozunu  vermək  üçün 



müşahidələr; 

2.4.


 

müşahidə obyektlərinin vəziyyətinin qiymətləndirilməsi və onlann ilkin şəraitə nəzərən 

dəyişməsinin araşdınlması. 

3.

 



Ətraf mühitin və təbii ehtiyatlann dövlət monitorinqinin apaniması qaydalan müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyən edilir. 



Maddə 18. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqi 

1.

 



Hüquqi şəxslər (təbiətdən istifadəçilər) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, 

onlann həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə 

təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. 

2.

 



Ətraf  mühitin  müəssisə  (istehsalat)  monitorinqində  istifadə  edilən  ölçü  vasitələri 

standartlaşdırmanm və metrologiyanın tələblərinə uyğun olmalıdır. 




3.

 

Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi 



sahəsində  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlanna,  onlarla 

razılaşdınimış müddətlərdə təqdim edilir. 



Maddə 19. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və sertifikatlaşdırma 

obyektləri 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  standartlaşdırma  və  sertifikatlaşdırma  obyektlərinə 

ekoloji  təhlükəsizlik,  əhalinin  həyat  və  sağlamlığına,  təbii  resursların  bərpasına  və  səmərəli 

istifadəsinə  təhlükə  yarada  biləcək  Azərbaycan  Respublikasında  istehsal  olunan  və  ya  onun 

ərazisinə gətirilən məhsullar (işlər, xidmətlər) və texnologiyalar aİd edilir. 

Maddə 20. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma 

1,

 



Ətraf  mühitin  mühafizəsi  sahəsində  Azərbaycan  Respublikasının  standartlar  və  texniki 

tələbləri qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçir, təsdiq və tətbiq edilir. 

2.

 

Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartlann ve texniki tələblərin pozulması 



ilə  məhsullarm  (məmulatların)  işlənilməsi,  hazırlanması,  təchiz  edilməsi  (satışı),  saxlanılması, 

nəql edilməsi, istifadəsi (istismarı) və təmiri, işlərin və xidmətlərin yerinə yetirilməsi qadağan 

edilir. 

Maddə 21. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  məhsullann,  işlərin,  xidmətlərin  və  fəaliyyətlərin 

standartlara və texniki tələblərə uyğunluğunun müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən 

edilmiş qaydada sertifikatlaşdırma həyata keçirilir. 

Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikallaşdınimalı olan məhsullann (işlərin, 

xidmətlərin) müvafiq sertifikatı olmadıqda, onlann istehsalı (yerinə yetirilməsi) qadağan edilir. 



V

 

f ə s i l  

Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi tənzimləmə 

Maddə 22. Ətraf mühitin mühafizəsinin iqtisadi əsaslan 

1.

 



Təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləməyin iqtisadi əsaslan 

ekoloji  təhlükəsizlik,  təbii  resurslardan  səmərəli  istifadə,  onlann  bərpası  və  artırılması 

tədbirlərinin  işlənib  hazırlanmasına,  planlaşdırılmasma  və  yerinə  yetirilməsinə  təbiətdən 

istifadəçilərin maddi marağını artırmaqdır. 

2.

 

Ətraf mühitin mühafizəsinin fəaliyyət sahələri və iqtisadi əsaslan



2.1.

 

ətraf 



mühitin 

mühafizəsi 

sahəsində 

tədbirlərin 

proqnozlaşdırılması 

və 


maliyyələşdirilməsi; 

2.2.


 

təbiətdən istifadəyə görə ödəmələr

2.3.

 

ətraf mühitin çirkləndirilməsino görə ödəmələr və cərimələr



2.4.

 

ətraf mühitin mühafizəsi sahəsində iqtisadi maraqlandırma; 



2.5.

 

ətraf mühitin mühafizəsi fondlannın yaradılması; qrantlar; 



2.6.

 

beynəlxlaq  qurumlardan  ekoloji  proqramları  həyata  keçirmək  məqsədlə  ayrılan 



vəsaitlər. 

3.

 



Ətraf  mühitin  çirkləndirilməsinə  görə  müəssisələrdən,  təşkilatlardan  və  vətəndaşlardan 

alınan  cərimələr  bir  qayda  olaraq  ətraf  mühitin  mühafizəsi  sahəsində  tədbirlərin 

maliyyələşdirilməsinə sərf edilir. 

 --------------------------------------------  10  --------------------------------------------------  




Yüklə 8,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   390




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə