Sahə 1 Planlaşdırma və dərsə hazırlıq Komponent 1: Təlim nəticələrini aydın şəkildə müəyyən etmək



Yüklə 433,19 Kb.
səhifə3/5
tarix26.09.2017
ölçüsü433,19 Kb.
#2185
növüDərs
1   2   3   4   5

Komponent 2.5: Məkanın təşkili

Şagirdin öyrənmə prosesini təşviq etmək üçün fiziki məkandan istifadə edilməsi təcrübəli müəllimin əsas fərqləndirici xüsusiyyətidir.Şagirdlərin yaşından asılı olaraq, əlbətdə ki, onun istifadəsi də dəyişir: İbtidai sinif otaqlarında mərkəzlər və mütailə üçün künclər sinif tədbirlərinə uyğun qurula bilər;bir qədər böyük yaşlı şagirdlər üçün stul və masaların yerləşməsi geniş müzakirələri dəstəkləyə və ya ona mane ola bilər.Təbii olaraq, sinif otaqları təhlükəsiz olmalıdır (asılı vəziyyətdə qalmış məftillər və ya təhlükəli hərəkət marşurutları olmamalıdır) və bütün şagirdlər dərs prosesində fəal şəkildə iştirak edə bilmək üçün onlar sinif otağında nəyin baş verdiyini görə və eşidə bilməlidirlər.Həm müəllim, həm də şagirdlər elektron və digər cihazlardan effektiv şəkildə istifadə etməlidirlər.

Bu komponentin elementləri aşağıdakılardır:


    • Təhlükəsizlik və çıxış imkanı

Fiziki təhlükəsizlik bütün müəllimlərin diqqət yetirdikləri əsas məsələdir;şagirdlər təhlükəsiz olmadıqda və ya lövhəyə və ya digər təlim resurslarına çıxış imkanına malik olmadıqda heç bir təlim prosesinin təşkilindən söhbət belə gedə bilməz.

    • Mebel ilə təcizat və fiziki resurslardan istifadə

Həm sinif otağının fiziki təchizatı, həm də mövcud resurslar müəllimləri öyrənmə prosesini inkişaf etdirmək imkanı verir; bu resurslardan məqsədli şəkildə istifadə edildikdə şagirdlər məzmun ilə daha məhsuldar şəkildə işləyə bilirlər.Ən yüksək fəaliyyət göstəricisi həddində, şagirdlər özləri fiziki mühitin istfadəsinə və ya uyğunlaşdırılmasına töhfə veririlər.

Göstəricilər sırasına aşağıdakılar daxildir:



    • Xoş, açıq bir mühit

    • Təhlükəsiz məkan

    • Bütün şagirdlər üçün çıxış imkanı

    • Öyrənmə tədbirlərinə uyğun mebel təchizatı

    • Həm müəllim, həm də şagirdlər tərəfindən fiziki resurslardan, o cümlədən kompüter texnologiyasından səmərəli istifadə

Komponent 2.5: Məkanın təşkili







QEYRİ-KAFİ

KAFİ

SƏRİŞTƏLİ

NÜMUNƏVİ

M.E.

2.5 Məkanın təşkili

a. Təhlükəsizlik və çıxış imkanı

Sinif otağında şagirdlərin təhlükəsizliyi üçün təhdid yaradan təhlükəli fiziki mühit mövcuddur və əksər şagirdlər müəllimi görə və ya eşidə bilmirlər və ya lövhəni görə bilmirlər.

Fiziki məkan təhlükəsizdir və əksər şagirdlər müəllimi görə və ya eşidə bilirlər və ya lövhəni görə bilirlər.

Fiziki məkan təhlükəsizdir və bütün şagirdlər müəllimi görə və ya eşidə bilirlər və ya lövhəni görə bilirlər.

Fiziki məkan təhlükəsizdir və xüsusi qayğıya ehtiyacı olan şagirdləri nəzərə alaraq fiziki mühitə müvafiq dəyişikliklər edilmişdir.




b. Mebel ilə təcizat və fiziki resurslardan istifadə

Mebel və ya fiziki resursların məqsədsiz şəkildə düzülməsi öyrənməni gücləndirməyə xidmət etmir.

Mebel və ya fiziki resursların düzülüşündə müəyyən nizam olsa da, bu öyrənməni gücləndirməyə xidmət etmir.

Mebel və fiziki resurslar təlim məqsədlərini və tapşırıqları dəstəkləyəcək şəkildə düzülmüşdür.

Fiziki mühit tapşırıqların yerinə yetirilməsi üçün tam uyğundur.




  • Sinif otağı boyunca sallanan elektrik məftilləri vardır.

  • Sinifin mərkəzində bir sütun vardır;bəzi şagirdlər lövhəni görə bilmirlər.

  • Sinif otağında ağ lövhə olsa da, üzü divara tərəfdir.

  • və s …

  • Müəllim təhlükəli kimyəvi maddələrin təhlükəsiz şəkildə saxlanılmasını təmin edir.

  • Sinif otağındakı masalar iki yarım dairədə qalırlar ki, bu da kiçik qrup çalışması zamanı şagirdlərin sinif yoldaşlarının başları üzərindən əyilməsinə səbəb olur.

  • Müəllim konspesiyanı əyani şəkildə təsvir etmək məqsədilə kompüterdən istifadə etməyə çalışır, lakin göstərişi etmək üçün bir neçə dəfə cəhd edir.

  • və s…

  • Keçidləri boş saxlamaq üçün dərs zamanı bel çantalarının haraya yerləşdirilməsi ilə bağlı müəyyən qaydalar vardır və şagridlər bu qaydalara riayət edirlər.

  • Şagirdlərin kiçik qruplarda çalışa bilməsi üçün masaların yeri birlikdə dəyişdirlir və ya sinif müzakirəsi zamanı masalar dairəvi formada düzülür.

  • İnternetdən istifadə dərsi genişləndirir.

və s …

  • Kiçik qrup çalışmasına və ya müzakirəyə daha yaxşı uyğunlaşması məqsədilə şagirdlər mebelin yerini dəyişmək üçün icazə alırlar.

  • Dəhlizdə olan səs-küyün qarşısını almaq üçün şagird otağın qapısını örtür və günəş şüalarının sinif yoldaşlarının gözünə düşməsinin qarşısını almaq üçün pencərələrin pərdəsini çəkir.

  • Şagird çalışma zamanı ağ lövhədən istifadə etməyi təklif edir.

və s …


SAHƏ 3 Metodiki bacarıqlar Komponent 3.1: Şagirdlərlə ünsiyyət

Müəllimlər şagirdlər ilə bir neçə müstəqil, lakin əlaqəli məqsədlər üçün ünsiyyət qururlar. İlk növbədə, onlar tədris və təlim prosesinin məqsədyönlü tədbirlər olduğunu çatdırırlar;onlar bu məqsədi şagirdlərə izah edirlər. Onlar həmçinin şagirdlərin nə edəcəklərini bilməsi üçün sinif tapşırıqları ilə bağlı onlara aydın təlimatlar verirlər;əlavə yardım müvafiq olduğu halda, müəllimlər bu tədbirləri nümayiş etdirirlər. Müəllimlər anlayış və məlumatları izah edən zaman dəqiq, akademik dildən istifadə etməklə, müvafiq təqdimatları dəqiq, aydın və əyani şəkildə həyata keçirirlər; genişlənmə dərs üçün əhəmiyyət kəsb etdikdə, səriştəli müəllimlər izahları analogiyalar və ya metaforalar ilə bəzəyirlər, onları şagirdlərin maraqları və əvvəlki bilikləri ilə əlaqələndirirlər. Müəllimlərbəzi hallarda şagirdləri düşünməyə vadar etmək üçün informasiyanı onlardan saxlayırlar (məsələn, sorğu elmi dərsində). Lakin onların təqdim etdikləri informasiya dəqiq olmaqla məzmun barədə dərin anlayışı əks etdirir. Müəllim dildən canlı, zəngin və xətasız şəkildə istifadə edir və şagirdlərə işlədilən dili yaxşı eşitmək və öz söz ehtiyatlarını zənginləşdirmək imkanı verir. Müəllimlər mürəkkəb anlayışları mərhələli şəkildə və şagirdlər üçün başa düşülən şəkildə təqdim edirlər.

Bu komponentin elementləri aşağıdakılardır:


    • Öyrənmə üçün gözləntilər

Öyrənmə məqsədiləri aydın şəkildə şagirdləri çatıdırlmışdır. Hətta məqsədlər dərsin əvvəlində çatıdırılmasa belə (məsələn, sorğu elmi dərsində), dərsin sonuna qədər şagirdlər nə öyrəndiklərini aydın şəkildə bilirlər.

    • Tədbirlər üçün təlimatlar

Şagirdlər dərs zamanı, xüsusilə də müstəqil surətdə və ya sinif yoldaşları ilə birgə, müəllimin birbaşa nəzarəti olmadan çalışdıqları zaman onlardan nə etmələrinin gözlənildiyini dərk edirlər. Dərs tədbirləri ilə əlaqəli bu təlimatlar şifahi, yazılı və ya onların kombinasiyası şəklində və müvafiq olduğu təqdirdə müəllim tərəfindən müəyyən formaya salınmaqla çatdırıla bilər.

    • Məzmunun izahı

Səriştəli müəllimlər anlayış və strategiyaları izah edən zaman canlı dil və yaradıcı analogiyalardan və metaforalardan istifadə edir, izahları şagirdlərin maraq və məktəbdənkənar həyatları ilə əlaqələndirirlər. İzahlar aydın olmaqla müvafiq konstruksiyalara malik olur və müvafiq olduğu təqdirdə şagirdlər tərəfindən mümkün yanlış anlaşılma ehtimallarını nəzərə alır. Belə müəllimlər şagirdləri prosesə əqli cəhətdən cəlb olunmağa və təqdim edilən anlayış və ya strategiyalar ilə əlaqədar ehtimallar irəli sürməyə dəvət edirlər.

    • Şifahi və yazılı dildən istifadə

Əksər şagirdlər üçün müəlimin istifadə etdiyi dil həm dəqiq sintaksis, həm də zəngin lüğət baxımından ən yaxşı nümunə rolunu oynayır;bu nümunələr şagirdlərə müvafiq dil üslubunu təqlid etməyə və öz danışıqlarını daha dəqiqləşdirməyə və ifadəli etməyə imkan verir.Səriştəli müəllimlər həm dəqiq, akademik lüğətdən istifadə etmək, həm də onların istifadəsini izah etmək üçün yaranmış fürsətdən istifadə edirlər.

Göstəricilər sırasına aşağıdakılar daxidlir:



    • Dərsin məqsədinin aydınlığı

    • Dərs tədbirləri ilə əlaqəli aydın təlimat və proseduralar

    • Məzmun ilə bağlı xətaların olmaması, anlayışlar və strategiyaların aydın izahı

    • Dildən dəqiq və yaradıcı şəkildə istifadə edilməsi

Komponent 3.1: Şagirdlərlə ünsiyyət







QEYRİ-KAFİ

KAFİ

SƏRİŞTƏLİ

NÜMUNƏVİ

M.E.

3.1 Şagirdlərlə ünsiyyət

a. Öyrənmə üçün gözləntilər

Müəllim təlim nəticələrini demir/yazmır, yaxud da təlim nəticələri şagirdlərə aydın və başadüşülən deyil.

Müəllim təlim nəticələrini elə şəkildə deyir/yazır ki, bu yalnız bəzi şagirdlərə qismən aydın və başadüşülən olur.

Müəllim təlim nəticələrini elə şəkildə deyir/yazır ki, bu şagirdlərin əksəriyyətinə aydın və başadüşülən olur.

Təlim nəticələri şagirdlərin hamısı üçün aydın və başadüşüləndir, soruşulduğu təqdirdə şagirdlər nə öyrəndiklərini və bunun kurikulum məzmununa nə dərəcədə uyğun gəldiyini izah edə bilirlər.




b. Tədbirlər üçün təlimatlar

Şagirdlər bədən dili və ya suallar vasitəsilə təqdim olunan məzmunu və ya tapşırığı başa düşmədiklərini bildirirlər, müəllim isə buna reaksiya vermir.

Müəllimin məzmun barədə izahı monoloqdan ibarətdir və şagirdlərin minimum iştirakı və ya əqli cəhətdən cəlb olunmaması ilə xarakterizə olunur.

Müəllim məzmunu aydın şəkildə izah edir, şagirdləri iştirak etməyə və düşünməyə dəvət edir.

Müəllim məzmunu real həyatla əlaqələndirmək üçün metafor və analogiyalardan istifadə etməklə məzmunu aydın və yaradıcı şəkildə izah edir.




c. Məzmunun izahı

Müəllimin dərsi izah etməsi anlaşıqlı deyil.

Müəllimin məzmun barədə izahları tam olaraq işi xarakterterizə edir və şagirdlərə strateji şəkildə düşünmək barədə heç bir ideya vermir.

Şagirdlər tapşırığın həlli ilə məşğul olur, nə etmək lazım olduğunu başa düşdüklərini nümayiş etdirirlər.


Müəllim şagirdləri məzmunu öz sinif yoldaşlarına izah etməyə dəvət edir.





d. Şifahi və yazılı dildən istifadə

Müəllimin lüğət ehtiyatı şagirdlərin yaşına uyğun gəlmir.

Müəllimin lüğət ehtiyatı şagirdlər üçün həddindən artıq qəliz və ya həddindən artıq asandır.

Müəllimin lüğət ehtiyatı şagirdlərin yaşlarına və inkişaf səviyyələrinə uyğundur.

Şagirdlər terminlərdən düzgün şəkildə istifadə edirlər.




Müəllim lüğəvi və ya terminoloji səhvlərə yol verir, yaxud da terminlərdən qeyri-dəqiq istifadə edir.

Müəllimin lüğət ehtiyatı və ondan istifadə tərzi düzgündür, lakin ifadəli deyildir.

Müəllimin lüğət ehtiyatı və ondan istifadə tərzi düzgün, ifadəli və dərsə tamamilə uyğundur.

Müəllim zəngin dildən istifadə edir, lazım gəldikdə akademik ifadələrin izahını verir.




  • Şagird soruşur: “Biz nə etməliyik?”, lakin müəllim suala əhəmiyyət vermir.

  • Müəllim söyləyir ki, kəsrləri toplamaq üçün onlar eyni surətlərə malik olmalıdır.

  • Şagirdlərin üzlərində gülünc doğuran ifadə vardır; onların bəziləri dərsdən yayına bilər.

  • Dərsi izləməyə cəhd edən zaman şagirdlərin fikirləri yayınır və ya onlar bir-biriləri ilə söhbət edirlər.

  • Müəllim mənasını izah etmədən texniki terminlərdən istifadə edir.

  • Müəllim deyildir ifadəsi işlədir.

  • və s …

  • Müəllim yanlış tələffüz edir “___.”

  • Müəllim deyir: “və oo, yeri gəlmişkən, bu gün biz çoxhədlilərin əmsalını tapmağı öyrənəcəyik.”

  • Şagird soruşur:“Biz nə etməliyik?” və müəllim tapşırğı aydınlaşdırır.

  • Şagird soruşur: Tapşırğı tamamlamaq üçün “mən buraya nə yazmalıyam?”.

  • Müəllim deyir: “Mən sizə necə ____ etməli olduğunu göstərən zaman diqqətlə baxın,”və şagirdlərdən yalnız dinləməyi tələb edir.

  • Bir sıra şagirdlərin izaha əməl etmədiyi görünür.

  • Müəllim məzmunu izah edən zaman şagirdlər diqqətsizdirlər.

  • Şagirdlər akademik lüğətdən qeyri-dəqiq şəkildə istifadə edirlər.

  • və s …

  • Müəllim deyir: “Günün sonunda siz müxtəlif növ çoxhədlilərin əmsallarını müəyyən edə biləcəksiniz.”

  • Məzmunun təqdimatı zamanı, müəllim şagirdlərdən soruşur: “Kim buna nümunə gətirə bilər?”

  • Müəllim onun diqqətini ayırmadan şagirdlərin istinad edə bilməsi üçün tapşırıqların istiqamətləndirilməsi ilə bağlı lövhə və ya proyeksiya vasitlərindən istfadə edir.

  • Müəllim deyir: “Siz riyaziyyat tapşırığını həll etməyə cəhd edən zaman, siz əvvəllər etdiyiniz oxşar və ya daha sadə tapşırıq barədə düşünə bilər və eyni yanaşmanın tətbiqi imkanını nəzərdən keçirə bilərsiniz.”

  • Müəllim şagirdləri soyuq, lakin günəşli gündə qapalı avtomobildə olan temperatur və ya günəşin altında qalmış şlanqdakı suyun temperaturu barədə düşünməyə dəvət etməklə passiv günəş enerjisini izah edir.

  • Müəllim respublika ilə demokratiyanın arasındakı fərqi əyani şəkildə göstərmək üçün Venn diaqramından istifadə edir.

və s …

  • Müəllim deyir: “Bəzi şagidlər burada çətinlik çəkirlər; həmin yeri diqqətlə oxuyun.”

  • Müəllim şagirdən tapşırğı digər şagirdlərə izah etməyi istəyir.

  • Öyrənmə tapşırığı barədə izahlar tələb olunduğu təqdirdə şagird onu sinif yoldaşlarına təklif edir.

  • Azərbaycan tarixində xanlıqlar dövrünü izah edən zaman müəllim şagirdləri həmin tarixi dövrü müxtəlif millətlər baxımından nəzərdən keçirməyə dəvət edir.

  • Müəllim soruşur: “Kim ideyanı bizə izah etmək istəyir?”

  • Şagird soruşur: “Bu bizim analogiyalar barədə düşünə bildiyimiz başqa bir yoldurmu?”

  • Şagird akademik termini sinifə izah edir.

  • Müəllim vətəndaş hüquqları hərəkatını izah edən zaman nitqinə fasilə verərək şagirdlərə xatırladır ki, qeyri-bərabərlik sözündə qeyri ön şəkilçisi “xeyr” deməkdir və “bi” ön şəkilçisi də eyni mənanı ifadə edir.

  • Şagird sinif yoldaşalrına deyir: “Mən düşünürəm ki, üçbucağın tərəfi hipotenuz adlanır.”

və s …

Yüklə 433,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə