Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə1/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
  1   2   3   4   5   6   7   8   9   ...   61


 


 
 
 
2
 
 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU 
_____________________________________________ 
 
 
 
 
 
NİZAMİ GƏNCƏVİ  
VƏ  
FOLKLOR 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2013 


 
 
 
3
REDAKTORU:  Muxtar KAZIMOĞLU (İMANOV) 
             
        filologiya üzrə elmlər doktoru 
         
TƏRTİB EDƏNİ:          Seyfəddin RZASOY 
        filologiya üzrə elmlər doktoru 
 
 
Nizami Gəncəvi və folklor, Bakı, “Nurlan”, 2013, 214 
səh. 
 
Kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli 
siması Nizami Gəncəvi yaradıcılığı ilə bağlı  məqalələr 
toplanmışdır. Məqalələr Nizami irsinin bədii-estetik cəhətdən 
tükənməz olduğunu göstərməklə yanaşı, nizamişünaslığın 
Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli 
sahəsi olduğunu bir daha ortaya qoyur.  
Kitabdakı  məqalələrin bir çoxu dahi şairin anadan ol-
masının 870 illik yubileyi ilə bağlı AMEA Folklor 
İnstitutunda keçirilən elmi sessiyada oxunmuş  məruzələr 
əsasında hazırlanmışdır. 
 
 
folklorinstitutu.com 
 
F
 3202050000 
Qrifli nəşr 
 098 - 2013 
   
 © Folklor İnstitutu, 2013.  
 
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 
870 illik yubileyinin keçirilməsi haqqında  
Azərbaycan Respublikası Prezidentinin 
 
 
 


 
 
 
4
 
SƏRƏNCAMI 
 
2011-ci ildə dünya ədəbiyyatının görkəmli 
nümayəndəsi, dahi Azərbaycan  şairi və mütəfəkkiri Nizami 
Gəncəvinin 870 illiyi tamam olmuşdur. 
Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami 
yaradıcılığı 
səkkiz 
əsrdən artıqdır ki, xalqımızın 
mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük 
sənətkarın bütün həyatı  və  zəngin  ədəbi fəaliyyəti həmin 
dövrdə  təkcə Azərbaycanın və Qafqazın  ən iri şəhəri deyil, 
eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət 
mərkəzi kimi tanınmış  Gəncə ilə bağlıdır.  Şair ömrü boyu 
burada yaşayıb yaratmış  və dünya poeziyasına bir-birindən 
dəyərli söz sənəti inciləri bəxş etmişdir. 
Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, 
ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə  Şərq bədii 
təfəkkürünü elmi-fəlsəfi fikirlərlə  zənginləşdirmiş  və 
şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir 
şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər 
axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının  şah 
əsərləri sırasında layiqli yer tutur. 
Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnamə-
sində yeni parlaq səhifə açmış ölməz  əsərləri bu gün də 
insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət 
göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən  ədəbi 
məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın  ən 
zəngin kitabxanalarını  bəzəyən  əsərləri  Şərqdə incəsənətin, 
xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir. 
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi 
fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri 
dəfələrlə  nəşr olunmuş,  ədəbi irsinin öyrənilməsi və 
tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar 
meydana gətirilmiş, eləcə  də dünya nizamişünaslığında ilk 
dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır. Bu 


 
 
 
5
proseslərin intensiv şəkil almağa başlaması  əsasən Nizami 
Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə 
təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd 
olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin 
İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci 
ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən 
Nizaminin dövrü, həyatı  və yaradıcılığı ilə bağlı yeni-yeni 
araşdırmalar aparılmışdır. Gəncədə  dəfn olunduğu yerdə 
Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmış, xa-
tirəsinin  əbədiləşdirilməsi istiqamətində silsilə  tədbirlər 
həyata keçirilmişdir. 
1970-ci illərdə ümumən respublikamızda klassik 
mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni 
mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın 
ümummilli lideri Heydər  Əliyevin adı ilə bağlıdır. Məhz 
onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və 
mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini 
və  təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 
1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks 
vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər 
Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş 
perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami 
Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə 
nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. 
Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri ustad 
sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi. 
Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna 
imkan verməmişdir. 
Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, 
hazırkı  mərhələdə respublikamızda gənc nəslə  mənsub 
nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji 
tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və 
müxtəlif dillərə  tərcümə edilməsi, habelə dünyanın mötəbər 
kitabxana və arxivlərində  şairin yeni əlyazmalarının üzə 
çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində bu 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə