Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə8/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   4   5   6   7   8   9   10   11   ...   181

Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Qısa xülasə 

 

Dekabr 2011 



Yekun variant

 

E/5 



konsentrasiyası, onun toksikliyi, yaxud bioakkumulyasiya üçün potensialı  və 

onun ətraf mühitdə güman edilən dayanıqlığı 

 

 



Reseptorların həssaslığı:  Aşağıdakılara əsasən müəyyənləşdirilir: 

 

Mövcudluq – növlərin/insanların müntəzəm olaraq mövcud/ötəri olub-olmadığı, 



mövcud olan növlərin nadir, nəsli kəsilmək təhlükəsi altında olan, yaxud 

mühafizə edilən növlər olub-olmadığı; və 

 

Davamlılıq  – mövcud ilkin şərtlərə  və tendensiyalara (məsələn, ekoloji 



bolluqda/müxtəliflikdə/vəziyyətdə,  ətraf havanın keyfiyyətində  və s. özünü 

göstərən təmayüllər) istinadən  ətraf mühitlə qarşılıqlı  təsir ilə  əlaqədar olaraq 

dəyişikliyə, yaxud narahatlığa qarşı insanlar/növlər nə dərəcədə həssasdır. 

 

Sosial-iqtisadi sahəyə  təsirlər hadisənin miqyasını, baş vermə ehtimalını  və reseptorun 



həssaslığını nəzərə almaqla qiymətləndirilmişdir. 

 

Reseptorlara potensial təsiri müəyyənləşdirmək məqsədilə mövcud şərtlərə dair anlayış 



formalaşdırılmışdır.  ŞD2 infrastruktur layihəsi çərçivəsində  ƏMSSTQ üzrə  əhatə dairəsinin 

müəyyənləşdirilməsi prosesi müəyyənləşdirdiyinə görə, layihə, çox güman ki, aşağıdakı 

reseptor qruplarına təsirlər ilə nəticələnəcək: 

 

 

Bioloji/ekoloji reseptorlar;  



 Fiziki 

reseptor/xüsusiyyətlər; 

 

Torpaq, qrunt suyu və səth suyunun keyfiyyəti; və 



 Sosial-iqtisadi/insan 

reseptorları.  

 

Təsirlərin qiymətləndirilməsi aşağıda göstərilmiş əsas məlumat mənbələrinə əsaslanıb: 



 

 Bakı Dövlət Universitetinin Milli Hidrometeorologiya Departamentindən  əldə olunmuş 

meteoroloji məlumatlar

 Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan əldə 

olunmuş hidroloji məlumatlar; 

 

Ətraf mühitə dair əlavə  məlumatlar toplamaq üçün bir sıra spesifik tədqiqatlar həyata 



keçirilmişdir, o cümlədən səs-küy, qoxu, vizual şərait və işıqlandırma üzrə tədqiqatların 

nəticələri əldə edilmişdir; 

 1996-cı ildən 2011-ci ilə qədər mövcud fon şəraitinin nəzərdən keçirilməsi, o cümlədən 

davam etməkdə olan Kompleks Ekoloji Monitorinq Proqramının (KEMP) nəticələri (bu 

proqram üzrə müntəzəm olaraq “regional” monitorinq həyata keçirilir ki, ətraf mühitdəki 

təbii tendensiyalar aşkarlansın və  kəmiyyətlə müəyyənləşdirilsin). Quruda aparılmış 

tədqiqatlar terminalın daxilində və kənarında ekoloji və hava keyfiyyəti üzrə monitorinqi 

əhatə edir; və 

 

İkinci dərəcəli məlumat mənbələrindən, o cümlədən Dövlət Statistika göstəricilərindən 



və Qaradağ Rayon İcra Hakimiyyətinin təqdim etdiyi məlumatlardan  əldə olunmuş 

mövcud sosial-iqtisadi şərait ilə bağlı  məlumatlar. Terminal ətrafındakı dörd yerli 

icmada sosial-iqtisadi vəziyyəti xarakterizə edən müvafiq ən son məlumatları  əldə 

etmək üçün həmçinin Maraqlı Tərəflər və Sosial-İqtisadi Sahə üzrə Tədqiqat (MTSİST) 

həyata keçirilmişdir. 

 

E.5 Məsləhətləşmə və məlumatın ictimaiyyətə təqdim olunması 

 

İctimaiyətlə  məsləhətləşmə  və  məlumatın ictimaiyyətə  təqdim olunması prosesinin ilk 



mərhələləri əsas ƏMSSTQ sənədinin ilkin layihə variantının hazırlanmasına başlanılmazdan 

əvvəl həyata keçirildi. Əsas dövlət nəzarət orqanlarının və hökumət qurumlarının 

nümayəndələrini məlumatlandırmaq və onların rəy və  şərhlərini almaq və beləliklə  də vacib 

məsələlərin ƏMSSTQ-nin əhatə dairəsinə daxil edilməsinə şərait yaratmaq məqsədilə 2011-ci 

ilin mart və may aylarında  əhatə dairəsinin müəyyənləşdirilməsinə dair görüşlər keçirildi. 

Əhatə dairəsinin müəyyənləşdirilməsinə dair görüşlər ETSN ilə, habelə Qaradağ Rayon İcra 

Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi (MTN) və Arxeologiya və Etnoqrafiya İnstitutu 

(AEİ) ilə  də keçirildi. MTSİST vasitəsilə dörd yerli icma cəlb olundu. ŞD2  İnfrastruktur 

Layihəsinin ƏMSSTQ sənədinin hazırlanması zamanı həmçinin ŞD2 İnfrastruktur Layihəsinin 

Layihələndirmə Qrupu ilə də məsləhətləşmə aparıldı. 

 



Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Qısa xülasə 

 

Dekabr 2011 



Yekun variant

 

E/6 



ƏMSSTQ hesabatının layihə variantı ETSN-ə  təqdim olunmuşdur və eyni zamanda rəy və 

şərhlərin alınması üçün paralel olaraq ictimaiyyətə  və maraqlı  tərəfləri təmsil edən qruplara 

açıqlanmışdır.  ƏMSSTQ sənədinin ilkin layihə variantı ilə  əlaqədar olaraq məsləhətləşmə 

prosesinin tərkib hissəsi olaraq 2011-ci ilin oktyabr ayında Əzimkənd, Səngəçal qəsəbəsi və 

“Ümid” qəsəbəsində icmalarla görüşlər keçirilmişdir.  ƏMSSTQ hesabatının ilkin layihə 

variantına aid rəy və şərhlər toplanmış, təhlil edilmiş və müvafiq hallarda cavablar verilmişdir. 

Bundan sonra ƏMSSTQ sənədi ETSN-in təsdiq etməsi üçün yoxlanılmış  və 

yekunlaşdırılmışdır.   

 

E.6 

Ətraf mühitə təsirin qiymətləndirilməsi 

 

ŞD2 infrastruktur layihəsi üçün ətraf mühitə  təsirlər qiymətləndirilmişdir və  Cədvəl E.1-də 



qalıq təsirlərin xülasəsi təqdim olunur. 

 

Cədvəl E.1  Ətraf mühitə qalıq təsirlərin xülasəsi 

 

 



Hadisə 

Hadisənin 

miqyası 

Reseptorun 

həssaslığı 

Təsirin dərəcəsi 

Sahədəki və sahədən kənardakı tikinti 

texnikasından və maşınlarından havaya atılan 

emissiyalar. 



Atmosfer

 

Qruntun səth qatının çıxarılması və qazılmış 



qruntun daşınması nəticəsində havaya atılan 

emissiyalar. 

Orta 

 

(İnsanlar) 



Orta 

 

Orta mənfi 



 

(İnsanlar) 

Orta 

S

əs-küy 

Tikinti fəaliyyətləri ilə bağlı səs-küy emissiyaları. 

Orta 

(Bioloji/Ekoloji) 



Orta 

Orta mənfi 

 

Qurudak

ı v

ə 

Sahilyan

ı 

Mühit

ə t

əsir 

(ekologiya) 

 

Torpağın səth qatının çıxarılması və qazılmış 



qruntun daşınması, drenajın idarə olunması işləri 

və boru kəmərinin sahilə çıxma sahəsinin 

hazırlanması. 

 

 



Orta 

(Bioloji/Ekoloji) 

Orta 

Orta mənfi 

 

(Torpaq)  

Orta 

Orta mənfi 

 

Qurudak

ı Mühit

ə 



sirl

ər (torpaq, 

qrunt suyu v

ə 



th suyu) 

Qazıntı işləri və torpağın pozulması  

 

 

Orta 



(Səth suyu) Orta 

Orta mənfi 

 

Qurudak

ı v

ə 

Sahilyan

ı Mühit

ə 



sir (m

əd

əni irs) 

Torpaq işləri və sütunvurma işləri nəticəsində 

mədəni irsə təsirlər.  

 

Orta 



 (Fiziki reseptorlar)  

Orta 


Orta mənfi 

 

 

 




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə