Sahə 1 Planlaşdırma və dərsə hazırlıq Komponent 1: Təlim nəticələrini aydın şəkildə müəyyən etmək


Komponent 3.4: Tapşırıq verərkən qiymətləndirmə aparmaq



Yüklə 433,19 Kb.
səhifə5/5
tarix26.09.2017
ölçüsü433,19 Kb.
#2185
növüDərs
1   2   3   4   5

Komponent 3.4: Tapşırıq verərkən qiymətləndirmə aparmaq

Şagirdlərin öyrənməsinin qiymətləndirilməsi tədris prosesində mühüm rol oynayır:təlim prosesinin sona çatmasına artıq işarə verməməklə, o artıq təlim prosesinin ayrılmaz tərkib hissəsi kimi qəbul olunur. Öyrənmənin qiymətləndirilməsi hər zaman tədris prosesinin mühüm amili (müəllimin şagirdin onun nəzərdə tutduğu məzmunları öyrənib-öyrənmədiyni bilməsi mühüm əhəmiyyət kəbs edir) olduğu və gələcəkdə də olacağı üçün öyrənmə üçün qiymətləndirmə sinifdaxili fəaliyətlərdə getdikcə daha mühüm rol oynamağa başlaşır. Eyni zamanda, təlim prosesi məqsədilə şagirdin öyrənməsini qiymətləndirmək məqsədilə müəlimlər hər zaman dərsin nəbzini tutmalı, şagirdlərin qavrayışlarını izləməli və lazım olduğu təqdirdə şagirdlərə rəy bildirməlidirlər.

Şagirdlərin öyrənmə prosesinin monitorinq edilməsi istiqamətində müəllim fəaliyyətləri, ilk baxışdan şagirdlərin davranışlarının monitorinqi təcrübəsinə bənzəsə də, mahiyyət etibarilə çox fərqli məqsədlərə malikdir.Davranışı monitorinq edən zaman müəllimlər qeydlər ötürmək istəyən və ya öz qonşularını narahat edən şagirdlərə göz qoyurlar;şagirdlərin öyrənməsini monitorinq edən zaman isə müəllimlər məzmunu dərk etmək üçün şagirdlərin əlavə tədbirlərə və ya izahlara ehtiyac duyub-duymadığını müəyyən etmək məqsədilə şagirdlərin nə yazdıqlarına diqqətlə baxır və ya şagirdlərin verdikləri sualları diqqətlə dinləyirlər. Hər iki halda müəllim sinif otağında dövrə vura bilər, onun bunu etməkdə məqsədi tamamilə fərqli xarakter daşıyacaqdır.

Eynilə, ilk baxışdan, öyrənməni monitorinq etmək üçün şagirdlərə verilən suallar qavrayışı formalaşdırma üçün verilən suallardan fundamental şəkildə fərqlənir; birinci halda, suallar şagirdlərin yanlış anladıqları məqamları üzrə çıxarmaq məqsədini daşıyırsa, ikinci halda suallar əlaqələri tədqiq etmək və ya düşüncəni dərinləşdirmək məqsədilə formalaşdırılır. Faktiki olaraq, monitorinq məqsədilə əksər müəllimlər şagirdlərin qavrayış səviyyəsini müəyyən etmək üçün xüsusi suallar formalaşdırır və sinifdə olan hər bir şagirdin başa düşmə səviyyəsini ortaya qoymaq üçün əlavə üsullardan (məsələn, çıxş biletləri) istifadə edirlər. Hazırkı komponent çərçivəsində yüksək fəaliyyət göstəricisinə malik müəllimlər, həmçinin, şagirdləri həvəsləndirmək bacarığına malik olur və onlarda faktiki olaraq, aydın standartlar ilə müqayisədə öz öyrəndiklərini monitorinq etmək bacarığı aşılayırlar.

Şagirdlərin öyrənməsinin monitorinqi və şagirdlərə rəy bildirilməsi nə qədər böyük əhəmiyyət kəsb etsə də, dərsin gedişatında tədris üçün yaranan əlverişli fürsətdən istifadə etməklə və ya izahatı zənginləşdirmək məqsədilə şagirdlərin xüsus maraqlarının siyahısını hazırlamaqla müəllim tərəfindən düzəlişlərin edilməsi də bir o qədər vacibdir.

Bu komponentin elementləri aşağıdakılardır:



    • Qiymətləndirmə meyarları

Şagirdlərin qiyətləndirmə meyarları barədə məlumatlı olması çox vacibdir. Ən yüksək səviyyədə, şagirdlər özləri meyarların hazırlanmasında iştirak edirlər (məsələn, aydın şifahi təqdimat).

    • Şagirdin öyrənməsinin monitorinqi

Şagirdin qavrama səviyyəsinin müəyyən edilməsi bacarığı müəllimin səriştəli olmasının əsas əlamətlərindən biridir. Bu uğur və ya uğursuzluq xarakterli səylər deyil, əvvəlcədən diqqətlə planlaşdırılan tədbirdir. Lakin hətta diqqətlə planlaşdırıldıqdan sonra belə müəllim müxtəlf üsullardan istifadə etməklə şagirdlərin öyrənməsinin monitorinqini dərslə səlis şəkildə əlaqələndirməlidir.

    • Şagirdlərə rəy bildirilməsi

Öyrənmə üzrə rəyin bildirilməsi zəngin təlim mühütinin mühüm elementidir; bu olmadan, şagirdlər öz hazırlıq səviyyələri və onun necə yaxşılaşdırıla bildiyi barədə daim təxminlər edirlər. Dəyərli rəy vaxtında, konstruktiv şəkildə edilməli və əsaslı olmalı və şagirdlərə öz göstəricilərini yaxşılaşdırmaq üçün istiqamət göstərməlidir.

    • Şagirdin özünü qiymətləndirməsi və nailiyyətlərin monitorinqi

Şagirdlərin öyrənmə ilə əlaqədar məsuliyyət götürməsinin kulminasiya nöqtəsi odur ki, onlar öz təlim prosesini monitorinq edir və müvafiq addımlar atırlar.Əlbəttə ki, onlar bunu yalnız öyrənmə üçün aydın meyarlara və bu meyarlar ilə müqayisədə gördükləri işin necə yoxlanılması barədə biliklərə malik olduğu təqdirdə bunu edə bilərlər.

Göstəricilər sırasına aşağıdakılar daxildir:



    • Müəllim şagirdin dərk etməsi barədə dəlillərə xüsusi diqqət yetirir

    • Müəllim şagirdin başa düşmə səviyyəsini müəyyən etmək üçün xüsusi olaraq formalaşdırılan suallar verir

    • Müəllim şagirdlərin öyrənmə prosesini monitorinq etmək və onlara dəstək vermək üçün sinif otağında dövrə vurur

    • Şagirdlər müəyyən edilmiş meyarlar ilə müqayisədə öz işlərini qiymətləndirirlər


Komponent 3.4: Tapşırıq verərkən qiymətləndirmə aparmaq







QEYRİ-KAFİ

KAFİ

SƏRİŞTƏLİ

NÜMUNƏVİ

M.E.

3.4 Tapşırıq verərkən qiymətləndirmə aparmaq

a. Qiymətləndirmə meyarları

Müəllim işin necə qiymətləndiriləcəyi barədə heç bir fikir söyləmir.

Şagirdlər işlərinin necə qiymətləndiriləcəyi haqda az məlumatlıdırlar.

Müəllim yüksək keyfiyyətli işin standartları və qiymətləndirmə barədə şagirdlərə məlumat verir.

Şagirdlər yüksək keyfiyyətli işin xarakterik xüsusiyyətlərini aydın şəkildə başa düşdüklərini bildirirlər və şagirdlərin qiymətləndirmə meyarlarının yaradılmasında iştirak etmələrini göstərən dəlillər vardır.




b. Şagirdin öyrənməsinin monitorinqi

Müəllim şagirdin dərsi başa düşüb-düşmədiyini öyrənmək üçün heç bir səy göstərmir.

Müəllim bir metod vasitəsilə və yaxud da şagirdlərin özlərindən onların anladıqları barədə dəlillər əldə etmədən qavrayış səviyyəsini monitorinq edir.

Müəllim şagirdlərin başa düşdüyünü göstərən dəlillər əldə edir.


Müəllim müntəzəm olaraq sinfin “nəbzini yoxlayır”; şagirdlərin qavrayış səviyyəsinin monitorinqi kompleks şəkildə və davamlı olaraq aparılır.




c. Şagirdlərə rəy bildirilməsi

Şagirdlərə heç bir rəy bildirilmir və ya verilən rəy ümumi xarakter daşıyır və ya yalnız bir şagirdə ünvanlanır.

Şagirdə verilən rəy qeyri-müəyyəndir və gələcəkdə işi necə təkmilləşdirmək haqqında heç bir fikir ehtiva etmir.

Müəyyən qrup şagirdlərə dəqiq və vaxtlı-vaxtında istiqamətverici rəy verilir.

Müxtəlif mənbələrdən, o cümlədən şagirdlərin özündən yüksək keyfiyyətli rəy gəlir; bu rəylər dəqiq olmaqla gələcəkdə təkmilləşməyə xidmət göstərir.




d. Şagirdin özünü qiymətləndirməsi və nailiyyətlərin monitorinqi

Müəllim şagirdlərə öz işlərini və ya sinif yoldaşlarının işlərini qiymətləndirməyi tapşırmır.

Müəllim şagirdləri özünüqiymətləndirmə və ya sinif yoldaşlarının qiymətləndirilməsi prosesinə cəlb edilməsi üçün yalnız kiçik səylər edir.

Şagirdlər öz işlərini qiymətləndirməyə və təkmilləşdirməyə dəvət olunur; əksər şagirdlər bunu edir.

Şagirdlər öz təşəbbüsləri əsasında və ya müəllim tərəfindən müəyyən edilən tapşırıqların nəticəsi əsasında öz qavrama səviyyəsini monitorinq edirlər.




  • Şagird soruşur: “Bu tapşırıq necə qiymətləndiriləcəkdir?”

  • Şagird soruşur: “Bu problemin həllinin doğru yoludurmu?” lakin müəllimdən heç bir məlumat almır.

  • Müəllim şagirdlərin başa düşüb-düşmədiyini yoxlamadan təqdimatın növbəti hissəsinə keçir.

  • Şagirdlər qloballaşma mövzusu ilə əlaqədar öz araşdırmasını təqdim etdikdən sonra müəllim onlara aldıqları qiymətləri deyir; şagirdlərin qiymətin hansı əsasda verildiyi barədə sualına cavab olaraq müəllim deyir: “Mən təhsil sahəsində uzun müddətdir ki, çalışıram və kimə hansı qiymətin verilməsini yaxşı bilirəm.”

  • və s …

  • Müəllim soruşur: “Kimin sualı var?"

  • Şagird lövhədə məsələni həll etdikdən sonra müəllim səbəbini izah etmədən şagirdin işini düzəldir.

  • Müəllim deyir: “Sağ olun.”

  • Müəllim bir şagirddən doğru cavab aldıqdan sonra digər şagirdlərin məzmunu başa düşüb-düşmədiyini müəyyən etmədən dərsi davam etdirir.

  • Şagirdlər testlərini geri alırlar; hər birinin üzərində baş tərəfdə sadəcə qiymət əks olunmuşdur.

  • və s …

  • Müəllim kiçik qrup və ya müstəqil iş çalışması zamanı sinifdə dövr edir və şagirdlərə müəyyən fikirlər bildirir.

  • Müəllim şagirdlərin qavrama səviyyəsini müəyyən etmək məqsədilə xüsusi olaraq formalaşdırılan suallardan istifadə edir.

  • Müəllim səhvləri düzəltmək üçün şagirdlərə öz dəftərlərinə nəzər salmağı tapşırır; onların əksəriyyəti bu tapşırığı icra edir.

və s …

  • Müəllim şagirdlərə yüksək keyfiyyətli işin xarakterik xüsusiyyətlərini xatırladır və şagirdlin özlərinin onun formalaşdırılmasına yardım etməsini müşahidə edir.

  • Şagirdlər işləyən zaman müəllim dövr edir və ayrı-ayrı şagirdlərə xüsusi rəylər bildirir.

  • Müəllim fərdi şagirdlərin qavrama səviyyəsini müəyyən etmək məqsədilə çubuqlardan və ya çıxış biletlərindən istifadə edir.

  • Şagirdləri sinif yoldaşlarının gördükləri işə dair öz rəyini bildirirlər.

  • və s…

Komponent 3.5: Çeviklik və məsuliyyət nümayiş etdirmək

“Çeviklik və məsuliyyət” dedikdə dəyişən şəraitə cavab vermək məqsədilə müəllimin dərsə düzəlişlər etməsi bacarığı nəzərdə tutulur. Dərs məqbul səviyyədə planlaşdırıldığı halda dərs zamanı hər hansı düzəlişlərin edilməsinə ehtiyac yaranmaya bilər. Yanaşmanın ümumi axından kənarlaşdırılmasına heç də hər zaman zərurət yaranmır; faktiki olaraq, təcrübə əldə etdikcə dərsin necə gedəcəyini qabaqcadan müəyyən etmək və müxtəlif mümkün ssenarilərə hazırlaşmaq bacarıqları da formalaşır. Lakin hətta ən səriştəli və ən hazırlıqlı müəllimlər belə bəzən dərsin onların istədikləri kimi getmədiyinin və ya tədris edilməli olan yeni məqamların ortaya çıxdığının şahidi olurlar. Onlar bu cür vəziyyətlərə hazır olurlar. Eyni zamanda, bütün şagirdlərin öyrənməsi üçün səy edən müəllimlər ilk dövrlərdə müəyyən müqavimət ilə üzləşsələr belə şagirdlərin öyrənmə prosesinə həvəsləndirilməsinə israr edirlər.

Bu komponentin elementləri aşağıdakılardır:


    • Dərsə düzəlişlərin edilməsi

Təcrübəli müəllimlər dərsə xırda və (müəyyən hallarda) böyük düzəlişlərin və ya dərsin ortasında düzəlişlərin necə edilməsini yaxşı bilirlər. Bu cür düzəlişlər müəllimin alternativ metodiki strategiyalar ehtiyatına malik olmasından və lazım olduğu təqdirdə dəyişiklərin həyata keçirilməsinə əminliyin olmasından asılıdır.

    • Şagirdlərə reaksiya

Bəzən dərs zamanı gözlənilməz hadisə baş verir və yeni bir məsələnin tədris olunması üçün əlverişli fürsət yaranır. Səriştəli müəllimin əsas xüsusiyyətlərindən biri məhz belə məqamlardan faydalana bilmək bacarığıdır.

    • İnadcıllıq

Prinsipial müəllimlər asanlıqla təslim olmurlar; şagirdlər öyrənmə zamanı çətinlik ilə üzləşdiyi halda (hamı müəyyən məqamlarda bu vəziyyətlə üzləşir), sözügedən müəllimlər şagirdlərin uğur qazanmasına yardım etmək üçün alternativ yanaşmalar axtarırlar. Bu istiqamətdə səyləri çərçivəsində müəllimlər əsl effektivlik nümunəsi nümayiş etdirilər.

Göstəricilər sırasına aşağıdakılar daxildir:



    • Şagirdlərin maraqlarının və gündəlik hadisələrin dərsə daxil edilməsi

    • Şagirdlərin qavrama səviyyəsi barədə dəlillər əsasında (və ya bu cür dəlillər olmadan) müəllim tərəfindən təlim prosesinə düzəlişlərin edilməsi

    • Müəllim tərəfindən yeni məsələlərin tədrisi ilə bağlı yaranmış fürsətdən istifadə edilməsi


Komponent 3.5: Çeviklik və məsuliyyət nümayiş etdirmək







QEYRİ-KAFİ

KAFİ

SƏRİŞTƏLİ

NÜMUNƏVİ

M.E.

3.5 Çeviklik və məsuliyyət nümayiş etdirmək


a. Dərsə düzəlişlərin edilməsi

Müəllim şagirdlərin çaşqınlığı fonunda dərsə müvafiq düzəlişlərin edilməsinə söy göstərmir.

Müəllimin dərsə düzəlişlərin edilməsi ilə bağlı səyləri qismən uğurlu olur.

İmprovizə etmək zərurəti yarandığı zaman müəllim dərsə müvafiq düzəlişlər edir.

Lazım olduğu təqdirdə müəllim tərəfindən dərsə edilən düzəlişlər fərdi şagirdlərə yardım etmək məqsədini daşıyır.




b. İnadcıllıq

Müəllim şagirdlərin diqqətinə çatdırır ki, onlar öyrənmək ilə bağlı problem ilə üzləşərsə demək bu onların özlərinin səhvidir.

Müəllim öyrənmə ilə əlaqədar şagirdlərə müəyyən məsuliyyət verir, lakin onlara necə yardım etmək lazım olduğunu tam əminliklə bilmir.

Müəllim şagirdlər çətinlik çəkdiyi zaman onlara kömək etmək məqsədilə tətbiq etmək üçün digər yanaşmalara da malik olduğunu şagirdlərin diqqətinə çatdırır.

Müəllim şagirdlərə bildirir ki, onların hamısı dərsi başa düşməyənə qədər dərs tamamlanmış hesab edilməyəcək və o, istifadə etmək üçün geniş çeşiddə yanaşmalara malikdir.




  • Müəllim deyir: “Bu gün bunun üçün bizim vaxtımız yoxdur.”

  • Müəllim deyir: “Siz sadəcə olaraq diqqət yetirsəniz, başa düşə bilərsiniz.”

  • Şagird müəllimdən riyazi əməliyyatı yenidən izah etməyi xahiş etdikdə müəllim deyir: “Ev tapşırıqlarını edən zaman bunu başa düşəcəksən.”

  • və s …

  • Müəllim deyir: “Mən bunu etməyin başqa bir yolu barədə düşünəcəyəm və sənə məlumat verəcəyəm.”

  • Müəllim deyir: “Görürəm ki, heç də hamı bunu başa düşmür, lakin biz buna daha artıq vaxt sərf edə bilmərik.”

  • Müəllim dərsi başa düşməkdə şagirdlərə yardım etmək üçün onları yen tərkibdə qruplaşdırır; strategiya qismən uğurlu olur.

  • və s…

  • Müəllim deyir: “Bu maraqlı fikirdir; gəlin görək o nə dərəcədə uyğundur.”

  • Müəllim kontekst kimi şagirdin basketbola olan marağından istifadə etməklə yaxşı yazının prinsiplərini şagirdə əyani şəkildə izah edir.

  • Müəllim deyir: “Bu sizin üçün mənim gözlədiyimdən də çətin oldu; gəlin bu cür edək,” və digər yanaşmadan istifadə edir.

və s …

  • Müəllim dərsi yarıda kəsir və deyir: “Bu tədbir deyəsən məqsədəuyğun deyil. Mən başqa bir yoldan istifadə etmək istəyirəm.”

  • Müəllim kurs indekslərini izah etmək üçün məktəbin qarşıdan gələn çempionat oyunundan istifadə edir.

  • Müəllim deyir: “Əgər biz sabah yenə bu məsələyə qayıtmalı olsaq, biz bunu edəcəyik; sizin bunu başa düşməyiniz çox əhəmiyyətlidir.”

və s…



Yüklə 433,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə