Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə14/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   10   11   12   13   14   15   16   17   ...   181

Şahdəniz 2  İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi Terminlər Lüğəti 

 

 

Müntəzəm Fəaliyyət 



Qurğunun/gəmilərin və ya avadanlığın 

müntəzəm  əməliyyatları zamanı  Əsas 

Layihələndirmə variantında nəzərdə 

tutulduğu kimi aparılan fəaliyyətlər, 

məsələn, çirkab sutəmizləmə qurğusunun 

təyinatına uyğun fəaliyyət göstərməsi. 

 

Nəsilvermə (fertillik) Əmsalı 

Müəyyən bir ərazidə bir qadının yaşadığı 

müddət  ərzində doğa biləcəyi uşaqların 

orta sayı. 



 

Normativ-Hüquqi Aktlara dair Qanun 

Müstəqillik 

əldə olunmazdan əvvəl 

qüvvədə olan aktların ləğv edilməmiş 

olduğunda yaxud Konstitusiyaya zidd 

təşkil etmədiyi təqdirdə qüvvədə qalmaqda 

davam etdiyini müəyyənləşdirən 

Azərbaycan qanunvericiliyi. 

 

Onurğasızlar 

Onurğa sütunu olmayan hər hansı heyvan, 

o cümlədən onurğalılara aid olunmayan 

bütün növlər. 



 

Operator (əməliyyatçı) şirkət 

Öz adından və digər konsessiya sazişi 

iştirakçılarının adından konsessiya 

əsasında 

əməliyyatlar aparmağa 

cavabdeh olan şirkət. 

 

Orhus Konvensiyası 

Ekoloji informasiyadan istifadə imkanı, 

ətraf mühit məsələləri barədə  qərarların 

verilməsində ictimaiyyətin iştirakını  və 

məhkəməyə müraciət etmək hüququnu 

təmin edən beynəlxalq hüquqi saziş. 



 

Payavurma işləri 

Konstruksiyalar üçün özül və ya dayaq 

qismində yerə vurulan ağır taxta, beton və 

ya polad tiri. 

 

pH 

Qələvilik və turşuluq həddi, 0-dan 14-ə 

qədərdir və 7 isə neytral göstəricini  əks 

etdirir, 0 maksimum turşuluğu və 14 isə 

maksimum qələviliyi bildirir. 

 

Platforma 

Qazma, hasilat və emal işləri aparmaq və 

karbohidrogenləri müvəqqəti olaraq 

saxlamaq üçün qurğulara malik olan iri 

dəniz konstruksiyası. 

 

RAMSAR Konvensiyası 

Beynəlxalq əhəmiyyətli hesab edilən sulu-

bataqlıq sahələrin təyin olunmasını ehtiva 

edən hökumətlərarası hüquqi saziş. 



 

Rayzer (dik) borusu 

Mayelərin yuxarıya doğru axdığı boru. 



Reseptor 

Ətraf mühitə  və ya sosial-iqtisadi sahəyə 

təsirlər nəticəsində 

təsirə 


məruz 

qalan/onlarla qarşılıqlı  təsirə malik olan 

ekoloji aspekt (hava, su, ekosistem, insan, 

fauna və s.). 

 

Rixter cədvəli 

Zəlzələnin 0-10 bal arasında dəyişən 

gücünü göstərən cədvəl. 

 

Sement 

Su ilə qarışdırıldığında bərkiyən (quruyan) 

yapışdırıcı funksiyasına malik tozlu 

maddə. Sement çox vaxt beton 

formalaşdırmaq üçün doldurucu 

materialları (məsələn, qum və  çınqıl) bir 

yerdə  bərkitmək (yapışdırmaq) üçün 

istifadə olunur. 



Seysmik 

Verilmiş rayonda seysmik fəallığın 

xüsusiyyətləri (məsələn tezliyi və 

intensivliyi). 



 

Səthdə yerləşən fontan armaturu 

Səthdən/platformadan gələn hasilatı 

tənzimləyən qurğu.  

 

Stokholm Konvensiyası 

Hökumətlərdən dayanıqlı üzvi 

çirkləndiricilərin atqısının azaldılmasını 

tələb edən beynəlxalq hüquqi saziş. 



 

Subasar Ərazi 

Subasar ərazi su axarına və ya çaya yaxın 

yerləşən və yüksək su axınları dövründə 

daşqına məruz qalan təxminən düzən 

sahə. 

 

Sulu-bataqlıq sahə 

Torpağı daimi, ya da mövsümi olaraq 

rütubətlə doymuş ərazi. 

 

Suötürücü boru 

Suyun ötürülməsi üçün istifadə olunan 

süni konstruksiya. 

 

Təbii Yaşayış Mühitləri 

Konkret heyvan və ya bitki növlərinin və 

onların cəminin mövcud olduğu sahə 

(ekoloji parametrlərlə müəyyənləşdirilmiş). 

 

Təbii Fon Səviyyəsi 

Ətraf mühitə xarakteristik olan maddənin 

konsentrasiyası  və ya enerjinin intensivlik 

səviyyəsi (məsələn səs-küy və ya işıq). 



Şahdəniz 2  İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi Terminlər Lüğəti 

 

 

Təhlükə  



Zərər vurmaq, o cümlədən xəstəliyə yaxud 

xəsarətə  səbəb olmaq; əmlaka, bitkilərə, 

məhsullara və ya ətraf mühitə ziyan 

vurmaq; hasilat itkilərinə yaxud maddi 

öhdəliklərin artmasına səbəb olmaq 

potensialı. 

 

Təkrar emal/Bərpa 

Tullantıların istifadəyə yararlı materiallara 

çevrilməsi və/və ya tullantılardan enerjinin 

yaxud materialların əldə edilməsi. 

 

Təkrar istifadə 

Öz ilkin formasında təkrar istifadə oluna 

bilən materialların yaxud məhsulların 

istifadəsi. 



 

Təsirazaltma tədbirləri 

Ətraf mühitə  və sosial-iqtisadi sahəyə  hər 

hansı  mənfi təsirlərin qarşısını almaq, 

azaltmaq və mümkün olduğunda aradan 

qaldırmaq üçün tətbiq olunan tədbirlər. 

 

Toqquşan Tava (plitə) Sərhədi 

İki kontinental şelfin (plitənin) toqquşduğu 

yer. 


 

Transsərhəd təsir 

İki geosiyasi bölgü sərhədi (yəni dövlət 

sərhədi) arasındakı  hər hansı hüdudları 

keçən təsir. 



 

Tullantı Poliqonu 

Tullantı materiallarının basdırılmaqla 

kənarlaşdırıldığı yer. 

 

Vadi 

Qısamüddətli (efemer) xarakterə malik ola 

bilən və yalnız güclü yağıntıdan sonra və 

yaxud ilik müəyyən dövrlərində axına 

malik olan çay vadisi. 

. 



Vahid hidroqrafı 

Suyun səviyyəsinin, axının, sürətinin və ya 

digər xüsusiyyətlərinin zaman kəsiyi üzrə 

qrafik təsviri. 



 

Vyana Konvensiyası 

Ozon Təbəqəsinin qorunması ilə bağlı 

beynəlxalq hüquqi saziş. 

 

Yağıntı 

Cazibə qüvvəsinin təsiri ilə yer səthinə 

düşən atmosferdəki su buxarının 

kondensasiyasının məhsulu. Yağıntının 

əsas növləri aşağıdakılardır: çiskin, yağış, 

sulu qar, qar və dolu. 

 

Yekun Nəticə 

Fəaliyyətin hüquqi, təbii və sosial-iqtisadi 

mühitlərlə qarşılıqlı  əlaqəsinin nəticə 

etibarilə meydana çıxan təsiri (müsbət 

yaxud mənfi). 

 

Yeyilmə eroziyası 

Eroziyanın forması; avtomobil yolları  və 

dəmir yolu xətləri kimi konstruksiyaların 

yaxınlığında dənəvər altlıq materialın 

hidrodinamik qüvvələr tərəfindən 

kənarlaşdırılması. 

 

Zərərli Maddələr 

Dənizdə  Təhlükəli Yüklərin Daşınması 

Barədə  Məcəllədə (IMDG Code) dəniz 

çirkləndiriciləri kimi müəyyənləşdirilmiş 

maddələr.  



 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə